GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”

Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”

Tarix: 14-03-2019, 12:22 Bölmə :Müsahibə Baxış: 434
Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”


Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemi və məhkəmə-hüquq sistemində islahatlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərlə bağlı sosial şəbəkələrdə “hamısınıazadet” kampaniyası keçirilir. Kampaniyaya nə qədər adam qoşulub və bu aksiyanın hökumətin syasətinə təsirləri hiss edilirmi?

Rəsul Cəfərov "hamısınıazadet" kampaniyasına başlayıb

​Rəsul Cəfərov: Kampaniya 4 mart tarixindən başlayıb və bu günə kimi yüzlərlə insan qoşulub. Onların arasında sıravi vətəndaşlar, siyasi məhbusların yaxınları, dostları və ictimai-siyasi fəallar var. Kampaniyanın hakimiyyətə təsir edib-etməməsini proqnozlaşdırmaq çətindir. Məsələ ondan ibarətdir ki, biz sadəcə düşündük ki, indi çox yaxşı bir məqam yaranıb. Xüsusən Mehman Hüseynovun işindən sonra, biz hesab etdik ki, bəlkə də Azərbaycan hakimiyyətinə əlavə olaraq bir çağırışların, müraciətlərin olması lazımdır. O baxımdan, bu, kampaniyaya başladıq. İndi nə təsiri olacağını yaxın vaxtlarda biləcəyik.

Amerikanın Səsi: Ölkədə siyasi məhbus probleminin həlli üçün hansı addımlar atılmalıdır?

Hakimiyyətin əlində olan hüquqi mexanizmlər istifadə edilməklə bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.
​Rəsul Cəfərov: Siyasi məhbus probleminin həlli ilk baxışda çox mürəkkəb görünsə də, əslində çox sadə bir həll yolu var. İki fundamental addım atılmalıdır. Birinci addım ondan ibarətdir ki, hakimiyyətin əlində olan hüquqi mexanizmlər istifadə edilməklə bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Bu əfv də, amnistiya da, məhkəmə qərarları ilə də və sair yollarala da ola bilər. Bunun tərkib hissəsində həm də çox yaxşı olardı ki, siyasi məhbus işlərində nəzarəti aparan prokurorlar, istintaqı aparan müstəntiqlər, qərar çıxarmış hakimlər barəsində dissiplinar (intizam-red) da olsa belə, bir tədbir görülsün. İkinci addım isə ümumiyyətlə siyasi motivli təqib etmə praktikasına son qoyulmalıdır. Yəni, hakimiyyətdə təmsil olunan ən yuxarı şəxs və ya şəxslər bu göstərişi verməlidirlər ki, Azərbaycanda heç kimi siyasi mövqeyinə görə təqib etmək olmaz. Bununla da siyasi məhbus praktikasına son qoyulmalıdır.

Ən yüngül cinayət kateqoriyasından tutmuş ən ağır cinayət kateqoriyasına kimi istintaqlar doğru və obyektiv aparılmır.
Bu iki addım problemin həlli üçün kifayət edir.

Amerikanın Səsi: Azərbaycan prezidenti bu günlərdə ölkədə məhkəmə-hüquq islahatlarının vacibliyini bildirib. Sizcə ədliyyə-hüquq sistemində islahatlar necə olmalıdır?

Rəsul Cəfərov: Hesab edirəm ki, ilk növbədə, bu, çox doğru bir bəyanatdır. Həqiqətən də hüquq-məhkəmə sistemində ciddi islahatlara ehtiyac var. Biz hüquq müdafiəçiləri olaraq artıq neçə illərdir öz bəyanatlarımızda, müraciətlərimizdə, yazışmalarımızda, tədbirlərimizdə bu barədə qeyd edirik. Nə etmək olar? Əslində çox iş görülməlidir. Amma, vacib hesab etdiyim bir neçə məsələni deyə bilərəm. Birincisi hakimlərin tam müstəqilliyinin təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Bu hakimlərin əmək haqqlarının artırılması yolu ilə, onlar xüsusi təminatların verilməsi yolu ilə və ya hakimlərin, xüsusən də yuxarı instansiya məhkəmə hakimlərinin ömürlük təyinatı ilə ola bilər. İkinci istiqamət istintaqla bağlı olmalıdır. Xüsusən nəzərə alsaq ki, nəinki siyasi işlərdə, o cümlədən istənilən digər işlərdə istintaqla bağlı çox böyük narazılıqlar var. Ən yüngül cinayət kateqoriyasından tutmuş ən ağır cinayət kateqoriyasına kimi istintaqlar doğru və obyektiv aparılmır. Çox yaxşı olardı ki, vahid istintaq komitəsi və yaxud vahid istintaq iadarəsi yaradılsın. Ayrı-ayrı nazirliklərdə olan istintaqlar həmin idarəyə verilsin. Həmin idarədə də çox peşəkar müstəntiqlər təmsil olunsun və məsuliyyəti bir qurum daşımış olsun. Bu həm də korrupsiyanın müəyyən mənada qarşısını ala bilər. Digər addım Vəkillər Kollegiyası ilə bağlı olmalıdır, bu çox vacibdir. Vəkillər Kollegiyasına qəbul standartlarını tamamilə dəyişmək lazımdır. Xüsusən də müsahibə hissəsini, çünki həmin hissə suibyektiv yanaşmanı ortaya qoyur. Bilinmir ki, kiməsə on sual, kiməsə əlli sual, kiməsə beş sual verilir. Çox ciddi məlumatlar var ki, kimlərəsə kollegiya üzvü olmaq üçün kömək edilir və kimlərinsə qarşısı alınır.

Amerikanın Səsi: İndi rəsmi bəyanatlarda vəkillik institutunda islahatlar həyata keçirildiyi bildirilir. Aparılan islahatlar insanların hüquqlarının müdafiəsində əhəmiyyətli irəliləyiş yaradıbmı?

Bu sual var. Ola bilər say artır, amma siyasi məhbusları müdafiə edən şəxslər varmı? Yəni müstəqillik təmin olunurmu?
​Rəsul Cəfərov: Məncə yox. Bunu deməyə mənim əsasm var. Biz təxminən bir ilə yaxındır ki, on-layn, yəni sosial şəbəkələr üzərindən pulsuz hüquqi yardım xidməti göstəririk. Bir ayda hüquq pozmalarla bağlı təxminən 100-150 arası müraciət daxil olur. Aydındır ki, burada günah təkcə Vəkillər Kollegiyasının deyil. Yəni adamların da bir çoxunun məlumatsızlığı olur. Amma, mən görürüəm ki, Vəkillər Kollegiyasında aparılan islahatlar kimi təqdim olunan addımlar tam islahat kimi qiymətləndirilə bilməz. Ola bilər ki, vəkillərin sayı artır. Amma keyfiyyət artırmı? Bu sual var. Ola bilər say artır, amma siyasi məhbusları müdafiə edən şəxslər varmı? Yəni müstəqillik təmin olunurmu? Bu da çox ciddi sual altındadır. Yəni bu məsələlərə görə hesab edirəm ki, islahatlar tam deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilir

    Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama ...

    22-12-2018, 18:11

  • 
  • Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli düşünənlərə qarşıdır

    Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli ...

    9-06-2018, 12:22

  • 
  • Aclıq aksiyasında olan Rəzəvi və Muradpurun sağlıq durumu kritikdir

    Aclıq aksiyasında olan Rəzəvi və Muradpurun ...

    14-11-2016, 18:33

  • 
  • Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

    Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri ...

    24-05-2018, 22:49

  • 
  • ƏFV SİYAHISINDA KİMLƏR VAR...

    ƏFV SİYAHISINDA KİMLƏR VAR... ...

    22-12-2014, 21:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu