Media məsələləri üzrə hüquqşünasın Amerikanın Səsinə müsahibəsi
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində diffamasiya ittihamlarının artmasının səbəblərindən danışıb.
Amerikanın Səsi: Müşahidələrə görə son dövrlərdə Azərbaycanda jurnalistlərə və vətəndaşlara qarşı diffamasiya ittihamları çoxalıb. Buna səbəb nədir?
Bu, hökumət üçün effektiv bir metoddur və hökümət ifadə azadlığını bununla dırnağarası balans ayarı eləyə bilir. Ələsgər Məmmədli: Ümumiyyətlə diffamasiya ittihamlarının davamlı olaraq gündəmdə qalmasının birinci səbəbi müəyyən qorxu mühiti yaratmaq və ifadə azadlığını mümkün qədər qısmaqdır. Çünki sosial şəbəkələrdə son vaxtlar qismən daha bir azad mühit yaranıb. Tam azad deməzdim. Çünki onun da hüquqi baxımdan xeyli məhdudiyyətləri var. Ayrıca qeyri məhdudiyyətlər, təqiblər də var. Amma rəsmi diffamasiya qanunvericiliyinin, yəni, Cinayət Məcəlləsində üç maddənin, hətta dörd maddənin, - prezidentin şərəf və ləyaqətini də düşünsək, - dörd maddənin olması və 2017-ci ildə 4-cünün əlavə olunması, onu göstərir ki, bu, hökumət üçün effektiv bir metoddur və hökümət ifadə azadlığını bununla dırnağarası balans ayarı eləyə bilir.
Amerikanın Səsi: Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürüb. Ölkə rəhbərləri isə bir neçə dəfə Cinayət Məcəlləsinin bu maddələrinin tətbiq edilmədiyini bildirib. Hətta bununla bağlı Mətbuat Şurası da daxil olmaqla, bir neçə qurum tərəfindən qanun layihəsi hazırlaınıb. Qanun layihəsinin uzun illər ərzində parlament müzakirəsinə çıxarılmamasını necə izah edə bilərsiniz?
Həm medianı çəkindirirlər, həm jurnalistlər təqib olunur, həm də, təəssüf ki, Azərbaycan dünya ölkələrinin media azadlığı sıralamasında, mediası qeyri-azad ölkə kimi 166 yerə gedib düşür. Ələsgər Məmmədli: Əvvəla, bu ifadə indiki anı əhatə etmir. Məncə, bu, 2010-cu illərin sonunda olan hadisə idi. Yəni, son doqquz ildə, əksinə, bundan yayınmanı gördük. 2010-cu ildə Avropa Məhkəməsinin Fətullayev (jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı-red) Azərbaycana qarşı qərarı çıxandan sonra, həm də həmin ildən sonra Rusiyada Cinayət Məcəlləsindən böhtan və təhqir maddələri çıxarılandan sonra, - bizim qanunvericilik mənbəyi əsasən Rusiya olur, - Azərbaycanda da prezident 2011-ci ildə “İnsan Hüquq və Azadlıqlarının Təminatına dair Milli Fəaliyyət Prorqamı” ilə bağlı fərman imzaladı. Həmin fərmanın 1.7-ci bəndində belə bir ifadə var idi: qanunvericilikdə diffamasiyanın dekriminallaşdırılması, yəni Cinayət Məcəlləsindən diffamativ maddələrin çıxarılması. Bununla bağlı, planın həyata keçirilməsi 2012-ci ildə Prezidetn Administrasiyasına tapşırılmışdı. Bu çərçivədə, o vaxt Mətbuat Şurası və ATƏT-in də dəstəyi ilə “Diffamasiya haqqında” qanun layihəsi hazırlandı. Amma, daha sonra, bundan U dönüş (geriyə dönüş-red) edildi. Hökumət, ümumiyyətlə, bu milli fəaliyyət planını icra etmədi. Diffamasiya qanunvericiliyi nəinki dekriminallaşdırıldı, hətta Cinayət Məcəlləsinə 2015-ci ildə əlavələr edildi. Oraya 148-1 maddəsi də (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) gətirildi. Ayrıca, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin tərtibatında dəyişiklik edildi, oraya internet resursları sözü əlavə olundu. Beləliklə, hökumət 2012-ci ildən sonra bunu həm qanunvericilikdə, həm də praktikada geniş tətbiq etməyə başladı. Yəni, hal-hazırda da bununla bağlı xeyli cinayət işləri açılır. Dünən Səhiyyə Nazirliyinin bir gəncə qarşı yenə bununla bağlı (dərman satışı və sair) bir ittihamının gündəmdə olduğu barədə bir informasiya yayıldı. Yəni proses gedir. Ümumiyyətlə, diffomativ cinayət işlərinin 80-90 faizi məmurlar tərəfindən qaldırılır. Bu da bir reallıqdır. Bu həm də məmurların ifadə azadlığından özlərini qorumaq üçün dırnaqarası bir zirehdir. Beləliklə, həm medianı çəkindirirlər, həm buna görə jurnalistlər təqib olunur, həm də, təəssüf ki, ölkə indiki kimi, dünya ölkələrinin media azadlığı sıralamasında, mediası qeyri-azad ölkə kimi 166 yerə gedib düşür.
Amerikanın Səsi: Diffamasiya haqqında qanunun qəbulu Azərbaycan mediasının inkişafına təkan verə bilərmi?
Fakt ortadadır ki, xeyli sayda bu cinayət işləri açılır, xeyli sayda insanlar da buna görə cinayətlə birbaşa azadlıqdan məhrum olunur. Ələsgər Məmmədli: Ümumiyyətlə birmənalı olaraq verərdi. Çünki biz nə qədər desək ki, guya qanunlar o qədər də çəkinidirci olmaz və ya az tətbiq olunar, jurnalistlər qorxmaz. Elə deyil. Fakt ortadadır ki, xeyli sayda bu cinayət işləri açılır, xeyli sayda insanlar da buna görə cinayətlə birbaşa azadlıqdan məhrum olunur. Belə müxtəlif sanksiyalar tətbiq oluna bilir. Bəzən azadlıqdan da məhrum edilə bilir. Ona görə bu aradan qalxsa, bunun normal bir mühakimə proseduru, mülki mühakimə proseduru olsa, böhtan və təhqirə görə, mən əminəm ki, həm jurnalistlərin etik peşə davranışlarında yüksəlmə baş verər. Yəni özünü kontrol etmə və özünü senzura etmə. Həm də müəyyən mənada, xüsusilə, neqativ hadisələrin üzə çıxması və böhtan kimi xarakterizə olunub, əslində isə sübut imkanları məhdud olan iddiaların daha net şəkildə, mediada daha detallı əks olunmasına (yansımına) gətirib çıxarar ki, bu da medianın ictimai nəzarət funksiyasını daha da irəli aparmasına imkan verir.
Amerikanın Səsi: Media azadlığı ilə bağlı mövcud durumdan çıxışı nədə görürsünüz? İlkin olaraq hansı addımlar atılmalıdır?
Ələsgər Məmmədli: Bilirisiniz, əslində, bununla bağlı o qədər çox addım atılmalıdır. Artıq çox geridəyik, anormal vəziyətə gəlmişik. İlk növbədə dövlət media sektorundan çəkilməlidir. Yəni, oyunçu kimi bazarda olmamalıdır. Dövlət mediası anlayışından imtina olunmalıdır. Hökumət nə qədər ki, medianın bir hissəsin, və böyük bir hissəsinə ildə dövlət büdcəsindən təxminən 80-90 milyon manata qədər birbaşa və dolayısı ilə vəsait ötürür. Dolayı ötürdüyü daha fərqli vəsaitləri də əlavə etsək, bu 100 milyondan çox edir. O zaman gerçəık medianın inkişafı və azadlığı, təbii ki, gölgə altında qalacaq. Birinci bu problem var. İkincisi, medianın azad mühiti, yəni bu dövləti təməl öhdəliyi ifadə azadlığlna qarışmamaq və uyğun mühiti yaratmaqdır. Uyğun mühit nədir? İnformasiya bolluğu, informasiya azadlığı, informasiyaya çatım imkanlarının genişliyi və dövlət qurumlarının əlində olan informasiyaların əlçatanlılığı, onun alınmasının əlçatanlığı. Burada çox ciddi problemlər artmaqdadır. Düzdür, 2005-ci ildə informasiya əldə etmık haqqında qanun qəbul edilib. Amma o qanunda 2102-cildə çox anormal dəyişiklik olunub. O qanunun işləmə mexanizmi demək olar ki, kənara atıldı. Guya ona nəzarət imkanı ombudsmana verildi. Əslində isə realda o da yoxdur. Beləliklə o qanunun işlənməz vəziyyətə gəlib. Bu gün dövlət qurumlarının internet infirmasiya resurslarında informasiya açıqlığı və informasiya sorğularının əlçatanlığı çox ciddi şəkildə problemlə üzləşir. Əlbəttə, bunlar aradan qalxmalıdır. Başqa bir məqam, artıq çap mediası geri planda qalıb. Bu normaldır. İnkişaf edən internüet media, on-layn mediadır. Dövlət təəssüf ki, hələ də bu vəziyyətləri daşımaqda nədənsə qərarlıdır. İnid bə bu istiqamətdə boşuna xeyli pul xərcləyir. Buna dövlət dəstək vermək isytəyirsə, vergilərdən azad etməklə, biznes qurumlarından mediaya gələn reklamların vergidən azad olunması ilə, beləliklə, dəstək verməklə medianı inkişaf etdirmək olar. Bu istiqamətdə heç bir addım atılmır. Əlbəttə bunlar da vacib amillərdir. Digər bir məqam, jurnalistlərə qarşı basqılar və jurnalistlərin özünü ifadəetməsinə dolayı, birbaşa əngəllər, rəsmi və qeyri rəsmi qurumlar təərfindən təqiblər aradan qalxmalıdır. Jurnalistlərə qarşı baş verən cinayət əməlləri və inzibati pozuntular dərhal hüquq çərçivəsində araşdırılıb layiqli cəzasını almalıdır. Çünki qanunda müxtəlif tədbirlər nəzərdə tutulsa da ən elementar yerdə belə jurnalstlərin icazəsiz çəkiliş aparmasına icazə verilmir. Dünən, Mərkəzi Seçki Komissiyası jurnalistləri komissiyanın binası önündə çəkilişlərə imkan verməyib, geri qaytarıb. Onlar mənə müraciət etdi. Bu onu göstərir ki, artıq nəinki qurumlar öz informasiyası, hətta ətrafında mövcud olan görüntünü belə qəbul etmək istəmir. Bu birmənalı olaraq konstitusiyanın 50-ci maddəsindəki məlumat azadlığına geniş müdaxilədir. Bütün bunları düşündükdə əlbəttə dövlət bu istiqamətdə qarışmama öhdəliyi və pozitiv addım atma öhdəliyini icra etsə bəlkə, vəziyyət bir az düzələr.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?