GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tofiq Zülfüqarov Ermənistanla danışıqlar barədə: “Nəticə antiterror əməliyyatları olacaq”

Tofiq Zülfüqarov Ermənistanla danışıqlar barədə: “Nəticə antiterror əməliyyatları olacaq”

Tarix: 13-07-2022, 14:33 Bölmə :Müsahibə Baxış: 341


“Ermənistanda siyasi mühit elə formalaşıb ki, aparılan siyasətlə razılaşmayan insanlar izolyasiya olunurlar. Bu qəbildən olan şəxslər sonda Ermənistanı tərk etməyə məcbur qalırlar. Ermənilərin miqrasiya axını onu göstərir ki, əhalinin böyük bir hissəsi siyasətbazların nağıllarına inanmır. Bir sözlə, ermənilər ayaqları ilə səs verir, yəni qaçmaqla ümumi siyasətdə iştirak edirlər”.


Gundemxeber.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vətən müharibəsi fonunda yaranmış yeni reallıqlardan danışarkən deyib.

Siyasətçi ilə mövcud vəziyyət və iki ölkə arasındakı danışıqların necə nəticələnəcəyi ilə əlaqədar söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

- Bu gün Tovuz döyüşlərinin ildönümüdür. 44 günlük Vətən müharibəsinin təməli kimi qiymətləndirilən bu hadisələrlə bağlı siz nə deyə bilərsiniz?

- Bu fikirlə razıyam. Həqiqətən də Tovuz döyüşləri sanki 44 günlük Vətən müharibəsinin anonsu idi. Bu hadisələrin əhəmiyyəti hərbi baxımdan daha çox siyasi nəticələri ilə vacib hesab edilir. Çünki Azərbaycan ictimaiyyəti heç kim tərəfindən təşkil olunmamış bir həmrəylik yürüşü etdi və xalq bu yürüşü ilə hakimiyyətlə həmrəy olduğunu açıq şəkildə nümayiş etdirdi. Biz gördük ki, Tovuz döyüşlərindən qısa müddət sonra Azərbaycan Vətən müharibəsinə başladı və torpaqlarını işğaldan azad etdi.

- Tofiq bəy, iki ölkə arasında sülh prosesi barədə nə düşünürsünüz? Ermənistanın prosesi uzatmaq cəhdləri nə qədər davam edəcək?

- Sülh razılaşmaları adlandırılan proseslər göstərir ki, Ermənistan bu mövzulara ciddi şəkildə yanaşmır, sadəcə təbliğat kimi istifadə edir. Onlar yeni şəraitdə də işğalçılıq siyasətlərinə davam edəcəklər. Sülh danışıqları prosesi bu siyasəti imitasiya etmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün istifadə edirlər. Hesab edirəm ki, Ermənistanın bu yanaşması dəyişməsə, sözügedən proseslər mənasız və nəticəsiz olaraq qalacaq.

- Üçtərəfli görüşlərdən gözləntiləriniz nədir?

- Bəzən formatlara böyük önəm verilir. Amma bu kimi məsələlərdə vasitəçi olmasının və ya olmamasının heç bir fərqi yoxdur, nəticədə hər zaman tərəflərin mövqeyi açıqlanır. Ona görə də görüşlərin coğrafi baxımından harada keçirilməsi, vasitəçinin kim olması ikinci dərəcəli məsələdir. Problem Ermənistanın mövqeyindədir. Yuxarıda da qeyd etdiyim kimi biz görürük ki, onların məqsədi hətta hərbi baxımdan məğlub olduqdan sonra belə “Artsax siyasəti”ni davam etdirməkdir. Ermənilərlə istənilən yerdə, istənilən tərkibdə görüşə bilərsiniz. Amma onların bu siyasəti özünü istər-istəməz büruzə verəcək.

- Bəs onlar bu addımları nəyə güvənərək atırlar?

- Münaqişə boyu ermənilərin reallıqlardan uzaq olduğunu görmüşük. Hələ müharibədən qabaq bəlli idi ki, onlar Azərbaycandan ciddi şəkildə zərbə alacaqlar. Buna heç kimin şübhəsi yox idi. Çünki hərbi balans çoxdan Azərbaycanın xeyrinə dəyişib. Sadəcə olaraq erməni siyasi elitasında bir adət var ki, öz hakimiyyətlərinin vaxtını uzatmaq üçün reallıqdan uzaq hansısa populist mövqeləri təbliğ edirlər, lakin zərbə aldıqdan sonra müvəqqəti olaraq reallığa qayıdırlar.

- Bütün bunların fonunda Azərbaycanın antiterror əməliyyatları keçirmək ehtimalı var?

- Əminəm ki, gedişatın nəticəsi bu olacaq. Erməniləri danışıqlarda çox görmüşəm və onlarla saatlarla vaxt keçirmişəm. Erməni tərəfinin üslubu mənə yaxşı bəllidir. Danışıqlarda nümayiş etdirdikləri mövqe onu göstərir ki, siyasi təmasları ya öz əsas istəkləri ilə bağlamaq, ya da onu hansısa şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq, “sülhsevərliyi” təbliğ etməkdir. Lakin həqiqi istəklər necə var idisə, elə də qalıb. Bəli, onlar hərbi baxımdan çox ağır bir zərbə alıblar, lakin düşünürlər ki, hələ də nəsə edə bilərlər. Ermənistanda siyasi mühit elə formalaşıb ki, aparılan siyasətlə razılaşmayan insanlar izolyasiya olunurlar. Bu qəbildən olan şəxslər sonda Ermənistanı tərk etməyə məcbur qalırlar. Ermənilərin miqrasiya axını onu göstərir ki, əhalinin böyük bir hissəsi siyasətbazların nağıllarına inanmır. Bir sözlə ermənilər ayaqlarla səs verir, yəni qaçmaqla ümumi siyasətdə iştirak edirlər.

- Üçtərəfli danışıqlar həm Qərb, həm Rusiya cəbhəsində aparılır. Sizcə, sülh danışıqlarında vasitəçilik prinsipini həyata keçirən tərəflərdən hansı daha səmimi görünür?

- Heç biri. Çünki bu siyasətin adətidir və adı da bəllidir. “Konflikt menecment”, yəni konfliktlə idarəetmə üsulu. Hansısa bölgədə münaqişə yaradıb saxlayırlar və sözügedən münaqişə vasitəsilə həmin yeri idarə edirlər. 30 il ərzində həm Rusiya, həm Qərb öyrəşib ki, bu münaqişə vasitəsilə hər hansı şəkildə Azərbaycana və Ermənistana təsir etsinlər. Problemin hansısa şəkildə qalmasında hər iki tərəf maraqlıdır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Zülfüqarov: Lavrovun Bakıya qarşı qərəzli mövqeyi...

    Tofiq Zülfüqarov: Lavrovun Bakıya qarşı qərəzli ...

    4-12-2019, 14:48

  • 
  • Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - Zülfüqarov

    Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - ...

    4-08-2018, 16:45

  • 
  • 44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - VİDEO

    44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - ...

    29-12-2020, 13:55

  • 
  • Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost olması mümkün olan deyil”

    Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost ...

    27-12-2018, 12:43

  • 
  • Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr dövlətlərinin bəyanatında yeni fikir yoxdur

    Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr ...

    8-12-2017, 20:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu