GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ

“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ

Tarix: 31-07-2021, 15:15 Bölmə :Müsahibə Baxış: 1 496
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ


ABŞ Dövlət Departamentinin ardınca Böyük Britaniya da öz vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı xəbərdarlıqlar etdi. Heç şübhəsiz ki, bu ölkələr həm də kəşfiyyat məlumatlarına istinad edirlər. Bənzər çağırışlar əvvəlki illərdə də olub və ardınca gərgin situasiyanı müşahidə etmişdik. Kəlbəcər istiqamətində baş verənləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə etdik.

-Tofiq bəy, ABŞ və Böyük Britaniyanın öz vətəndaşlarına çağırış-xəbərdarlığını həm də növbəti müharibənin anonsu saymaq olarmı?

-Doğrusu, müharibə, yoxsa hərbi əməliyyatların bərpa olunub-olunmayacağını demək çətindir. Amma gəlin fikirləşək, bu, nəyə görə baş verir? Bəlkə də, əsas məsələ bundadır: nəyə görə məhz sərhəddə və məhz indi? Biz görürük ki, Ermənistanda baş verən Rusiya-Qərb qarşıdurması özünü məhz sərhəddə büruzə verir. Əsaslar nədir? Əsas ondan ibarətdir ki, seçkilərdən sonra Paşinyan bəyan edib ki, köhnə siyasətini davam etdirəcək, amma köhnə şəraitdə. Yəni onların Qarabağ mövzusu yeni situasiyada davam etdiriləcək, onun dediyi kimi, “sülh üslubu” ilə. Deməli, onların bizə qarşı ərazi iddiaları hələ də gündəmdədir. O da başa düşür ki, bu cür siyasət Ermənistan üçün təhlükə yaradır. Hərbi üstünlüyün bizim tərəfdə olması da bəllidir. Ənənəvi şəkildə ümidli idilər ki, Rusiya heç olmasa gəlib sərhəddə onları müdafiə edəcək, artıq buna da çox ümid bəsləmirlər. Çünki əslinə qalsa, onların Qərbyönümlü siyasəti imkan vermir ki, Rusiya gəlib bunları müdafiə etsin. İndi bu təhlükəli siyasətə hansısa beynəlxalq müdaxilə lazımdır ki, ermənilər heç olmasa həmin qüvvələrin arxasında gizlənib, bizə qarşı bu siyasəti davam etdirsinlər. Sərhəddə ardıcıl şəkildə baş verən təxribatlarda onların məqsədi odur ki, ora hansısa şəkildə müşahidəçilər, ya kimsə gəlsin və ermənilər həmin qüvvələrin arxasında gizlənib, öz siyasətlərini davam etdirsinlər. Paralel olaraq 10 noyabr bəyannaməsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətində deyillər. Bu həm Zəngəzur dəhlizinə, həm də sülhməramlıların nəzarəti altında olan ərazilərə aiddir.

- Ümumiləşdirsək, belə deyə bilərikmi ki, bu dəfə atəş açdıranlar “kazaklar” deyil? Amerika və Fransanın son davranışları Azərbaycanın əleyhinə yönəlib...

- Burada “kazaklar” müxtəlif ola bilər. Çünki Rusiya üçün orada hərbi varlığını daha da təsdiq etmək o qədər də aktual mövzu deyil. Çünki deyir “mən burda sərhəddə dura-dura sən sabah qərbyönümlü siyasət yürüdəcəksən”. Burada məntiq hardadır? Bir tərəfdən ruslar da özlərini aldadılmış kimi hiss edirlər. Digər tərəfdən bəllidir ki, Qərb orda yoxdur. Onlar hansısa şəkildə Ermənistanın könlünü almaq üçün, Qarabağ mövzusunda da hansısa rol oynamalıdırlar. Avropa İttifaqından maliyyə yardımları, yaxud Fransa səfirinin “KTMT-dən çıxın, biz gələk, sizə hərbi yardım göstərək”, kimi fikirlər təsadüfi deyil. Əslinə qalsa, ABŞ da eyni mövqedədir. Vaxtilə bildirilmişdi ki, sizə yardım etməyə hazırıq, amma Rusiya burda olmasın.

- Con Bolton hələ 2018-ci ilin sonlarında İrəvanda bu haqda açıq danışmışdı...

- Bəli. İndi isə, məncə, Paşinyan artıq bunlara vədlər verib ki, biz rusların əlindən çıxacağıq. Yuxarıda soruşdunuz, bizə silahları tuşlayan və atəş açan kimlər ola bilər? Yəni bunlara hansısa məsələlər lazımdır ki, gəlsinlər, orada müşahidəçilər missiyasını yerləşdirsinlər, Kasprşik kimi. Deyək ki, 200 nəfər göndərərlər, hər tinbaşı durarlar, deyərlər, biz burda nəzarət edirik.

- Qərb dövlətləri Rusiyanın demək olar ki, hər şeyini aldığı ölkəyə bu şəkildə müdaxilə edə bilərmi?

- Niyə də yox? Eyni vaxtda Qırğızıstanda həm ABŞ bazası var idi, həm də rusların. Yəni burada ermənilər elə bir vəziyyət yaratmaq istəyirlər ki, Qərb və Rusiya bunlardan ötrü rəqabət yaratsınlar.

- Həmin qüvvələrin Ermənistanı qorumaq adı altında regiona girişində, Basarkeçərdə hansısa qüvvə yerləşdirməkdə əsas məqsəd əslində İrana qarşı planların həyata keçirilməsi ola bilərmi?

- Mən bunu istisna etmirəm. Coğrafi baxımdan İraq və Əfqanıstana da yaxınlıq var.

- Amma fakt budur ki, Azərbaycan İrana qarşı əməliyyat planlarına illərdir “yox” deyir, amma Ermənistan məmnuniyyətlə buna gedər...

- Bəli, biz imkan vermədik. O biri tərəfdən isə İrəvanda səfirlik heyətinin bu miqdarda olması onu göstərir ki, ora bir növ kəşfiyyat mərkəzidir.

- Yəni İranın illərdir “yemlədiyi” ölkə ona qarşı qurulan planlarda yer alıb...

- Artıq İranda bunu dərk ediblər. İndiki mərhələdə onların Zəngəzur dəhlizi layihəsinə dəstəyi daha da güclənəcək. İranda narahat deyillər ki, onların sərhədində rus sərhədçisi olsun. Amma bunun əvəzində başqası gəlsə, təbii ki, digər vəziyyət yaranacaq. Bu baxımdan indi Zəngəzur məsələsi bir növ təzə arena kimi görsənir. Zəngəzur məsələsi rusların nəzarəti altında eksteritorial - yəni Ermənistanın qanunlarının orda işləmədiyi yer - bir dəhliz olsa və sabah “hərbi bazanı Gümrüdən götürün, çıxın, gedin”, şüarları səslənsə, onlar deyəcəklər ki, yox, biz burada qalırıq, çünki üçtərəfli öhdəlik var və mən burda vasitəçiyəm, sən təkbaşına məni burdan qova bilməzsən. Kommunikasiyanın nəzarətini saxlamaq ruslar üçün çox vacibdir. Bəlkə İran da bunun tərəfdarı olacaq. Əks təqdirdə, Qərbin bölgəyə gəlişi o deməkdir ki, İrana qarşı ikinci cəbhə açılır. Bir var Fars körfəzi, orda daim təhlükə mövcuddur. Bu tərəf onlar üçün arxa cəbhə kimi idi. Amma tam şəkildə geopolitik vəziyyətin dəyişməsi hesab etmirəm ki, onların xeyrinə olar, əgər İran faktorunu nəzərə alsaq.

- Bir məqama da diqqətinizi çəkmək istəyirəm: Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın əmlakıdır. Bakı əmlakının məhv edilməsinin qarşılığında hərəkətə keçə bilməzmi?

- Gəlin 10 noyabr Bəyanatını götürək. Orada iki eksteritorial dəhliz var, Laçın dəhlizi və Zəngəzur dəhlizi. Laçın dəhlizi müvəqqəti xarakter daşıyır - 5 illik. Amma Zəngəzurla bağlı vaxt məhdudiyyəti yoxdur, bu da çox vacib və bizim xeyrimizə olan məsələdir. Yəni bu mövzular bir-birinə bağlıdır. Mənə elə gəlir ki, Ermənistanı təzyiq altında saxlamaq ruslara sərf edir. Bəllidir ki, dəhliz onların nəzarəti altında olacaq. Amma mən istisna etmirəm ki, hansısa mərhələdə o hissəni bizə vermək ruslara daha çox sərf edəcək, nəinki ermənilərə. Dəhlizdir, sonra deyəcəyik ki, təhlükəsizliyi təmin etmək lazımdır və sair. Yaxud avtomobil yolu açılmalıdır. Yəni bu, hələ başlanğıcdır.

- Nikol Paşinyan hökumətin iclasında yenə də iddia edib ki, üçtərəfli anlaşmalarda dəhliz nəzərdə tutulmayıb, amma kommunikasiyaların açılmasına razı olduğunu da deyir. Bu adam niyə özünü dəliliyə vurub yenə?

- Orda bir məsələ var ki, yol rus sərhədçilərin nəzarəti altında olmalıdır. Eksteritorial məsələ varsa, deməli, dəhlizdir də. Bəhanə edir ki, dəhliz termini istifadə olunmur. Mətndə dəhliz sözü yoxdur, amma eksteritorial məfhumu var. Birbaşa yazılır ki, Rusiya sərhəd xidmətinin nəzarəti altında olacaq. Yəni Ermənistan və ya Azərbaycanın yox. Bəs, bu, eksteritoriallıq deyil?

- Hazırda sərhəd təxribatları dayanmır və İrəvan Rusiyadan, KTMT-dən dəstək almaq cəhdlərini də davam etdirir. İndiki durumda Azərbaycan necə davranmalıdır? Azərbaycan təhlükəsizlik zolağı yaratmaq üçün Ermənistanın içərilərinə doğru hərbi əməliyyatları genişləndirib terror birləşmələrini məhv etməlidir, yoxsa bu, risklər vəd edir?

- İndi təzə bir məfhum ortaya atılmalıdır. Təhlükəsizliyimizi təmin etmək və bizə qarşı istifadə olunan atəş mövqelərini məhv etmək üçün təhlükəsizlik zonasını yarada bilərik.

- Necə ki, ermənilər 30 ilə yaxın müddətdə bizə qarşı belə bir iddia irəli sürürdülər...

- Bəli. Necə ki, İsrail bunu deyir. Mənim sənə iddiam yoxdur, amma sən ordan mənə atəş açırsan.

- Bu halda KTMT-də imzalanan müqavilə işə düşə bilərmi?

- Mən inanmıram ki, indiki mərhələdə belə addım olsun. Artıq Rusiyanın maraqları haqda geniş danışdıq. Mən indiki mərhələdə müdaxiləyə əsas görmürəm.

- Amma bəlkə də çalışmaq lazımdır ki, rus əsgərləri Ermənistanla sərhədlərimiz boyunca yerləşməsinlər, bu, istər-istəməz problem yaradacaq, elə deyilmi?

- Yerləşsin, amma Zəngəzur dəhlizi istiqamətində (gülür). Əgər biz dəhlizdən danışırıqsa, qoy əvvəl ruslar götürsün, sonra alveri rusla apararıq.

- ABŞ Konqresində “907"-yə bənzər sanksiya qərarı haqda nə deyə bilərsiniz? Növbəti dəfə sanksiya qərarı işə salınır...

- Doğrusu, onun qəbul olunub-olunmaması bizimçün heç bir əhəmiyyət kəsb etmir. Məntiqi baxımdan onların heç bir əsası yoxdur bunu qəbul etsinlər. Əgər ruslarla dava aparmaqla ermənilərin xoşuna gəlmək istəyirlərsə, qoy qəbul etsinlər. Rusiya və ABŞ-ın Ermənistan ərazisində toqquşması istər-istəməz Ermənistanın ziyanındadır. Bu baxımdan amerikanlar hansı ermənipərəst qərarı qəbul edirlərsə, bir o qədər ruslar bunlara qarşı olacaq. Ruslar yaxşı başa düşürlər ki, nəyə görə bu, qəbul olunub: ermənilərin könlünü almaq üçün. Əslinə qalsa, bu qərarlar bizə qarşı deyil, daha çox rusları qıcıqlandırmaq üçündür. Ermənistanı Rusiya orbitindən qopartmaq istəyirlər. Biz Ermənistanda baş verəcək Rusiya-Qərb toqquşmasının ərəfəsindəyik və bu, qaçılmazdır. Burada iki düşərgə var, xarici oyunçular da bölünüblər. Qərb hər tərəfdən Ermənistana kömək edir. Baxın, Polşa gəlib ki, müharibədən sonra erməni uşaqlara yardım etsin. Polşa hardan çıxdı? Yaxud onlar nə əziyyət çəkiblər? İşğal etdikləri ərazilərdən çıxarılıblar da. Bu baxımdan görürük ki, artıq maşın “xod”a düşüb. Polşa 30 ildir heç kəsi yada salmırdı, indi nə oldu?

- Bəs, Qarabağdakı qanunsuz silahlı dəstələrlə necə davaranaq?

- Bu, ümumi cəbhədir. Ermənilərin müxtəlif yerlərdə mövqeləri var. Nəyə görə bizim üçün Zəngəzur mövzusu çox vacibdir? Onun həm də strateji əhəmiyyəti çox böyükdür. Yəni milli hədəf kimi. Amma taktiki baxımdan bu yola gediş də bizimçün hansısa xeyirli elementləri verə bilər. Yəni Zəngəzur məsələsi nə qədər çox gündəmdə olsa, bir o qədər Qarabağ yaddan çıxar. Belə olan halda ermənilərin gücü bölünür, onlar bilmirlər ki, neyləsinlər. Azərbaycan illər boyu müdafiədə idi. İndi isə biz hücuma keçməliyik. Mən heç də demək istəməzdim ki, Zəngəzur bizimçün vacib deyil, sadəcə görüntü üçün nə isə etməliyik. Yox, həm strateji, həm taktiki baxımdan biz orda uduşlu vəziyyətdəyik. Gəlin bu yolu gedək. Hesab edirəm ki, artıq Azərbaycan bu yolu başlayıb. Cənab prezidentin burda birmənalı bəyanatları onu göstərir ki, mövzu aktualdır və davamı olacaq.

- Azərbaycanın ərazi bütövlüyünə zamanında qəsd edilməsi və zorla alınıb Ermənistana verilməsilə bağlı ümumxalq referndumu keçirilə bilərmi?

- Onun yolları çoxdur. Misalçün biz rəsmi müraciət edə bilərik ki, 100 il bundan əvvəl bizə qarşı ədalətsiz qərar olub, bu torpaqlar bolşeviklər tərəfindən qanunsuz olaraq erməniyə verilib, xahiş edirik, qaytarın! Onlar deyəcəklər ki, yox, qaytarmırıq! Onda biz deyəcəyik ki, gəlin ayrı səpkidə mövzuya baxaq. Orda əhalinin əksəriyyəti vaxtilə azərbaycanlılar idi. 100 il ərzində onları tamamilə təmizlədiniz. İndi isə deyin, görək siz bunları qaytarmaq üçün nə təkilf edirsiniz? Vaxtilə ermənilər hansı yolu gediblərsə, biz də həmin yolu gedək. Sovetlərin vaxtında müraciət etdilər ki, Dağlıq Qarabağı bizə verin! Biz də müraciət edək ki, demokratik yolla qaytarın! Bolşeviklərin qərarı var, haqq-ədaləti bərpa edək, qaytarın torpaqlarımızı, vəssalam!

- Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransında tanınanda 114 kv.km-lik əraziyə sahib idi. Bu faktı gündəmə gətirib ərazilərimizin geri qaytarılması tələbini qoymaq həm də elə Fransa və digərlərinə cavab olmazmı?

- Azərbaycan sovetlərə birləşəndə də ərazimiz fərqli idi, sovetlərin vaxtında torpaqlarımız Ermənistana verilib. Bunların hamısını əsas götürərək, Milli Məclis indi müraciət etməlidir ki, bu tarixi ədalətsizliyi aradan qaldırmaq üçün torpaqları bizə qaytarın! Ermənistana müraciət edək, surətini də bütün dünyaya göndərək ki, bəs bizim tarixi torpaqlarımızdır, qaytarsınlar! Biz də demokratik yolu seçirik hələlik.

- Tofiq bəy, üçtərəfli müqavilənin imzalanmasının 1 ilinə az qaldı, amma Ermənistan hələ də öhdəliklərin bir çoxunu yerinə yetirməyib...

- Çoxunu yerinə yetirməyib. Biz görürük ki, Azərbaycanın mövqeyi dəstəklənir. Vasitəçi Rusiya deyir ki, bu, həyata keçirilməlidir. Putin o vaxt dedi nəyi oxuyursunuz, mən özüm yazmışam. İndi nə olsun, sən yazmısan, ermənilər deyir yox?

- Bəlkə ,daha doğru olardı ki, Ermənistanın qarşısında konkret müddət qoyulmalıdır, elə deyilmi?

- Bəli. Amma mən bir daha qeyd edirəm, burada Rusiya-Qərb toqquşması olacaq. Dava başlansın, ondan sonra asanlıqla hər bir şeyi etmək olar.

- Suriyaya bənzər proseslər bölgəmizə keçə bilərmi?

- Amma Suriya olsa belə, Ermənistan olacaq, biz yox. Bizdə suriyalıq bir şey yoxdur, ordumuz möhkəm, dostlarımız da yanımızda. Rusiyanın da bizimlə normal münasibətləri var, İranın da. Üstəlik, Türkiyə və Pakistanın səsi Şuşadan gəlir.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil

    Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv ...

    16-08-2018, 16:27

  • 
  • Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost olması mümkün olan deyil”

    Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost ...

    27-12-2018, 12:43

  • 
  • “Bu münasibətlərdə uzun müddətli böhran yaşanacaq”

    “Bu münasibətlərdə uzun müddətli böhran yaşanacaq” ...

    18-02-2018, 19:28

  • 
  • “Rusiya qısa müddətdə Ermənistandan gedəcək” - Tofiq Zülfüqarovla müsahibə

    “Rusiya qısa müddətdə Ermənistandan gedəcək” - ...

    14-09-2018, 11:41

  • 
  • Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - Zülfüqarov

    Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - ...

    4-08-2018, 16:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu