GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Fuad Əhmədli: Siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir

Fuad Əhmədli: Siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir

Tarix: 18-05-2022, 19:16 Bölmə :Müsahibə Baxış: 631


Hüquq müdafiəçisi Fuad Əhmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslər və bu sahədə problemlərin həlli yollarından danışıb.


Amerikanın Səsi: Azərbaycana aid hesabatlarda siyasi məhbus məsələləri daha çox diqqət mərkəzindədir. Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslər Avropa Şurasının siyasi məhbus kimi tanınma kriteriyasına nə qədər uyğundur

Bu gün bizim hesablamalarımıza əsasən Azərbayacanda 130 üzərində siyasi məhbus var.

Fuad Əhmədli: Sözsüz ki, illər boyudur bizim Azərbaycanda insanların siyasi yüklü həbsləri ilə bağlı monitorinqlər aparmağımıza, bununla bağlı dəlilli faktlar ortaya qoymağımıza baxmayaraq, hakimiyyət siyasi məhbusların olmasını inkar etməkdə davam edir. Bu gün bizim hesablamalarımıza əsasən Azərbayacanda 130 üzərində siyasi məhbus var. Bu, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus adlandırılan, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu adlandırılan şəxslərdir. Biz əsasən Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insanların etiqad azadlığına, siyasi, ideoloji mənsubiyyətinə, peşə fəaliyyətinə, həmçinin sadəcə olaraq prossesual ədalətli mühakimə hüququnun pozulduğuna görə həbsini müəyyən etmişik. Biz bununla bağlı artıq bir neçə beynəlxalq təşkilatla illərdir danışıqlar aparırıq. Onların qəbul etdiyi vicdan məhbusu siyahısını nəzərdən keçirmişik. Hüquq müdafiəçiləri tərəfindən tərtib olunan istər dəqiqləşdirilmiş siyasi məhbuslar siyahısı, istər monitorinq altında olan siyasi məhbuslar siyahısı çoxşaxəlidir, müxtəlif mövzuları əhatə edir. Burada "Gəncə hadisələri", "Nardaran hadisələri", müxalif siyasi partiyaların həbs olunan nümayəndələri var. Həmçinin jurnalistləri, blogerləri, ilahiyyatçıları və digər şəxsləri özündə ehtiva edir.

Amerikanın Səsi: Hazırda ölkədə siyasi məhbus kimi tanınan nə qədər insan var? Bu insanlar hansı fəaliyyətləri ilə bağlı həbs həyatı yaşayır?

Son günlərdə Avropadan Azərbaycana bizim qənaətimizə görə qanunsuz olaraq deportasiya olunan mühacirlərin həbsi var.

Fuad Əhmədli: Azərbaycanda əsasən siyasi məhbuslar dininə, siyasi mənsubiyyətinə, ideoloji bağlantısına və peşə fəaliyyətinə görə həbs olunan insanlardır. Belə ki, son məşhur olaylardan, - 2018-ci ildə "Gəncə hadisələri" ilə bağlı həbs edilən insanlar var. Burada Yunis Səfərov və digər siyasi məhbusları əhatə edən 20-dən artıq siyasi məhbusu müəyyən etmişik. Bundan əlavə, məşhur "Tərtər olayları" ilə bağlı həbs olunan insanlar var. "Tovuz işi" ilə bağlı həbs olunan İlkin Süleymanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 7 nəfər siyasi məhbsunu müəyyənləşdirmişik. Son günlərdə Avropadan Azərbaycana bizim qənaətimizə görə qanunsuz olaraq deportasiya olunan mühacirlərin həbsi var. Bunlardan Samir Aşurov, Malik Rzayev, Pünhan Kərimli, Mütəllim Oruc və digər şəxslər də qondarma ittihamlarla həbs olunub. Bunlar da siyasi yüklü həbslər siyahısına daxil edilib.

Amerikanın Səsi: Azərbaycanda siyasi məhbus probleminin həlli üçün hansı islahatlar önə çəkilməlidir? Bir sıra müşahidəçilər siyasi məhbus kimi tanınan şəxslərin əfv ediləcəyini bildirir. Sizcə əfv siyasi məhbus probleminin həlli ola bilərmi?

Siyasi mənsubiyyət, etiqad azadlığı və digər kriteriyalar üzrə insanların qanunsuz həbsinə son qoyulmalıdır.

Fuad Əhmədli: Bizim qənaətimizə əsasən xeyr. Çünki, biz Azərbaycanda siyasi məhbus probleminin həlli üzrə üç əsas istiqaməti təklif etmişik. Birinci, bu vaxtadək siyasi yüklü həbs edilən insanların qeyd-şərtsiz azad edilməsi, bunların bəraət almasıdır. Çünki, Avropa Məhkəməsinin də araşdırmalarına əsasən, bu insanların bir çoxu haqqında yekun qərar olmasa da, artıq kommunikasiya mərhələsində bu insanların siyasi yüklü və qanunsuz həbslərinə eyham vurulur. Bu insanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır və bəraət təqdim olunmalıdır. İkinci vacib addım ondan ibarətdir ki, bundan sonra artıq insanların siyasi mənsubiyyətinə görə təqibinə və həbsinə son qoyulmalıdır. Siyasi mənsubiyyət, etiqad azadlığı və digər kriteriyalar üzrə insanların qanunsuz həbsinə son qoyulmalıdır. Üçüncü, ən vacib istiqamət bu gün Azərbaycanda yerli və beynəlxalq təşkilatların sərbəst, maneəsiz fəaliyyətinə şərait yaradılmalıdır ki, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycanda insan haqları və siyasi məhbuslarla bağlı real durumu bir mərkəzdən almağa məcbur olmasınlar. Onlar bir mərkəzdən məlumat əldə etdikləri zaman bu məlumat inandırıcı olmur. Zaman-zaman Azərbaycan hakimiyyəti hər şey yaxşıdır, siyasi məhbus yoxdur, insan haqlarına tam şəkildə əməl olunur kimi məsələləri qabartmasına baxmayaraq, bu, inadırıcı görünmür. Çünki, Azərbaycan hakimiyyəti ölkədə faktiki olaraq alternativ infotrmasiya mənbəyi saxlamayıb. Bir çox beynəlxalq təşkilatların Azərbaycanda ofisləri məcburi olaraq bağladılıb. Bir çox yerli hüquq müdafiəçilərinin fəaliyyəti fiziki və digər şəkillərdə məhdudlaşdırılıb. Ölkədə ümumiyyətlə vətəndaş cəmiyyətinin bu günki fəaliyyəti basqılar nəticəsində lazım olandan daha aşağı səviyyəyə endirilib. Buna görə də Azərbaycanda sərbəst mühit, yəni informasiya mühiti yaradılmalıdır. Siyasi məhbusların həbsi dayandırılmalıdır və bu vaxtadək həbs olunan insanların həbsinə ədalətli və hüquqi qiymət verilməlidir.

Amerikanın Səsi: Bir sıra hüquq müdafiə təşkilatları Əfv Komissiyasına siyasi məhbusların azad edilməsi ilə bağlı müraciətlər edib. Sizcə növbəti əfv zamanı siyasi məhbuslar azadlığa buraxıla bilərmi?

Bir neçə siyasi məhbusun azadlığa buraxılması ilə bağlı Azərbyacan hakimiyyətinə müraciətlər göndərilib.

Fuad Əhmədli: Mövcud reallığı nəzərə alaraq siyasi məhbuslarla bağlı Əfv Komissiyasına müraciət ediblər. Amma əslində bir hüquq müdafiəçisinin hər hansı siyasi məhbusun əfv olunaraq azadlığa buraxılması ilə bağlı hansısa hökumət qurumuna müraciət etməsi parodoksaldır. Çünki, həmin hüquq müdafiəçisi əmin olmalıdır ki, bu insan günahsız olaraq həbs olunub. Bu insan siyasi motivlərlə siyasi yülkü həbsə məruz qalıb. Həmin insanın azadlığa buraxılmasını, bəraətini və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək əvəzinə əfvini tələb etmək o deməkdir ki, bu insan hansısa cinayət törədib, sadəcə olaraq bağışlanmasını istəyir. Amma Azərbaycanda mövcud praktika onu göstərir ki, bizdə faktiki olaraq belə bir presedent yox səviyyəsindədir. Hər hansı insan günahsız yerə həbs olunsun, Azərbaycan hakimiyyəti, hakimiyyətin məhkəmə qolu daha sonra etiraf etsin ki, insan günahsızdır, siyasi mənsubiyyətinə görə həbs olunub, azadlığa buraxılsın. Ona görə də yerli hüquq müdafiəçilərinin belə bir müraciəti biz tərəfdən təbii görünür. Yeri gəlmişkən bizdə olan məlumatlara əsasən artıq may ayının sonuna doğru Cümhuriyyət Günü ilə əlaqədar bir neçə siyasi məhbusun azadlığa buraxılması ilə bağlı Azərbyacan hakimiyyətinə müraciətlər göndərilib. Müraciətlərə mənfi və ya müsbət cavab veriləcəyi əlbəttə Azərbaycan hakimiyyətinin təşəbbüsündədir. Lakin bizim istəyimiz, tələbimiz bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsidir.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir. Ölkə prezidenti Azərbaycanda fundamental azadlıqların, o cümlədən, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bildirib.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilir

    Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama ...

    22-12-2018, 18:11

  • 
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar buraxılmalıdır”

    “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar ...

    24-01-2014, 08:33

  • 
  • Nürnberqdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib

    Nürnberqdə Azərbaycandakı siyasi məhbuslara ...

    13-05-2019, 18:40

  • 
  • İranda 3 siyasi məhbus edam edildi

    İranda 3 siyasi məhbus edam edildi ...

    5-09-2018, 11:32


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu