Amerikanın Səsinə danışan psixiatr həkim və siyasi fəal Simin Səbri hesab edir ki, uşaqlar, habelə koronavirus zəminində yaranan ağır durumu yaxından hiss edən bəzi qruplar, o cümlədən səhiyyə işçiləri ağır psixoloji travmalar ala bilərlər.
Koronavirus pandemiyası bütün dünyaya yayılmış olsa da, Simin Səbrinin fikrincə, insanlar yaşadıqları ölkələrin şəraitinə görə bu durumdan fərqli şəkillərdə təsir alacaqlar:
Bu gün mənim evində karantində oturan norveçli bir ailəyə verdiyim məsləhət, heç də, məsələn İranda oturan bir ailəyə verə biləcəyim məsləhət ilə eyni olmaz. “Buna bağlıdır ki, biz hansı toplumdan danışırıq. Məsələn inkişaf etmiş ölkələrdə ailələr evə qapanıb, amma dövlət əlini qoyur vətəndaşın omuzuna. Varli bir ölkə deyir ki, sən evdə otur, sağlığını düşün, mən sənin iqtisadiyyatını düşünürəm. Amma inkişaf etməniş ölkələrdə ki, bu dünyanın əksəriyyəti olur, insanlar evdən çıxıb çalışmalı olurlar. Gündəlik çıxaracaqları çörəyə bağlıdırlar. Bu da bir psixoloji durum yaradır.”
O deyir ki, “bu gün mənim evində karantində oturan Norveçli bir ailəyə verdiyim məsləhət, heç də, məsələn İranda oturan bir ailəyə verə biləcəyim məsləhət ilə eyni olmaz.”
Hüseyn Paşayi: Koronavirus pandemiyası milli dövlətlərin gücünü göstərir
Norveçdə yaşayan həkim hesab edir ki, insanlar öz yaxınları ilə birlik və həmrəylik nümayiş etdirərək bu dönəmin mənfi təsirlərini azaldıb və hatta onu fürsətə çevirə bilərlər.
“Bu bizə bağlıdır. Biz bu böhranı evimizdə bir basqı kimi dəyərləndirsək, bir-birimizə basqı edib və aqressiv davransaq, təbii ki, bunun travması gələcəkdə ortaya çıxar. Ya da ki, tam əksinə, hətta əgər xoşumuza gəlməyən bir durum olsa da tolerantlığı çoxaldaq, məsələsən həyat yoldaşımızla uyuşub keçinək,” o, ifadə edir.
Uşaqlar bunu bir travma kimi yaşamalıdırlar ki, gələcəkdə problem yaşasınlar, virus adı gələndə, xəstəıik adı gələndə panik olsunlar. Bəzi dövlətlərin sərgilədiyi “eqoist” davranışları tənqid edən Simin Səbri əlavə edir, “həmrəylik çox önəmlidir. Mən bunu görürəm. Həm ailə üzvlərində, həm qohumlarda, bir-birlərini yoxlayırlar. Dostlar ki, beş il idi, on il idi, danışmamışdılar, bir-birlərinə zəng edirlər; necəsən? Bunu necə keçirirsən? Yaxşı bir fürsət oldu. Fərdi düşüncədən çıxıb, bir pozitiv kollektiv düşünmə ruhu oldu.”
Simin Səbri pandemiya zəminində yaşanan acı olayları yaxından görən insanlar, eləcə də uşaqların bu şəraitdən ağır psixoloji travmalar ala biləcəklərini vurğulayır:
“Həkimlər, tibb bacıları və ümumiyyətlə sağlıq çalışanları təsiri gələcəkdə də davam edən ağır travmalar ala bilərlər... Bir də, mənim çox qayğım uşaqlaradır. Uşaqlar bizim gələcəyimizdir. Böyüklər necə olsa da, elə ya belə, bunu aşarlar. Amma, uşaqlar bunu bir travma kimi yaşamalıdırlar ki, gələcəkdə problem yaşasınlar, virus adı gələndə, xəstəıik adı gələndə panik olsunlar. Buna diqqət etməliyik. Çalışmalıyıq ki, ailədə doğru davranaq, bacardığımız qədər gələcək zərərləri azaldaq. Uşaq buna şahid olmamalıdır ki, biz davamlı olaraq xəbərlər ilə məşğuluq, ölümdən və böhrandan danışırıq və bir-birimizə qarşı aqressiv davranırıq...”
Sorğu
Yeni dizaynımız necədir?