POLİS ZABİTİNİN ÖLÜMÜNDƏ VƏ VÜSAL ŞİLDER CİNAYƏTİNİN İZLƏRİ Nofəl Dadaşov adlı polis zabitinin ölümündə də Vüsal Şilder cinayətinin izləri- Tariyel Ağayev və İlham Məmmədov tandemi
Bir müddət əvvəl halal mülkiyyəti əlindən alınan, cavan oğlu isə müəmmalı şəkildə dünyasını dəyişən Qəzənfər Dadaşov müsahibə verib. Qəzənfər Dadaşovun əsaslandığı arqumentlərdən belə çıxır ki, onun oğlunun ölümü ilə əlindən alınan mülkiyyət məsələsi bir-biri ilə zəncirvari şəkildə bağlı olan məsələlərdi və bu işdə böyük səlahiyyət sahiblərinin əli olduğu üçün oğlunun ölümü dəqiq araşdırılmır. Biz haqqında ciddi ittihamlar səsləndirilən qarşı tərəflə də əlaqə saxlamaqda maraqlı olduq, lakin cəhdlərimiz səmərə vermədi. Qarşı tərəfin də söz demək haqqını tanımaqla müsahibəni dərc edirik:
-Qəzənfər müəllim , oğlunuz kim olub və hansı şəraitdə dünyasını dəyişib?
-Oğlumun adı Nofəl olub. O, polis kapitanı kimi Xətai Polis İdarəsində işləyirdi. Məmmədov İlham adlı bir nəfərlə dostluq edirdi. Onlar tələbə yoldaşı olmuşdu. İlhamın özü də polis işçisiydi. O, ailəsi ilə ayrıldığı səbəbindən mənzilində tək yaşayırdı. Hadisə baş verən gün Nofəl ailəsi ilə Qubada istirhətdə olub. İlham oğlumu təcili olaraq Bakıya cağırıb. Nofəl birinci evə gəlib, yuyunduqdan sonra, Ilham onu evdən özü ilə aparıb. Gecə saat 4-də mənə zəng gəldi ki, oğlunu elektrik cərəyanı vurub. Mən təcili olaraq getdim İlhamın evinə. İlk andan şübhələndim ki, bu qurama bir işə bənzəyir. Cünki İlham müəmmalı danışırdı. Gah deyirdi hadisə vaxtı orada olmayıb, gah da başqa cür, bir-biri ilə uzlaşmayan sozlər danışırdı. Elə həmin vaxtan da mən bütün aidiyyəti orqanlara oğlumun olümünü dəqiq araşdırılması tələbi ilə coxsaylı şikayətlər ünvanlamağa başladım. Xatırladım ki, bu hadisə 2011-ci ilin iyunun 5-də baş verib. Üstündən iki il vaxt keçməsinə baxmayaraq, hələ də oğlumun qatilləri cəzalandırılmayıb.
-Deyəsən, İlham Məmmədovun adı sonradan başqa bir səsli-küylü cinayət işində də hallandı?
-Bəli, İlham Məmmədovun adı alman vətəndaşı Vüsal Şilderin işində hallananda mənə hər şey tamamilə aydın oldu. Siz bilirsiniz ki, həmin ölüm işində prezidentin sabiq köməkcisi Tariyel Ağayevin də adı çəkilirdi. Hətta mərhumun anası bu qətlin Tariyel Ağayevin sifarişi əsasında törədildiyi barədə mətbuata müsahibələr verirdi. Bir faktı da bildirim ki, Tariyel Ağayevlə İlham Məmmədov yaxın münasibətlərdə olub. Hətta onların arasında uzaq qohumluq əlaqələri də var. İş orasındadır ki, mənim də Tariyel Ağayevlə münasibətlərim gərgin olub və mən ondan hər an zərbə gözləmişəm.
-Tariyel Ağayevlə aranızda yaşanan gərginlik nə ilə bağlı olub?
-Mən Bərdə Yağ Pendir Zavodunun rəhbəri olmuşam. 1999-cu ildə demək olar ki, sıfır vəziyyətdən həmin zavodu tikib ərsəyə gətirdim. 2003-cü ilə qədər həmin zavoda rəhbərlik etmişəm. Tariyel Ağayev 2002-ci ildən mənə zavodu şərik işlətməklə bağlı təkliflər edirdi. O, birinci dəfə bu danışığa mənim əmim oğlu Şahin Rəhimovla gəldi və bu təklifi mənə etdi. Mən oxşar təkliflərdən birini də Bərdənin sabiq icra başçısı Elman Abdullayevdən aldım. O dedi ki, həmin zavod atasının olub, bu baxımdan da başqası ilə deyil, onunla və ya qardaşı ilə işləsəm yaxşı olar. Mən iki daşın arasında qalmışdım. Nəhayət məcbur qalıb Tariyel Ağayevin şərikliyini qəbul etdim. Bütün müsibətlər də mənim başıma həmin hadisədən sonra gəldi.
-Tariyel Ağayevin zavodu əlinizdən aldığını iddia edirsiniz. Bu necə baş verdi?
-Bildiyiniz kimi, 2003-cü ildə mərhum prezident Heydər Əliyevin səhətində ciddi problemlər varıydı. Ölkədə olan vəziyyətdən istifadə edən Tariyel Ağayev istədiyini edirdi. Elə zavodu da mənim əlimdən həmin ərəfədə aldı. Mən səs-küy salanda, haqqımı tələb edəndə Tariyel Ağayev məni hədələməyə başladı. Mənim qaynım həmin zavodda anbardar işləyirdi. Qaynımı da zavoddan uzaqlaşdırmaq üçün ona polisin əli ilə təzyiqlər etməyə başladılar. Tariyel Ağayevin təzyiqi ilə rayonun polis rəisi işləyən Mehdi qaynımı heç bir əsas olmadan polisə aparıb həbslə hədələyirdi. Bir neçə nəfərin xahişindən sonra onu zorla polisdən qurtara bildik. Bizi elə bir vəziyyətə saldılar ki, qorxumuzdan səsimizi də çixara bilmədik, hətta mən Bərdədən didərgin düşdüm. Sonra Tariyel Ağayev halallıq almaq adı ilə mənə 15 min pul göndərdi və dedi ki, qalanını da hissə-hissə verəcək. Mən isə həmin təkliflə razılaşmadım. Cünki Tariyel Ağayev mənə cuzi məbləğ vermək istəyirdi. Mən isə halallıq üçün 280 min tələ edirdim. Araşdırsanız görərsiniz ki, zavod Tariyel Ağayevin qızı Ağayeva Sürayənin adına sənədləşdirilib. Görün Tariyel Ağayev ne qədər özünə arxayin olub ki, o, hamının gözü qarşısında İlham Əliyevi də aldadtdı. Mən Bərdə Yağ-Pendr zavodunun açılışını 1999-cu ildə etmişdim. O, güya yeni zavod tikdirdiyi adı ilə 2003-cü ildə İlham Əliyevin yanında lent kəsdi. Həmin hadisədən bütün Bərdə rayonu dəhşətə gəlmişdi. Tariyel Ağayevin başqa bir fırıldağı isə mənim pulumu mənimsəməyi ilə bağlıdır. O vaxt mənim rəhbərlik etdiyim zavod Müdafiə Nazirliyinin elan etdiyi tenderin qalibi olmuşdu və biz ordunu muxtəlif nö məhsullarla təchiz edirdik. Ordudan köçürülən pullar isə kommersiya banklarından birinə köcürülürdü. Tariyel Ağayev məni məcbur etdi ki, bütün bank əməliyyatlarını ona məxsus olan “Deko” bank vasitəsilə aparım. 2003-cü ildə həmin banka köcürülən 78 min manatı Tariyel Ağayev mənim imzam olmadan cıxardıb mənimsədi.
-Bəs sonrakı hadisələr necə cərəyan etdi?
-Mən öz haqqımı tələb edirdim. Bütün yuxarı instansiyalara şikayətlər ünvanlayırdım. Məni bu yoldan çəkindirmək məqsədi ilə Tariyel Ağayev bütün təzyiq vasitələrinə əl atdı. Sonradan Tariyel mənə 30 min pul göndərdi ki, bütün iddialarımdan əl çəkim. Mən həmin puldan imtina etdim. Həmin vaxt onun qohumları mənə dedi ki, 30 min az pul deyil, buna görə adamın başını kəsərlər. Bu hadisədən sonra mən birbaşa daxili işlər nazirinə yazılı şəkildə müraciət ünvanladım. Qeyd etdim ki, mənim və doğmalarımın başına gələcək istənilən hadisə ilə bağlı bütün məsuliyyət Tariyel Ağayevin üzərinə düşür. Mən həmin sənədləri bütün nüsxələrini sizə təqdim edirəm. Baxın görün haralara müraciət etmişəm.
-Oğlunuzun ölümünün bu hadisə ilə bağlılığının olduğunu iddia edirsiniz. Hansı əsasla?
-Bunu iddia etmək üçün əlimdə kifayət qədər əsas var. Tariyel Ağayevlə mənim münasibətimin hansı səviyyədə olduğunu diqqətinizə çatdırdım. Dəfələrlə hədələndikdən sonra, məni susdura bilmədilər və nəticədə oğlum müəmmalı şəkildə dünyasını dəyişdi. Bir daha bildirirəm ki, mənim oğlum Tariyel Ağayevin yaxını, polis zabiti Məmmədov İlhamın evində dünyasını dəyişib. Mən bu gündə tam əminliklə deyirəm ki, oğlumu öldürüblər. Cünki Nofəl sağlam, ağıllı, idmançı polis zabiti olub. Onun İlhamın evində elektriklə nə işi ola bilərdi? Bu həmin İlhamdı ki, adı Vüsal Şilderin ölümündə hallanır və ona rəsmi ittiham elan olunub. Bunu mən demirəm, bütün Azərbaycan mətbuatı Vüsal Şilderin ölümündə Tariyel Ağayevin əlinin olduğunu yazdı. Həmin ölüm işində bir neçə nəfər həbs olunsa da, İlham Məmmədov hələ də azadlıqdadır. Güya axtarışa verilb. Onun Tariyel Ağayev kimi himayədarı olduğundan həbs edə bilmirlər. Mən əminəm ki, İlham Məmmədov həbs ediləndən sonra, çox cinayətlərin üstü açılacaq.
-Oğlunuzun ölümü ilə bağlı cinayət işi qaldırılıbmı?
-İlkin olaraq Nofəlin ölümünü Binəqədi rayon prokurorlugu araşdırırdı. Həmin rayonun keçmiş prokuroru Mirələkbər Seyidov mənim şikayətlərimə heç məhəl qoymurdu. Mənim çoxsaylı şikayətlərimdən sonra cinayət işi oradan alınıb Respublika Prokurorluğuna verildi. Sonradan Mirələkbər Seyidov cinayət məsuliyyətinə cəlb edildi və barəsində ittiham hökmü çıxarıldı. O, hazırda 7 il müddətinə, 2 ili şərti olamaqla cəzaya məhkum edilib.
Hazırda oğlumun ölümünü Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi araşdırır. Ancaq bir neçə ildir ki, aparılan istintaq məni qane etmir. Cünki mən istintaqın Tariyel Ağayev və İlham Məmmədov versiyası üzərində işləməsini istəyirəm. Vüsal Şilderin qətlə yetirilməsi və həmin cinayət işində də bu cütlüyün adının hallanması mənə bir daha onu deməyə əsas verir ki, oğlumun ölmündə də sözügedən şəxslərin əli var. Sadə məntiqdə bu deyir. Görün bu adamlar nə qədər özlərinə arxayındır ki, Vüsal Şilderin anasına aciq-aciğına hədə gəlirlər ki, danışma. Məni də həmin şəkildə hədələyirlər, ancaq susan deyiləm. Cünki mən cənab İlham Əliyevə inanıram. Birbaşa ona müraciət edib xahiş edirəm ki, mənim oğlumun ölümü ilə bağlı açılan cinayət işini öz nəzarətinə götürsün. Cünki Tariyel Ağayev öz nüfuzundan istifadə edərək cinayət işinin obyektiv araşdırılmasına təzyiq göstərir. Avropa.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?