GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » ABŞ və Fransa səfirləri “bu gün getmədilər, sabah gedəcəklər” – Tofiq Zülfüqarovun ŞƏRHİ

ABŞ və Fransa səfirləri “bu gün getmədilər, sabah gedəcəklər” – Tofiq Zülfüqarovun ŞƏRHİ

Tarix: 29-08-2022, 14:46 Bölmə :Müsahibə Baxış: 553


Xəbər verdiyimiz kimi, avqustun 27-də Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri baş tutub. Lakin iki ölkənin, ABŞ və Fransanın səfirlərinin artıq neçənci dəfədir ki, bu əraziyə səfərdən imtina etməsi Azərbaycan tərəfindən narazılıqla qarşılanıb.

Belə ki, PA-nın şöbə müdiri Hikmət Hacıyev sözügedən ölkə nümayəndələrinin konfransa qatılmaması ilə bağlı bunları deyib:

“Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur”.

Avqustun 28-də isə ABŞ-ın ölkəmizdəki səfirliyindən məsələyə münasibət bildirib. Açıqlamada qeyd olunub ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Gundemxeber.az xəbər verir ki, baş verənləri Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözügedən bəyanatların arxasında dayanan məqamlara diqqət çəkib:

“Vətən müharibəsindən sonra ABŞ, Fransa kimi həmsədrlər prosesdən kənarda qalıb. Onları əvəz edən Türkiə-Rusiya tandemi olub ki, Azərbaycan da bu aktorlara üstünlük verib. Ona görə ki, Azərbaycan bu məsələdə söz sahibidir və Qarabağ münaqişəsi ölkəmizin ayrılmaz hissəsində baş verib.

İkinci tərəfdən, bu münaqişəni yaradan Ermənistan olsa da, müharibədən sonra vəziyyət dəyişib. Ermənistan işğalına son qoyulub və indi Azərbaycan özünün daxili problemini özünün seçdiyi tərəflərlə, yəni Türkiyə-Rusiya tandemilə birgə həll edir. Keçmiş münaqişə zonasındakı vəziyyət də Azərbaycan qanunlarına uyğun formada 3 il müddətinə həllini tapacaq”.

Keçmiş nazirin sözlərinə görə, prosesdən kənarda qalan ABŞ və Fransa kimi tərəflər yenidən regiona qayıtmaq istəyirlər:

“Ona görə yox ki, onlar bu məsələyə qayıtmaqla Azərbaycana yardımçı olacaqlar. Məhz ona görə ki, bu tərəflər də Rusiya kimi, münaqişədən istifadə etməklə bölgəni idarə etmək niyyətindədirlər. Bu səbəbdən, Türkiyə və Rusiyanın bölgədəki monopoliyası sözügedən ölkələr tərəfindən qəbul olunmur.

İndiki mərhələdə Ukrayna hadisələri fonunda Rusiyanın bölgədəki imkanları get-gedə zəifləyir və Türkiyənin nüfuzu artır. ABŞ və Avropa ölkələrini isə bu proses qane etmir. Onlar başa düşür ki, gec ya tez Rusiya bu bölgədən çəkiləcək. Və onlar bunu qabaqlamaq üçün Ermənistana dəstək verməklə, İrəvandaki qərbyönlü siyasi elitanı gücləndirməyə çalışırlar”.

Müsahibimizin fikirincə, bütün bu bəyanatların Qarabağ məsələsinə təsiri olduqca nisbidir:

“Qərb-Rusiya qarşıdurması bu bölgədə özünü nümayiş etdirir. Lakin bu prosesdə Azərbaycan əsas söz sahibidir. Çünki münaqişə Azərbaycanın ərazisində baş verib və suverenliyimiz rəsmi olaraq tanınır. Güclə gəlib, vasitəçilik etmək gülməli görünür, çünki bu beynəlxalq hüquqa uyğun deyil.

Lakin Qərb bizə yaxşı təklif etsə, vəziyyətə müvafiq olaraq onları da hansısa proseslərə dəvət edə bilərik. Hal-hazırda isə mövqeyimiz ondan ibarətdir ki, Qərb ölkələri prosesin humanitar tərəflərində iştirak edə bilərlər. Lakin bu yöndə də onların ciddi köməyi görünmür.

Bu səbəbdən, hansısa səfirin konfransa qatılmaqdan imtina etməsi gülməli situasiya yaradır. Gəlmirsən, gəlmə, bu sənin öz işindir. Biz oranın sahibləriyik, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Bu gün gəlmədin, sabah gələcəksən. Necə ki, Rusiya səfirilə eyni şey baş tutdu”.

Tofiq Zülfüqarov ABŞ səfirliyinin müvafiq açıqlamasının Azərbaycana qarşı təhdid mesajı kimi şərh olunmasını da doğru hesab etməyib:

“Burada daha çox Rusiya ilə rəqabət görünür. Onlar Rusiya sülhməramlılarının burada saxlanmasına işarə edirlər. Biz də Türkiyə ilə mütəffiqlik əsasında sülhməramlıların çıxarılması məsələsinin həllinə nail olmağa qadirik. Laçın məsələsi də buna dəlalət edir ki, biz bütün məsələləri öz xeyrimizə həll edəcəyik.

Bəs, əvəzində ABŞ nə edir? Müqayisə etmək istəməsəm də, onlar heç olmasa bəyanat verərkən Rusiya prezidentindən nümunə götürsünlər. Birmənalı şəkildə desinlər ki, “Qarabağ Azərbaycandır”. Lakin hal-hazırda Türkiyə-Rusiya tandemi bizi qane edir. Ona görə ki, Rusiyanın neqativ siyasi elementlərinin neytrallaşdırılmasında Türkiyə öz sözünü deyir”.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir” - GƏLİŞMƏ

    Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya ...

    29-08-2022, 14:36

  • 
  • ABŞ səfirliyinin əməkdaşı XİN-ə çağırılıb

    ABŞ səfirliyinin əməkdaşı XİN-ə çağırılıb ...

    5-09-2018, 13:11

  • 
  • Səfirlər cəbhədə

    Səfirlər cəbhədə ...

    6-05-2016, 13:02

  • 
  • Tofiq Zülfüqarovun maşını cərimə meydançasına aparıldı [yenilənib]

    Tofiq Zülfüqarovun maşını cərimə meydançasına ...

    2-03-2017, 21:41

  • 
  • XİN-nin sözçüsü Hikmət Hacıyev ABŞ-ın məşhur media orqanına müsahibə verib

    XİN-nin sözçüsü Hikmət Hacıyev ABŞ-ın məşhur ...

    26-10-2017, 11:40


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (20)
Yanvar 2023 (500)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu