GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kurt Volker: Rusiya bu müharibəyə görə məsuliyyəti üzərinə götürməli və öz sərhədləri daxilində yaşamağa razı olmalıdır

Kurt Volker: Rusiya bu müharibəyə görə məsuliyyəti üzərinə götürməli və öz sərhədləri daxilində yaşamağa razı olmalıdır

Tarix: 23-11-2022, 15:02 Bölmə :Müsahibə Baxış: 298


ABŞ-ın NATO-dakı keçmiş səfiri və Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Amerikanın Səsinə müsahibəsində Ukraynanın hərbi qələbə qazanmaq ehtimalı, regiona davamlı sülhün perspektivləri, NATO-nun mümkün müdaxiləsi və Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq ehtimalından danışıb.

Amerikanın Səsi: Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bu yaxınlarda Ukrayna ordusunun yaxın gələcəkdə qələbə qazanması ehtimalının yüksək olmadığını bildirib. Buna münasibətiniz necədir?

Kurt Volker: Bəli, bu, çox diqqətli bir şəkildə edilmiş bir bəyanatdır. "Yaxında baş vermə ehtimalının yüksək olmaması." Bu o demək deyil ki, ukraynalılar qalib gəlməyəcək, və bu onların qalib gəlmə ehtimalının aşağı olması demək deyil. Bu o deməkdir ki, növbəti bir neçə həftə və ya aylarda, müharibə hələ də davam edəcək. Lakin bu müddət ərzində Ukrayna Rusiya qüvvələrinə hücumunu davam etdirəcək. Onlar daha çox ərazi tutmağa davam edəcəklər. Onlar Rusiyanın logistikasını, tədarük zəncirlərini pozacaqlar. Onlar Rusiya qüvvələrini maddi-texniki təminatdan məhrum olduqları yerdə təcrid edəcəklər. Və bu, zamanla yavaş-yavaş Ukraynaya üstünlük verəcək.

Amerikanın Səsi: Bəzi ekspertlər deyirlər ki, Ukrayna bu müharibədə qələbə qazansa belə, hərbi qələbə uzunmüddətli sülhü təmin etmək üçün kifayət olmaya bilər. Sizcə də bu belədirmi? Hansı nəticə regiona davamlı sülh gətirə bilər?

Kurt Volker: Bəli. Məncə, bu, çox gözəl bir sualdır, çünki nə qədər ki, Rusiya öz qonşularına hücum etmək, onları öldürmək və onların ərazilərini ələ keçirmək hüququna malik olduğuna inanır, biz sülhə nail ola bilməyəcəyik. Rusiya bir çox ölkələrə zorakılıq tətbiq edəcək və bu ölkələr özlərini müdafiə edəcəklər. Beləliklə, bizim həqiqətən də ehtiyac duyduğumuz odur ki, Rusiya bu təcavüz cinayətinə və bu müharibəyə başlayaraq etdiklərinə görə məsuliyyəti üzərinə alsın və gələcəkdə öz sərhədləri daxilində yaşamağa razı olsun. Burada söhbət təkcə Rusiyanın hücum etdiyi və ukraynalıları öldürdüyü Ukraynadan deyil, həm də ərazisinin 20 faizini işğal etdiyi Gürcüstandan, eləcə də Moldovadan da gedir. Rusiya Putin rejiminin cinayətlərinə görə məsuliyyəti üzərinə götürməli və gələcəkdə öz sərhədləri daxilində yaşamağa razı olmalıdır.

Amerikanın Səsi: Bazar ertəsi NATO-nun Baş katibi Yens Stoltenberq NATO üzvlərini Ukraynanın “Avropada suveren, müstəqil, demokratik dövlət” olmasını təmin etmək üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski Assambleyadakı çıxışında NATO-nun Ukraynaya dəstəyinin vacibliyini vurğulayıb və alyansı Ukraynanı Aİ və NATO-ya qəbul etməyə çağırıb. Lakin bu ilin əvvəlində Ukraynaya Aİ tərəfindən namizəd statusu verilsə də, NATO ona Üzvlük Fəaliyyət Planı təklif etməyib. Bunun səbəbi nədir? Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq ehtimalı nədir?

Kurt Volker: Əvvəla, bəli, mən inanıram ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və olmalıdır. Ancaq bu gün bunun olmamasının səbəbi müharibənin davam etməsidir. NATO özünü Rusiya ilə müharibə vəziyyətinə salmaq istəmir. Biz Rusiyanın da NATO ilə müharibə aparmaq istəmədiyini düşünürük. Ona görə də, bu eskalasiyanın qarşısını almaq üçün indi NATO-ya üzvlükdən söhbət getmir. Ancaq bu müharibə başa çatdığında, Ukrayna suveren, müstəqil Avropa demokratiyası olacaq. O, bütövlükdə Avropanın təhlükəsizliyinə töhfə vermək üçün əhəmiyyətli vasitələrə malik olacaq. Və biz Vladimir Putinin və ya Vladimir Putinin xələfi ola biləcək hər kiminsə yenidən Ukraynaya hücum etməyə çalışmamasını təmin etməliyik. Biz istəmirik ki, onlar yenidən Ukraynaya hücum etmək niyyətində olsunlar. Bunun qarşısını almaq üçün Avropada təhlükəsizliyin ən böyük təminatı NATO-dur. NATO o qədər güclüdür ki, heç kim ona hücum etmək istəməz. Bu da Avropada gələcək münaqişənin qarşısını alacaq ki, bu hər zaman NATO-nun məqsədi olub.

İndi biz müharibəni genişləndirmək istəmədiyimiz üçün, bu məsələ müzakirə olunmasa da, bütün bunlar bitəndə, məncə, məntiqli olan tək şey Ukraynanın NATO-ya üzv olmasıdır.

Amerikanın Səsi: Keçən həftə NATO üzvü olan Polşaya raket düşdü və nəticədə iki nəfər həlak oldu. NATO və Polşa liderləri daha sonra bildirdilər ki, raket Rusiya hücumunun nəticəsi deyil və dedilər ki, çox güman ki, Ukraynanın hava hücumundan müdafiəsinin Rusiyanın zərbəsinə cavab olaraq atdığı raket səhvən Polşaya düşüb. Bununla da NATO-nun Rusiyaya birbaşa cavab verməsinin qarşısı alınsa da, bir çoxları deyir ki, bu hadisə onu göstərir ki, müharibənin digər ölkələrə yayılmaq təhlükəsi hələ də mövcuddur. Sizcə, gələcəkdə belə bir hadisə NATO-nun müdaxiləsinə səbəb ola bilərmi?

Kurt Volker: Bəli. Bu hadisə ilə bağlı bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, mən hesab edirəm ki, NATO son dərəcə yaxşı cavab verdi. Onların ilk etdiyi şey faktları toplayıb, "nə baş verdi?" sualını araşdırmaq oldu. Onlar NATO müttəfiqləri ilə məsləhətləşdilər. Müttəfiqlər arasında müzakirə etmək üçün Şimali Atlantika Şurasında fövqəladə iclas keçirdilər. Onlar razılaşdılar ki, bu, NATO ərazisinə qəsdən edilən bir hücum deyil və buna NATO-nun 5-ci maddəsinə uyğun bir cavab tələb olunmur. Və məsələ ilə bağlı müxtəlif müttəfiqlərin nə isə deməsi evəzinə, onlar NATO-nun baş katibinin məsələ ilə bağlı bəyanat verməsini təmin etdilər ki, bu, alyansın birliyi və həmrəyliyini göstərdi. Bütün bunlar inanılmaz dərəcədə vacibdir.

Burada vacib olmayan bir şey isə, zənnimcə, bunun Rusiya raketi və yaxud Ukrayna raketi olmasıdır. Bu, NATO ərazisinə qəsdən edilən bir hücum deyildi. Və ümumiyyətlə bunun baş verməsinin yeganə səbəbi Rusiyanın Ukraynaya hücumlarını davam etdirməsi, ukraynalıların özlərini ondan müdafiə etməyə çalışması idi. Ona görə də, bunun Rusiya raketi olması və yaxud Ukraynanın hava hücumundan müdafiə raketinin olmasının heç bir əhəmiyyəti yoxdur. Bunun kökündə Rusiyanın Ukraynaya təcavüzü dayanır. İndi isə vacibdir ki, Rusiyaya NATO ərazisinə qarşı istənilən güc tətbiqinə cavab tədbirinin olacağı və NATO ərazisinə, üzv ölkənin əhalisinin həlak olmasına səbəb olan qəsdən və hətta təsadüfi zərbələr endirilməsinin qəbuledilməz olması isə bağlı xəbərdarlıq edilsin. Və ölkələr də hər hansı bir ehtiyatsız davranışın qarşısını almaq üçün tədbir görməlidirlər. Məncə, bu hadisə ehtiyatsızlıq deyildi. Məncə, bu, sadəcə bir qəza idi. Amma buna baxmayaraq, biz qəzaların da baş verməsini istəmirik.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53

  • 
  • “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”

    “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi ...

    4-04-2014, 16:51

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

    NATO Ukraynaya əlavə hərbi dəstək verəcək ...

    27-06-2015, 05:35

  • 
  • NATO və Rusiya ünsiyyəti davam etdirəcək

    NATO və Rusiya ünsiyyəti davam etdirəcək ...

    20-04-2018, 11:37


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (502)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu