GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İbrahim Ramazani: Xameneyinin türkcə ilə farscaya olan münasibəti arasında təzad var

İbrahim Ramazani: Xameneyinin türkcə ilə farscaya olan münasibəti arasında təzad var

Tarix: 7-08-2019, 11:41 Bölmə :Müsahibə Baxış: 660
İbrahim Ramazani: Xameneyinin türkcə ilə farscaya olan münasibəti arasında təzad var


İranın təhsil nazirliyi keçən may ayında ali ruhani liderin fars dilini öyrənməyin önəminə dair açıqlamalarını önə çəkərək “farsca yetərlilik testi”-nin icraya qoyulacağını bildirdi. Araşdırmaçı İbrahim Ramazani Amerikanın Səsinə müsahibədə deyir ki, Seyyid Əli Xameneyinin türk və fars dillərinə dair münasibəti keçən bir ildə dəyişmiş kimi görünür.

Onun sözlərinə görə, dini lider İslam Respublikasının bu böhranlı günlərində “fars dilini birləşdirici amil kimi göstərərək, müxaliflərə siqnal göndərməyə çalışır.”

İslam Respublikası və ona müxalif olanlar daxildə və xaricdə fars dili üzrə həmfikirdirlər. Xameneyi bu həmfikirliyi görür və belə böhranlı bir dönəmdə bu təşəbbüsü ortaya qoyaraq müxaliflərə siqnal göndərir.
“Keçən il Əli Xameneyi şəhid ailələri ilə görüşündə, bir uşaqla danışır və uşağın anasına deyir ki, uşağınıza evdə türkcə öyrədin, evdə uşağınızla türkcə danışın. Bir il keçir. Xameneyi şairlər ilə görüşündə farscanın önəmindən və doğru işlədilməsindən bəhs edir. Mediaya tövsiyə edir ki, bu xüsusda daha düzgün bir yol izləyin”, İbrahim Ramazani bildirir.

Ramazaninin işarə etdiyi görüşdə, İranın dini lideri “fars dilinin aşınmaya məruz qalması” ilə bağlı “qayğılı” olduğunu dilə gətirmişdi. Təhsil Nazirliyi isə həmin görüşdən bir neçə gün sonra Xameneyinin qayğılarını önə çəkərək “farsca yetərlilik testi”-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını açıqladı.

Təbriz Araşdırmalar İnstitutunun əməkdaşı deyir ki, Seyid Əli Xameneyinin keçənilki sözləri ilə bu il dilə gətirdiyi ifadələr bir-birinə uyğun gəlmir:

İranın dini lideri Seyyid Əli Xameneyi keçən may ayında dövlət qurumlarından fars dilinə daha artıq diqqət yetirilməsini tələb etmişdi.
“Xameneyinin fars dili ilə bağlı nigarançılığı nədən bu dönəm ortaya çıxır? Sanki onun keçən il dediyi sözlə bu il dediyi söz bir-biri ilə örtüşmür... Xameneyi keçən il demişdi `evdə uşaqla türkcə danışın`. Amma yetərlilik testi bunu gərəkdirir ki, ailələr uşaqları ilə evdə farsca danışsın. Uşaqları ilə farsca danışmalı olacaqlar ki, uşaq bu testə girdiyində farscanı bilmiş olsun.”

İbrahim Ramazaninin dediklərinə görə, “Təhsil Nazirliyi deyir, Əli Xameneyi farsca ilə əlaqəli danışdığı üçün biz bunu hazırladıq. Belə bir şey yoxdur. Görünür ki, bu daha öncədən hazırlanmış bir şeydir. Yəni bunu öncədən hazırlamışdılar və Xameneyinin söhbətlərindən sonra dərhal açıqladılar.”

O, fars dilinin bugünki siyasi şəraitdə daha artıq gündəmə gətirilməsinin təsadüfi olmadığını vurğulayır:

"Nədən Seyyid Əli Xameneyi bunu bu dönəm açıqlayır? Nədən İranda bu qədər böhranların olmasına rəğmən bunlar bu məsələyə bu qədər önəm verirlər? İqtisadiyyat çökmüş, bir tərəfdən də savaş ola bilər... Çünki Seyyid Əli Xameneyi və Təhsil Nazirliyi farscanı birləşdirici amil olaraq görürlər. Bunu nədən deyirəm? Çünki İslam Respublikası və bu rejimə müxalif olanlar daxildə və xaricdə fars dili üzrə həmfikirdirlər. Xameneyi bu həmfikirliyi görür və bu böhranların olduğu bir dönəmdə belə təşəbbüsü ortaya qoyması müxaliflərə bir siqnal göndərməkdir. Müxaliflərə deyirlər ki, bizi birləşdirəcək amil farscadır və siz farscanı qorumaqla bağlı bizim həssasiyyətimizi görürsünüz.”/amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda QALMAQAL: XAMENEYİNİN ŞOK SƏS YAZISI ORTAYA ÇIXDI

    İranda QALMAQAL: XAMENEYİNİN ŞOK SƏS YAZISI ...

    10-01-2018, 13:46

  • 
  • Xameneyi Ruhaninin təhsil planını tənqid edib

    Xameneyi Ruhaninin təhsil planını tənqid edib ...

    7-05-2017, 21:27

  • 
  • Fars rejiminin nöfbəti həyasızlığı

    Fars rejiminin nöfbəti həyasızlığı ...

    17-02-2013, 11:27

  • 
  • Əli Xameneyi ABŞ-ın tələblərini rədd edib

    Əli Xameneyi ABŞ-ın tələblərini rədd edib ...

    25-05-2018, 16:36

  • 
  • Dini lider Xameneyi Cənubi Azərbaycanda sərt bəyanatlarla çıxış etdi

    Dini lider Xameneyi Cənubi Azərbaycanda sərt ...

    17-02-2017, 00:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu