GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İNDİKİ GƏNCLƏRƏ NƏYİSƏ DİKTƏ ETMƏK OLMAZ - MÜSAHİBƏ

İNDİKİ GƏNCLƏRƏ NƏYİSƏ DİKTƏ ETMƏK OLMAZ - MÜSAHİBƏ

Tarix: 20-07-2022, 11:25 Bölmə :Müsahibə Baxış: 478


Yazıçı, publisist, jurnalist, Media İnkişaf Agentliyinin “Media Subyektləri və Jurnalistlərlə İş” şöbəsinin müdiri Natiq Məmmədli ilə təhsildən, ədəbiyyatdan, mütaliədən söhbət etdik 


- İndiki dövrdə kitab oxumaq qəhrəmanlıqdır, demisiniz. Sizə elə gəlmirmi məşhur: “Alim olmaq asandı, insan olmaq çətin” deyimi və demokratiyanı qloballaşması millətimizi daha da cahilləşdirib?


- Mən belə düşünmürəm. Əslində millətimizin, əsas da gənclərimizin böyük potensialı olduğu düşüncəsindəyəm. Sadəcə indiki gənclərə nəyisə diktə etmək olmaz. Mənim yeganə istəyim odur ki, insanlarımız, gənclərimiz ədəbiyyatın, kitabın lazımlığını şüurlu surətdə anlasınlar.


- Əgər belə böyük potensiallı gəncliyimiz varsa, niyə efirdə danışığını-hərəkətini bilməyən aparıcılar, cəmiyyətdə bisavad yazıçılar, mətbuatda dürüstlükdən pəhrizdə olan “reket jurnalistlər” dominantlıq təşkil edir?


- Sadaladıqlarınız ağır dərddir, həm də çox geniş mövzudur. Bununla bağlı saatlarla danışsaq yenə də mövzuya aydınlıq gətirmək mümkün olmayacaq. İntellekt kasadlığın səbəbi təhsildəki boşluqlardan qaynaqlanır. Finlandiyada, Norveçdə “media savadlılığı” ilə bağlı məktəblərdə dərslər keçirilir. Türkiyədə həmin fənn “Qazeteçilik” adı altında tədris olunur. Qardaş ölkənin orta məktəblərində hətta “Dram” dərsləri də keçirilir. Belə ölkələrdə hələ uşaq yaşlarından lazımi bilgilərin verilməsi, lazımi vərdişlərin aşılanması gələcəkdə əhaliyə saxta xəbərlə doğru xəbərin fərqləndirməyə, nadanlıqla ziyalılığı ayırd etməyə imkan verir.


Maarifçilik və təhsil sahəsində irəliyə doğru nə qədər məsafə qət edəcəyiksə, bir o qədər də ədəbiyyatımızda, mətbuatımızda, bütövlükdə ictimai şüur və əxlaqımızda uğur əldə edə biləcəyik.


- Bir müsahibənizdə demisiniz ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbiyyatda tarixi mövzuların şitini çıxartdılar. Ona görə də o mövzuya müraciət etmək, nəsə oxumaq məndə allergiya yaradır. Sizə elə gəlmirmi son 30 ildə bir çox “tarixçi”, “yazıçı” xalqımıza təhrif-yalanla zəngin desertlər sırıdı?


- Baxmayaraq ki, dünyada tarixin atası Herodot hesab olunur, bizdə də özünü tarixin bütün dövrlərinin “atası” kimi aparan yazarlarımız var. Azərbaycan tarixinin orta əsrlər dövrü hökmdarlarının istənilən birinin həyatı ilə bağlı yazmaq üçün o mühiti bilmək, fars, osmanlı, rus mənbələrini mükəmməl mənimsəmək lazımdır. Türkiyədə tarixi mövzuda çəkilən serialların danışıq dilində əsər yazmaq nə ədəbi zövqdür, nə də tarixi həqiqətə xidmətdir. Tarixdə Əmir Teymur ilə Nəsimi üz-üzə gəlməyib. Amma İsa Hüseynov kimi yazıçımız “Məhşər” əsərində onları qarşılaşdıraraq gözəl ədəbi dialoq yaradıb. Tarixi proseslə, hökmdarlarla bağlı roman, povest yazmaq istəyən kəslər əvvəlcə özlərinə sual verməlidir ki, nə üçün bu barədə yazmalıyam, məqsəd nədir, oxucuya tarixin hansı məqamını ədəbi-bədii fənd ilə çatdırmaq istəyirəm? Tarix üzrə fəlsəfə doktoru olsam da, mən özüm tarixi roman yazmaram, bu mənim janrım deyil. İndiki vaxtda rəqəmsal texnologiya o qədər inkişaf edib ki, “History Channel”, “Viasat History” kimi kanallar neçə min il bundan əvvəl mövcud olmuş şəhərlərin, qalaların sxemlərini tərtib edərək, atların fınxırtısına qədər nümayiş etdirir, ədəbiyyatın missiyası bu deyil.


- Siz daim mütaliə edən birisiniz və son zamanlar Günel Mövludun “Düşərgə” romanını oxuduğunuzu vurğulamışdınız. Həmin əsərdə ədəbi zənginlik, bədiilik gördünüzmü?


-“Düşərgə” məndə işlənməmiş bədii lövhələrdən ibarət mətn təəssüratı yatardı. Çadır şəhərciyində insanların çəkdiyi iztirablarda ədəbiyyat görməmək mümkün deyil amma bunu feminizmi əsas süjet xəttinə çevirərək göstərəndə mükəmməl bədii lövhələrin tamamlanması arxa planda qalır. Gender bərabərliyi cəmiyyətlərin inkişaf səviyyəsini göstərən, insan hüquqlarına söykənmiş təməl prinsipdir və birmənalı hörmətə layiqdir, sadəcə belə də olmalıdır. Lakin kişilərə qarşı faşizmi, mizandriyanı (red. - kişilərə nifrət) əsaslandırmağa cəhd göstərmək və bunu yazıçı kimi özünə mövqe seçmək yarımçıqlıqdır. Qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlarının təmin olunmasında maraqlı biriyəm. Amma bütün bunlarla yanaşı cəmiyyətdəki ata, qardaş, oğul obrazlarını və bütünlükdə kişiləri aşağılamaqla qadının əzabkeş simada göstərməklə feminizmin təbliği tamamilə yanlışdır, qərəz nümunəsidir.


- Siz “sözünü qısa de, dastan açma” ifadəsinə müxalifsiz. Amma “New Times” jurnalının təsisçisi və redaktoru Stiv Moss isə bədii yaradıcılıqla bağlı deyir ki, “Qısalıq istedadın bacısıdır”. Hətta S.Moss dünya ədəbiyyatında 55 sözdən ibarət qısa hekayə janrını gətirməklə də diqqət çəkib. Sizcə iri həcmli əsərlərdən qısa əsərlərə keçidin vaxtıdırmı?


- Əsərin uzun və ya qısa olması yazıçının ifadə etmək istədiyi məzmunla bağlıdır. Mən bir cümləlik ədəbi əsərlərdə özümü sınamamışam. Ümumiyyətlə, qısa yazmağı da nəsə xüsusi istedad hesab etmirəm. Düzdür, bəzən yerinə düşən cümlələr olur. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bir ifadəyə rast gəldim: “Aşot tut yemədi getdi”. İlk baxışdan yumoristik görünsə də, bir balaca cümlə çox mətləblərdən xəbər verir. Kim bacarırsa, qısa yazsın. Həcm əsərdə forma məsələlərinə aid ola bilər, əsas odur ki yaddaşlarda iz buraxan məzmun olsun.


Abdulla İsmayıloğlu

GündemXeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20

  • 
  • “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz"

    “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, ...

    29-10-2018, 22:13

  • 
  • “Media indiki vəziyyətdə “dördgöz” olmalıdır”

    “Media indiki vəziyyətdə “dördgöz” olmalıdır” ...

    4-04-2016, 22:35

  • 
  • Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: "Mənim üçün böyük şərəfdir"

    Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: ...

    27-03-2017, 22:00

  • 
  • Jurnalistlər Nadir Qafarzadəni baykot etməyə çağırır

    Jurnalistlər Nadir Qafarzadəni baykot etməyə ...

    24-07-2014, 13:39


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu