GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Leyla Yunus: "Azərbaycanda dəhşətli repressiyalar gedir"

Leyla Yunus: "Azərbaycanda dəhşətli repressiyalar gedir"

Tarix: 29-07-2020, 14:20 Bölmə :Müsahibə Baxış: 1 958
Leyla Yunus: "Azərbaycanda dəhşətli repressiyalar gedir"


"Onsuz da söz azadlığı yoxdur, qeyri-hökümət təşkilatları yoxdur, indi isə istəyir ki, müxalifət partiyaları da olmasın,” deyə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus prezident İlham Əliyevin müxalifətə qarşı start verdiyi son həbs kampaniyasını dəyərləndirib.

İnstitut iyulun 27-də Azərbaycanda genişmiqyaslı repressiyalar başlığı altında bəyanat yayıb. Bəyanatda bir çox avtoritar ölkələrin diktatorlarının COVID-19 pandemiyasından dissindentlərin, söz azadlığının və müxalfətin susdurulması üçün istifadə etdiyi bildirilir. "Azərbaycan diktatoru İlham Əliyev müxalif fikirli insanlara qarşı ən qəddar repressiyaları həyata keçirib," bəyanatda bildirilir.

Əsas məqsəd göstərməkdir ki, Azərbaycanda dəhşətli repressiyalar gedir.
Bəyanatda iyulun 14-də Bakının mərkəzində Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən yürüşdən sonra İlham Əliyevin iyulun 21-də etdiyi çıxışda müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham etdiyi və bundan sonra bir neçə sutka ərzində təxminən 150 nəfərin saxlanıldığı yazılıb. Bəyanatda həmçinin ictimai asayişin pozulması, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi ittihamları ilə cinayət işi qaldırılan 29 nəfərin adı sadalanır.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Amerikanın Səsinə müsahibədə Azərbaycandakı son həbslər, təşəbbüskarı olduğu bəyanatın məqsədi və beynəlxalq ictimaiyyətdən gözləntilərdən bəhs edib.

Leyla Yunus İlham Əliyevin COVID-19 pandemiyasından vətəndaş cəmiyyətini dağıtmaq üçün istifadə etdiyini və onun məqsədinin müxalifətdə heç kimin qalmamasının, söz azadlığının olmamasının olduğunu söyləyib.

O, bu bəyanatı Avropa Şurası, Avropa Birliyi, ATƏT və BMT kimi beynəlxalq təşkilatlara ünvanladığını deyib: “Əsas məqsəd göstərməkdir ki, Azərbaycanda dəhşətli repressiyalar gedir.”

Leyla Yunus deyib ki, Sülh və Demokratiya İnstitutunun iyulun 27-də yaydığı bəyanatda 29 nəfərin adı çəkilsə də, bəyanat yayılandan sonra daha bir nəfər həbs olunub və beləcə onların sayı 30-a çatıb.
Leyla Yunus İlham Əliyevin iyulun 21-də etdiyi çıxışında müxalifəti çevriliş etmək istədiyini və onların konstitusion rejimi dağıtmaq istədiyini deməsini "əfsanə" adlandırıb. O, sosial mediada yer alan görüntülərdə iyulun 14-də Milli Məclisin binasında daxil olan insanın Dövlət Təhlükəsizlik Xidmətinin generalı Rauf Xələfovun olduğunun göstərildiyini deyərək, bunun yazılmış bir ssenari olduğunu söyləyib. “Bunların məqsədi repressiyaları davam etdirməkdir,” o deyib.

“Diktator istəyir ki, vətəndaş cəmiyyəti olmasın, hər kəs sussun. Bu, sovet vaxtında, 30-illərdə də belə olub. Vətəndaşlar söz deməyə qoxurdular. İndi isə 1930-cu illər deyil, indi 21-ci əsrdir. Ancaq o, söz azadlığından qorxur və çalışır ki, bir nəfər də ona qarşı çıxmasın,” Leyla Yunus bildirib.

Leyla Yunus Sülh və Demokratiya İnstitutunun bəyanatını Avropa Şurasının hesabatçısı Sunna Evarsdottirə, AŞPA komissarına və digər qurumlara göndərdiyi və onların diqqətini məsələyə çəkməyə çalışdığını bildirib. Onun fikrincə hazırda bir çox yerdə tətbiq olunan karantin rejimi və yay tətili səbəbilə məsələyə çox diqqət ayrılmır. “Amma mən əminəm ki, bəyanatlar olacaq və bu məsələyə diqqət ayrılacaq,” Leyla Yunus deyib.

Diktator istəyir ki, vətəndaş cəmiyyəti olmasın, hər kəs sussun. Bu, Sovet vaxtında, 30-illərdə də belə olub. Vətəndaşlar söz deməyə qoxurdular. İndi isə 1930-cu illər deyil, indi 21-ci əsrdir. Ancaq o söz azadlığından qorxur və çalışır ki, bir nəfər də ona qarşı çıxmasın.
Leyla Yunus Süh və Demokratiya İnstitutunun avqustun əvvəlində yeni məhbus siyahısı dərc etməyi planlaşdırdığını deyib. O sonuncu dəfə siyasi məhbusların sayının 158 olduğunu, bu dəfə isə 190-a çıxa biləcəyini qeyd edib.

“Hamı başa düşür ki, Putin diktatordur, Rusiyada demokratiya yoxdur. Ancaq Rusiyada əhali 140 milyondan çoxdur, siyasi dustaqların sayı isə təxminən 200-ə yaxındır. Azərbaycanda əhali 10 milyondur, amma 190 siyasi dustaq var. Bu, onu göstərir ki Azərbaycan Rusiyanı da, Türkmənistanı da keçib. İlham Əliyev Şimali Koreyaya üz tutub,” o deyib.

Leyla Yunus İlham Əliyevin pandemiyadan repressiyaları davam etmək üçün istifadə etdiyini bildirib. Onun sözlərinə görə, pandemiya səbəbilə hesabatçılar, mətbuat işçiləri səyahət edə bilmirlər və bu repressiyaları davam edib, vətəndaşları həbs etmək üçün ən yaxşı vaxtdır. “O pandemiyadan, daha sonra Ermənistanla toqquşmadan istifadə edir ki, Azərbaycanda müxalifət qalmasın,” Leyla Yunus deyib.

Qısa tarixçə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leyla Yunusa təzyiq var

    Leyla Yunusa təzyiq var ...

    15-08-2014, 17:02

  • 
  • Leyla Yunus MTN-in təcridxanasına köçürüldü

    Leyla Yunus MTN-in təcridxanasına köçürüldü ...

    20-10-2014, 11:16

  • 
  • Amnesty İnternational: Seçkilər repressiyalar fonunda keçir

    Amnesty İnternational: Seçkilər repressiyalar ...

    8-10-2013, 22:07

  • 
  • Leyla Yunus: "Ölkədə 38 "vicdan məhbusu" və 97 siyasi məhbus var"

    Leyla Yunus: "Ölkədə 38 "vicdan ...

    23-01-2014, 12:35

  • 
  • Hüquq müdafiə təşkilatları işgəncələri pisləyən bəyanat yayıb

    Hüquq müdafiə təşkilatları işgəncələri pisləyən ...

    8-02-2019, 14:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu