GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyətin apardığı siyasət bizə uğur gətirməyib

Hakimiyyətin apardığı siyasət bizə uğur gətirməyib

Tarix: 20-12-2012, 13:06 Bölmə :Müsahibə Baxış: 717
Hakimiyyətin apardığı siyasət bizə uğur gətirməyib
İbrahim Vəliyev: “İndiki şərtlər altında seçkilərdə iştirak etmək səhv addım olardı”

“Gündəm-xəbər”in suallarına Gömrük Komitəsinin sabiq sədri, AXCP Rəyasət Heyətinin sabiq üzvü, Deportasiya Qurbanları Cəmiyyəti İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru İbrahim Vəliyev cavab verib.

- İbrahim müəllim, sizin aktiv siyasətə qayıtdığınız haqda informasiyalar nə dərəcədə doğrudur?
- Mən aktiv siyasətə qayıtmaq haqqında qərar verməmişəm. Sadəcə olaraq bildirmişəm ki, mən siyasətdəyəm. Hər bir Azərbaycan vətəndaşı olaraq mən də siyasətin içindəyəm. İkincisi də, məndən konkret mövqe öyrənilib və məndə buna cavab vermişəm. Söhbət prezidentliyə namizədlərlə bağlı olub. Mən belə məsələlərdə hər zaman mövqe bildirməyə açıq insanam və mövqeyimi də açıqlamışam. Burada başqa məsələ olmayıb. Aktiv siyasətə qayıtmağıma dair heç bir yerdə söz işlətməmişəm. Bir vətəndaş və əqidə insanı olaraq prezident seçkilərinə dair mövqeyimi ifadə etmişəm. Nəzərə alın ki, mən uzun illərdir ki, siyasi meydandayam və bir əqidə adamı olaraq fikirlərimi bölüşmək hüququna malikəm.

- Sizin yenidən AXCP-yə qayıtmaq haqda xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?
- Mən İbrahim Vəliyev olaraq AXCP-yə qayıtmağım haqqında bir kəlmə söz işlətməmişəm. Düzdür, bu haqda yazıblar. Ancaq mən AXCP-yə qayıtmağıma dair fikir söyləməmişəm. Bildirmişəm ki, mən AXCP-dən müvəqqəti getmişəm. Daha deməmişəm ki, mən AXCP-yə qayıdıram. Ancaq mənim bu partiyadan müvəqqəti getmişəm və bunu da zaman göstərəcək. Mən əqidə baxımından həmişə cəbhəçi olmuşam. İndi rəsmi olaraq siyasi partiyada təmsil olunmuram. Amma bu demək deyil ki, mən əqidəmdən uzaqlaşmışam. Müəyyən səbəblərə görə, hələlik partiyanın işində iştirak etmirəm. Mən AXCP-də Rəyasət Heyətindən, yəni vəzifədən istefa etdim. Bu da elə başa düşüldü ki, mən partiyadan istefa etmişəm. Əslində isə mənim haqqımda AXCP-nin qərarı yoxdur. Mən 1988-ci ildən bu yana cəbhəçiyəm və cəbhəçi olaraq da qalıram.

- Qarşıdan gələn prezident seçkilərində müxalifətin şanslarının və imkanlarını necə dəyərləndirirsiniz?
- İndiki şərtlər altında seçkilərdə iştirak etmək səhv addım olardı. İndi vəziyyət bu sarıdan pisdir və MSk sədri Məzahir Pənahov istədiyi namizədə istədiyi qədər səs yazacaq.Odur ki, mən bu şəraitdə müxalifətin seçkiyə getməsinin qəti əleyhinəyəm.

- Bəs müxalifətin vahid namizədi kim ola bilər, kimin üzərində durulsa bu demokratik düşərgəyə uğur gətirər?
- Bu saat vahid namizəd məsələsinin gündəmə atılmasının da tərəfdarı deyiləm. Ona görə ki, birinci seçkiöncəsi şərait yaradılmalı və bundan sonra vahid namizəd haqqında düşünülməlidir. Əgər vahid namizəd məsələsi ortaya çıxarsa, bu zaman ona daha çox layiq gördüyüm şəxsin adını çəkə bilərəm. Əlbəttə ki, Azərbaycanda xeyli keyfiyyətli insanlar və siyasətçilər var. Amma mənim fikrimcə, bu Əli Kərimli ola bilər. Çünki Əli Kərimlini tələbəlik illərindən tanıyıram. Əqidəsini dəyişməməklə bərabər bu vəzifəyə məxsus olan keyfiyyətlərə malikdir.

- Müsavat başqamı İsa Qəmbərin “nəyin bahasına olursa-olsun seçkidə iştirak edəcəyik” bəyanatını münasibətiniz necədir?
- Bir daha qeyd edim ki, seçki qanunvericiliyi təkmilləşdirilmədən, müxalifətin seçki prosesini nəzarətda saxlamasına nail olmadan seçkiyə getmək olmaz. Hesab edirəm belə mövqeyinin ifadə olunması indiki iqtidarın dərmanına su tökmək kimi bir şeydir. Yəni sənin topladığın səslər hesablanmayacaqsa, sənin üçün heç bir şərait yaradılmayacaqsa onda döyüşə getməyin nə xeyri var? Əvvəlcədən uduzmağını görürsənsə, seçkiyə niyə gedirsən ki? Mən bu məntiqi başa düşmürəm. Bu seçkiyə demokratik don geydirmək üçündür. Mən belə anlayıram. Bu seçkiyə demokratik don geydirmək olardı. Kənardan baxanlarda düşünərdi ki, seçkilər demokratik keçirildi və hakimiyyət onu uddu.

- Ziyalılar Forumunun üzvü Rafiq Əliyev deyir ki, müxalifət liderləri arasında hikkə problemi var. 1988-ci ildən bu yana müxalifət düşərgəsində olan şəxs kimi necə düşünürsünüz, Rafiq Əliyev haqlıdırmı?
- Təbii ki, hikkə var. Amma məncə, daha çox “mənəm-mənəmlik” var. Belə şəraitdə, heç nəyi gözləməkdən seçkiyə getmək rəqibə dəstəkdir və bunun adı yoxdur. Hamısı “mən o birisindən əskikəmmi” deyə düşünür”. Bunun başqa adı yoxdur. Əslində isə Azərbaycan xalqının naminə kim daha şanslıdırsa, kim daha uğur gətirərsə, kim idarə etməyə daha yaxşı bacararsa ona hər bir siyasətçi güzəştə getməlidir. Əgər məqsəd hakimiyyətə gəlmək deyil, demokratik Azərbaycanı qurmaqdırsa şansı olan namizədə hər kəs güzəştə getməlidir.

- Ən şanslı namizəd kimdir?
- Mən belə ifadə işlədirəm və sizdə məni yaxşı tanıyırsınız. Mənim normal ağlım, biliyim və savadım var. Əgər mənə prezidentlik versələr bu vəzifəni məmnuniyyətlə Əli Kərimliyə təklif edərəm.

- Niyə məhz Əli Kərimli?
- Mən bir neçə meyara əsasən bunu deyirəm. Əvvəla, Əli Kərimlini 1988-ci ildən tanıyıram. O, əqidəli insandır və son illərdə göstərdi ki, əqidəsindən bir addım da geri çəkilməyib. İkincisi, insanları idarə etmək qabiliyyətinə sahibdir. Üçüncüsü, vətənsevərdir. Yəni xalqını və millətini sevir. Və nəhayətdə hadisələri öncədən görüb proqnozlaşdırmaq və onun həlli yollarını görə bilir. Bu nöqteyi nəzərdən o vahid namizəd olmağa layiqdir.

- Prinsipcə, Etibar Məmmədovda əqidəli və idarəçilikdə sərt xəttə üstünlük verən biridir...
- Mən Əli Kərimlini Etibar Məmmədovla müqayisə eləmədin. Sadəcə Əli Kərimlidə gördyüm üstün cəhətləri söylədim. Bu mənim subyektiv fikrimdir. Etibar Məmmədovada da xeyli müsbət keyfiyyətlər var, amma mən üstünlüyü Əli Kərimlidə görürəm.

- İsa Qəmbərin də yaxşı idarəçəlik qabiliyyətinə və hadisələri doğru təhlil etmək kimi yüksək keyfiyyətlərə malik olduğu deyilir...
- Düşünmək yasaq edilməyib və hər kəsin özünün üstün tərəfləri, qiymətləndirməsi, marağı var. Mənim marağım Azərbaycan xalqının gələcəyidir. Hesab edirəm ki, üstünlük verdiyim şəxs seçilərsə xalqımıza daha yaxşı xidmət edər.

- Ancaq hakimiyyətə gəlmək üçün daxili və xarici hadisələrin üst-üstə düşməsi, iddialı şəxsin maliyyə təminatının olması və ona hakim komanda daxilində stavka edilməsi vacib şərtdir. Belə üstünlüklər isə yalnız Rəsul Quliyevdədir...
- Mənim Rəsul Quliyevlə münasibətim yoxdur. Onun tərəfdarları var. Mən yalnız tanıdığım şəxs haqqında söhbət edə bilərəm. Bir daha hesab edirəm ki, Əli Kərimli daha yaxşı namizəddir. Ancaq Rəsul Quliyev haqqında pis fikir demək istəmirəm. Baxmayaraq ki, indiki hakimiyyətin bərqərar olasında onun mühüm əməyi olub. Amma sonrakı fəaliyyətində sübut etdi ki, buraxdığı səhvləri düzəltmək niyyətindədir. Lakin ən şanslısı Əli Kərimli ola bilər.

- Əli Kərimli namizədliyini irəli sürəcəyi təqdirdə şanslı namizəd olacaq, yoxsa bunun üçün bütün real müxalifət qüvvələri onu dəstəkləməlidir?

- Bütün siyasi qüvvələr Əli Kərimlini müdafiə etsə belə şans yoxdur. Çünki bizdə indiyə qədər demokratik seçkilər keçirilməyib. Məncə, hamı AXCP sədrini dəstəkləsə belə, indiki şəraitdə onun qələbə çalmaq şansı yoxdur.

- Bəs siz bu halda nə təklif edirsiniz?
- Mənim fikrimcə, bu şəraitdə ölkədəki bütün müxalifət təşkilatları birləşərək demokratik seçki şəraitinin yaradılmasına çalışmalıdır. Vahid namizəd isə ilkin seçkilər və ya sosialoji sorğular vasitəsi ilə müəyyən oluna bilər.

- 1998-ci ilin prezident seçkilərində AXCP ilə Müsavat arasında problem yarandı, nə Əbülfəz Elçibəy İsa Qəmbərə, nə də İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi. Nəticədə hər iki partiya seçkini boykot elədi. Bu hal 2013-cü ildə də AXCP ilə Müsavat arasında təkrarlana bilərmi?
- Əgər təkrarlansa, bu məğlubiyyət demək olardı. Bu halda seçkiyə getməyə dəyməz.

- Bəs bu halda məsuliyyəti kim daşıyacaq?
- Bu qərarı qəbul edənlərin üzərində qalacaq.

- Müxalifət 1998, 2003 və 2008-ci ildə seçkiləri uduzub və buna görə heç bir müxalifət lideri xalqa cavab verməyib. Bir hüquqşünas kimi sizə elə gəlmirmi ki, məğlubiyyətlərin əsas səbəbi müxalifət liderlərinin xalq qarşısında məsuliyyətini dərk etməməsindədir?
- Təbii ki, siz haqlısınız. Bunun bir səbəbi bəzilərində məsuliyyətsizlik, bəzilərində isə kiminsə sifarişini yerinə yetirməsindədir.

- Söhbət hansı sifarişi yerinə yetirməkdən gedir, siz nəyi nəzərdə tutursunuz?
- Məlum qüvvələrin sifarişini. Yəni ki, mane ol ki, lazımı adamın namizədliyi keçməsin. Başqa nə ola bilər ki...

- Siz hansı partiyaları real müxalifət təşkilatı sayırsınız?
-AXCP, Müsavat və ADP-ni. Eləcədə iqtidarla sövdələşməyə getməyən digər partiyaları.

- Qırğızıstanda Roza Atumbayevanı hər kəs dəstəklədi. O da iqtidara gələndən az sonra demokratik seçkilər keçirib iqtidardan getdi. Sizcə, bizim ölkəmizdə Lalə Şövkət bu rolu oynaya bilərmi?
- Mən Lalə Şövkəti əqidəli və iradəli xanım kimi tanıyıram. Lalə Şövkət bu rolu oynaya bilər, əgər siz dediyiniz şərait olsa və bütün qüvvələr bu xanım siyasətçini dəstəkləsə. Təəssüflər olsun ki, indi müxalifətin əsas gücü xalqdır. Xalqımız isə hələlik dediyiniz səviyyədə mübarizə aparmır. Yəni kütləvi narazılıq və etiraz olsa da, bu üzə çıxmır.

- Düşünürsünüz ki, xalq müxalifətə inanmır?
- Təbii ki, son 20 ildə müxalifətin, ayrı-ayrı şəxslərin əleyhinə aparılan təbliğatın öz təsiri var. İkinci də, məğlubiyyətin özü də, inamsızlığın səbəblərindən biridir. Xalq “bunlar nə edə bilərlər, indiyə qədər nələr ediblər” sualını ortaya qoyur. Və şübhəsiz ki, həm də məyus olur.

- Siz Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvüsünüz. Bu qurum fəaliyyət göstərirmi?
- Bəli, göstərir. Amma tam aktivlik yoxdur və bu şəraitin olmaması ilə bağlıdır. Ora əqidəli insanlar toplaşıb.

- 2003-cü ildə “Ağrıağ” Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərirdi və bu qurum 2003-cü ildə İsa Qəmbərin namizədliyini müdafiə etdi. İndi “Ağrıdağ” da fəaliyyət göstərən ziyalıların əksəriyyəti Deportasiya Qurbanları Cəmiyyətində toplaşıb. Bəs bu qurum 2013-cü il seçkilərində hansısa namizədi dəstəkləyəcəkmi?
- Bəli, siz doğru dediniz ki, vaxtı ilə “Ağrıdağ”da olan ziyalıların bir hissəsi bu qurumda birləşib. Təbii ki, seçkilər məsələsində mövqe bildiriləcək. Çünki Azərbaycanda demokratiya mövcud olsa, bu qurumun qarşısına qoyduğu məqsədlər uğrunda daha ciddi iş aparmaq asan olar.

- Azərbaycan iqtidarının apardığı siyasəti necə qiymətləndirirsiniz?
- Mənfi qiymətləndirirəm. Çox təəssüf ki, aparılan siyasət nə iqtisadiyyatda, nə sosial sahədə, nə də xarici siyasətdə bizə uğurlar verməyib.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədova cavab

    Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki ...

    24-08-2013, 14:10

  • 
  • Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan ordusunun addımlarını dəstəkləyir

    Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan ...

    4-04-2016, 13:04

  • 
  • Ayaz Mütəllibov yenidən böyük siyasətə dönür

    Ayaz Mütəllibov yenidən böyük siyasətə dönür ...

    15-03-2013, 10:28

  • 
  • AXCP üzvündən Əli Kərimlinin müşavirinə sərt cavab - "Rayonda cibgirlik üstündə həbs olunan..."

    AXCP üzvündən Əli Kərimlinin müşavirinə sərt ...

    10-09-2015, 18:41

  • 
  • Bu ağıllı yol deyil və sonunda fəlakətlərə gətirib çıxaracaq

    Bu ağıllı yol deyil və sonunda fəlakətlərə ...

    17-04-2013, 10:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu