GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”

Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”

Tarix: 13-02-2019, 15:38 Bölmə :Müsahibə Baxış: 771
Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”


Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində 19 yanvar mitinqinin təsirləri və bələdiyyə seçkilərindən danışıb.

Amerikanın Səsi: Milli Şuranın təşəbbüsü ilə yanvarın 19-da keçirilən mitinq ölkənin ictimai-siyasi həyatında hansı dəyişikliklərə səbəb olub?

19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından da böyük oldu.
​Cəmil Həsənli: Bu son beş ildə Milli Şuranın keçirdiyi iyirminci mitinq idi. Yəni, ona qədər Milli Şura on doqquz mitinq keçirmişdi. Amma 19 yanvar mitinqi daha möhtəşəm, çoxminli idi və sözün tam mənasında xalqın siyasi cəhətdən aktiv hissəsinin iradəsi ortada idi. Bu, xalq gücünün nümayişi idi. Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması, bu, xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti onun sayından da böyük oldu. Çünki hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb. Azərbaycan hakimiyyətində belə təsəvvürlər var idi ki, o, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun yarıtmaz anti-milli, kriminal siyasətinə xalqın yox demək imkanı artıq aradan qaldırılıb. 19 yanvar mitinqi hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi. Ondan sonra görürsünüz, nələr baş verdi? Üç aylarla küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əmək haqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə insanları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Onun ən

İlham Əliyevin 15 illik hakimiyyətinin ən acınacaqlı nəticələri indi ortadadır, böyük əhəmiyyəti bundandır.

Amerikanın Səsi: Sizcə kütləvi aksiyaların hökumətə və ictimai-siyasi mühitə təsirləri niyə məhz indi mümkün oldu?

Cəmil Həsənli: Birincisi, İlham Əliyevin 15 illik hakimiyyətinin ən acınacaqlı nəticələri indi ortadadır. İkincisi, hakimiyyətin ifşası indiki kimi açıq şəkildə ortada olmamışdı. Bilirsiniz, 5 il bundan qabaq prezident seçkilərində korrupsiya deyəndə, bu, cəmiyyətdə görünməmiş bir hadisə kimi qiymətləndirilirdi. İndi yerindən duran İlham Əliyev hökumətini korrupsiyada, büdcə oğurluğunda, ofşor hesabların şişirdilməsində və s təqsirləndirir. Beynəlxalq jurnalist qrupu İlham Əliyev rejiminin mahiyyətini ortaya qoydu. İndi ən böyük səbəb İlham Əliyev dövləti ironiyaya çevirməsidir. Hər bir hakimiyyətin faciəsi onun ironiyaya çevrildiyi gündən başlayır. İlham Əliyev öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin etməklə hakimiyyəti ironiyaya çevirdi. Cəmiyyət də, o, ironiyanı açıq-aydın gördüyü, başa düşdüyü üçün, bu, siyasi aktivliyi nümayiş etdirdi.

Amerikanın Səsi: Milli Şura növbəti mitinqi nə vaxt keçirmək istəyir? Hökumət mitinqə icazə verməzsə hansı alternativ tədbirlərdən istifadə edə bilərsiniz?

Müvafiq bir vaxtda, çox da uzaq olmayan bir vaxtda yeni mitinqin anonsu verilə bilər.
​Cəmil Həsənli: Mən onu deyim ki, hökumət Milli Şuranın mitinqlərinə icazə vermək məcburiyyətindədir. Hökumətin ayrı çıxış yolu yoxdur. O bir mitinqə, uzağı iki mitinqə icazə verməyə bilər. Amma, onda gərək sərbəst tomlaşmaq azadlığını “Sərbəst Toplaşma haqqında” qanundan, konstitusiyadan çıxarsın. Üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən imtina etsin. Ölkədə ya sərbəst toplaşmaq azadlığı olmalıdır, ya da olmamalıdır. Sərbəst toplaşmaq azadlığı konstitusiyada təsbit olunub. Azərbaycan hakimiyyətinin buna icazə verməkdən başqa çarəsi yoxdur. Biz bu müzakirələri aparırıq. Müvafiq bir vaxtda, çox da uzaq olmayan bir vaxtda yeni mitinqin anonsu verilə bilər. O ki, qaldı mitinqə icazə verməsələr, biz, nə edərik? Biz əminik ki, icazə verəcəklər. Verməsələr müzakirə edib müvafiq qərar qəbul edəcəyik.

Amerikanın Səsi: Bu il bələdiyyə seçkiləri ilidir. Milli Şura seçkilərə qatılacaqmı?

Bütövlükdə seçki sistemini dəyişmək lazımdır.
​Cəmil Həsənli: Əgər xatırlayırsınızsa, hətta bu ilin əvvəllərində biz 2019-cu ili seçki islahatları ili kimi görmək istəyirdik. Bu barədə bizim bəyanatlarımız da olub. Seçki ili kimi görmək nə deməkdir? O deməkdir ki, seçki islahatları keçirilsin, seçki qanunvericiliyində dəyişikliklər edilsin və etimadlı bir seçki qanunvericiliyi ortaya qoyulsun. Seçkidə iştirak edən tərəflərin maraqlarını ifadə edən komissiyalar, qanunlar bərqərar edilsin. 3 dəfə, 4 dəfə xalqın iradəsini zorlayıb seçkiləri saxtalaşdıran qanunlarla, “Seçki Məcəlləsi” ilə, seçki komissiyası ilə seçkiyə getməyin elə bir anlamı yoxdur. Ona görə də bütövlükdə seçki sistemini dəyişmək lazımdır. Mənə elə gəlir ki, indi artıq Azərbaycan hakimiyyəti və ölkənin siyasi qüvvələri seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı, seçki islahatlarının başlanması ilə bağlı xalqa açıqlamalar verməlidir, əməli addımlar atmalıdır. Venesiya Komissiyasının tövsiyyələri nəzərə alınmalıdır. Faktiki olaraq Azərbaycanda seçki institutu işləmir. Hakimiyyət mənimsənilir. Hakimiyyətin bu günə düşməsinin ən böyük səbəbi hakimiyyətin mənimsənilməsidir. Azərbaycan konstitusiyasının 6-cı maddəsinə görə ölkədə ən böyük cinayət hadisəsi hakimiyyətin mənimsənilməsi hesab edilir. Ard-arda bir neçə dəfədir ki, bu, baş verir və 19 yanvarın hədəflərindən biri də xalqın iradəsinə dayanan bir hakimiyyətin formalaşmasıdır. Bu da seçki yolu ilə ola bilər.

Qeyd: Azərbaycan hakimiyyəti demokratik azadlıqların, o cümlədən toplaşmaq, seçki azadlıqlarının tam təmin edildiyini, ölkədə seçkilərin demokratik və azad şəraitdə keçirildiyini bəyan edir. Rəsmi Bakı insan hüquqları, seçkilərlə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Hökumət korrupsiyaya qarşı davamlı mübarizə aparıldığını bildirir.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi

    Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi ...

    13-12-2013, 11:56

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • Cəmil Həsənli Milli Şuranın aktivləşəcəyi anonsunu verdi

    Cəmil Həsənli Milli Şuranın aktivləşəcəyi ...

    16-09-2014, 11:14

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • Müxalifət aprelin 14-də mitinq keçirəcək

    Müxalifət aprelin 14-də mitinq keçirəcək ...

    12-04-2018, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
Aposte no cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu