GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rəsulzadənin əsərlərində azərbaycançılıq digər ideyalardan önə keçib”

“Rəsulzadənin əsərlərində azərbaycançılıq digər ideyalardan önə keçib”

Tarix: 20-12-2012, 12:44 Bölmə :Müsahibə Baxış: 739
“Rəsulzadənin əsərlərində azərbaycançılıq digər ideyalardan önə keçib”
Əbülhəsən Abbasov: “Milli ideologiya millətin məfkurə orqanıdır. Bundan imtina etmək məhvə bərabərdir

gundemxeber.az Məlum olduğu kimi, 21 noyabr 2012-ci il tarixində tanınmış iş adamı və hüquq professoru İlham Rəhimov “Yeni Müsavat” qəzetində milli ideologiya mövzusu ilə bağlı yazısında maraqlı olduğu qədər də mübahisəli fikirlər səsləndirib. O, faktiki olaraq, milli ideologiya zərurətini təkzıb edir, onun dövlət səviyyəsində rəhbər tutulmasını qeyri-məqbul, hətta ziyanlı sayır. İ.Rəhimovun mülahizə və tezisləri, habelə milli ideologiyanın zəruriliyinə, roluna dair mətbuatda vaxtaşırı səslənən bəzi ziddiyyətli fikirlərlə bağlı mövqeyini öyrənmək üçün məşhur elm xadimi, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasova müraciət etdik.

- Əbülhəsən bəy, son günlər mili ideologiyanın zəruriliyi məsələsi yenidən gündəmə gəlib və nə qədər qəribə olsa da, bəzi fikir adamları bütün dünyanın qlobollaşmaya doğru getdiyi bir zamanda belə bir ideologiyaya ehtiyac olmadığını bildirir. Sizcə doğrudanmı artqı milli ideologiyalar dövrü öz ömrünü başa vurub və millətlərin həyatında onlara yer yoxdur?
- Milli ideologiya, xüsusən dünyada kapitalist ictimai quruluşu qərarlaşdıqdan sonra, mütləq mənada millətlərin, cəmiyyət və dövlətlərinin mövcudluğu və inkişafı üçün zəruri olan başlıca fenomendir. Milli ideologiyanın lazımsızlığını ortaya atmaq bəşər tarixinin mahiyyətini, ictimai varlığın təbiətini dərindən bilməməkdən və beləliklə də yanlış tezislərdən qaynaqlanan dəbin (güya, demokratiyaya və müasirliyə aparan baxışlar sisteminin) təsirinə düşməkdən irəli gəlir. Yeri gəlmişkən, milli ideologiyaya münasibətdə formalaşmışmış laqeydlik, həmçinin, yanlış mövqe xeyli dərəcədə Sovetlər İttifaqının dağılması ilə bağlı olmuşdur, daha dəqiq desək, bu dağılma prosesini düzgün anlamamaq nəticəsində yaranmışdır. Bu günün özündə də çoxları belə düşünürlər: SSRİ yeganə və vahid bir hakim ideologiya – kommunist ideologiyası çərçivəsində yaşamağa iddialı və qərarlı olduğundan süquta uğradı və dağıldı, ona görə də, əgər biz demokratik cəmiyət qururuqsa, rəsmi hakim ideologiya ola bilməz. Üstəlik, bu cür mülahizə də “əsaslandırma” üçün yarıyır, yəni: cəmiyyətdə milli ideologiya deyilən bir şey olarsa və bu ideologiya rəhbər tutularsa, proseslər sonda totalitarizmə gətirib çıxarır. Məsələn, hörmətli İlham Rəhimov da oxşar fikir söyləyir: “İstənilən ideologiyanı, o cümlədən milli ideologiyanı qətiyyən dövlət hakimiyyəti, dövlət siyasəti səviyyəsinə qaldırmaq olmaz. Çünki bu, labüd olaraq totalitarizmə gətirib çıxaracaq”. Bəziləri isə, bir qədər də yanlışlığa vararaq və qabaqcıl ölkələrin inkişaf tarixindən səhv nəticə çıxararaq, deyirlər: «hər cür ideologiya buxovundan azad olmaq lazımdır», «cəmiyyətin mütərəqqi inkişafı onun ideologiyasızlaşdırılmasındadır”. Onlara elə gəlir ki, bununla liberal-demokratiyanın vacib müddəalarını, tez-tez işlətdikləri “ümumbəşəri dəyərləri” – söz, fikir, vicdan azadlığını, insan haqlarını və s. müdafiə edirlər. Fikir verin, İlham Rəhimovda bu “dəlil-sübut” da işlənir, deyir:” Əgər söhbət demokratik və hüquqi dövlətdən gedirsə, onda biz hər hansı milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməliyik”. Yaxud: “İdeolojiləşdirilmiş hakimiyyət insan hüquqlarının tam qorunmasının qeyri-mümkünlüyünü reallığa çevirir”. Bir qism isə sırf ortodoksal marksist mövqedən yanaşaraq iddia edir ki, ideologiya ayrı-ayrı sosial qrup və siniflərin baxışlarını, maraq və məqsədlərini əks etdirən ideyalar sistemidir, belədirsə, deməli, cəmiyyətdə hamı üçün ümumi, yəni, milli ideologiya ola bilməz, çünki ayrı-ayrı sinif və təbəqələrin maraqları heç də bütün hallarda uzlaşmır, əksinə, əsasən ziddiyyət təşkil edir, məsələn, fəhlə və burjua siniflərinin arasında olduğu kimi. Bu səbəbdən, onların fikrincə, “milli ideologiya” – nonsesdir. Fəlsəfə doktoru Əmralı İsmayılov, məsələn, elə belə də yazır. Bir qədər də şiddətli alınsın deyə vurğulayır – “millətin dünyagörüşü olmur!”. Heç nə demirəm, özünüz bu fəlsəfə doktorunun “əqlinəticəsini” qiymətləndirin. Sadəcə, düşünürəm: görəsən, başsız adamın varlığına bu məmləkətdə inanan coxdurmu? Yəqin ki, dünyagörüşsüz millət varsa, başsız adamlar da tapılar! Başqa bir tədqiqatçı da var –Azər Həsənli. O, Ə. İsmayılovdan fərqli olaraq, marksist mövqedən çıxış etdiyini açıq-aşkar bəyanlayır, belə ki, səmimidir. Hətta “millət” anlayışının tərifini I. Stalinin 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” əsərindən götürdüyünü bəribaşdan bildirir. Şükürlər olsun ki, milli ideologiyanı qəbul etməsə də, “millətin dünya görüşü yoxdur” demir. Milli ideologiyaya başqa, əyri-düz, yanaşmalar da mövcuddur. Oxucularımızı yormamaq üçün burada hamısının üzərində dayanmaq istəməzdim.

- Həqiqətən maraqlıdır, SSRİ kimi bir nəhəng dövləti onun ideologiyası xilas edə bilmədi, ancaq Cin kimi böyük ölkə bu gün də yaşayır və inkişaf edir, səbəb nədir? Axı, о da kommunist ideologiyasına söykənirdi və söykənir.
-SSRİ-nin dağılma səbələri çoxdur, ancaq ən başlıca səbəblərdən biri elə ideologiyanın olmaması, dərin böhrana düşməsi ilə bağlıdır.

-Necə!? Bəs, cəmiyyətə gecə-gündüz yeridilən ideoloji direktivlər, göstərişlər?
-Bəli, ideologiyanın böhranı, cəmiyyətdə öz funksiyasını yerinə yetirə bilməməsi SSRİ-ni çökdürdü. Üstəlik də, qlobal kapitalizm bu məsələdə - ideoloji böhranin şiddətlənməsində və qarşısıalınmaz xarakterli olmasında öz işini kifayət qədər elmli, sistemli gördü. Hətta ciddi elmi mərkəzlər, institutlar yaradaraq işə qoşdu. Sonralar, 1983-cü ildə yaradılmış “Mürəkkəblik İnstitutu” (“Santa-Fe institutu” da deyirlər) və orada yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanmış, işə salınmış “İdarəolunan xaos nəzəriyyəsi”, ilk növbədə, bu məqsədlərə xidmət edən ideoloji-geostrateji silah deyildimi! Bu barədə əvvəlki müsahibə və yazılarımda ətraflı söhbət açmışam. Məqsədim də ABŞ-ı, Qərbi günahlandırmaq deyil, hər kəs öz işini səviyyəli görməlidir, görürsə, - halal olsun! Fikrim ideologiyanın zəruriliyini, nəyə qadir olduğunu vurğulamaqdır. Mən yaradıcı, daim inkişafda olan, zənginləşən ideologiyanı nəzərdə tuturam, şəxsi, ailə, tayfa, qrup maraqlarına xidmət edən uydurmalar, ehkamlar, əfsanələr, vədlər yığımının deyil, xalqın, millətin, dövlətin suverenliyini, hamının və hər vətəndaşın maraqlarını təminatlandıran milli ideologiyanın əhəmiyyətini vurğulayıram. SSRI-də, Stalindən sonra, bu pozitiv vektor gözlənilmədi, ideologiya, nəzəri əsaslar inkişaf etdirilmədi, zənginləşmədi, get-gedə daha çox partnomenklaturanın, sovet-təsərrüfat boslarının, bir sözlə, burjualaşmış imtiyazlı aristokratiyanın şəxsi və korporativ maraqlarının qulluğunda dayanan nəsnəyə çevrildi. Aydındır ki, xalq bu nəsnəni dəstəkləyə bilməzdi və dəstəkləmədi. İndi siz heç də təəccüblənməyin ki, nə üçün postsovet məkanında həmin aristokratiya, onların balaları və əlaltıları təntənə ilə kapitalizm qururlar, özü də ən qəddar, amansız formada! Mənfəətə, gəlirə, başqalarının istismarı və aşağılanmasına söykənən “Yeni”ni qurmağa onlar çöx-çöx əvvəllərdən – sovetlər dönəmindən öyrəniblər və bir çoxlarının yanlış olaraq düşündüyü kimi heç də kommunizmin revanşı ilə məşğul deyillər. Çünki nə o vaxtlar kommunist olmayıblar, nə də indi hamı üçün cənnət qurmaq fikirləri yoxdur. Ruslar demiş, тaк-что, дорогие, не ждите демократии, çünki cəhənnəmdə demokratiya, insan haqqı-zad olmur. Ən yaxşı halda qondarma sənətçilər, alimlər, akademiklər, deputatlar və...müxalifət olur. Yaxşı şeylər ideya, söz, fikir, əməl, vicdan paklığı,təmizliyi olan yerdə mümkündür! İdeya paklığından söhbət düşmüşkən dahi şəxsiyyət, yazıcı M. Şoloxovun bəzi fikirlərini xatırlatmaq istərdim. O, 1974-cü ilin 14 iyul tarixində “Pravda” qəzetinə verdiyi müsahibədə deyirdi: “İdeyanın təmizliyi, ona təmənnasız və sədaqətli qulluq heç vaxt unudulmamalıdır. Təsəvvür edin ki, Tolstoy öz oğlunun əlyazmasını önə keçirmək üçün “Niva”nın redaksiyasına gəlir, yaxud da Raxmaninov Şalyapindən məşhur tamaşada onunla birgə bacısı qızına oxumaq imkanının verilməsini xahiş edir. Yaxud, daha yaxşı, Mendeleyev institut təsis edir və oğlunu ora direktor vəzifəsinə yerləşdirir. Bu barədə düşünmək lazımdır. Və yalnız ona görə yox ki, belə gənc insanlar layiq deyillər, istedadsızdılar. Qətiyyən yox! Lakin yaradılmış asan imkanlarla, ola bilsin ki, onlar daha güclü istedadların üzə çıxmasının qarşısını alır, inkişafını ləngidi. Görürsüzmü, bu – hər kəsin şəxsi işi deyil, ümumxalq məsələsidir”. Yəqin ki, xüsusi şərhə ehtiyac yoxdur!

Seymur Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli ideologiyanın gərksizliyini iddia etmək cəfəngiyyatdır

    Milli ideologiyanın gərksizliyini iddia etmək ...

    23-12-2012, 11:48

  • 
  • Hacıbaba Əzimov İlham Əliyevə müraciət etdi

    Hacıbaba Əzimov İlham Əliyevə müraciət etdi ...

    8-10-2014, 15:29

  • 
  • İlham Rəhimovun «bir həftəlik vəzifə» macərasınin pərdəarxası

    İlham Rəhimovun «bir həftəlik vəzifə» macərasınin ...

    21-01-2013, 10:32

  • 
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • Müsavatçı professor partiyasının Milli Şuranı tərk etməsini istəyir

    Müsavatçı professor partiyasının Milli Şuranı ...

    14-08-2013, 16:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu