GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sabiq nazir Prezidentin ətrafına “OD PÜSKÜRDÜ”! -“Əli İnsanovla heç vaxt düşmən olmaram” (ŞOK)

Sabiq nazir Prezidentin ətrafına “OD PÜSKÜRDÜ”! -“Əli İnsanovla heç vaxt düşmən olmaram” (ŞOK)

Tarix: 27-03-2019, 11:14 Bölmə :Müsahibə Baxış: 684
Sabiq nazir Prezidentin ətrafına “OD PÜSKÜRDÜ”! -“Əli İnsanovla heç vaxt düşmən olmaram” (ŞOK)


"Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev sözün əsl mənasında sensasiyalı açıqlamalar verib – Əli İnsanovu üstüörtülü müdafiə edib, Prezidentin ətrafına "kaftar sürüsü” deyib, YAP-ın 700 min üzvü haqda danışarkən isə… daha da irəli gedib!

Sabiq nazirin Demokrat.az saytına qısa, ancaq qılıncdan kəskin fikirlərlə dolu müsahibəsini təqdim edirik:

– Əli müəllim, sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdıqdan sonra hakimiyyətə qarşı sərt çıxışları ilə yadda qalır. Onun bu çıxışları barədə nə deyə bilərsiniz?

– Biz Əli İnsanovla çətin günlərin dostu olmuşuq. Bizim şəxsiyyət olaraq hər zaman bir-birimizə qarşı sağlam və xeyrxah münasibətimiz olub.

Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi.

Yaxşı yadımdadır, Heydər Əliyevin çətin vaxtlarında Əli İnsanovun hökumət binasında üç otaqlı evi var idi. Əli İnsanov bəyan etdi ki, mən o evi Heydər Əliyevə verirəm, o, Naxçıvandan Bakıya qayıtsın. Mən Əli İnsanovla bu cür çətin günlərin dostu olmuşam. İndi mən o çətin günlərin dostluğuna arxa çevirə bilmərəm. Xüsusilə də mən heç vaxt Əli İnsanovla düşmən olmamışam və heç zaman düşmən olmaram!

Bundan əlavə, Əli İnsanov və Əli Nağıyev bir şəxsiyyət kimi dəfələrlə bir-birimizə qarşı xeyirxahlıq etmişik. Mən bunları dana bilmərəm. Ümumiyyətlə, Əli Nağıyev olaraq, dönüklüyü və haqqı danmağı insanlıq üçün ən böyük rəzalət və alçaqlıq hesab edirəm.

– Sizin ötən dəfə Əli İnsanovla bağlı Demokrat.az-a verdiyiniz müsahibəniz birmənalı qarşılanmadı. Bəzi siyasətçilər sizinlə Əli İnsanovun arasında keçmişdən qalan ədavətin olduğunu söylədilər. Belə hal olubmu?

– Mən ötən dəfə Əli İnsanovla bağlı sizə müsahibəmdə də demişdim ki, 15 il əvvəl münasibətimi bildirmişəm. Yəni, 15 il əvvəl bildirdim ki, məndən xəyanətkar olmaz, mən Heydər Əliyevə xəyanət edə bilmərəm. Ancaq Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər. Mərdi qova-qova namərd edərlər. Necə ki, Əli İnsanovu belə etdilər. Həmin sifətsizlər bu gün də Prezident İlham Əliyevin ətrafına yığılaraq, kaftar sürüsü kimi sökürlər, oliqarx olublar.

– Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bir sıra şəxslər Əli İnsanovu Heydər Əliyevə xəyanət etməkdə və onun məzarını ziyarət etməməkdə günahlandırırlar. Bu barədə sizin düşüncələriniz nədən ibarətdir?

– Sən deyirsən ki, bu gün YAP-çılar Əli İnsanovu "baltalayırlar”? Mənim fikirlərimi bilmək istəyirsən. Mənim fikrim odur ki, yıxılana balta vurmaq şəxsiyyətsizlikdir. Yıxılana balta vurmazlar.

Digər tərəfdən isə sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bəli, Əli İnsanov YAP-ı quranlardan biridir...”

    “Bəli, Əli İnsanov YAP-ı quranlardan biridir...” ...

    1-02-2014, 15:03

  • 
  • Qərbi azərbaycanlılar və veteran YAP-çılar sabiq naziri müdafiə etdi

    Qərbi azərbaycanlılar və veteran YAP-çılar sabiq ...

    22-11-2013, 12:54

  • 
  • Əli İnsanov dekabrın 15-dək gözləyəcək

    Əli İnsanov dekabrın 15-dək gözləyəcək ...

    29-11-2013, 13:01

  • 
  • Əli İnsanov bu gün qərar verəcək

    Əli İnsanov bu gün qərar verəcək ...

    23-12-2013, 12:40

  • 
  • Əli İnsanov   müraciət edəcək

    Əli İnsanov müraciət edəcək ...

    21-11-2013, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (264)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu