GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Almanların Ağstafa rayonunun inkişafında böyük rolu olub - EKSKLÜZİV MÜSAHİBƏ

Almanların Ağstafa rayonunun inkişafında böyük rolu olub - EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 28-02-2019, 21:47 Bölmə :Müsahibə Baxış: 608
Almanların Ağstafa rayonunun inkişafında böyük rolu olub - EKSKLÜZİV MÜSAHİBƏ


“Seçmələr” rubrikasının bu günkü qonağı 40 ildən çox əmək fəaliyyəti olan, 25 il Vurğun (Qrünfeld) qəsəbəsinin icra nümayəndəsinin müavini çalışmış, hal-hazırda da həmin qəsəbənin dövlət idarəsində baş mühasib kimi çalışan Əsli Qocayeva ilə söhbətimiz baş tutdu.
35 il almanlar burda yaşadılar və yaratdılar.


-Əsli xanım, zəhmət olmasa kəndinizin tarixi haqqında qısa məlumat verərdiniz.


-(təbəssümlə) Əvvəllər kənd olub, amma xahiş edirəm indi qəsəbə deyəsiniz, çünki adımız Vurğun qəsəbəsidir. Qəsəbəmiz 1906-cı ildə almanlar tərəfindən salınıb, adı da olub “Qrünfeld”, mənası yaşıl kənd deməkdir. Bu ərazilər inzibati cəhətdən çox əlverişli olub. Belə ki, həm asfalt, həm damir yollarının, həm də Ağstafaya yaxın idi. 35 il almanlar burda yaşadılar və yaratdılar.

-Almanlar nələr yaratdılar?

-Çox şey. Birinci növbədə gözəl, möhtəşəm evlər tikdilər. Sonra məktəb, xəstəxana, rəqs, əyləncə mərkəzləri, yay kinoteatrı, qış kinoteatrı, dəyirman, zavod və digər tikililər. Həmçinin vaxtilə Ağstafa rayonunun bankı, istehlak cəmiyyəti, xəstəxananın bir çox şöbələri məhz bu kənddə yerləşib.
Almanlar o qədər sağlam, möhkəm insanlarıydı ki, 35 il bu kənddə yaşadılar heç ilə bir nəfər belə ölmürdü. Qəsəbəmizdəki alman qəbristanlığında ilk sakinlərin heç 30 qəbiri yoxdur. Almanların Ağstafa rayonunun inkişafında böyük rolu olub.

-Almanlar burda hansı iqtisadi zona yaratdılar?

-Onlar saldıqları bu kənddə üzümçülüklə, maldarlığı yaratdılar, inkişaf etdirdilər. Üzümçülüyün inkişafı nəticəsində müxtəlif üzüm sortları yetişdirildi. Sonralar almanlar kəndimizdə şərabçılıqla məşğul olmağa başladılar. Tezliklə kənddə çox gözəl, analoqu olmayan, böyük şərab zavodu tikdilər. Həmin zavod bu gündə qalmaqdadır, baxmayaraq artıq şəxsidir. Digər buna oxşar zavodu isə qonşu Həsənsu kəndində tikdilər. Almanların istehsal etdikləri şərab həm Azərbaycanda, həm Qafqazda, həm də bütün SSRİ-də keyfiyyətinə və dadına görə özündən söhbət etdirməyi bacardı.
Amma neyləyək ki, 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması almanların öz saldıqları kəndindən sürgün edilməsinə gətirib çıxarır. Onları Volqa çayı boyu ərazilərə və Qazaxstan çöllərinə sürgün etdilər.

Almanlar bu kənddə əsl sosializm, tolerant cənnəti qurmağa nail olmuşdular..

-Kənddə almanlarla yanaşı bizim və digər millətlərin nümayəndələri də yaşayıbmı?

-Bəli, sonralar azərbaycanlılar, ruslar, aysorilər, ermənilər də bu kənddə məskən saldılar.

-Deməli, Qrünfeld yalnız alman kəndi yox, həm də bir çox millətlərin məskəni olub?

-Bəli, çoxluq almanlar olsalar da biz və yuxarıda qeyd etdiyim digər xalqların nümayəndələri də kəndə köç etdi. Kənd sakinlərinin etnik rəngarəngliyinə baxmayaraq, heç vaxt onlar arasında qarşıdurma, münaqişə olmayıb. Qısası almanlar bu kənddə əsl sosializm, tolerant cənnəti qurmağa nail olmuşdular.

-Bəs alman qəbristanlığı niyə xarabaxanaya çevrilib?

-Əvvəllər ora lap pis gündə idi. Bir neçə illər bundan əvvəl ata-babalarının evlərini görməyə gələn və alman ictimai qurumları tərəfindən oranı çəpərlədik.

-Bəs şəhər icra hakimiyyəti, mədəniyyət və turizm nazirliyi, Heydər Əliyev fondu qəbristanlığa hər hansı qayğı vəd ediblərmi?

-Xeyr. Daim qayğı göstərən almanların özləri olub.

-Qəsəbənizdə aysori xalqının nümayəndələri yenə qalıbmı?

-Bəli, amma çox az. Hardasa dörd-beş ailə qalıb ki, onlarda evlərinin satılmasını gözləyirlər. Mənzillərini satan kimi çıxıb gedəsidirlər. Aysorilərin bir qismi Gürcüstanın Qardobani rayonuna, böyük bir hissəsi isə Rusiyaya köç edib.

-Almanlar bu ərazilərdən didərgin edildikdən sonra kəndin sonrakı inkişafı necə oldu?

-Elə maldarlıq, üzümçülük, şərabçılıq sahəsi davam etdirildi. Düz sovxoz, kolxoz dağılana kimi bu ənənə davam etdirildi. Həm kəmiyyət, həm keyfiyyət baxımından sovet dönəmində məhsuldan götürülən effekt indi yoxdur. Həmin dövrdə kənd təsərüfatımız son dərəcə yüksək inkişaf etmişdi. Vurğun sovxozuna 5 kəndin kolxozu daxil idi. Bunlar : Köçəsgər, Eynallı, Qırlı, Həsənsu, Yuxarı Göycəli kolxozları idi.
Sovxozumuzun böyük bir fəxri də var idi – Fərzalı Abbasov. O, üzüm ustası kimi tək Azərbaycanda yox, bütün SSRİ-də ad çıxarmışdı. SSRİ Sosialist Əməyi Qəhrəmanı medalı ilə təltif edilmiş həm SSRİ, həm də Azərbaycan SSR-in uzun illər deputatı olmuşdur.

-Qəsəbənizin daha hansı məşhurları var?

-Bir çox qəhrəmanlarımız, zəhməkeş, mərd kişilərimiz, şəxsiyyətlərimiz olub. Amma mən əsas iki şəxsin adını çəkəcəm.
Biri 1968-ci il təvəllüdlü Əzizov Habil Kommunar oğludur. O, xalq təsərrüfat institunun qiyabi tələbəsi olub. 20 yanvar hadisələri ərəfəsində qış semestri imtahanlarını verməyə gedir. Yanvarın 19-u ad günü olmasına baxmayaraq, məclisi tərk edərək, xalqın etiraz aksiyasına qoşulur və tankın altında qalaraq azadlıq uğrunda canından keçən qəhrəmanlar sırasına qoşulur. Amma buna baxmayaraq, atası oğlunun “Şəhidlər xiyaban”ında dəfn olunmasına istəməyərək onun nəşini doğma kəndimizə gətirərək öz qəbristanlığımızda dəfn edir. Əzizov Habil bütün Qazax-Ağstafa zonasında yeganə 20 Yanvar şəhididir.
Digər məşhurumuz isə sevgi şeirləri yazan, amma çox gənc yaşında vaxtsız dünyasını dəyişən Üzeyir Məhərrəmlidir. Yaşasaydı bəlkə də dövrümüzün müasir Səməd Vurğunu o olacaqdı.
Bundan başqa kəndimiz həm Qarabağ, həm də Qazağın müdafiəsi uğrunda qəhrəmancasına savaşaraq həlak olan 8 şəhidimiz də var.

-Qəsəbənizdə tərk edilmiş, xaraba qalmış evlər var. Yəni burda iqtisadi durum bu qədərmi acınacaqlıdır?

-1988-ci ilin avqustunda təzə məhəllələrdə insanlara torpaqlar paylanıldı. Bundan istifadə edən insanlar yeni kənd sakinləri həmin məhəllələrdə təzə evlər tikdirdilər. Köhnə, yəni almanlar tərəfindən salınmış məhəllələrdə isə kimin imkanı oldu evlərini təmir etdi, imkanı olmayanların evləri yarasız hala düşdü. Bundan başqa vaxtı ilə bir çox ailənin uşaqları Bakıya oxumağa, Rusiyaya işləməyə getdilər, sonralar da elə oralarda qalaraq geri qayıtmadılar. Həmin evlərdə də qaldı ancaq qoca təqaüdçülər ki, onlar da ölüb gedəndən sonra yiyəsiz qalan evlər yararsız vəziyyətə düşdü.
Dolanışığa qaldıqda, kimisi dövlət tərəfindən paylanan torpaqda əkin-biçinlə, becərməyi bacarmayanlar torpaqlarını icarəyə verir, bəziləri mal-qara saxlayır, digərləri xırda ticarətlə məşğul olur. Ümumilikdə götürsək iqtisadi şəraitimiz ağır olsa da camaat birtəhər dolanır.

-Əsli xanım, gənclərin kəndi tərk etdiyini dediniz. Sizcə bu kənd əhalisinin əmək qabiliyyətinə təsir göstərmirmi?

-Əlbəttə göstərir. Kənd camaatının əksəriyyəti əmək qabiliyyətlidir. Amma iş yerlərinin olmaması insanların xüsusən də cavanların paytaxta üz tutmağa məcbur edir.
Bilirsiniz, sovet dönəmində gözəl bir qanun var idi. Belə ki, kənd əhalisinin hamsını siyahıya alırdılar, bəlli olurdu ki, filan evdə, ailədə bu qədər işsiz var, dərhal hər bir işsiz insana məcburi şəkildə yarım hektar üzüm bağı verərək işlə təmin edirdilər.
Əgər şərab zavodu yenə bütün gücü ilə işləsə idi, üzümçülüyə, maldarlığa kapital yatırılsa idi işsizlik aradan qalxardı. Maldarlıqdan söz düşmüşkən onu da xüsusi vurğulayım ki, bizim kəndin örüş yeri yoxdur, ona görə də insanlarımız məcbur qalıb əlavə əziyyət və xərc çəkməklə yonca əkirlər. Onu da deyim ki, kəndimizdə taxıl əkənlər də var və effekt verir. Yəni maldarlıqdan, üzümçülükdən də çox taxılçılığı inkişaf etdirmək olar. 400 hektardan çox torpaqlarda cəmi 106 hektarı üzümçülük üçün ayırılıb ki, onun da 60%-i də üzüm əkilib-becərilir.

-Qəsəbə camaatının intelektual səviyyəsi necədir?

-Çox yüksəkdir. Bu barədə mən nə qədər danışsam da daha ətraflı, dolğun cavabları məktəbimizin direktoru Tahir müəllimdən ala bilərsiniz.
Demirəm hamı oxuyur, amma 2018-ci ildə orta məktəbi bitirən abituriyentlər yüksək nəticələr göstərdi.

Bu zaman qəsəbənin icra nümayəndəsi Aydın müəllim (Aydın Həsənov) ünvanladığım suala daha dolğun cavab vermək üçün müdaxilə edir:
-Məktəbimiz daim Ağstafanın qəsəbə və kəndləri arasında daim qabaqcıllar sırasında olub. 2018-ci ildə isə, bütün Ağstafa şəhərində TQDK-a üzrə ən yüksək nəticələri kəndimizin abituriyentləri göstərdi. Hətta onu da xüsusi vurğulayım ki, heç bir hazırlığa getmədən 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan abituriyentlərimiz də var.

-Əsli xanım, Qazax ilə Ağstafanın yenidən birləşməsini istərdinizmi?

-Rəhmətlik Nüsrət Kəsəmənlinin məşhur ifadəsi var: “Ağstafam-Qazağım”, yəni bu iki rayonlar bir olsa da, olmasa da, onları ayırmaq olmaz, Qazax ilə Ağstafa eynidir. Düşünürəm ki, bu cavabım bəs edər (gülür).

-Əsli xanım, son olaraq nə demək istərdiniz?

-Bütün xalqımıza, elimizə, obamıza firavanlıq, azadlıq, bir də yeganə kürəkənimin dili ilə desək, hamıya maliyə xöşbəxtliyi də arzu edirəm. Xalqımızın maliyəsi nə qədər yaxşı olsa, əmək qabiliyyəti də bir o qədər artacaq. Elə sizə də can sağlığı, gözəl həyat arzu edirəm.

Abdulla İsmayıloğlu
GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almanlar Günəş yaratdılar

    Almanlar Günəş yaratdılar ...

    17-12-2015, 14:37

  • 
  • Almanlar: “Braziliyanı 90 dəqiqə ərzində məğlub edəcəyik”

    Almanlar: “Braziliyanı 90 dəqiqə ərzində məğlub ...

    8-07-2014, 17:42

  • 
  • Ağstafanın Vurğun kəndindən reportaj - FOTOLAR

    Ağstafanın Vurğun kəndindən reportaj - FOTOLAR ...

    23-01-2019, 16:13

  • 
  • Almanlar Türkiyədən imtina edirlər

    Almanlar Türkiyədən imtina edirlər ...

    12-03-2017, 18:48

  • 
  • Almanlar yenə Merkeli seçdi

    Almanlar yenə Merkeli seçdi ...

    23-09-2013, 11:59


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (38)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu