GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mark Behrendt: Azərbaycanda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır

Mark Behrendt: Azərbaycanda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır

Tarix: 6-05-2022, 13:33 Bölmə :Müsahibə Baxış: 271


Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə Azərbaycanda media azadlığı durumunu şərh edib.

Amerikanın Səsi: Cənab Behrendt, Azərbaycanda ümumi media azadlığı mühitini necə xarakterizə edərdiniz?

Mark Behrendt: Freedom House hesabatlarında Azərbaycanda media azadlığını çox uzun müddətdir dəhşətli kimi xarakterizə edir.

Yəni orada media azad deyil, heç bir şəkildə azad deyil. Təbii ki, Konstitusiyada medianı qoruyan çox müddəalar var. Amma həm praktikada, həm də reallıqda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır.

Və mən bizim illər boyu müəyyən etdiyimiz uzun problemlər siyahısından danışa bilərəm.

Amerikanın Səsi: Bir çox ekspertlər prezident İlham Əliyevin 2022-ci ilin fevralında imzaladlığı media haqqında yeni qanunun Azərbaycanda media azadlığına daha da məhdudiyyətlər qoyacağını iddia edir? Bununla bağlı fikriniz nədir? Bu yeni qanun nəticəsində jurnalistlərin hansı maneələrlə üzləşəcəyini gözləyirsiniz?

Mark Behrendt: Əlbəttə ki, baxmayaraq ki, bu qanun islahat kimi təqdim edilmişdi, məncə bir çox cəbhədə, şübhəsiz ki, məhdudlaşdırcı olacaq. Birincisi odur ki, hökumət özü kimin jurnalist olub-olmadığını müəyyən edə biləcək və jurnalist reyestri yaradacaq. Bu da həqiqətən, son nəticədə mediaya qorxunc təsir göstərəcək.

Siyahıda olmayan jurnalistlər - biz əlbəttə ki, tənqidi jurnalistlərin siyahıya daxil ediləcəyini gözləmirik - onlar hədə-qorxuya məruz qalacaq və əks halda sahib ola biləcəkləri bütün müdafiələrini itirəcəklər. Məsələn əgər onlar birdən hər hansı bir etirazı işıqlandırsalar, etirazda iştirak etdiklərinə görə həbs oluna bilərlər.

Bu qanun həm də media orqanlarının xaricdən maliyyə almalarını qadağan edir. Bu da əsas etibarı ilə problemdir. Hökumət meynstrim media bazarını, televiziya stansiyalarını, radio stansiyalarını, əhali üçün əlçatan olan geniş məlumatları ələ keçirib. Ona görə də, orada yeganə müstəqil məlumatlar çox az maliyyələşdirilən QHT tipli onlayn olan media orqanlarından gəlir. Onlar isə reklamdan gələn gəlirləri əldə etməkdə çox çətinlik çəkirlər və işlərini görmək üçün kənardan dəstək almağa ehtiyac duyurlar. Ona görə də bu qanun, həqiqətən də, bir çox müstəqil məlumata qapını bağlayacaq.

Başqa yerlərdə də gördüyümüz kimi, bu mexanizmlə xarici media orqanları daha çox nəzarət olunacaqlar, xarici KİV-lər ölkədə nümayəndələrinin olmasına, ölkədə qeydiyyatdan keçməyə məcbur ediləcəklər. Və biz, şübhəsiz ki, bunun Türkiyədə və digər yerlərdə çox dəhşətli olduğunu görmüşük. Və mən Azərbaycanda da belə olacağını gözləyirəm.

Və əlbəttə ki, milli təhlükəsizlik məsələlərinin işıqlandırması ilə bağlı müəyyən edilmiş geniş məhdudiyyətlər var ki, onlar da hökumətin jurnalistlərə hər hansı tənqidi xəbərə görə hücum etməsini asanlaşdıracaq.

Amerikanın Səsi: Bəzi ekspertlər Rusiyanın Ukraynaya müdaxiləsinin təkcə Ukrayna və Rusiyada deyil, həm də regionun digər ölkələrində, o cümlədən Azərbaycanda media azadlığının vəziyyətinə mənfi təsir göstərdiyini iddia edirlər. Buna münasibətiniz nədir?

Mark Behrendt: Əlbəttə ki, bütün bölgədə tənqidi şərhlər etmək çox mümkün deyil. İnsanlar qütbləşirlər, qəzəblənirlər. Bilirsiniz, müharibə inanılmaz dərəcədə qütbləşdirici və bölücüdür.

İnsanlar başqa fikirlərə sahib olan insanlara daha az dözümlüdürlər. Bu da həmişə ifadə azadlığına zərər verir.

Şübhəsiz ki, müharibə zamanı dezinformasiya böyük problemə çevrilib və biz 

bunu Rusiya və Ukraynada da görürük. Ancaq bütün regiondakı media mühiti bu məlumatlardan təsirlənir. Və bu məlumata nəzarət etməyin ən asan yolu onu bağlamaq, qadağan etmək, bəyənmədiklərini müəyyən etməkdir. Amma əlbəttə ki, bu, çox ixtiyaridir, xüsusilə də Azərbaycan kimi güclü media azadlıqlarının olmadığı ölkələrdə. Bu sadəcə olaraq tənqidə hücum etmək üçün bir alət olacaq.Ona gprə də mən bunun hər cür problemlərə səbəb olacağını düşünürəm.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyəti hansı yollarla Azərbaycan kimi media mühitini məhdudlaşdıran ölkələrdə media azadlığının təşviqinə kömək edir? Və sizcə, onların gördüyü tədbirlər müsbət nəticə verirmi?

Mark Behrendt: Həqiqət budur ki, insanları sonsuza qədər repressiya edə bilməzsən. Xəbəri çatdırmaq, məlumatı bölüşmək, korrupsiyanı araşdırmaq və bənzər şeylər etmək istəyən insanlar olacaq. Və bu insanlar bunu etməyə davam edəcəklər.

Onlar mütləq dəstək alırlar və onların kənardan dəstəyə ehtiyacları var.

Bəzən bu, araşdırmaçı jurnalistika layihələri həyata keçirmək, təlimlər keçmək və avadanlıq təmin etməklə olur. Bəzən də ölkəni tərk etmək üçün yer verməklə. Tənqidi jurnalist olmaq riskini almaq hər bir jurnalist üçün çətindir. Və Azərbaycanda yaşayan insanlar və ya jurnalistlərin üzləşəcəyi riskləri kənardakılar deyə bilməz. Amma onlar bu riskləri alırsa, belə desək, bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlar fövqəladə maddi yardım və psixososial dəstək, eləcə də beynəlxalq müdafiə yolu ilə onlara yardım etməliyik.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Freedom House: Azərbaycan hökuməti vətəndaşların fundamental haqlarını pozur

    Freedom House: Azərbaycan hökuməti vətəndaşların ...

    24-10-2019, 10:30

  • 
  • “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı

    “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı ...

    3-10-2013, 11:39

  • 
  • Freedom House-un internet azadlığı hesabatında Azərbaycanda da danışılır

    Freedom House-un internet azadlığı hesabatında ...

    14-11-2017, 14:44

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • “Əsas məsələ siyasi iradədir" - Azərbaycanda medianın durumu

    “Əsas məsələ siyasi iradədir" - Azərbaycanda ...

    11-07-2019, 19:18


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (425)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu