GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bizi söyməklə balalarına çörək pulu qazanan insanlar var

Bizi söyməklə balalarına çörək pulu qazanan insanlar var

Tarix: 30-09-2013, 12:12 Bölmə :Müsahibə Baxış: 1 936
Bizi söyməklə balalarına çörək pulu qazanan insanlar var
İsgəndər Həmidov: “Adama deyərlər ki, əgər sən prezident seçilmək istəmirsənsə, onda bura nəyə gəlmisən?”
Suallara sabiq daxili işlər naziri, Milli Şuranın üzvü, Milli Demokrat (Bozqurd) Partiyasının lideri İsgəndər Həmidov cavab verib. Sabiq nazir əsasən son günlər mətbuatda onun əleyhinə danışan şəxslərlə bağlı fikirlərini açıqlayıb, eləcədə Milli Şuranın addımlarını qiymətləndirib.
- İsgəndər bəy, son zamanlar sizin haqqınızda müəyyən fikirlər işlədirlər. Bəziləri sizi kəskin formada tənqid edir. Barənizdə deyilənlərə münasibətiniz necədir?
- Mənim haqqımda həqiqətən də son günlər bir çox insanlar danışıb və bəziləri danışmaqda davam edirlər. Mən bu insanların hamısına öz təşəkkürümü ifadə edirəm. Dünyada ən pis şey unudulmaq və biganəlikdir. Əgər onlar mənə qarşı lütf göstərib adımı çəkirlərsə, mənfi mənada səsləndirirlərsə, şübhəsiz ki, onlara minnətdaram. Çünki mənfi nəticənin özü də bir nəticədir. Deməli mən düz yoldayam ki, bu sayda insan məni, mənim hərəkətlərimi, fikirlərimi müzakirə edir, mənə qarşı danışırlar. Onlara çox sağol deyirəm. Yəqin adımı çəkməsələr, məni söyməsələr, barəmdə yazılar yazmasalar bəlkə də adım çoxunun yadından çıxar. Amma onlar qoymurlar ki, adım yaddan çıxsın, hər zaman diqqət mərkəzində saxlayırlar. Təşəkkür edirəm. Həmdə bu insanlar özlərinin ürəkdən gələn sözlərini deyirlərsə, çox əla. Yox kiminsə sözün deyirlərsə və buna görə evlərinə çörək aparırlarsa, allah qüvvət versin. Mən onların çörəyinə bais olmaq istəmirəm.
- Sizi söyərək evlərinə çörək aparan insanlar çoxdurmu?
- Bəy, siz bu insanların hamısını tanıyırsınız. Əlbəttə ki, mən sizin dediklərinizlə yüzə-yüz razıyam. Ancaq bu insanların öz sözünü və ya sifariş əsasında danışdıqlarını buraxıram özlərinin vicdanına.
- Bu gün daha çox söyülən Əli Kərimli, İsa Qəmbər, İsgəndər Həmidov, Cəmil Həsənli və digərləridir. Siz həm də Əbülfəz Elçibəyin komandasında təmsil olunmusunuz. Sizi söyməkdə məqsəd nədir?
- Biz seçkilər ilini yaşayırıq, həyatımızda Azərbaycanla bağlı olub. Mənə elə gəlir ki, bizi söyənlər, təhqir edənlər bunu sifariş əsasında yerinə yetirir və daha çox çörək pulu qazanmaq istəyirlər. Ancaq iş orasındadır ki, onlara pulu getdikcə daha az verirlər. Əgər onlar bu yolla balalarına çörək pulu qazanırlarsa, mən buna görə özümü xöşbəxt sayıram. Düz 20 ildir ki onların ailələrinə çörək pulu qazanmasına səbəb olmuşuq. Əlbəttə, bu yaxşı haldır. Bundan artıq onları tərif etməyə söz yoxdur.
- Bəs Rəsul Quliyevin sizinlə hansı ədavəti var, çünki son zamanlar Milli Şurada müttəfiqlik etdiyiniz bu şəxs də, sizə qarşı açıq-aşkar çıxışlar edir?
- Sözün açığını deyim ki, mənim Rəsul Quliyevlə heç bir ədavətim yoxdur. Ancaq iş ondadır ki, Rəsul Quliyev telefon danışığı zamanı yalnız mənim adımı çəkməyib. Əksinə, əksər şəxslərin adını çəkib və hərəyə də bir söz deyib. Mən neyləyim, Rəsul Quliyevdir də. Məncə, özü bu məsələlərə bir aydınlıq gətirər, izahat verər. Mənim onunla heç bir problemim yoxdur. Anaq görünən budur ki, Rəsul Quliyevin bizlərlə ciddi problemi var. Özü də, telefon danışığı zamanı mənimlə bərabər Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin adını çəkir.
- Axı bu adam Milli Şurada sizinlə bir yerdədir, müttəfiqinizdir...
- Nə deyim. Özüm də anlamram ki, Rəsul Quliyev niyə belə hərəkətlər edir, məqsədi nədir. Həm də, onun lideri olduğu partiya Milli Şurada təmsil olunur, onun yerinə müzakirələrə Sülhəddin Əkbər qatılır. Bizim də Sülhəddin Əkbərə böyük hörmətimiz var, daima onunla ünsiyyətdəyik. Məntiqli və ağıllı insandır. Rəsul Quliyevdir də. Yəqin ki, Milli Şuranın sessiyası keçirilsə, bu məsələlər müzakirə edilə və lazım gəlsə hansısa qərar qəbul oluna bilər. Ancaq hələlik heç bir qərar yoxdur deyə biz bir söz deyə bilmərik. İndi Rəsul Quliyev də, biz də Milli Şuranın üzvüyük. Mən də, onun haqqında mənfi danışmaq istəmirəm. Bircə onu deyirəm ki, insan danışığına fikir versə yaxşı olar.
- Rəsul Quliyevlə sizin kontaktlarınız varmı?
- Xeyr. Son illər onunla münasibətim olmayıb. Səhv etmirəmsə Rəsul Quliyevlə sonuncu dəfə görüşüm 1993-1994-cü ildə olub. Ondan sonra bizim aramızda nə telefon, nə də üzbəüz danışıq olmayıb.
- Son danışığınıza səbəb nə idi?
- Rəsul Quliyev mənim yaşadığım mənzilə gəlmişdi. Evdəki divanımızda əyləşdi və mənə dedi ki, onu Heydər Əliyev göndərib. Daha sonra əlavə elədi ki, Heydər Əliyev sizinlə işləmək niyyətindədir və əgər qəbul etsəniz sizə vəzifə təklif edir. Məndə qısa şəkildə dedim ki, bu təklifi qəbul etmirəm. Bundan sonra bizim əlaqəmiz olmayıb. Ancaq onun danışığından belə bəlli oldu ki, o mənim yanıma öz istəyi ilə deyil, Heydər Əliyevin istəyi əsasında gəlib.
- Rəsul Quliyevi Əbülfəz Elçibəyin komandasının üzvü hesab etmək olarmı?
-Rəsul Quliyev Əbülfəz Elçibəyin fərmanı ilə əvvəlcə Azərbaycan Dövlət Neft Şirkətində müavin oldu, daha sonra isə baş nazirin müavini vəzifəsinə gətirildi. Yəqin Əbülfəz Elçibəy onu özünün komanda üzvü kimi qəbul etmişdi və ona etimad göstərirdi. Çünki Quliyevin tutduğu vəzifələr kifayət qədər sanballı vəzifələr idi. Sonra Rəsul Quliyev 1993-cü ilin dövlət çevrilişində aktiv iştirak etdi, Heydər Əliyevin qatı tərəfdarlarına çevrildi. Az sonra isə Heydər Əliyevlə yollarını ayıraraq gəlib müxalifətə qoşuldu. İndi də belə açıqlamalar verir. Hər halda mən bu insan haqqında heç nə deyə bilmərəm. Milli Şura bu haqda qərar versə, bizdə mövqeyimizi ifadə edəcəyik.
- Milli Şuranın fəaliyyəti sizi qane edirmi?
- Milli Şuranın əsas işi namizədimiz Cəmil Həsənlinin təbliğatına yönəlib. Hazırda Milli Şura üzvləri rayolarda, kəndlərdə, şəhərlərdədir. Təbliğatın aparılması və Cəmil Həsənlinin xalqa tanıdılması işi məni qane edir. Bildiyiniz kimi həm seçki qərargahı fəaliyyətdədir, həm də namizədin özü strateji seçki komitəsi yaradıb. Seçki taktikası da bu qurumlarda müzakirə edilir. Hələ ki, bu işlər qanedici səviyyədə aparılır.
- Ancaq iddia edilir ki, artıq İlham Əliyev seçkiləri udub...
- Bilirsinizmi, əgər bir işin uğursuz olacağını düşünürsənsə, öncədən bu işə girişmə. Biz seçki prosesinə aktiv yanaşırıq, hesab edirik ki, məhz bizim namizədimiz qələbə çalacaq. Bizim namizədimiz qələbə çalacağı təqdirdə yəqin ki, rəqiblərdə bunu etiraf edərək sivil yolla hakimiyyəti təhvil verəcəklər.
- Hakimiyyətin iqtidarı sivil yolla seçkini udan tərəfə verəcəyinə inanırsınızmı?
- Azərbaycanda mən heç nəyə inanmıram, amma heç nəyin də mümkünsüzlüyünü istisna etmirəm. Azərbaycanda indiki hakimiyyət o qədər təzadlıdır ki, adam heç nəyə inanmaq istəmir.
- Dünən də teledebatda Cəmil Həsənliyə qarşı 7-8 prezidentliyə “namizəd” birləşmişdi. Teledebatlar haqda nə deyə bilərsiniz, Cəmil müəllim ümidləri doğruldurmu?
- Cəmil müəllim rəqiblərindən xeyli öndədir və bu açıq görünür. Cəmil müəllimin çıxışlarına münasibətdə ortadadır. Milli Şuranın namizədi məhz xalqın istədiyi üslubda danışır və ona mane olmağa da çalışırlar. Hesab editəm ki, namizədlərin içərisində Sərdar Cəlloğlu və İqbal Ağazadə də yaxşı danışır. Hiss olunur ki, teledebatlar tədricən məqsədə istiqamətlənir. Heç şübhəsiz ki, indi yaranan durum, vəziyyət, bunun səbəbkarının kimliyi haqqında da ancaq Cəmil Həsənli mövqe ifadə edir. Cəmil Həsənli alimdir, səlist danışır. Ancaq baxın, onun 1 dəqiqə 50 saniyəsini faktiki olaraq oğurladılar, onun çıxışına mane olmağa çalışırlar. Sanki ordakılar prokurorluğun müstəntiqləridir. Cəmil Həsənli çıxış edəndən sonra başlayırlar onun üzərinə gəlməyə, sorğu-sual etməyə. Amma xalqda kənardan bütün bunları görür. Adama deyərlər ki, əgər sən prezident seçilmək istəmirsənsə, onda bura nəyə gəlmisən?
- AXCP sədri Əli Kərimlinin oğlunun həbsini necə qiymətləndirirsiniz, sizcə, nədən AXCP sədrinin oğlu həbs edilib, o doğurdanmı cinayət əməli edib?
- İnsanlar mübarizəni insani çərçivədə aparmalıdırlar. Balalarımızın, ailələrimizin burada günahı yoxdur. Əli Kərimlinin oğlu tərbiyəli, qanacaqlı, mədəni və savadlı oğlandır. Hesab edirəm ki, Türkel Kərimlini həbs etməklə Əli Kərimliyə təsir etmək istəyirlər. Ancaq biz bütün bu mərhələləri keçmişik. Odur ki, buna getməsinlər. İndiki hakimiyyət Əli Kərimlinin oğlunu həbs edənlərin günahını yumaq istəyirsə Türkel Kərimlini azad etsinlər. Milli Demokrat Partiyası bu cür siyasi mübarizə üsullarını rədd edir, pisləyir və Əli Kərimlinin oğlunun dərhal azad edilməsini tələb edir.
- Sizdə hakimiyyətdə olmusunuz, Etibar Məmmədov və Heydər Əliyev sizin hakimiyyətə müxalifətdə olublar. Siz müxalifətinizə qarşı belə üsullardan istifadə edirdinizmi?
- Bir nəfər deyə bilməz ki, biz kiminsə uşağına, ailəsinə və ya evinə təzyiq məqsədilə hansısa hərəkət etmişik. Bunu bir nəfər deyə bilməz. Bizim vaxtımız da, bi müxalifətçinin uşağına söz deyilməyib. Çünki biz əxlaq sahibi olmuşuq. Hətta siz düşünün ki, bizim vaxtımızda Bakıdan qaçan KQB sədri Vaqif Hüseynovun oğlu yüksək balla hüquq fakultəsinə daxil oldu. Daxili işlər naziri vəzifəsində işləyən mən İsgəndər Həmidovun qardaşı qızı isə həmin il imtahandan kəsildi. Biz atalara görə, övladları hədəfə alacaq insan olmamışıq.
- Milli Şura bu günə mitinq təyin edib. Sentyabrın 22-də keçirilən mitinqdə insanların iştirakı sayı sizi qane elədimi?
- Əgər xatırlayırsınızsa bundan əvvəlki mitinqdə 3-4 min insan iştirak edirdi, amma 22 sentyabr mitinqində təxminən 13 min insan iştirak edib. Bununla bağlı monitorinq də aparılıb. Görünən budur ki, mitinq iştirakçılarının sayı artan xətt üzrə davam edir.
- Beynəlxalq qurumların Azərbaycanda vəziyyətə münasibətini adekvat saymaq olarmı?
- Mənim heç vaxt beynəlxalq qurumlarla əlaqəm olmayıb və bundan sonra da olmayacaq. Mən çoxlarından fərqli olaraq millətimizə və xalqa inanıram. Nə olacaqsa gümanımda, sökənəcəyim ünvanda xalqımdır. Hesab edirəm ki, çoxlarının dediyinin əksinə olaraq xalq yatmayıb. Cəmil Həsənlinin çıxışlarından sonra bir qədər oyanma var. Hesab edirəm ki, insanlarımız seçkilərə gəlib səs verəcəklər. Hakimiyyətin dayağı yoxdur. Onların dayağı orta təbəqə idi. Ancaq bu təbəqəni də özləri dağıdıb məhv elədi. Orta təbəqə bütün gününü işləyir, amma ilin sonunda Vergilər Nazirliyi adlandırılan reket nazirlik orta təbəqəni faktiki olaraq soyur. Artıq hökmətin dayağı hüquq mühafizə orqanlarıdır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İsgəndər Həmidov: "Üstümə tapança çəkdilər"

    İsgəndər Həmidov: "Üstümə tapança ...

    29-05-2013, 20:03

  • 
  • Cəmil Həsənli İsgəndər Həmidovun çıxış etməməsindən danışdı

    Cəmil Həsənli İsgəndər Həmidovun çıxış ...

    15-12-2013, 19:27

  • 
  • İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- VİDEO ÇIXIŞ

    İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- ...

    29-05-2013, 17:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu