GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiya Rüstəm İbrahimbəyovu aldatdı”

“Rusiya Rüstəm İbrahimbəyovu aldatdı”

Tarix: 6-09-2013, 13:41 Bölmə :Müsahibə Baxış: 864
 “Rusiya Rüstəm İbrahimbəyovu aldatdı”

Zərdüşt Əlizadə: “Xalqın iqtidardan zəhləsi gedirsə, bu, müxalifəti sevməsi anlamına gəlməməlidir”
“Ölkəmizdə ən ciddi hakimiyyət məsələlərini Moskva həll edir, Xalq Hərəkatı, Milli Şura, İctimai Palata boş-boş söhbətlərdir”
Müsahibimiz politoloq Zərdüşt Əlizadədir. Onunla Ermənistanın Gömrük İttifaqına qoşulması, Azərbaycanın da anoloji addımı atıb-atmayacağı, Qərb və Rusiyanın regiondakı maraqlar toqquşması, habelə ölkəmizdə keçiriləcək oktyabr seçkiləri, seçkiöncəsi durum və seçkidən sonrakı gözləntilər ətrafında söhbətləşdik.

- Zərdüşt bəy, Brüssel Ermənistanın Gömrük İttifaqına qoşulmağa razılıq verməsini gözlənilməz olay kimi qarşılayıb kəskin reaksiya verdi. Necə düşünürsünüz, İrəvanın qərarından sonra Kreml Bakıya eyni addımı atmaq üçün təzyiqləri artıra bilərmi?

- Əvvəla, Ermənistan Rusiyadan əmr gəldiyi üçün Gömrük İttifaqına qoşuldu. İrəvan Moskvanın əmrini heç vaxt poza bilməz. Bir dəfə belə bir ehtimal yaranmışdı ki, Rusiyaya tabe olmayan siyasi cütlük yaransın, parlamentdə Dəmirçiyanla Vazgen Sarqisyanı güllələdilər və məsələ bitdi. Bununla hamıya hər şey gün kimi aydın oldu. Həmin olaydan sonra Ermənistanda bir siyasətçi Rusiyaya qarşı kəskin çıxış edə bilməzdi, hətta Payurk Ayrikyan bu cəhddə bulundu, amma gülləni sinəsinə “yumşaq” şəkildə çaxdılar. Yəni Ermənistan Rusiyanın terroru altındadır, bu ölkədə bütün siyasi qüvvələr şimal ölkədən asılıdır, Kremldən əmr gələndə də sözsüz yerinə yetirirlər.

O ki qaldı Ermənistanda son illərdə Avrointeqrasiya söhbətləri, bu, “ac toyuq yuxusunda darı görər” məsəlinə uyğundur. Rusiyanın təpiyi və işğalı altında olan bir ölkə heç zaman Avrointeqrasiya istiqamətini götürə bilməz. Hətta bu xətti götürsə də, ölkədə heç nə dəyişməz. Çünki Ermənistan öz Qarabağ siyasətinə görə yarımmühasirə vəziyyətindədir, əhalisi azalıb, iqtisadiyyatı çöküb, bir sözlə Qarabağ probleminin girovuna çevriliblər.
Moskvanın Bakıya təzyiqinə gəldikdə, kimsə Azərbaycanda vəziyyətin fərqli olduğunu düşünürsə, ciddi şəkildə yanılır. Azərbaycan da eyni Qarabağ problemiylə Kreml divarından asılıb. Ölkəmizdə ən ciddi hakimiyyət məsələlərini Moskva həll edir, xalq hərəkatı, Milli Şura, İctimai Palata boş söhbətlərdir.

- Brüsselin etirazına Ermənistandan hansı reaksiyanı gözləyirsiniz?

- Brüsselin etiraz etmək, Sərkisyanın da Gömrük İttifaqına girmək haqqı var. Məgər, Brüssel Ermənistana pul verib ki, etiraz etsin? İrəvan neçə illərdir yalvarır ki, onlara 1 milyard yarım pul ayırsınlar, Brüssel isə vermir. Hələ söz verdilər ki, seçkiləri yaxşı keçirsəniz, sponsorlar klubunu toplayıb 500 milyon yığarıq. İndi Rusiya 500 milyonu verir, guya, dəmiryolunun inkişafına. Bu, Ermənistan üçün məşum rəqəmdir, 1988-ci ildə də Qarabağ ermənilərinə 500 milyon rubl ayırmışdı, təxminən 500 milyon dollara bərabərdir. Yəni ermənilərin qiyməti 500 milyondur.

- Ayrılan vəsaitə nəzarət olurmu, yoxsa mənimsəmələr olur?

- Vəsaitin bir hissəsi Moskvada oğurlanır, heç Ermənistana çatmır, bu, Rusiyanın dəmir intizamıdır. Yəni hansısa dövlətə pul ayrılanda “şapka”sı əvvəlcədən götürülür. Sonra qalan hissəsi Ermənistana gəlir və paylaşma başlayır. Bir hissəsi prezidentə, qalanı isə nazirlərə.

- Hətta Qorbaçov dövründə də belə olub?

- Bəli, SSRİ-də korrupsiya Stalinin ölümündən sonra başlandı, Xruşov dövründə rüşvət yayıldı, Brejnev hakimiyyətində öz zirvəsinə çatdı. Amma o zaman indiki miqyasda deyildi. Yəni Azərbaycanda katiblər varlı adamlar idilər, yüz minlər qazanırdılar, ancaq bugünkü nazirlərimizin milyardları olsa da, utanmırlar.

- Ermənistanın Gömrük Sazişinə qoşulması yerli əhali tərəfindən birmənalı qarşılanmadı, hətta İrəvanda mitinqlər keçirildi. Proses kütləvi hal ala bilərmi?

- Boş söhbətdir, çünki Ermənistandakı bütün siyasi proseslər Rusiyanın nəzarəti altında həyata keçirilir. Unutmayın ki, Rusiyanın Ermənistana nəzarət etmək üçün aşağıdakı mexanizmləri var: Birincisi, bu ölkənin sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən müdafiə olunur; İkinci, Ermənistanda Rusiyanın 4-5 min nəfərlik hərbi bazası var; Üçüncüsü, bu hərbi bazalar Ermənistan ordusunun baş qərargahını, təhlükəsizlik qüvvələrini, daxili qoşunlarını, generallarını tam nəzarətdə saxlayır. Ümumiyyətlə, Ermənistan rəhbərliyində əyləşmiş şəxslər bu və digər şəkildə Rusiyanın agenturasıdır. Bu cür mütəşəkkil dövlət aparatı pərakəndə, hər tərəfdən vurulmuş erməni müxalifətini dəfələrlə əzə bilər və bunu sübut ediblər. 1988-ci ilin 1 aprelində və 2008-ci ilin 1 martında belə ediblər. Erməni xalqı gözəl bilir ki, onların mütərəqqi qüvvələri dövlətin cinayətkar cəza dəstələri qarşısında zəifdir.

- Amerikalı analitik Tomas de Vaal “Amerikanın səsi”nə bildirib ki, Ermənistanın gələcəyi Avropa İttifaqıyla bağlıdır. Əgər Ermənistan Gömrük Sazişinə imza atıbsa, Avropa İttifaqıyla əlaqələri necə olacaq?

- Tomas de Vaal həmişə hadisələrin zahiri cəhətinə baxır, daxilinə o qədər də baş vura bilmir. Ermənistan Gömrük İttifaqına daxil oldu, amma bundan heç kim zəifləməyəcək, ondan sonra fərz edək ki, Avropa İttifaqıyla assosiasiya sazişi imzalayır. Nə dəyişəcək? Kağızlar imzalandı, əllər sıxıldı, badələr qaldırıldı, qəzetlər yazdı, jurnalistlər qonorarlarını aldılar, təhlilçilər boş-boş danışdı, acı həqiqət odur ki, Ermənistanın heç bir potensialı yoxdur.

- Çox təzadlı durum yaranıb, həm Gömrük Sazişinə qoşulurlar, həm də Avropa İttifaqıyla assosiasiya sazişi imzalayırlar. Bu necə izah oluna bilər?

- Avropa istəyir ki, Ermənistanda qalan 1 milyon 700 min erməni Qərbə gəlib vergi ödəyicisinin “belinə” əyləşməsin. İkincisi, müharibənin olmasını istəmirlər.

- Bəs istəklərinə nail olacaqlarmı?

- Hələlik olurlar. 20 ildir bütün prosesləri izləyəndə Qərbin nüfuzunun və imkanlarının artdığını, Rusiyanın isə əksinə, düşdüyünü görürük.

- Məgər, son illər Rusiyanın regionda nüfuzu artmırmı?

- Necə artır, mən görmürəm. Mən onu görürəm ki, Qərb strateji obyektləri nəzarətə götürüb və cəmiyyətlərdə Avropaya inteqrasiya istəyənlərin səyi artır. Hər üç Cənubi Qafqaz respublikasında vəziyyət belədir.

- Ancaq Siz iki həftə əvvəl mənə demişdiniz ki, Azərbaycan cəmiyyətində son illər Qərbə antipatiya güclənib...

- Antipatiya ona görə artıb ki, Qərbin bütün siyasətinə baxanda görürsən ki, əxlaqdan uzaq və ikili standartlara əsaslanan siyasətdir. Xüsusilə Qarabağ problemində biz bu münasibəti görürük. Lap elə Suriya olaylarında, islam dünyasına, diktatorlara münasibətdə ikili standartlar hökm sürür. Bilirsiniz, Qərbə antipatiya artanda bu, Rusiyaya simpatiyanın artması demək deyil. Xalqımızın iqtidardan zəhləsi gedir, amma bu, insanların müxalifəti sevməsi anlamına gəlməməlidir, düşərgəyə də inam yoxdur. Bəli, Qərb gerçək siyasətilə demokratik dəyərlərə kölgə salır, indi də proses davam edir və qarşısını almaq mümkün deyil. Çünki eqoist və transmilli şirkətlərin qulluğunda dayanan Qərb ölkələrinin liderləri həmişə belə edəcəklər. Təəssüf ki, bunun çarəsi yoxdur!

- Əgər Moskva Bakıya da Gömrük Sazişinə qoşulmaq üçün təzyiq etsə, Qərbin mövqeyi necə olacaq?

- Bütün Qərb dövlətləri əvvəlcə özlərini düşünürlər. Onlar düşünürlər ki, Ermənistan Gömrük Sazişinə qoşuldu, onlara zərbə oldumu, yox. Çünki Avropa İttifaqına yaxınlaşsaydı, gəlib Qərbdən pul dilənəcəkdi. Azərbaycan isə Assosiativ Sazişi heç imzalamaq da istəmir. Lap yaxşı, istəmir-istəməsin, onsuz da Azərbaycandan neft-qaz gəlir, ərazisindən də istədikləri kimi istifadə edirlər. Hələ neft pullarını Avropa malları üçün xərcləyirlər də, qoy, davam etsinlər, yəni onlara Azərbaycan və Ermənistandan heç nə lazım deyil.

- O zaman Sərkisyanın Avropa İttifaqıyla Assosiativ Sazişi imzalayıb əməkdaşlığı davam etdirəcəkləri haqqında fikrini necə izah edərdiniz?

- Onlar şeytanla da əməkdaşlıq edərlər. Ermənistanın durumu o qədər ağırdır ki, yeri gəlsə, Latın Amerikası və Afrikayla da əməkdaşlıq sazişi imzalayarlar. Təki, bir qəpik pul versinlər. Problem ondadır ki, onlar ölkənin, millətin daxilindəki qüvvələrə söykənərək Qarabağ macərasında inkişaf potensialını xərcləyiblər.

- Qayıdaq Azərbaycana, Milli Şuranın namizədi dəyişdi. Rüstəm İbrahimbəyovu professor Cəmil Həsənlinin əvəz etməsi nəyi dəyişəcək?

- Sualınız ritorikdir. Bu yaxınlarda iqtisadçı Qubad İbadoğlunun təhqiqatları göstərdi ki, əgər neftin qiyməti 80 dollar olsa, yaxın 10 ildə Azərbaycana 120 milyard gələcək, 90 dollar olsa 135 milyard, 100 dollardan çox olsa 150 milyard, yəni masanın üstündə “yağlı tikə” var. İndiyə qədər Azərbaycan sərvətlərini “nuş” edənlər razı olarmı ki, hakimiyyəti liderlərinin əksəriyyəti satqın olan müxalifətə versin? Əlbəttə verməzlər.

- Demək istəyirsiniz ki, Rüstəm İbrahimbəyovun layihəsi alınmadı?

- Çünki Rusiya həmişəki kimi namərdliyini etdi və indiyə qədər də vətəndaşlıqdan məhrum etməyiblər, görünür, seçkidən sonra edəcəklər.

- Yəni Rusiya İbrahimbəyovu aldatdımı?

- Bəli, aldatdı. Həmişə demişəm, Rusiya namərdistandır, bu ölkə kimi satmayıb?! Dünya kommunist hərəkatında olanları, sosialist ölkələrini, aldatdı, xalqını da aldadır. Hamını aldada-aldada gedir, bunlar oğru, xain bir zümrədir.

- Bu aldatmağın bir sonu olacaqmı?

- Rusiya dağılır da, elmi dağılır, alimlər, ziyalılar ölkədən qaçır, yerdə qalan hakim zümrə ölkəni dağıdır. Bir ölkənin ki qaymağı oğru və xain zümrə oldu, o məmləkətin gələcəyi yoxdu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

    Ermənistan Gömrük İttifaqına qoşula bilmədi ...

    1-05-2014, 10:19

  • 
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə güclənəcək”

    “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə ...

    7-10-2013, 12:11

  • 
  • Putin Azərbaycana qarşı "miqrant kartı"nı işə saldı

    Putin Azərbaycana qarşı "miqrant ...

    15-03-2013, 10:34

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu