GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elə şeylər var ki, təkcə Cəmil Həsənliyə deyil, mənə və xalqıma toxunur

Elə şeylər var ki, təkcə Cəmil Həsənliyə deyil, mənə və xalqıma toxunur

Tarix: 7-10-2013, 11:47 Bölmə :Müsahibə Baxış: 815
Elə şeylər var ki, təkcə Cəmil Həsənliyə deyil, mənə və xalqıma toxunur
Əli Əlirzayev: “İlham Əliyev bundan sonrada prezident olmaq istəyirsə bir çox adamları hakimiyyətdən uzaqlaşdırmalıdır”
Suallara Yeni Azərbaycan Partiyasının qurucularından olan professor Əli Əlirzayev cavab verib. O, əsasən seçkilər haqqında danışıb və bir sıra maraqlı fikirlər işlədib.
- Əli müəllim, YAP-ın sonuncu qurultayında siz Siyasi Şuranın üzvlüyündən mərhum edildiniz. Demək olarmı ki, artıq siz siyasətlə məşğul olmursunuz?
- Xeyr, mən hər zaman siyasətlə məşğul olmuşam. Siyasəti tədqiqatçılar, həyatı bilənlər, yazı yazanlar aparmalıdır. Mən ömr boyu siyasətlə məşğul olmuşam. Və bundan sonra da məşğul olacağam.
- YAP-ı quranlardan biri Siruz Təbrizli dünyasını dəyişdi. Bu şəxsi faciəvi siyasi fiqur saymaq olarmı?
- Mən onun xatrini çox istəyirdim. Bu yaxınlarda mənim kitabım çıxacaq. Orada Siruz bəyin adını çəkirəm, fikirimi ifadə edirəm. Mən onun ölümünü eşidəndə çox pis oldum. Amma bütövlükdə Siruz sanballı bir həyat keçirib, cəsarətli insan idi, əsası da Azərbaycan xalqını sevirdi, dövlətə sadiq idi. Çalışırdı ki, yaxşı dövlət yaransın, bəzi insanlar rüşvət almasın, korrupsiyaya bulaşmasın. O, gəlib Naxçıvanda oturdu və aylarla mitinq apardı. YAP-ın yaradılmasında yaxın iştirak etdi. Həyat tərzi sağlam idi, təmiz insan idi. Əslində bu cür insanlar respublikada nə qədər çox olsa bir o qədər yaxşıdır.
- Siruz Təbrizl həm YAP-ın yaradanlardan idi, həmdə elan edirdi ki, bu partiya simasız quldurlarla doludur. Bu bir-birinə zidd fikirlər deyildimi?
- Siruz Təbrizli vəfat edib. Onun mövqeyini hər prizmadan qiymətləndirmək olar. Amma bu şəxs YAP-ın fəaliyyətində yaxından iştirak edib, 91-lərdən olub. Mən hələ sovet vaxtı onun bəzi çatışmamazlıqlarla bağlı səsinin qaldırdığının şahidi olmuşam. Onda cəsarət adi hal idi. Hər adam onla oturub dura da bilmirdi.Çünki onun xasiyyətli adam olmalı idin. Ən azından təmiz və səliqəli olmalı idin. Onun son çıxışlarında əsasən mənim, Şahlar Əsgərovun və başqalarının adı çəkilib. Doğurdan da YA-ın yaranmasında təmannasız rolu olan kişilərin adını xüsusi çəkirdi. O, bəzi insanlarla da, tanıdığı şəxslərə də sözünü deyirdi. Məsələn, YAP-da olan, amma simasını gizlədən şəxslərlə heç vaxt oturub-durmurdu. Bəzi məsələlərlə bağlı öz fikrini deyirdi. Mənə çox xoş idi ki, belə bir insan məhz Azərbaycanda yaşadı. O, YAP-ın əsas simalarından idi, partiyaya kimlərin daxil ediləcəyini, kimlərin bu prosesə cəlb olunacağına dair siyahı hər zaman əlində olardı. O, ən ağır dövrlərdə belə bizimlə Heydər Əliyevin yanında idi və ona edilən hücumları açıq dəf edirdi.
- Prezident seçkiləri kampaniyasını müşahidə edirsiniz?
- Bəli, edirəm.
- Fikirləriniz nədir?
- Hər kəs istəyər ki, prezidentliyə namizəd olsun. Məndə istərdim ki, sənədləri MSK-ya verim. Amma düşündüm ki, 40-50 min imza toplamaq mənim üçün problem olar. Bunun üçün kömək lazımdır. Namizədliyi qeydə alınan namizədlərin yarıdan çoxuna bununla bağlı kömək göstərilib. Yəni onlar özləri bunu yığmayıblar. Əlbəttə, onların əldə etdiyi tribuna çox şərəflidir. Onların bu tribunaya çatması üçün kimdənsə kömək alıblar. Bu köməyin xətrinə də, kiməsə borclu olmalısan. Konkret olaraq çıxışlarda isə söhbət Azərbaycanın qarşısında olan problemlərdən danışmaq, onun həlli yollarını göstərməkdən getməlidir. Ancaq bu namizədlərdə belə platforma yoxdur. Məsələn, onlar demirlər ki, iqtidar bu işi pis görüb, əgər mən seçilsəm daha yaxşı edəcəyəm. Belə yanaşma yoxdur. Əksinə, səkkiz namizəd düşüb bir namizədin üstünə, lazım gələndə də təhqir edirlər, ağızlarını gələni deyirlər, şəxsi məsələlərə, ailəyə toxunurlar. Mən bu kimi halları rədd edirəm. Mən namizədlərdən biri olsaydım başqa cür danışardım, ölkənin sosial iqtisadi vəziyyətini təhlil edər, çıxış yolları göstərər, yeni ideyalar irəli sürərdim. Bir sözlə mən onların çıxışlarını bəyənmədim.
- Şərəfli tribunadan təhqiramiz fikirlər işlədilir. Siz ziyalısınız, professorsunuz, nüfuzlu insansınız və hər zaman həqiqəti deyirsiniz. Bu fakta münasibətiniz necədir?
- Mən Cəmil Həsənlinin xatrini çox istəyirəm, dəyərli alimdir. Onun da, müəyyən fikirləri var və bunu da açıq deyir. Əlbətdə, onun üzərinə düşmək doğru deyil. Elə şeylər var ki, təkcə Cəmil Həsənliyə deyil, mənə və xalqıma toxunur. Məsələn, biri durub deyir ki, bəs sən kənddə qoyun otarmısan. A balam, mən də doğulduğum kənddə qoyun otarmışam. Ancaq mən bunu deyən şəxsdəndə yaxşı geyinirəm, gündə yüzlərlə tələbənin qarşısına çıxıram, xarici ölkəyə gedəndə ölkəmi daha yaxşı təbliğ edirəm. Nə olsun, sən şəhərdə doğulmusan. Bəyəm buna görə kənddə doğulan və professor adı alan bir insanı təhqir edə bilərsən? Bu bütövlükdə rayonlara, kəndlərə toxunur. İnsanı qoyun otardığına görə, təhqir etməzlər. Bəyəm qoyun otaran və ya xəstə olan prezident ola bilməz? Hamı ola bilər! İkincisi də, tənqid edən şəxs ilk öncə özünə, keçdiyi yola baxmalıdır. Azərbaycan xalqı hər kəsi yaxşı tanıyır. Sən get bir paltarını dəyiş, metroya min, avtobusla gəz, rayonlarda camaatın içində dolan gör insanlar nədən danışırlar, kimdən danışırlar. Təsəvvür edin ki, tələbələr mənə sual edib soruşurlar ki, müəllim bu adamlar niyə belə küçə leksikonundan istifadə edirlər. A balam, Azərbaycanın problemləri var, buyur gələcəkdə bunun həlli yollarından danış. Bunları deyən yoxdur. Onların içərisində elələri var ki, heç onla üz-üzə oturmamışam, tanımıram. Amma Cəmil Həsənlini uzun illərdir ki, tanıyıram. Ola bilsin ki, Cəmil müəllim nələrisə deməkdə səhv edib. Bəzi namizədlər isə indidən prezident olmayacaqlarını anlayırlar.
- Siz seçkilərdə kimi dəstəkləyəcəksiniz?
- Mən bunu indidən deyə bilmərəm. Seçkilərə gedəcəyəm və bəyəndiyim namizədə səs verəcəyəm.
- Səs verəcəyiniz namizəd ziyalıdır?
- Əslində ora gəlib çıxan namizədlərin hamısı ziyalıdır. Bu elə ribunadır ki, ora hər yoldan keçən gəlib çıxa bilməz.
- Namizədlərin bəzisi açıq söyüşlər söyür, təhqir edir, küçə sözləri işlədir. Sizcə onlardan ziyalı çıxarmı?
- Onlar hələ doktor, professor olacaq. Müasir şəraitdə belələri vəzifə alırlar da. Elə olmasan səni kimdir vəzifəyə buraxan.
- Bəs siz niyə belə olub vəzifə almırsınız?
- Mən təmiz adamam. Mən Heydər Əliyevə etdiyim xidməti Əli Əhmədov başda olmaqla orada oturanların heç biri etməyib. Amma mən kənarda baxanda heç kəs buna inanmaq istəmir. Ona görə də, hakimiyyət anlamalıdır ki, mənim kimi insan ölkədə 20-30 nəfərdir.Və onlar Heydər Əliyev siyasətinə sadiqdir. Ancaq bunları aparıb atmısan bir güncə. Nədir-nədir ki, bu haradasa durub deyib ki, filan şeyi artırmaq, əmanətləri qaytarmaq lazımdır.
- YAP-ın ağsaqqalları var. Niyə hakimiyyət onları irəli vermək əvəzinə təbliğata heç bir nüfuzu olmayan şəxsləri qoşub?
- Onlar məni hətta Siyasi Şuradan çıxarıblar. Mən 20 ildir ki, Siyasi Şura üzvü olmuşam. Bir dəfə də, olsun YAP haqda mənfi söz deməmişəm. Bəli, ayrı-ayrı şəxslər haqqında tənqidi fikirlər söyləmişəm. Buyurub həmin adamlarda mənə cavab versin. Demişəm ki, filankəs filan vaxtı başqa partiyada idi, indi necə oldu ki, gəlib YAP-da birinci oldu, bizdən qabağa keçdi. YAP-da yaxşı insanlar var.
- Bəs niyə belə nüfuzlu adamları İlham Əliyevin vəkili etmədilər...
- Məni Siyasi Şuradan da çıxardılar. Sizcə, bunlar məni İlham Əliyevə vəkil edərlər? Vaxt vardı kanallar ancaq məni göstərər və Heydər Əliyev haqqında suallar edərdilər. İndi Heydər Əliyevin üzünü görməyən, onun bir tapşırığını yerinə yetirməyənlər olublar heydərçi. Adama bu ağır təsir edir. Mən hesab edirəm ki, İlham Əliyev üçüncü dəfə seçilsə, bu insanlara yenidən bir daha baxmalıdır. Prezident hər kəsi yaxından tanımalıdır.
- Seçkidə 10 namizəd var. Ən şanslısı kimdir?
- Mən öncədən demişəm ki, indiki durumda, xalqın indiki vəziyyətdə, indiki inzibatçılıqda İlham Əliyev seçiləcək. Bu reallıqdır. İndi namizəd olanların 90 faizi 45 min imzanı toplaya bilməyənlərdir. Onlar təşkil olunan prosesdə iştirak edirlər, şou göstərirlər. Onların hamısı 1 faiz səs almaz. İlham Əliyev birinci olacaq. Nəzərə alın ki, namizədlərin 99 faizi İlham Əliyevin qabağında duracaq adamlar deyil. Onları müqayisə edəndə, çıxışlarına baxanda hər kəs İlham Əliyevi seçər. İlham Əliyev rus, ingilis, fransız dillərini bilir, 10 ildir ölkəyə rəhbəlik edir, boyu, görünüşü ortadadır. Sizcə onu seçmək lazımdır, yoxsa balıq Hafizi? Adam balıq nazirinə görə, lap xəcalətçəkir.
- Cəmil Həsənlinin şansı yoxdur?
- Əlbəttə, Cəmil Həsənlinin şansı var. Amma o prezident olmayacaq. Amma məncə, İlham Əliyev prezident seçiləndən sonra Cəmil Həsənlini vəzifəyə gətirə bilər.
- Deyirsiniz ki, İlham Əliyev müxalifətlə koalisiyaya getsin?
- Hə. Niyədə getməsin? Cəmil müəllimdə bu ölkədə ağıllı adamlardan biridir, ömür boyu elmlə məşğuldur. Amma bu kişini gətirib o birilərinə tay etmək olmaz. Onun özü rəhbərdir. Mən onu 40 ildir tanıyıram. Yalandan da deyirlər ki, onu filankəslər idarə edir. Boş söhbətlərdir. Cəmil müəllim özü rəhbər adamdır. Ancaq mənim müşahidəmə görə, prezident İlham Əliyev olacaq. Məncə, müxalifət düz edib Cəmil müəllimi irəli sürdü. Cəmil müəllim alim adam idi, papkasını qoltuğuna vurub gəzirdi. Amma indi onun siyasi perspektivi açıldı, danışdı. Belə insanları irəli vermək lazımdır. O heç kəsin diktəsi ilə ora çıxmayıb. Cəmil müəllim Elçibəyin köməkçisi olub, Kələkiyə gedərək prezidentin yanında oturub. Öz prezidentinə sadiq olub. Mütəllibova və Vəzirova sadiq olan adamlar isə indi deyirlər ki, biz heydərçiyik. Cəmil müəllim heydərçi olmasa da, ona hörmət etdi və Heydər Əliyevə əks getməyib. Həmdə heydərçi olmaq üçün gərək Heydər Əliyevin yanında olardın.
- Belə fikirlər var ki, son 10 ildə “91-lər” cəzalandırılıb. O da deyilir ki, əslində “91-lər” layiq olduqlarını alıblar, çünki məhz onlar bu ölkədə Əliyevlərin uzunmüddətli hakimiyyətdə oturmasını təmin etməklə fəlakətə imza atıblar...
-Mən nə etmişəm düz etmişəm. Mən elə adamlar gördüm ki, onların hakimiyyətə gələcəyi halda nə edəcəklərini düşündüm. Nəzərə alın ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməzdən öncə mən Xalq Təsərrüfatı Universitetində elmi işlər üzrə prorektor idim. O zaman 38 yaşım var idi. Amma onda mən səsimi qaldırıb Heydər Əliyevi müdafiə etdim. Birinci ideyanı da mən verdim, elan etdim ki, H.Əliyev siyasəti, iqtisadiyyatı, idarəçiliyi mükəmməl bilir. Çünki hakimiyyət bunların əlinə keçsəydi dəhşətlərlə üzləşərdik. İndi Heydər Əliyev sonradan hakimiyyəti kimə verməli idi ki? Baxın indi 10 namizəd var. Onların hansına hakimiyyət vermək olar, onlar ölkəni idarə edə bilərlərmi? Mən onlara baxanda təəssüf edirəm. İnsanın yaşaması üçün böyük var-dövlət lazım deyil, ağıl və dərrakə lazımdır. Sən sabah necə bu xalqın içərisinə çıxacaqsan. Əgər ictimai qınaq olsa həmin namizədlər bu xalqın içinə çıxmamalıdır. Bu adamlara deməlidirlər ki, get otur yerində. Hələ belələri partiya yaradırlar. Onların partiyası lığv olunmalıdır. İlham Əliyev prezident seçiləndən sonra belələrini həndəvərinə qoymamalıdır. İlham Əliyevi hörmətdən salan adamlar bunlardır. Bu adamlar nə qədər yaxşı yaşayıb çox danışsalar İlham Əliyevə bir o qədər nüfuz gətirməyəcəklər. Ziyalıları, alimləri çək qabağa, imkanver danışsınlar, konsepsiya irəli sürsünlər. Bu saat nazirlər var ki, belə adamları qabağa qoymurlar. İlham Əliyev bundan sonrada prezident olmaq istəyirsə bir çox adamları hakimiyyətdən uzaqlaşdırmalıdır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP-çı istefa verdi və partiyadaşlarını Cəmil Həsənliyə səs verməyə çağırdı

    YAP-çı istefa verdi və partiyadaşlarını Cəmil ...

    16-09-2013, 13:09

  • 
  • Əli İnsanov xalqı Cəmil Həsənliyə səs verməyə çağırdı

    Əli İnsanov xalqı Cəmil Həsənliyə səs verməyə ...

    20-09-2013, 17:34

  • 
  • “Bəli, Əli İnsanov YAP-ı quranlardan biridir...”

    “Bəli, Əli İnsanov YAP-ı quranlardan biridir...” ...

    1-02-2014, 15:03

  • 
  • Əli Nağıyev: “Mənim bir namizədim var”

    Əli Nağıyev: “Mənim bir namizədim var” ...

    19-07-2013, 13:51

  • 
  • Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram stolun üstünə…”

    Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram ...

    19-09-2013, 19:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu