GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Altay Göyüşov: Hakimiyyət demokratikləşmə məsələsində güzəştə getmir

Altay Göyüşov: Hakimiyyət demokratikləşmə məsələsində güzəştə getmir

Tarix: 27-04-2019, 11:53 Bölmə :Müsahibə Baxış: 740
Altay Göyüşov: Hakimiyyət demokratikləşmə məsələsində güzəştə getmir


Azərbaycan ictimaiyyətində bu günlər rəsmi Bakı və Avropa İttifaqı arasında imzalanmasına hazırlıq görülən sazişlə bağlı müzakirələr davam etdirilir. Demokratik qüvvələr Azərbacyanın Avropaya inteqrasiyasının tərəfdarı olduqlarını bildirir, lakin eyni zamanda, sazişin ictimai müzakirəyə çıxarılmalı olduğunu vurğulayır. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycan və Avropa İttifaqı arasında arasında saziş üzrə danışıqları şərh edib.

Altay Göyüşov bildirib ki, Azərbaycanın demokratik qüvvələri Avropaya inteqrasiyanı strateji baxımdan, ölkənin inkişafı və dəyərlər baxımından “yeganə mümkün vasitə” hesab edir. Lakin onun sözlərinə görə, Azərbaycanda demokratiya uğrunda fəaliyyət göstərən insanlar, müxalifət partiyaların və vətəndaş cəmiyyətinin “çox acı bir təcrübəsi var”.

O dövrdə Azərbaycan parlamentində müxalifət var idi, bu gün Azərbaycan parlamentində müxalifət yoxdur. O vaxt Azərbaycanda proporsional seçkilər var idi, indi proporsional seçkilər yoxdur.
“Bu təcürbə ondan ibarətdir ki, 2000-ci ilin əvvələrində biz Avropa Şurasına qoşulanda Avropa Şurasının sənədlərində qeyd olunur ki, bu şuranın məqsədi demokratiyanın, onun ayrı-ayrı elementləri olan qanunun aliliyinin, azad və ədalətli seçkilərin keçirilməsini qəbul etdiyi ölkələrdə oturuşmasını təmin etmək, bu prinsiplərin yayılmasına şərait yaradır. Lakin biz bilirik ki, bugünkü Azərbaycanı əgər Avropa Şurasına qoşulan dövrdə Azərbaycanla müqayisə etsək, çox maraqlı faktlar meydana çıxacaq. Məsələ burasındadır ki, o dövrdə Azərbaycan parlamentində müxalifət var idi, bu gün Azərbaycan parlamentində müxalifət yoxdur. O vaxt Azərbaycanda proporsional seçkilər var idi, indi proporsional seçkilər yoxdur. O vaxt Azərbaycan konstitusiyasında bir nəfərin iki dəfədən artıq seçilməmək məsələsi var idi, bu gün artıq o, konstitusiyada yoxdur. Başqa məsələlər. Toplaşmaq azadlığı, media azadlığı, vətəndaş cəmiyyəti - hamısı o dövrdə qat-qat güclü idi, nəinki indi mövcud durumda, xüsusən son məşhur repressiyalardan sonra.”

Altay Göyüşov Azərbaycan hökumətinin Avropa İttifaqı ilə danışıqlarında demokratikləşmə, Avropa dəyərlərinin təmin edilməsi məsələlərində heç bir güzəştə getmək istəmədiyini bildirib. O, Avropa İttifaqının Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəliklərə əməl etməsi üçün məsul tutmalı olduğunu deyib.

Azərbaycan hökuməti öz üzərinə öhdəlik götürsün ki, bundan sonra siyasi təqib, siyasi görüşlərə görə təqiblər olmayacaq.
“Heç olmasa demokratik müxalifətin, demokratik qüvvələrin, vətəndaş cəmiyyətinin minimum tələbi irəli sürülür, minimum tələbi var. O minimum tələb də ondan ibarətdir ki, heç olmasa siyasi məhbuslar buraxılsın, heç olmasa, Azərbaycan hökuməti öz üzərinə öhdəlik götürsün ki, bundan sonra siyasi təqib, siyasi görüşlərə görə təqiblər olmayacaq. Azərbaycanda siyasi məhbuslar olmayacaq. Əlbəttə, mən başa düşürəm ki, Azərbaycan hökumətinin bu sözü verəndən sonra onu həyata keçirməsinə əmin ola bilmərik. Amma heç olmasa, öhdəliyi boynuna götürsün ki, o öhdəlik əsasında Azərbaycan hökumətini elədiyi mənfi hərəkətlərə görə hər hansı şəkildə ona qınaq edə bilsin, ona lazım olanda cəza tədbirləri görə bilsin. Sanksiyalar və digərləri şəklində.”

Altay Göyüşov Avropa İttifaqı ilə sazişin imzalanmasının Azərbaycanda vəziyyətin yaxşılaşmasına öz töhfəsini verəcəyinə inandığını deyib.

Avropa Şurasına qoşulandan sonrakı 20 ilə yaxın müddətdə Azərbaycandakı vəziyyət pisləşib. Amma bunu Avropa Şurası etməyib, bunu Azərbaycan hökuməti edib.
“Mən hesab edirəm ki, Avropa Birliyi ilə bu sazişin imzalanması sözsüz ki, Azərbaycan hökumətini müəyyən dərəcədə ehtiyatlı davranmağa və perspektivdə faktiki olaraq, mən hökuməti deyə bilmərəm, perspektivdə Azərbaycanda vəziyyətin yaxşıya doğru dəyişməsinə öz töhfəsini verəcək. Bir daha təkrar edirəm ki, bu müqavilənin imzalanması Azərbaycan xalqı, Azərbaycan dövlətinin xeyrinə olacaq istənilən halda. Strateji nöqteyi-nəzərdən bu Azərbaycana lazımdır, təkcə Azərbaycan hökumətinə deyil, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, həmin o demokratik qüvvələrə, hamımıza lazım olan məsələdir. Və bundan sözsüz ki, hamımız ancaq bəhrə görəcəyik, bunun başqa alternativi yoxdur. Mən bayaq Avropa Şurasından danışdım. Sözsüz ki, Avropa Şurasına qoşulandan sonrakı 20 ilə yaxın müddətdə Azərbaycandakı vəziyyət pisləşib. Amma bunu Avropa Şurası etməyib, bunu Azərbaycan hökuməti edib. Avropa Şurasının orada olması, həmin o insan haqları məhkəməsinin və s. olması, hətta belə demək mümkün olarsa, Azərbaycan hökumətinin daha da `ağ eləməsinin` qarşısını alıb. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, Avropa Birliyi ilə saziş Azərbayacana ancaq xeyir gətirəcək.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Altay Göyüşov BDU-da işdən çıxarıldı

    Altay Göyüşov BDU-da işdən çıxarıldı ...

    13-11-2013, 00:25

  • 
  • Prorektor tələbələrə söz verdi: “Altay Göyüşov sizə dərs deyəcək“

    Prorektor tələbələrə söz verdi: “Altay Göyüşov ...

    14-11-2013, 11:31

  • 
  • “Altay Göyüşov işə gəlmirdi” - Açıqlama

    “Altay Göyüşov işə gəlmirdi” - Açıqlama ...

    13-11-2013, 14:48

  • 
  • Bakıda tələbələrin boykot aksiyası

    Bakıda tələbələrin boykot aksiyası ...

    13-11-2013, 22:09

  • 
  • "Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"

    "Niyə saziş Azərbaycan xalqından gizli ...

    11-04-2019, 10:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu