GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İsa Qəmbər: “Hakimiyyət bütün ümidini saxtalaşdırmaya bağlayıb”

İsa Qəmbər: “Hakimiyyət bütün ümidini saxtalaşdırmaya bağlayıb”

Tarix: 24-09-2013, 21:47 Bölmə :Müsahibə Baxış: 973
 İsa Qəmbər: “Hakimiyyət bütün ümidini saxtalaşdırmaya bağlayıb”

Müsavat başqanı İsa Qəmbərin Savash.org saytına müsahibəsi
- Milli Şuranın 22 sentyabr mitinqi gözləntilərinizi doğrultdumu? Gələnlərin sayı və əhatə dairəsi baxımından nəticəni nə dərəcədə uğurlu hesab etmək olar?

- Hələlik bu mitinq 2013-cü ilin prezident seçkisi ilə bağlı keçirilən ən güclü, ən çoxsaylı aksiyadır. Buna bənzər bir tədbiri nə hakimiyyət, nə də başqa namizədlər keçiriblər və keçirəcəklərinə də şübhə edirəm. Biz mitinqlərimizi davam edəcəyik, bundan daha gözəl mitinqlər keçirməyə çalışacağıq. Bu aksiya ilə bağlı ictimai fikir çox müsbətdir. Mən gənclərin mitinqdəki fəallığından böyük zövq aldım. Gənclər çox yaxşı hazırlaşmışdılar, çox yaradıcı, maraqlı şüarları var idi, çox coşqun idilər. Onların bizimlə birlikdə olması qələbəmizi şərtləndirən əsas amillərdəndir. Yolumuza davam edəcəyik və təbii ki, əldə olunan nəticə ilə kifayətlənməyəcəyik, daha yaxşı aksiyalar keçirməyə çalışacağıq. 22 sentyabr mitinqi ilə bağlı xeyli irad, tənqid eşidirik. Bu normaldır. Biz tənqid eşitməyə hər zaman hazırıq.

- Milli Şuranın ilk böyük aksiyası təbliğat kampaniyası başlayandan bir həftə sonra keçirildi, növbəti aksiyalar da yenə bir həftə sonraya təyin edilib. 21 günlük təbliğat dövrü üçün bu temp çox yavaş deyilmi? Birləşmiş müxalifətin yaratdığı qurumda qüvvə çatışmazlığımı var?

- Vaxt çox məhduddur. Seçki kampaniyasının müddəti həddindən artıq məhdudlaşdırılıb. Bu, hakimiyyətin seçkidən, cəmiyyətin fəallaşmasından qorxduğunu sübut edir. Eyni zamanda Milli Şuranın namizədinin müəyyənləşməsi və proseslərə start verilməsi müəyyən zaman aldı. Amma mitinqlər üçün seçilmiş tarixlər bugünkü reallığa uyğundur. Kampaniyanın başlandığı ilk həftənin sonunda mitinq keçirildi. Bölgələrdə də görüşlər artıq başlayıb və davam edəcək. Qanunun müəyyənləşdirdiyi son günə qədər təbliğat işi davam edəcək.

- Sentyabrın 29-da Bakı, Gəncə və Şəkidə kütləvi aksiya keçirməyi planlaşdırırsınız. Prezidentliyə namizəd Cəmil Həsənli, Milli Şuranın rəhbərliyi bu tədbirlərin hansında iştirak edəcək?

- Bu məsələ ilə seçki qərargahı məşğuldur. Yeri gəldikcə, cəmiyyətə bilgi vermək zərurəti ortaya çıxdıqca seçki qərargahı medianı məlumatlandıracaq.

- Builki təbliğat kampaniyasının hansısa özəllikləri varmı, bu kampaniyanın təşkili üçün seçki texnoloqlarından yardım almısızmı, yoxsa bütün ənənəvi və əlçatan üsullardan istifadəyə üstünlük verəcəksiz?

- Biz hər zaman yenilikçi olmuşuq. Hələ 1990-cı ildə Ali Sovetə keçirilən seçkilərdə biz fərqli kampaniya aparmışdıq. Müxalifətdə olduğumuz dönəmdən, 1995-ci ilin parlament seçkilərindən tutmuş bu günə qədər bütün seçkilərə yenilik gətirmişik. 1995-ci və 2000-ci illərin parlament seçkilərində Müsavat Partiyasının kompüter texnologiyalarından istifadə edərək hazırladığı kliplər elə bu gün də bir çox namizəd və siyasi qüvvə üçün nümunə ola bilər. Bu seçkidə də bir çox yenilik var. Yeni texnologiyalar öz gücünü göstərir. Obrazlı desək, internetin, sosial şəbəkələrin padşahı bizim gənclərdir. Bu sahədə onları heç kim üstələyə bilmir. Məsələn, hakimiyyət nümayəndələri bir addım atmaq istədilər, Cəmil Həsənli Londonda olduğu ərəfədə “Twitter”də “Cəmil hanı?” adı altında bir kampaniya başladılar. Bizim gənclər elə gözəl və yaradıcı şəkildə bu tezisə cavab verdilər ki, onların qələbəsi aydın şəkildə göründü. Sonra da Cəmil Həsənli İctimai Televiziyada debatlara çıxıb “İlham hanı?” deyəndə hakimiyyət gənclərinin “Twitter”də başladığı bu kampaniya tam iflasa uğradı. Bu fəaliyyət davam edəcək. Müsavatın, AXCP-nin, digər partiyaların gəncləri, xüsusən də müstəqil təşkilatlardan olan gənclər, “Nida” Vətəndaş Hərəkatının, “Azad Gənclik” Təşkilatının nümayəndələri bu istiqamətdə çox yaradıcı şəkildə, həvəslə işləyirlər. Hesab edirəm ki, bu göstəriciyə görə də Cəmil Həsənlinin seçki kampaniyası müsbət mənada bütün digər namizədlərdən fərqlənir.

- Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev deyib ki, Cəmil Həsənlinin seçki kampaniyasının təşkili işinin məsuliyyətini Müsavat və AXCP öz üzərinə götürüb. Siz bu haqda nə deyərdiz? Milli Şuradakı digər siyasi qüvvələrin və şəxslərin bu prosesdə iştirakı hansı səviyyədədir?

- Seçki kampaniyası işdir, əməkdir, məsuliyyətdir. Müsavat da, AXCP də, KXCP də, digər partiyalar da, gənclər təşkilatları da bu yükün altına giriblər. Hər kəs nə qədər yükü öz üzərinə götürürsə, hamımız məmnuniyyətlə bunu qiymətləndiririk. Bölünəsi bir şey yoxdur. Kim istəyirsə, bu məsuliyyətin altına girib bu işin yükünü daşıyır.

- Seçki kampaniyasına Müsavat və AXCP-nin məsuliyyət daşıdığını deyənlər bütün uğursuzluqların cavabdehliyini də bu iki partiyanın üzərinə yükləyə bilərlərmi?

- Mən bu mövzuda detallara getmək istəmirəm. Önəmli olan işin görülməsidir və iş görülür, bugünkü reallıqda nə edilməsi mümkündürsə, artıqlaması ilə edilir. Ona görə də kim nəyi edir, kim nəyi etmir mövzusunda açıqlamalara ehtiyac duymuram. Biz hər zaman yüksək səviyyədə məsuliyyət daşımağa adət etmişik.

- İndilik Hafiz Hacıyevin Cəmil Həsənliyə qarşı hücumları hakimiyyətin yanlış taktikası kimi görünür. MSK sədri Məzahir Pənahovun namizədlərə xəbərdarlıqla bağlı “Hər dəfə qərarlar belə olmayacaq” açıqlaması isə bu taktikanın konkret məqsədlə - Cəmil Həsənlini seçki marafonundan kənarlaşdırmaq məqsədilə seçildiyi ehtimalını doğurur. Sizcə, bu metodla Cəmil Həsənlinin çıxışlarıyla bağlı Baş Prokurorluğa müraciət etmək planı işə salına bilərmi?

- Bu, onların problemidir. Onların heç bir gedişi bizi narahat etmir. İndən belə Cəmil Həsənlini ödənişsiz efir vaxtından məhrum etsələr və hətta Cəmil müəllimin namizədliyini ləğv etsələr belə, hakimiyyət sadəcə öz məğlubiyyətini etiraf etmiş olacaq.

- Bu ssenarini real hesab edirsinizmi?

- Ağıllı adamlar üçün bu, real ssenari deyil. Çünki ağlı başında olan adamlar elə addımlar atmazlar. Ancaq bizim hakimiyyət nə addımlar atacaq, artıq bu onların problemidir.

- Milli Şura vahid namizəd problemini vaxtında həll etmiş olsaydı, situasiya bugünkündən yaxşı ola bilərdimi? Rüstəm İbrahimbəyovun namizədliyini müxalifət üçün vaxt itkisi hesab etmək olarmı?

- Tarix hər zaman bir variantda olur. Təbii ki, başqa variantlar haqqında mülahizələr irəli sürmək, fikirlər yürütmək olar. Mən tam əminliklə deyə bilərəm ki, Rüstəm müəllimin namizədliyi müzakirə edilən ərəfədə Cəmil Həsənli namizədliyini verməyə heç bir halda razı olmayacaqdı. İndi isə sübut olunur ki, Cəmil Həsənli çox layiqli, cəsarətli, xalqın, cəmiyyətin yükünü daşımaq əzmi olan bir ictimai-siyasi xadimdir. Amma yenə deyirəm ki, o mərhələdə bu məsələ müzakirəyə çıxarılsaydı, nə Cəmil müəllim, nə başqa bir ziyalımız Rüstəm müəllimlə rəqabətə maraq göstərəcəkdi. Çünki Milli Şuranın fəlsəfəsi partiyalara birbaşa bağlı olmayan ziyalılardan birinin iki illik keçid dövrü üçün prezidentliyə namizəd kimi müəyyənləşməsi idi. Bu məsələdə Milli Şuranın yaranmasının təşəbbüskarı olan, bu işə ən çox səy göstərən Rüstəm müəllim rəqabətdən kənar idi.

- İsa bəy, 22 sentyabr mitinqində ən radikal çıxış edən siz oldunuz. Cəmil Həsənlini hakimiyyətin hücumları qarşısında tək qoymamaq üçünmü belə etdiz?

- Təbii ki, o da var. Son günlər hakimiyyət nümayəndələri Cəmil Həsənliyə qarşı böyük bir kampaniya başlamışdılar. Mitinqdə də söylədiyim kimi, biz Cəmil müəllimi zərbələrdən qorumağa, ona yönələn zərbələri öz üzərimizə götürməyə həmişə hazırıq. Digər tərəfdən, mitinqdə söylədiyim fikirlər mənim üçün, Müsavat üçün yeni bir şey deyil. Biz hər zaman Əliyev rejimini ifşa etmişik, bu rejimin korrupsionerliyini, kriminallığını, xalqa qarşı qəddar və saymazyana davranışını hər zaman açıq söyləmişik. Mitinqdə də imkan oldu, fikrimizi bildirdik.

- Sizcə, cəmiyyətin ən aktiv təbəqəsi sayılan tələbələrin böyük əksəriyyətinin apolitik olaraq qalmasının səbəbi nədir? Müxalifətin bu istiqamətdə fəaliyyətini necə qiymətləndirirsiz? Nə üçün ali məktəblərdə hələ də partiya özəkləri yoxdur?

- Bir tərəfdən onu qeyd etmək lazımdır ki, hakimiyyət təhsil ocaqlarını siyasətdən kənar zona elan edib. Doğrudur, YAP təhsil müəssisələrində tam gücü ilə fəaliyyət göstərir. Amma başqa siyasi qüvvələrin, ictimai təşkilatların universitetlərdə, ali məktəblərdə fəaliyyətinə faktiki olaraq imkan verilmir. Bu məsələdə başqa bir ziddiyyət də var. Minlərlə ziyalı, yüksək səviyyəli mütəxəssis Müsavat Partiyasında, digər partiyalarda fəaliyyət göstərir və onların fəallığı partiya fəaliyyəti kimi təqdim olunur. Minlərlə gənc Müsavatın, AXCP-nin gənclər təşkilatlarında, “Nida”, “Azad Gənclik” təşkilatında, digər gənclər təşkilatlarında fəaliyyət göstərir, amma yenə də sual olunur ki, bəs təşkilatlanmamış gənclər hardadır? Bu sualı vermək olar, amma fakt budur ki, kim fəaliyyət göstərmək istəsə, özünə yer tapa bilər. Meydan var, mübarizə üçün hədəf var, kim mübarizə aparmaq istəyirsə, prosesdə iştirak etmək istəyirsə, yerini tapa bilir.

- Avropa Parlamentinə dəvət olunan Cəmil Həsənlinin oktyabrın əvvəlində Brüsselə səfəri nəzərdə tutulub. Oktyabrın 3-də və 5-də isə ödənişsiz efir vaxtıdır. Bu teledebatlarda Cəmil müəllimin yerinə kimin iştirakı gözlənir?

- Televiziya debatları həddindən artıq önəmlidir. Beş illik fasilədən sonra Azərbaycan həqiqətlərini televiziyadan demək imkanı yaranıb. Bunun hər bir dəqiqəsi, hər bir saniyəsi vacibdir. Eyni zamanda Avropa Parlamentində Azərbaycan demokratik düşərgəsinin sözünün eşidilməsi də həddindən artıq önəmlidir. Ona görə də səfər ərəfəsində vəziyyəti dəyərləndirəcəyik. Təbii ki, son sözü Cəmil müəllim deyəcək. Məsləhətləşmələrdən sonra o, qərar qəbul etməlidir.

- Seçkiyə çox az bir müddət qalmış Cəmil Həsənlinin xaricə səfəri zəruridirmi? Bu səfər seçicilərlə görüşdən daha effektli ola bilərmi?

- Məsləhətləşəcəyik. İki variantın faydalarını və çatışmazlıqlarını müzakirə edəcəyik. İndidən nəsə demək tezdir.

- İlham Əliyevin şansını necə dəyərləndirirsiniz? Seçkilər saxtalaşdırılmasa, o, əhalinin təxminən neçə faizinin səsini ala bilər?

- Təəssüf ki, ölkədə həqiqi sosioloji araşdırmalar aparmaq üçün mühit yoxdur. Ona görə də bu cür suallara biz sadəcə öz təxminlərimizlə cavab verə bilərik. Yeganə diqqətə layiq, elmi əsaslarla keçirilmiş sorğu avqust ayında olub. Bu, “ADAM” sosioloji mərkəzinin apardığı sorğu idi. Orada İlham Əliyevin toplaya biləcəyi səslər bizim toplaya biləcəyimiz səslərdən xeyli az idi. Söhbət real səsvermədən gedirsə, İlham Əliyevin heç bir şansı yoxdur. Ona görə də hakimiyyət bütün ümidlərini saxtalaşdırmaya bağlayıb.

- Seçkinin saxtalaşdırılacağı ehtimalı nə dərəcədə böyükdür? Buna nişan verən ən ciddi əlamətlər hansılardır, sizcə?

- Hakimiyyətin seçkini saxtalaşdırmağa çalışacağına heç bir şübhə yoxdur. Əslinə qalsa, bu proses çoxdan başlayıb. Biz isə gücümüz çatan qədər bunun qarşısını almağa çalışacağıq. Saxtakarlıqla həqiqi seçki tərəfdarlarının mübarizəsi, oğrularla doğruların mübarizəsi nə ilə yekunlaşacaq, bu, həlledici dərəcədə cəmiyyətin fəallığından, seçkiyə gəlməsindən, vətəndaşlarımızın seçkiyə rəsmi və qeyri-rəsmi müşahidə işinə nə cür yanaşacağından asılıdır.

- Seçkinin saxtalaşdırılacağı təqdirdə hansı addımları atacaqsınız? Bu məsələ Milli Şurada müzakirə olunubmu?

- Təbii ki, bu mövzuda fikir mübadiləsi olur. Amma hesab edirəm ki, indiki mərhələdə bizim hədəfimiz seçkidə qalib gəlməkdir.

- Seçki komissiyalarında təmsilçiliyin indiki forması seçki saxtakarlıqları haqda məlumat toplamaq imkanlarını son dərəcə məhdudlaşdırıb. Bu duruma yönəlik planlarınız varmı?

- Bütün məntəqələr üzrə komissiyalarda məşvərətçi səslə iştirak etməyə hazır olan insanlarımızın siyahıları hazırlanır və bu işi həm partiya üzvləri, həm gənclər, həm də bitərəflər yerinə yetirəcəklər. Seçki saxtakarlıqlarının qarşısını almaq, ən azı saxtakarlıqları qeydə almaq üçün əsas mexanizmimiz bu iki kateqoriyadır - məşvərətçi səslə komissiyaların işində iştirak edəcək nümayəndələrimiz və müşahidəçilərimiz.

- Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ABŞ və Türkiyə səfərlərinin pərdə arxasında daha çox seçki danışıqlarının, hakimiyyətin dəstək axtarışlarının olduğunu demək olarmı, sizcə?

- Bu hakimiyyətin artıq dünyanın heç bir yerində gerçək dəstəyi yoxdur. Sadəcə olaraq hər tərəfə adam salıb seçki saxtakarlığına daha yumşaq yanaşılmasına çalışırlar. Hədəf İlham Əliyevin hakimiyyətdə qalması üçün ediləcək saxtakarlığa yumşaq yanaşmaya nail olmaqdır.

- Sizcə, seçki saxtakarlıqlarına Qərbin budəfəki reaksiyası necə olacaq? “Beynəlxalq standartlara uyğun gəlməyən, amma demokratiyaya doğru bir addım olan seçki” tipli açıqlamaların təkrarlanması ehtimalı çoxdurmu?

- Biz beynəlxalq təşkilatlarla işləyirik. Elə Avropa Parlamentinə səfər də bu işin mühüm elementidir. Bakıdakı diplomatik nümayəndələrlə də işləyirik və beynəlxalq birliyin məsələyə ciddi, prinsipial yanaşmasına çalışırıq. Onların seçimini görəcəyik, amma hər zaman söylədiyim kimi, həlledici amil xalqdır, biz özümüzük. Biz nə dərəcədə öz taleyimizə sahib çıxacağıqsa, beynəlxalq təşkilatlar, beynəlxalq birlik də o dərəcə Azərbaycan xalqına diqqət və sayğı ilə yanaşacaq.

- Seçki aksiyalarına gəlməyən, səsvermədə iştirak etməyi vacib bilməyən kifayət qədər seçici var. Onlara yönəlik planınız varmı, bu insanları düşündüklərinin əksinə inandırmaq üçün neyləməyi düşünürsüz?

- Hələ bu istiqamətdə sözümüzü demək üçün zamanımız olacaq. Bu gün isə demək istəyirəm ki, həm özləri bu barədə düşünsünlər, həm də ətraflarındakılara təsir etməyə çalışsınlar. Bu seçkidə Cəmil Həsənlinin deyil, ona dəstək olan siyasətçilərin, ictimai xadimlərin deyil, bütövlükdə xalqın, hər bir seçicinin, hər bir vətəndaşın taleyi həll olur. Düşünsünlər ki, bundan sonra da Əliyevlərin yaratdığı cəhənnəm şəraitində yaşamaq istəyirlər, yoxsa demokratik düşərgənin namizədinin yaratmağa qadir olduğu dinamik, ədalətli və problemləri həll etməyə qadir bir cəmiyyətdə.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbər Milli Şuranın mitinqini dəyərləndirdi

    İsa Qəmbər Milli Şuranın mitinqini dəyərləndirdi ...

    19-08-2013, 00:10

  • 
  • İsa Qəmbər: “Xalqın iradəsi qarşısında heç bir qüvvə dayana bilməz” (Fotolar)-Mitinq davam edir

    İsa Qəmbər: “Xalqın iradəsi qarşısında heç bir ...

    18-08-2013, 18:29

  • 
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26

  • 
  • İsa Qəmbərdən gənclərə mənəvi dəstək

    İsa Qəmbərdən gənclərə mənəvi dəstək ...

    11-03-2013, 09:55

  • 
  • İsa Qəmbər Milli Şura ilə bağlı  açıqlama verdi

    İsa Qəmbər Milli Şura ilə bağlı açıqlama verdi ...

    28-05-2013, 23:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu