GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycan od üstündə olan südə bənzəyir və hər an aşıb-daşa bilər

Azərbaycan od üstündə olan südə bənzəyir və hər an aşıb-daşa bilər

Tarix: 22-09-2013, 23:51 Bölmə :Müsahibə Baxış: 840
Azərbaycan od üstündə olan südə bənzəyir və hər an aşıb-daşa bilər

Əvəz Temirxan: “Xalq artıq bu iqtidardan üz döndərib”

Suallara Azərbaycan Liberal Partiyasının sədri, Milli Şuranın üzvü Əvəz Temirxan cavab verib. O, əsasən ALP-nin Milli Şura ilə əlaqələrindən, vahid namizədə münasibətlərindən bəhs edib, seçki kampaniyasından, Cəmil Həsənliyə olan hücumlardan danışıb.
- Siz Milli Şurada təmsil olunub vahid namizəd Cəmil Həsənlini müdafiə edirsinizmi?
- Liberal Partiya bütün üzvlərini və tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə, habelə onunla seçicilərin arasında sentiyabrın 22-də keçiriləcək görüşə dəvət edir. Liberal Partiya Cəmil Həsənlini müdafiə edir və vahid namizədin seçki qərargahının məsləhət bildiyi şəkildə bu prosesdə iştirak edir. Biz vahid namizədi birmənalı dəstəkləyirik.
- Siz və ya Lalə Şövkət Cəmil Həsənlinin seçki qərargahında təmsil olunurmu?
- Siz təmsilçilik deyəndə nəyi nəzərdə tutursunuz?
- Siz siyasətçisiniz və təmsilçilik sözünün mənasını da bilməmiş deyilsiniz...
- Təmsilçilik nə deməkdir, nətəri olur? Biz Milli Şuranın üzvüyük və vahid namizədi də dəstəkləyirik. Hər kəsi də, ona səs verməyə çağırırıq.
- Liberal Partiyanın mütəxəssisləri Cəmil Həsənlinin seçki qərargahında təmsil olunurmu?
- Daha yaxşı olardı ki, bu haqda seçki qərargahının rəhbərlərindən soruşun və sualınıza cavab alın.
- Mən seçki qərargahının rəhbərinə deyil, ALP-nin sədrinə sual edirəm...
- Mən sizə cavab verirəm: biz seçkilərə iştirak edir və vahid namizəd Cəmil Həsənlini müdafiə edirik. Cəmil Həsənli və onun seçki qərargahı bizim bu prosesdə necə iştirak etməyimizi məsləhət görsə, biz də o formada iştirakımızı davam etdirəcəyik.
- Milli Şuranın fəaliyyəti sizi qane edirmi?
- Nədənsə tam razı olmaq həmin qurumun ideal olması demək olardı. Bu zman isə inkişaf dayanardı. Milli Şura mümkün olan qədər fəaliyyət göstərir və bizdə bunu qeyd edirik.
- Milli Şuranın sentiyabrın sessiyası haqqında sizə öncədən informasiya verilibmi?
- Bu haqda eşitmişəm.
- Sessiyaya dəvət olunmusunuzmu?
- Siz elə sual verirsiniz ki, mən buna mətəəl qalıram. Şübhəsiz ki, sessiyaya Milli Şura üzvlərinin hamısı dəvət edilir.
- İştirak edəsdinizmi?
- Siz qəribə insansınız...
- Sual konkretdir.
- Sessiya olacaq, sizdə baxarsınız və görərsiniz.
- Siz nəyə görə, Milli Şuradan uzaqlaşmısınız ?
- Sessiya olanda görəcəksiniz.
- Nədən Milli Şura haqda qısa və maraqsız cavablar verirsiniz, bu Milli Şura ilə yollarınızı ayırmağınızın göstəricisidirmi?
- Suala geniş cavab verəndə jurnalist dostlarımız onu konteksdən çıxarırlar. Odur ki, çalışıb suallara qısa cavab veririk.
- Bizim suallarımız konkretdir. Lalə Şövkət tərəfdarlarını Milli Şuranın 22 sentyabr mitinqinə dəvət edib. Lalə Şövkətin özü bu aksiyada iştirak edəcəkmi?
- Əfəndim, mitinqdə görəcəksiniz.
- Nəyi görəcəyik?
- Siz müstəntiq kimi davranırsınız. Sual vermək sizin, cavab vermək isə mənim hüququmdur.
- Siz əsasən görərsiniz, bilərsiniz, eşidərsiniz şəklində cavab verirsiniz. Nədən?
- Ona görə ki, sizə nəsə deyəndə onu konteksdən çıxarır və başlığa qoyursunuz. Beləcə adamın əsəbləri ilə oynayırsınız. Mən sizə nə deyim? Bütün jurnalistlər belədir. Sizə sual edir, nələrisə soruşur, sonda isə özünə lazım olanı konteksdən çıxarırsınız. Siz də sualı verib cavabınızı aldınız. Əlbəttə, mən konkret sizi demirəm, amma bizim fikirlərimizi dəfələrlə təhrif ediblər.
- Lalə Şövkət mitinqə gəlib çıxış edəcəkmi?
- Hesab edirəm ki, sualınıza cavab verdim. Siz özünüz mitinqə gəlib iştirak edin və orada da görün.
- Biz son mitinqlərdə iştirak edirik, nədənsə Lalə Şövkətin iştirakını görmürük...
- Siz zorla sualınıza cavab istəyir, NKVD-nin müstəntiqi kimi davranırsınız. Suallarınzla heç də jurnalistə bənzəmirsiniz. Mən cavab verdim, indi neyləyəm ki, bu sizə sərf etmir.
- Liberal Partiya Milli Şuranın mitinq komitəsində təmsil olunurmu?
- Biz tərəfdarlarımızı mitinqə dəvət edirik.
- Azərbaycan iqtidarının seçki siyasətini necə qiymətləndirirsiniz?
- İctimai Televiziyadakı son debat hər şeyi ortaya qoydu. Azərbayan hökumətinin seçki siyasəti çox zəif siyasətdir və rəqiblərindən qorxur. Hakimiyyət qeydə aldığı süni namizədlərlə əsas müxalifətin namizədi Cəmil Həsənlinin üzərinə gəlməklə kimdən çəkindiyini büruzə verir. Mən demirəm ki, namizədlərin hamısı sünidir. Amma kimki Cəmil Həsənlinin üzərinə gəlir, göstərir ki, iqtidar zəif olduğuna görə özünə köməkçilər tapır. Hakimiyyətin namizədi Milli Şuranın vahid namizədi ilə üz-üzə çıxa bilmir.
- Cəmil Həsənli doğurdanmı saxta yollarla təqaüdə çıxıb?
- Bu gülməlidir və müzakirə belə edilə bilməz. İkincisi, gəlin bu hakimiyyətin saxtakarlıqlarını tərəzinin bir gözünə, Cəmil Həsənlinin əməllərini isə o biri gözə qoyaq. Tərəzi inanın ki, bu zaman taraz durmayacaq. Ümumiyyətlə siyasi və mənəvi etikaya sığmır ki, sən şəxsin xəstəliyi ilə əlaqədar ortaya sənəd qoyasan. Cəmil Həsənli xəstə olmasaydı, ona bu sənəd verilməzdi. Həmdə Cəmil Həsənli bu sənədi xaricdən almayıb, ona bu sənədi elə iqtidar nümayəndələri verib.
- İlham Əliyev neçə gündür ki, rayonlara intensiv səfərlər edir, insanlarla görüşür. Sizcə, o istədiyi səsi ala biləcəkmi?
- Üstəlik əlavə edin ki, müxalifəti də rayonlara çıxmağa qoymurlar. Bu sanki boks yarışında rəqibin birinin əlini bağlayıb ona zərbələr endirməkdir. Azərbaycan iqtidarının hərəkətləri buna bənzəyir. Azərbaycan iqtidarı azərbaycan xalqından səs almaq iqtidarında deyil. Odur ki, bu səfərlərin elədə əhəmiyyəti yoxdur. Xalq artıq bu iqtidardan üz döndərib. Bu artıq reallıqdır.
- Seçki saxtakarlığının qarşısının alınması üçün hansı addımlar atılmalıdır, Milli Şuranın bu imkanı varmı?
- Nəzəriyyəyə görə, hər bir seçici öz səsini qorumalıdır. Yəni vətəndaş seçki məntəqəsinin qarşısına gələrək səsi haqda düşünməlidir. Məntiqə görə belə olmalıdır. Amma belə olub-olmayacağını yaxın gələcək göstərəcək.
- Seçki fəallığı aşağıdır. Azərbaycan xalqı azad və ədalətli seçkilərin keçiriləcəyinə inanmır.
- Bəli, azərbaycan xalqı azad və ədalətli seçkilərin keçirilməsinə tam hazırdır. Əgər Azərbaycan iqtidarı beynəlxalq irtica ilə birləşərək xalqımızın səsini oğurlayırsa, səsini tapdalayrsa, xalqda irtica qarşısında gücsüz olduğunu görürsə, buna görə xalqımızı qınamaq lazım deyil. Bu gün çoxları iddia edir ki, siyasi liderlər yerlərində deyillər. Mən bu fikirlərlə razılaşmıram. Bu adamların həm ali təhsili var, həm də siyasi. Buyurub meydana çıxsınlar, liderlik etsinlər. Buyurub həmin insanlar ortaya çıxsınlar. Bu baş vermir, əvəzində ittihamlar səslənir.
- Jurnalist Pərviz Haşımlının həbsini necə qiymətləndirmək olar?
- Biabırçılıqdır. Liberal Partiya bəyanat verib. Biz hesab edirik ki, bütün bunlar repressiyadır. Biz buna nə şərh verməliyik ki? Hesab edirik ki, bu siyasi repressiyadır. Sabah sizin də, mənim də cibimdən tank çıxa bilər.
- Beynəlxalq aləmin, güc mərkəzlərin Azərbaycanda seçkilərə münasibəti hansı prizma əsasənda formalaşır?
- Elə mürtəcə qüvvələr var ki,Azərbaycanda təyinatlı seçki keçirməkdə maraqlıdır. Mütərəqqi qüvvələr isə normal və ədalətli seçkilərin keçirilməsindən yanadır. Yəni demək olmaz ki, bütün beynəlxaq qüvvələr hakimiyyətin düşündüyü kimi düşünür. Beynəlxalq irticanın mərkəzi Strasburqdadır. Mən Avropa Şurasını və onun Parlament Assambleyasını nəzərdə tuturam. Mən AŞ PA-nın seçkiləri müşahidə missiyasının üzünə dedim ki, Azərbaycan xalqı korrupsiya deyəndə iqtidarı, iqtidar deyəndə isə Avropa Şurası Parlament Assambleyasını nəzərdə tutur. AŞ PA təpədən-dırnağa qədər satılan qurumdur. Bu həqiqətdir. Amma əlbəttə ki, orada da az miqdarda təmiz insanlar var. AXCP sədri Əli Kərimli və ACP sədri Sülhəddin Əkbərdə onları ciddi şəkildə tənqid etdi. Onlar anladılar ki, müxalifət onlarla əvvəlki kimi danışmır. ATƏT-in də münasibəti o qədər də ürək açan deyil. Amma onlar nisbətən reallığı əks etdirən mövqe nümayiş etdirirlər.
- Niyə hökumət ATƏT-in son hesabatını ciddi şəkildə tənqid etdi, hesabatda xüsusi tənqidlər yox idi ?
- Hökumət o qədər zəifdir ki, kiçik bir obyektiv tənqiqi belə özünə yaxın buraxmır. Bu açıq-aydın görünür.
- ABŞ-ın seçkilərə münasibəti haqqında fikirlər söyləmək olarmı?
- ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Tomas Meliyanın ölkəyə buraxılmaması göstərir ki, Amerikanın bizdəki seçkilərə münasibəti tənqididir. Meliya ABŞ-da Avrasiya siyasətini müəyyən edən bir neçə şəxsdən biridir. ABŞ diplomatiyası reallıqları nəzərə alaraq, öz mövqelrini itirməmək, vəziyyəti kəskinləşdirməmək naminə bunu qabartmır. Amma görünən budur ki, Azərbaycan iqtidarı ABŞ-ın bu mövqeyindən çox qıcıqlanıb.
- Novruz Məmmədovun ABŞ səfərini necə şərh etmək olar?
- Məncə, bunu münasibətlərdə yaranan indiki soyuqluğu aradan qaldırmağa edilən bir cəhd kimi də qiymətləndirmək olar. Amma bunun baş tutub-tutmayacağı bəlli deyil.
- Böyük Britaniya Azərbaycan siyasəti üçün nə dərəcədə əhəmiyyətlidir?
- Əhəmiyyəti böyükdür.Azərbaycan-Britaniya münasibətlərinin ölkəmizdəki demokratik proseslərə təsiri böyükdür. Ancaq hələlik azad və ədalətli seçkilər yoxdursa, deməli demokratik mərkəzlərin Azərbaycana yetərincə dəstək verməsi haqda danışmaq doğru olmazdı.
- Demək olarmı ki, seçkinin taleyi həll edilib və Əliyev çox asanlıqla prezident postunu əlində saxlayacaq?
- Mən belə düşünmürəm. Hər an, hər şey dəyişə bilər. Azərbaycan xalqının xarakteri od üstündə südə bənzəyir və hər an qəfildən daşa bilər. Bunu heç kim unutmasın. Ola bilər ki, xalqımız dözsün-dözsün və qəfildən daşsın. Üstəlik hesab edirəm ki, hakimiyyət daxilində göründüyünün əksinə olaraq birlik yoxdur. Əgər belə olmasaydı bu yaxınlara qədər iki namizəd haqda düşünülməzdi. Bu iqtidar özünə yaxın olan siyasi partiyalardan belə çəkinir və onların bir-birilə əməkdaşlıq etməsinə imkan vermir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Lalə Şövkətlə görüşündən danışdı

    Cəmil Həsənli Lalə Şövkətlə görüşündən danışdı ...

    10-09-2013, 12:37

  • 
  • Cəmil Həsənli Lalə Şövkətlə görüşəcək

    Cəmil Həsənli Lalə Şövkətlə görüşəcək ...

    9-09-2013, 16:00

  • 
  • Lalə Şövkətin partiyası Cəmil Həsənliyə qarşı çıxdı

    Lalə Şövkətin partiyası Cəmil Həsənliyə qarşı ...

    23-08-2013, 14:38

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • Əvəz Temirxan Milli Şuradan çıxdı

    Əvəz Temirxan Milli Şuradan çıxdı ...

    24-10-2013, 17:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu