GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Sülhəddin Əkbər Elçibəyə iki nəfərin adını verib”- “Niyə casus dediyi adamı oğluna kirvə tutub?”- MÜSAHİBƏ

“Sülhəddin Əkbər Elçibəyə iki nəfərin adını verib”- “Niyə casus dediyi adamı oğluna kirvə tutub?”- MÜSAHİBƏ

Tarix: 7-06-2020, 22:19 Bölmə :Müsahibə Baxış: 1 510
“Sülhəddin Əkbər Elçibəyə iki nəfərin adını verib”- “Niyə casus dediyi adamı oğluna kirvə tutub?”- MÜSAHİBƏ


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Azadlıq” radiosuna müsahibəsində maraqlı və müzakirə doğuracaq fikirlər səsləndirib

1992-1993-cü illərdə milli təhlükəzlik nazirinin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər həmin illərdə Azərbaycanda Rusiyaya casusluq edən böyük bir agentura şəbəbəkəsini aşkar etdiyini deyib. Onun sözlərinə görə, hətta SSRİ Dövlət Təhlüksəzilik Komitəsinə casusuluq edən həmin şəxslərin bir qismi AXC-Müsavat hakimiyyətində yüksək vəzifələr tutub. Bu isə Azərbaycanda dövlət çevrilişinin baş verməsi ilə nəticələnib.

Sülhəddin Əkbərin 27 ildən sonra səsləndirdiyi bu sirrlərin həqiqətə nə qədər yaxın olduğu barədə Cebhe.info-nun suallarını 1992-993-cü illərdə Azərbaycan Prezidentlik etmiş Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov cavablandırıb:

-Sülhəddin bəy iddia edir ki, Azərbaycan Xalq Cəbhəsinin yerlərdə, o cümlədən Naxçıvanda təşkilatlanmasının getdiyini və bu hərəkatı idarə edə bilməyəcəyini görən Moskva AXC-nin rəhbərliyinə öz adamlarını yerləşdirib. Bu məlumatlar həqiqətə nə qədər yaxındır?Azərbaycan Xalq Cəbhəsinin istər yerli təşkilarında, istər rəhbərliyində DTK agentləri olubmu?

-Azərbaycan Xalq Cəbhəsində, eləcə də Xalq Cəbhəsinin Naxçıvan Vilayət Şöbəsində DTK-nın agentlərinin yerləşdirilməsi barədə iddia Sülhəddin Əkbərə məxsusdur. Əgər keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini kimi onun əlində belə fakt var idisə, onu açıqlamalıydı. Xüsusi xidmət orqanları təbii ki, belə situasiyalarda Sülhəddin bəyin dediyi kimi, çalışırlar öz adamlarını alternativ təşkilatlara yerləşdirsinlər və onu nəzarətə alsınlar. Amma orada kimin agent kimi AXC-də yerləşdirilməsi və ya kimin xüsusi xidmət orqanlarına bağlı olması barədə mənim əlimdə fakt yoxdur. O zaman Azərbaycan kimi müstəqil olmayan ölkədə milli-azadlıq hərəkatı aparan bir təşkilata belə agentlərin daxil edilməsi istisna deyil. Yəni ümumi qənaət bundan ibarətdir ki, belə hal mümkündür. Lakin mən konkret faktlara malik deyiləm.

- Xalq Cəbhəsinin konstitusion yolla hakimiyyətə gəlməsinin qarşısını almaq üçün DTK onu zorakılıq müstəvisinə sürükləndiyi iddia olunub. Naxçıvanda hakimiyyətin ələ alınması,Azərbaycan-İran sərhədinin sökülməsi Xalq Cəbhəsinin dinc demokratik mübarizəsini başqa istiqamətə yönəltmək, güc tətbiq etmək və fövqəladə vəziyyət elan etmək üçün əsaslar yaratmaq məqsədi daşıyıb. Necə hesab edirsiniz, qeyd edilən hadisələr həqiqətən təxribat olub, yoxsa xalq hərəkatının artıq sərhədləri aşacaq səviyyəyə çatmasının nəticəsidir? Bu prosesi hansısa görünməyən əl idarə edib, yoxsa gerçək milli həmrəylik istəyi idi?

-Təəssüf edirəm ki, Sülhəddin Əkbər o böyüklükdə prosesin hamısını sırf DTK-nın əməlləri kimi qələmə verir. Azərbaycanda bəzi tiplər var ki, milli-azadlıq hərəkatını, xalqın iradəsinə bağlı olan prosesləri xüsusi xidmət orqanlarına bağlamağa çalışır. Azərbaycanda DTK-nın ola bilsin ki, müəyyən maraqları olub. Amma o prosesdə iştirak edənlərin əksəriyyəti Azərbaycanın birləşməsi və Bütöv Azərbaycan ideyasına inananlar olub. Dövlət Təhülkəsizlik Komitəsinin bu hadisələrdə öz marağı ola bilərdi. Amma sərhədlərin açılması qərarı 1989-cu ilin noyabr ayında AXC Naxçıvan Vilayət Şöbəsinin toplantısında qəbul olunub. Həmin qərarı qəbul edən şəxslər məlumdur. Onların bir çoxu hazırda həyatdadır, yaşayır və bu məsələyə öz münasibətlərini bildirə bilər. Arif Rəhimoğlu, Əli Şamil, Asəf Quliyev, Ramiz Tağıyev, Bünyamin Qəmbərli, Fərəc Quliyev və digər şəxslər həmin qərarın qəbulunda iştirak edib. Xalqın iki yüz ilə yaxın ürəyində yaşatdığı ideyanı səmimi şəkildə həyata keçirənlərin hamısını DTK-nın fəaliyyəti kimi qiymətləndirmək yanlışdır. Məqsədimiz Azərbaycan xalqının bütövləşməsi ilə bağlı arzularını həyata keçirməkdən ibarət olub. Ancaq DTK-ının da bu prosesdən təxribat məqsədilə istifadə etməyə çalışması istisna edilmir. DTK ilə əməkdaşlıq etmiş üç-beş nəfərin fəaliyyətini əsas götürüb bu boyda hərəkatı ləkələmək olmaz. Bu cür firkirlər Azərbaycanı istəməyən qüvvələrin, Rusiyanın maraqlarına uyğundur. Kimlərsə belə rəy yaratmağa çalışırlar ki, Azərbaycan xalqı milli-azadlıq mübarizəsi aparmayıb. Bu hərəkat guya DTK tərəfindən idarə olunub və Azərbaycanın müstəqilliyi də ovcumuza hazır düşüb. Belə deyil axı. Bütün hərəkatlarda, böyük proseslərdə xüsusi xidmət orqanlarının əməkdaşları, təxribatçı ünsürlər onu pozmağa çalışır. Lakin əsas vacib olan bunun mahiyyəti və nəticəsidir.

-Müsahibədə AXC-nin hakimiyyətə gəlməsi postsovet məkanında ilk “məxməri inqilab” adlandırılıb. Yəni xalq hakimiyyəti kimi şərh edir. Digər tərəfdən, iddia edir ki, həmin hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin bir çoxu DTK-nın agentləri olub. O, bunu aşkara çıxaranda onların siyahısını Prezident Əbülfəz Elçibəyə təqdim edib. Lakin Prezident buna laqeyd münasibət göstərib və heç bir tədbir görməyib. Belə bir hadisə olubmu?

- O müsahibə başdan-ayağa qədər ziddiyyət və təhriflərlə doludur. Onun istinad etdiyi bir çox faktlar da həqiqəti əks etdirmir. Əslində, Əbülfəz Elçibəyə bütöv bir siyahı deyil, iki nəfərin adı təqdim olunub. Sual olunur, həmin siyahının arxasında hansısa dosye və məlumatlar dayanıbmı? Çünki Sülhəddin Əkbər bir tərəfdən deyir ki, onun arxivə girişi olmayıb, arxiv bağlı olub. O zaman sual olunur ki, Sülhəddin Əkbər bu məlumatları haradan alıb? Ola bilsin ki, öz düşüncəsi əsasında belə qənaətə gəlib. Pənah Hüseyn də bununla bağlı mediaya açıqlamasında bildirib ki, bu ilk açıqlama deyil. Onun bu iddiaları 1993-1994-cü illərə gedib çıxır. Sonra da həm fərdi qaydada söhbətlərdə, həm də mətbuata verdiyi açıqlamalarda təkzib olunub. Arxivlərin açılması ilə bağlı məsələyə gəlincə, bu əsassızdır. 1992-ci il oktyabrın 22-də “Azərbaycan” qəzetində Sülhəddin Əkbərin Milli Məclisdəki çıxışı dərc olunub. Sülhəddin Əkbər orada DTK-nın arxivlərinin açılmasının doğru olmadığını bildirir. O, arxivlərin açıqlacağı təqdirdə Azərbaycanın kəşfiyyat orqanlarına və təhlükəsilzik sisteminə zərbə dəyəcəyindən danışır. Yəni arxivlərin açılmasının əleyhinə çıxır. Amma son müsahibəsində tamamilə fərqli mövqe sərgiləyir. Bu nonsendir.

-Prezidentə adları təqdim olunan iki nəfər kim olub?

- İsa Qəmbər və Pənah Hüseynin adlarını verib. Sonra da həmin adamlarla söhbətlərdə ondan imtina edib. Çünki verdiyi siyahının arxasında heç bir əsas olmayıb. Arxiv ictimai nəzarət altında açılır. Prezidentin sərəncam və fərmanı ilə açıla bilməz. DTK arxivlərinin açılması Milli Məclisin qərarı əsasında mümkün ola bilər. Bu da 1992-ci ildə müzakirə edilib. Orada ümumi normativ sənədlər qəbul olunub. Amma bu istiqamətdə işlərin davam etdirilməsi tövsiyə olunub. Arxivlərin açılmasına qadağa qoyulmayıb. Arxivlərin açılmasına etiraz edən ozamankı milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov və onun birinci müavini Sülhəddin Əkbər olub.

“Sülhəddin Əkbər Elçibəyə iki nəfərin adını verib”- “Niyə casus dediyi adamı oğluna kirvə tutub?”- MÜSAHİBƏ


- Amma müsahibədə bildirir ki, birgə yemək zamanı Əbülfəz bəy ona bir sıra sənədlərin götürülməsi şərtilə arxivlərin açılmasına razı olduğunu deyib.

- Əbülfəz Elçibəy həyatda yoxdur, Sülhəddin Əkbər də belə iddialar irəli sürür. Ümumiyyətlə, Sülhəddin Əkbərin xarakterində belə cəhətlər var. Əbülfəz bəy arxivlərin ölkədə çaxnaşma yaratmayacağı və dövlətin sütunlarına zərbə vurmayacaq halda açılmasının tərəfdarı idi. Çünki o zaman agentura sisteminin ən mühüm siyahısı Azərbaycanda deyildi. Onlar Moskvada, Rusiyanın Baş Hərbi Kəşfiyyat İdaərisndə və DTK-nın Birinci İdarəsində saxlanılırdı. DTK ilə əməkdaşlığa cəlb olunmuş azərbaycanlılar arasında yalnız ölkəmizdə deyil, başqa respublikaların da ərazisində yaşayanlar var idi. Onların arasında tələbələr, işçilər, elm adamları, Sovet ordusunda qulluq edən zabitlər var idi.

- Onların sayının 30 min nəfər olduğunu deyilir...

- O, yalnız Azərbaycan DTK tərəfindən əməkdaşlığa cəlb olunanların sayını deyir. Axı Sovet ordusunda xidmət etmiş minlərlə zabit var idi. Onların da əhəmiyyətli bir hissəsi DTK-nın gizli əməkdaşları idi. Onların siyahısını necə tapa bilərdik? Sülhəddin Əkbər öz iddialarını deyir. Onun Əbülfəz Elçibəylə görüşündə tamamilə fərqli məsələlər müzakirə olunub.

- Son illər Gürcüstanda, Ukraynada, Litvada, Latviyada lüstrasiya haqqında qanun qəbul olundu və heç bir çaxnaşma baş vermədi. Bəlkə elə o vaxt arxivlər açılsaydı, heç bir şübhə də qalmazdı?

- Həmin ölkələr arxivləri müstəqilliyin ilk illərində açmadılar. Üstündən 25 ilə yaxın vaxt ötdükdən sonra ictimai və parlament müzakirələri keçirərək bu qərarı qəbul etdilər. Sülhəddin bəy də idia edir ki, guya bir il ərzində hər şey olmalı imiş.

-Siz 1992-1993-cü illərdə Milli Məclisə sədrlik etmiş İsa Qəmbərin adını çəkdiniz. Amma necə ola bilər ki, Sülhəddin Əkbər bir tərəfdən İsa Qəmbərin DTK agenti olması barədə prezidentə məruzə etsin, eyni zamanda bildirir ki, Müdafiə və Milli Təhlükəsizlik nazirlıiklərinin birləşdirilməsi barədə razılığa gəlmişdik, İsa Qəmbər müdafiə naziri olmalı, kəşfiyyat xidməti Sülhəddin bəyin tabeliyinə verilməli imiş. Hətta bu plana görə, hərbi əməliyyat keçirib Mehridən dəhliz açılmalıymış.

- Necə ola billər ki, agent elan etdiyi İsa Qəmbərin Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin birləşdirilərək onların başına gətirilməsi və özünün də onun birinci mavini olmaq təklifi ilə çıxış edir? Necə ola bilər ki, sən agent elan etdiyin adamla 20 ildən artıq bir partiyada fəaliyyət göstərirsən? Necə ola bilər ki, sən agent hesab etdiyin adamın rəhbərlik etdiyi partiyada 8 il onun müavini olursan? Ən nəhayət, sən agent elan etdiyin adamı öz oğluna kirvə tutursan? İstərdim ki, Sülhəddin Əkbər bu suallara cavab versin. Mehri dəhlizi məsələsindən Sülhəddin Əkbərinm xəbəri olmayıb. O, yalan danışır. Mehri dəhlizinin açılması ilə bağlı məsələ Baş nazir Pənah Hüseyn, Müdafiə naziri və Baş Qərargah rəisinin iştirakı ilə müzakirə olunub. Bu məsələ ilə bağlı Pənah Hüseyn Türkiyəyə və İrana səfər edib. Hətta Türkiyə Baş Qərargahında görüş keçirib. Türkiyənin 3-cü ordusu Naxçıvan-Ermənistan sərhədində təlimlərə başlayıb. Hətta bununla bağlı Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyanın Yeltsinə məktubu var. Bundan başqa, Ermənistanın sabir təhlükəsizlik naziri David Şahnazaryan da Rusiyanın təhlükəsizlik naziri Barannikova məktub göndərmişdi. Yazmışdılar ki, Türkiyə ordusu Mehridən dəhliz açmaq istəyir. Guya Üçüncü Dünya Müharibəsi ola bilər və s. Necə ola bilər ki, Azərbaycan Silahlı Qüvvlərinin hazırladığı plan və onun həyata keçirilməsi üçün Ankaraya və Tehrana müzakirə üçün nümayəndə göndərdiyi halda, bu məsələ Sülhəddin Əkbərin ağlına gəlir, o da bunu İsa Qəmbərlə danışır, prezidentə təklif edir. Bunlar absurddur. Biz bunu sənədlərlə sübut etmişik.

- Müsahibəsdə sabiq müdafiə naziri Rəhim Qazıyev, həmin dövrdə korpus komandiri olan Surət Hüseynov, keçmiş müdafiə naziri Dadaş Rzayev barəsində də şübhəli danışırlır. Bəlkə elə qiyamı təşkil edən DTK agentləri deyərkən bu şəxslərə eyham vurur?

- Həmin müsahibəni verən şəxs xüsusi xidmət orqanı olan nazirlikdə birinci müavini işləyib. Hərbi kəşfiyyat ona deyil, xüsusi idarəyə tabe idi. Ona görə də Sülhəddin Əkbərdə xeyli adamlar barədə məlumat olub. Dadaş Rzayev Sovet ordusunun polkovniki olub. O, müəyyən səviyyədən sonra xüsusi təyinatlı polka rəhbərlik edib. Onun Rusiya ilə bağlarının olması istisna deyil. Surət Hüseynovla bağlı isə məsələ bəllidir. Sonrakı dövrdə məhkəmədə üzə çıxan sübutlar da göstərdi ki, Surət Hüseynov Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi ilə əlaqəlidir. Bunu yalnız Sülhəddin Əkbər deyil, bütün Azərbaycan cəmiyyəti bilir.

- Müsahibəki şübhəli məqama aydınlıq gətirək. Bildirir ki, mart ayının sonlarında Surət Hüseynovun başçılıq etdiyi 123 saylı polk ləğv olunub. Dörd gündən sonra isə onun əvəzində briqada yaradılıb. Bunu isə ya Prezident, ya da Müdafiə naziri edə bilərdi. Bu qərarı kim və nə üçün verib?

- Sülhəddin Əkbərin müsahibəsi başdan-ayağa yalan və təhriflərlə doludur. O, Dövlət Müdafiə Komitəsinin iclaslarında iştirak etmədiyi üçün bu məsələlərdən xəbərsizdir. Yaxud başqa niyyəti var. Sülhəddin Əkbər bütün şübhələri Əbülfəz bəyin üzərinə yönəltməyə çalışır. O hadisə belə olub- Surət Hüseynovun rəhbərlik etdiyi alay ləğv edilib. Sonradan Kəlbəcərdə vəziyyət gərginləşəndə, aprel ayının 1-də Dövlət Müdafiə Komitəsinin iclası keçirilib. Ləğv olunmuş hərbi alayın bazasında yeni briqadanın yaradılması qərara alınıb, başqa şəxs də oraya komandir təyin edilib. Bu, nə Prezidentin sərəncamı ilə, nə də Müdafiə naziri Dadaş Rzayevin əmri ilə yaradılıb. Sülhəddin Əkbər yalan danışır.

- Sizcə, 27 il susduqdan sonra o, nə üçün məhz indi belə açıqlama verməyə başlayıb?

- Susmasını özünə qarşı təzyiqlərlə əsaslandırıb. Amma konkret fakta söykənmir. Deyir ki, düşündüm, təhlil etdim, qənaətə gəldim. O iddia edir ki, Əbülfəz Elçibəyin Heydər Əliyevlə görüşündə hakimiyyətin bölüşdürülməsi məsələsi müzakirə olunub. Guya Ayaz Mütəllibov prezident, Heydər Əliyev Milli Məclisin sədri, Etibar Məmmədov da baş nazir olmalı imiş. Bu necə hakimiyyət bölgüsüdür? Bu, başqa məsələdir. Ayaz Mütəllibov, Rəhim Qazıyev, Qurban Xəlilovun kürəkəni, Qraçov, Barannikov, Baş Hərbi Kəşfiyyat İdarəsinin yüksək rütbəlli generallarının iştirakı ilə Azərbaycanda müzakirə olunub və qərara alınıb ki, Ali Sovetin sessiyası çağırılır və Elçibəyə impiçment elan edilir. Ayaz Mütəllibov da prezident gətirilir. Azərbaycanın Rusiyadakı səfirliyi də bu məlumatı xüsusi teleqramla Azərbaycan hakimiyyətinə çatdırıb. Sülhəddin Əkbər də bu məlumatları dolaşıq salır. Deyir ki, aprel ayından sonra Prezident Elçibəylə görüşməyib. Bu yalandır. May ayının 28-də Gəncədə Cümhruyyətin 75 illik tədbirlərinə getmək istəyən İsa Qəmbərin orada girov götürüləcəyini və qiyamın başlayacağı xəbərini Prezidentə Sülhəddin Əkbər verib. Amma yalandan deyir ki, mən Prezidentlə görüşməmişəm.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qapalı görüşün bir razılaşması - Sülhəddin Əkbərin partiyası qeydiyyata alınacaq (ÖZƏL)

    Qapalı görüşün bir razılaşması - Sülhəddin ...

    13-12-2014, 22:57

  • 
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon söhbəti – (Audio)

    Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon ...

    24-09-2013, 15:25

  • 
  • Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı

    Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı ...

    10-10-2014, 17:58

  • 
  • Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya

    Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya ...

    24-07-2013, 11:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu