GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Seçkidə saxtakarlıq olsa da, hakimiyyətlə dialoq lazımdır”

“Seçkidə saxtakarlıq olsa da, hakimiyyətlə dialoq lazımdır”

Tarix: 8-11-2013, 11:40 Bölmə :Müsahibə Baxış: 590
 “Seçkidə saxtakarlıq olsa da, hakimiyyətlə dialoq lazımdır”

Ziyalılar Forumunun və Milli Şuranın üzvü Eldəniz Quliyevlə müsahibəni təqdim edirik.

– Milli Şurada sakitlikdir, hərəkətlilik görünmür. Bunun səbəbi nədir?

– Bəzən daha uzaq tullamaq üçün bir az geri çəkilməli olursan. Sakitlik də heç zaman sükutdan xəbər vermir. Bəzən görürsən ki, sakitlikdən sonra çox möhkəm tufan qopur.

– Yaxın günlərdə tufan qopa bilərmi?

– Bəli. Milli Şuranın sessiyası keçiriləcək. Həmin sessiyada ciddi məsələlər müzakirə olunacaq.

– Milli Şuranın yaranmasında və sonrakı proseslərdə Ziyalılar Forumu aktiv fəaliyyət göstərirdi. Amma indi bu, hiss olunmur. Hətta Eldar Namazov da mətbuatdan gizlənir...

– Bunun səbəbini Eldar Namazov özü cavablandıra bilər. Mən nə deyə bilərəm ki?! Hesab edirəm ki, Eldar Namazov Milli Şuranın işi ilə ciddi məşğul olur.

– Milli Şurada həmsədrlik institutunun yaradılmasında fikir ayrılıqları mövcuddur. Bunun səbəbi nədir?

– Fikir ayrılıqları var. Bu da normal qəbul olunmalıdır. Milli Şura demokratik bir qurumdur. Amma hər halda istənilən ciddi məsələni sessiyada həll etmək lazımdır. İlk dəfə həmsədrlik institutunun yaradılmasını Rüstəm İbrahimbəyov təklif edib. Bu, çoxluq tərəfindən optimal fikir kimi qəbul olunur.

– Fikir ayrılıqları ciddi hal alarsa, növbəti istefalar ola bilərmi?

– Bu məsələdə öncəgörümlük etmək istəmirəm. Ola da bilər, olmaya da. Amma Milli Şurada gedənlərin yerinə gəlmək istəyənlərin daha çox olduğunu görürük.

– Yaxın zamanlarda Milli Şuraya yenə üzvlər qəbul ediləcəkmi?

– Şübhəsiz, Milli Şura daha güclənəcək. Yeni üzvlər də qəbul ediləcək. Bir sözlə, Milli Şura demokratik dəyərlər uğrunda mübarizəsini birə beş artıracaq.

– Hazırkı durumda sizcə, Milli Şura hansı addımları atmalıdır?

–Şuranın görəcəyi işlər çoxdur. Sadəcə, atacağı addımları sərgiləməyə səlahiyyətim yoxdur. Çox istərdim ki, həmsədrlik institutu məsələsi həll edilsin, müəyyən konsensusa gəlinsin. Bu istiqamətdə mübarizəsini daha sərtləşdirsin, demokratik dəyərləri uca tutaraq avtoritarizmdən çıxış yollarını bəyan etsin. Yaxın günlərdə bu addımlar atılmalıdır.

– Milli Şuranın növbəti seçkilərə hazırlaşması gündəmə gətirilə bilərmi?

– Seçkilərə hazırlıq hər zaman gündəmdə olmalıdır.

– Rüstəm İbrahimbəyovun iqtidarla müxalifətin dialoq təklifini necə qarşıladınız?

– O, müdrik insandır. Dialoq ünsiyyət vasitəsidir. Cəmiyyətlə hakimiyyət arasındakı uçurumun genişlənməməyi üçün müəyyən dialoqa getmək olar. Məsələn, Qarabağ münaqişə ilə bağlı... Hakimiyyətlə dialoqa getmək olar, hakim partiya ilə deyil.

– Tanımadığınız hakimiyyətlə necə danışıqlara gedə biləsiniz ki?

– Təkid etdiyimiz başqa, reallıq başqadır. Reallıq odur ki, Azərbaycanda seçki keçirilib və saxtakarlıqla da olsa, hakimiyyətdə adam var. Belə vəziyyətdə nə etmək lazımdır? Əbədi düşmənçilik də sonda xalqın başında çatlayır. Xalqa, onun istəyinə, iradəsinə görə istənilən, hətta saxta seçilən hakimiyyətlə belə dialoqa getmək olar.

– Seçkilərdən əvvəl və sonra Azərbaycan ictimaiyyətinin seçkilərə reaksiyasını necə qiymətləndirdiniz?

– Bilirsiniz, cəmiyyət uzun illərdir, əl-qolu bağlanıb, yarış rinqinə buraxılmış idmançıya bənzəyir. Bu situasiyanı cəmiyyət üçün Azərbaycan hakimiyyəti yaratmışdı. Yaxşı ki Milli Şura cəmiyyətin əl-qolunu açdı. İnsanlar gördülər ki, demokratiyanı mübarizə ilə almaq mümkündür və mübarizə aparmaq lazımdı. Hesab edirəm ki, irəliləyiş var və hələ də bu irəliləyiş davam edəcək.

– Bəs beynəlxalq təşkilatların, dövlətlərin münasibətini necə dəyərləndirdiniz? Bilirsiniz ki, onların bəziləri hazırkı hakimiyyətlə əməkdaşlığı üstün tutdular...

– Siyasətin mənəviyyatsız tərəfləri də var. Çox təəssüf ki, siyasət həmişə mənəviyyatsız olur. Belə deyək, mənəviyyatsız siyasətlə mənəviyyatlı adamlar məşğul olanda faciəyə aparan yol xoşbəxtliyə tərəf istiqamətlənə bilər. Beynəlxalq qurumların bəziləri bu məsələyə ikili standartlarla yanaşdılar, bəziləri sözün həqiqi mənasında satın alındı. Amma bəzilər ləyaqətlə sözlərini dedilər və bunun üstündə də durdular. Yəni onlar üçün demokratiya, demək olar, tanrı ilə eyniləşdirilir. Onlar sona qədər bildirdilər ki, Azərbaycanda seçkilər total şəkildə saxtalaşdırılıb. 3-cü dəfə prezidentik hər şeyin pozulması demək idi. Hesab edirəm ki, demokratik düşərgənin beynəlxalq təşkilatlarla işi qənaətbəxş olmadı. Amma bir məsələ var, demokratik düşərgənin istinad nöqtəsi Azərbaycan xalqıdır.

– Bəziləri ekspertlər hesab edirlər ki, müxalifət zəif olduğundan beynəlxalq aləm hazırki iqtidarla əməkdaşlıq etməyə davam etdi. Bu fikirlə razılaşırsınız?

– Həmin beynəlxalq təşkilatlar həm də onu da bilirlər ki, ictimaiyyəti qınamaq olmaz. Çünki qədər ictimaiyyətin öz haqqını, hüququnu müdafiə etməyi çox böyük əngəllərlə başa gəlirdi. Onlar bilməlidirlər ki, Azərbaycan jurnalistlərin həbsi olunduğu, azad sözə basqı, hətta mitinqlərin keçirilməsinə icazə verilməyən bir ölkədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov Rəsul Quliyevlə görüşəcək

    Eldar Namazov Rəsul Quliyevlə görüşəcək ...

    15-07-2013, 12:29

  • 
  • Eldar Namazov Moskvadan yeni mesajlara qayıtdı

    Eldar Namazov Moskvadan yeni mesajlara qayıtdı ...

    28-06-2013, 11:41

  • 
  • “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur”

    “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur” ...

    23-07-2013, 12:40

  • 
  • Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ görüş

    Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ ...

    7-01-2014, 14:17

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu