GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi - ŞOK MÜSAHİBƏ

Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi - ŞOK MÜSAHİBƏ

Tarix: 17-06-2020, 15:18 Bölmə :Müsahibə Baxış: 1 454
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi - ŞOK MÜSAHİBƏ


GundemXeber.Az bildirir ki, Heydər Əliyevi xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət üçün müraciət etmiş məşhur 91-lərdən olan Vüqar İsmayılov KONKRET.az-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

Əvvəli bu linkdə (https://konkret.az/eli-nagiyev-mene-heyder-eliyevle-gorusmeye-cidd-cehdle-mane-oldu/)

– Bəs siz sonra nə etdiniz?

– İllər keçdi, ailə qurdum, evim yox idi. Nə qədər müxtəlif yerlərdə kirayələrdə qaldım, işim gücüm də yox idi. Yoxsulluq və aclıqdan taqətim kəsilmişdi. Tanışlar məsləhət gördülər ki “get kişinin qəbuluna düş, vəziyyətini ona bildir”. Artıq heç fəhləlik işi də tapılmırdı, tapılanda da orda- burda fəhləlik edirdim. Məni tanıyanlar dəhşətə gəlirdilər ki, “inana bilmirik”, çox ağır sınaqlardan keçərək bu günə gəlib çatdım, hələ də bir balaca daxmada kirayədə qalıram, hələ də işsizəm, “bomj”am.

Nə isə, illər keçəndən sonra gəldim informasiya naziri Sirus Təbrizlinin iş yerinə, o məni görən kimi dərhal tanıdı, bağrına basdı, dedi ki, “haralardasan?, niyə ortalıqda yoxsan?”. Əyləşdik onun kabinetində və mən vəziyyətimi ona danışdım. “Çoxları xilas oldu, mən isə batdım”, – deyə əlavə elədim. O dəhşətə gəldi, yumruğunu stolun üstünə çırparaq Əli Həsənova zəng elədi və dedi “Sən bilirsən, bu dəqiqə mənim yanımda kim var? Kişinin ən yaxın dostu! Sən onu təcili qəbul etməlisən və ona kömək etməlisən!”. O cavab verdi ki, “baş üstə !”. Bu anda yadıma düşdü ki, bizim keçdiyimiz bu yollarda nə Əli Həsənov iştirak edib, nə də Ramiz Mehdiyev. Yəni onlar bizim aramızda omayıblar, bəs hardan, necə gəlib o vəzifələrə düşüblər.

Bildim ki, Əli Həsənov mənə heç bir köməklik etməyəcək, Sirus bəy isə çox əsəbi danışırdı, üstüörütülü şəkildə kimlər barədəsə.

Nə isə… Mən getdim Prezident Aparatına, çatan kimi rahat düşdüm onun qəbuluna, Əli Həsənov məni görən kimi barmaqlarını bir-birinə sürtərək və gözlərini cippildədərək belə bir sual verdi ki “biz səndən harda istifadə edə bilərik?” Dedim ki, məni yalnız Prezident başa düşə bilər, siz ona mənim barəmdə məlumat versəniz, o məni qəbul edər və problemlərimi həll edər”. O isə dedi ki, “bu, mümkün deyil”. O məni göndərdi Xeyrəddin Qocanın yanına ki, “Yeni Azərbaycan” qəzetində rəsmi işə düzəlim. Getdim, Xeyrəddin məni əvvəldən tanıyırdı deyə gözəl qarşıladı, amma Əli Həsənovun adını eşidən kimi bərk əsəbləşdi və dedi ki, “mənim ştatımda yer yoxdur, incimə”. Sonra Şəhriyar klubunda YAP-ın toplantısında iştirak etdim və Əli Həsənovla üz – üzə gəldim, o məndən soruşdu ki “nooldu məsələ?”, dedim “sizin adınızı eşidən kimi o, əsəbləşdi və məni işə götürmədi”. Dedi “çox təəssüf” və çıxdı getdi.

– Əli Həsənov sizə niyə belə laqeyd münasibət bəslədi ki?

– Mən onunla görüşəndə çox ciddi şəkildə bildirdim ki, “Mən Heydər Əliyevə xidmət etmişəm və O bilər ki, mən harda və necə fayda verə bilərəm. Hələ də anlamıram, “necə yəni, nə üçün, niyə, nəyə görə, Əli Həsənov Heydər Əliyevə bu barədə məlumat vermədi?”

– Siz bütün bunlardan sonra yəqin ki, həvəsdən düşdünüz?

– Xeyr. Heydər Əliyev (Allah ona rəhmət eləsin!) dünyasını dəyişən günə qədər dəfələrlə Prezident Aparatına getdim. Heç bir halda mənim sözümü, səsimi Heydər Əliyevə çatdırmadılar. Orada Heydər Əliyevin müşaviri Eldar Namazovla görüşdüm, həmin albomu ona verib dedim ki, “əgər bunu kişiyə göstərsəniz, o məni xatırlayar və qəbul edər”. Hərşeyi danışdım ona, o məni arxayınlaşdırdı və mən qırx gün gözlədim və hər həftə ona zəng elədim. Axırda gəldim Prezident Aparatına zəng elədim Eldara ki, düş aşağı görüşək görək vəziyyət nə yerdə qaldı, o düşdü aşağı, əlində də həmin albom və mənə dedi ki, “Bağışla, mən bunu heç cür ona çatdıra bilmədim”. Və mən çıxıb getdim. Beləliklə, bir dəfəlik ictimai-siyasi fəaliyyətdən uzaqlaşdım. O vaxtdan sonra bir də heç vaxt o tərəflərə ayaq basmadım , heç kimi axtarmadım, heç kimi narahat etmədim. Çünki öz taleyimə inamım tamam öldü və taleyimlə barışdım. O dövrdə qəzetlər məndən yazırdılar, yazılardan birinin də başlığı belə idi ki, “91 – lərdən biri bomjdur”.

Bir neçə il bundan qabaq indiki prezident jurnalistlərə ev paylayanda təsəvvür edin ki, mən necə için-için ağladım, mənə cəmi bir otaqlı daxma ya koma və bir də sadəcə çörək lazımdır, o isə mənə qismət olmadı. Baxmayaraq ki, mən YAP-ın və bu dövlətin yaranması üçün ən çox fədakarlıqla könüllü əziyyət çəkənlərdən biri olmuşam. Dünyada belə paradoksal hallar olurmuş.

– Sirus Təbrizli ilə sonralar görüşdünüzmü?

– Dörd dəfə onunla təmasda olmuşam. Birinci dəfə 1992-ci ilin noyabr ayında Naxçıvanda, ikinci dəfə 1993-cü ilin qışında Faiq Hüsiyevlə birlikdə evində, üçüncü dəfə baba hakimiyyətdə olanda Sirus bəyin kabinetində, dördüncü dəfə bir dəfə telefon danışığında. Bu son rabitə belə olmuşdu ki, “Yeni Müsavat qəzetindən bir müxbir mənə zəng etmişdi ki “rica edirəm mütləq görüşək və mən sizdən müsahibə götürmək istəyirəm”. Mən əvvəl razılaşmadım. O isə əl çəkmədi, günlərlə israrla zəng etdi və hər dəfə xahiş etdi. Sonda razılaşdım, görüşdük, müsahibə verdim və müsahibə qəzetdə çıxan kimi dərhal mənə zəng gəldi. Bu, Sirus bəyin səsi idi, dərhal tanıdım o səsi. O dedi ki “mən sənin müsahibəni oxudum, mənə çox təsir etdi, vəziyyət çox kritikdir və heç də hər şey bizim arzuladığımız kimi deyil”. O rica edirdi ki, “gəl görüşək, dərdləşək, müzakirələr edək”. Mən ona belə cavab verdim ki “Mən müsahibəni könülsüz və yarımçıq vermişəm, çünki çox israr etdilər. Qaldı sizinlə görüşmək məsələsinə, buna ehtiyac görmürəm. Çünki bu bizim hər ikimizin həyatı üçün çox böyük təhlükə yarada bilər”.

O ikinci dəfə israrla zəng etdi və bir daha ona təkrarən öz mövqeyimi bildirdim. Yəqin ki, o nə demək istədiyimi və mövqeyimi anladı və biz təbii olaraq görüşmədik. Bir neçə vaxtdan sonra qəzetlər onun ölümü barədə yazırdılar…

Müsahibəni aldı: Fadil Paşayev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bomj"12 yaşlı qızı zorlayıb

    "Bomj"12 yaşlı qızı zorlayıb ...

    14-05-2014, 15:19

  • 
  • Bakıda gənc "bomj"u öldürdü

    Bakıda gənc "bomj"u öldürdü ...

    25-09-2014, 11:37

  • 
  • Bakıda köşk yandı, “bomj” xəsarət aldı

    Bakıda köşk yandı, “bomj” xəsarət aldı ...

    20-11-2014, 00:31

  • 
  • "Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

    "Koroğlu" firmasından ŞİKAYƏT - ...

    10-10-2018, 13:29

  • 
  • Əli Nağıyev: “Mənim bir namizədim var”

    Əli Nağıyev: “Mənim bir namizədim var” ...

    19-07-2013, 13:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu