GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə güclənəcək”

“9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə güclənəcək”

Tarix: 7-10-2013, 12:11 Bölmə :Siyasət Baxış: 968
 “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə güclənəcək”

Elxan Şahinoğlunun fikrincə, seçki günü ABŞ Senatında keçiriləcək dinləmələrdə rəsmi Bakıya müəyyən mesajlar verilə bilər
Oktyabrın 9-da ABŞ Senatının xarici əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komissiyasında “Şərq tərəfdaşlığı üçün həlledici an: Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan və Azərbaycan üçün perspektivlər” mövzusunda dinləmələr keçiriləcək. Təbii ki, bu dinləmələrin oktyabrın 9-da - seçki günü keçirilməsi Azərbaycana mesaj təsiri bağışlayır. Çünki bəzi məlumatlara görə, rəsmi Bakı Kremlə Avrasiya İttifaqı və Gömrük İttifaqına üzvlüklə bağlı qərarını dekabrın 15-də elan edəcəyini vəd edib. Digər tərəfdən, dinləmələrdə müzakirəyə çıxarılacaq ölkələr Rusiya üçün böyük əhəmiyyət daşıyan MDB dövlətləridir. Bu məqam ABŞ-Rusiya rəqabətinin artıq ən yüksək həddə çatmasının əlaməti də sayıla bilər.
ABŞ və Qərb artıq Ermənistanı Rusiyaya uduzub. Azərbaycanın isə Avropaya inteqrasiyanı, yoxsa Rusiya ilə yaxınlaşmanı seçəcəyi hələlik müəmmalı qalmaqdadır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, ABŞ Senatındakı Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı dinləmələrdə əsasən iki amilə görə Azərbaycanın adı digərləriylə müqayisədə daha çox hallana bilər: “Birinci amil dinləmələrin 9 oktyabra - Azərbaycanda seçki gününə təsadüf etməsiylə bağlıdır. Düzdür, bunu təsadüf saymaq mümkün olsa da, seçki günü hər hansı pozuntuların qeydə alınması beynəlxalq aləmdə, o cümlədən, ABŞ və Avropa Birliyi qurumlarında müəyyən reaksiyalar doğura bilər. Yəni Azərbaycandakı seçki ilə bağlı hay-küy Senatdakı dinləmələrdən də yan keçməyə bilər. Çünki seçki günü qeydə alınacaq pozuntular haqqında xəbərlər anında yayılacaq. İkinci amil isə ”Şərq tərəfdaşlıq proqramı" çərçivəsində Gürcüstan, Ukrayna və Moldovanın noyabrda Avropa Birliyi ilə assosiativ üzvlük anlaşması imzalayacağı ilə bağlıdır. Bu həm Brüsseli, həm də Vaşinqtonu məmnun edir. Odur ki, bu dövlətlər seçimlərini etdiklərindən dinləmələrdə onların ətrafında geniş müzakirəyə ehtiyac qalmır. Əlbəttə, Rusiyanın Ukrayna və Gürcüstana təzyiqlərindən danışılacaq, ancaq Tiflis və Kiyev qərarlarını verdiklərindən bu məsələnin üzərində çox dayanmamaq da olar. Belarus isə Şərq Tərəfdaşlıq Proqramına simvolik olaraq daxil edilib.
Demək, qalır Ermənistan və Azərbaycan. Dinləmələrdə əsas diqqət məhz bu iki dövlətin ətrafında cəmləşəcək. Ermənistanla bağlı çıxışlarda Kremlin İrəvana təzyiq etdiyi xüsusi vurğulanacaq və Moskvanın bu siyasəti pisləniləcək. Ancaq Vaşinqtonakı dinləmələrdə İrəvana xatırladıla bilər ki, İrəvan 3 il sərasər Brüsellə danışıqlar aparmasına və assosiativ üzvlük anlaşmasına yaxın olmasına baxmayaraq, sonda Rusiya prezidentinin irəli sürdüyü Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyini seçib. Bu mesaj Ermənistanın Rusiyanı seçməsinin İrəvanın Brüssel və Vaşinqtonla münasibətlərinə mənfi təsirinin əlaməti də ola bilər. Yəni kobud desək, Ukrayna, Gürcüstan və Moldova Vaşinqton və Brüssel üçün Ermənistandan bir köynək yaxın olacaq. ABŞ və Avropa Birliyinin asanlıqla Ermənistana maliyyə ayırmaları da tarixdə qalacaq. Ermənistan Rusiyanı seçibsə, demək, elə ondan da mədət ummalıdır. Rusiyanın isə Ermənistanın iqtisadi və sosial problemlərini həll etmək kimi dərdi yoxdur. Ermənistan Rusiyaya bir forpost kimi lazımdır ki, onun üzərindən həm bölgədə hərbi varlığını qorusun, həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, həm də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına imkan verməsin. Odur ki, Vaşinqtondakı dinləmələrdə Ermənistanın hansı itkiyə yol verdiyini anlatmağa çalışacaqlar".
Elxan Şahinoğlunun fikrincə, dinəmələrin ən maraqlı hissəsi Azərbaycana aid ola bilər: “Azərbaycanın seçimi bəlli deyil və Bakının neytral mövqeyini nə Vaşinqtonla Brüssel, nə də Moskva qəbul edir. Hər iki qütb Azərbaycanı yanında görmək istəyir. Azərbaycan bütün mənalarda bölgənin açar dövlətidir, ”yağlı tikə"dir. Ona görə də 9 oktyabr seçkidən sonra Azərbaycan uğrunda mübarizə bir az daha mürəkkəbləşəcək.
Azərbaycanın Qoşulmayanlar Hərəkatına qoşulması yanlış qərarıydı. Rəsmi Bakı bu quruma üzv olmaqla istəyirdi ki, həm Rusiya, həm İran, həm də ABŞ və Qərb inteqrasiya tələblərindən yayına bilsin. Ancaq alınmadı, heç kim Azərbaycandan əl çəkmədi. Əksinə, neytral olacağımızı elan etməmiz Azərbaycan uğrundakı mübarizəni bir az daha şiddətləndirdi. Çünki hər qütb Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasını rəsmi Bakının seçimdə tərəddüd etməsi kimi dəyərləndirdi. Ona görə də Azərbaycana qarşı təzyiqlər bir az da artırıldı. Məsələn, Ukrayna Avropa Birliyi ilə assosiativ üzvlük anlaşmasını imzaladıqdan sonra Moskvanın Kiyevə təzyiqi getdikcə azala bilər. Moskva indi Kiyevə ona görə təzyiq edir ki, Ukraynanı yolundan döndərə biləcəyinə ümidlidir. Ancaq Ukraynanın imzalamasından sonra Kremlin bu seçimi qəbul etməkdən başqa alternativi qalmayacaq. Çünki Moskvanın bundan sonra da Kiyevə təzyiq etməsi, artıq Avropa Birliyinin dövrəyə girməsinə əsas verəcək. Rusiya isə əsas iqtisadi tərəfdaşı olan Avropa Birliyi ilə münasibətlərini Ukraynaya görə pozmaq istəməz. Azərbaycanın da gələcəkdə məhz Avropa Birliyini seçəcəyinə şübhə yoxdur. Sadəcə, bu seçim tezləşdirilsəydi, Rusiyanın artan təzyiqləri daha erkən neytrallaşdırıla bilərdi. Neytral qaldıqca isə Moskvanın Azərbaycana qarşı təzyiqləri artacaq. Azərbaycanın əsas müttəfiqləri, QUAM-dakı tərəfdaşlarımız - Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyinin yanında yer alacaqsa, biz də orda olmalıyıq. Əslində Bakı da bunu anlayır. Prezident İlham Əliyevin çıxışlarında belə bir fikir vurğulanır ki, Azərbaycan ərzaq təhlükəsizliyini təmin etdikdən sonra qeyri-neft sektorunu inkişaf etdirmək üçün öz mallarını xarici bazara ixrac etməlidir. Aydındır ki, Azərbaycan Gömrük İttifaqına üzv olmazsa, Rusiya ilə idxal-ixrac əməliyyatlarında müəyyən problemlər yarana bilər. Belədirsə, mallarımız üçün ən münbit məkan 500 milyonluq Avropa bazarıdır. Bunun üçün isə ilk növbədə Avropa Birliyi ilə assosiativ üzvlük anlaşmasına imza atılmalıdır. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına da uyğundur".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

    “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq” ...

    24-11-2013, 11:37

  • 
  • Putindən Azərbaycana mesaj "Gəlin bir mərkəzə çevirək"

    Putindən Azərbaycana mesaj "Gəlin bir ...

    23-12-2014, 22:40

  • 
  • Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası MDB sammiti ilə eyni günə salındı

    Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası ...

    21-10-2013, 13:43

  • 
  • Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı taktiki savaşı

    Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı ...

    1-08-2013, 17:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu