GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Xədicə İsmayılova: Hökumət media mühitini nəinki yaxşılaşdırmır, əksinə, pisləşdirir

Xədicə İsmayılova: Hökumət media mühitini nəinki yaxşılaşdırmır, əksinə, pisləşdirir

Tarix: 10-12-2022, 11:43 Bölmə :Müsahibə Baxış: 755


Avropa Şurası Nazirlər Komitəsi bu həftə baş tutan insan hüquqları toplantısında Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icra durumunu yenidən müzakirə edib. Müzakirə edilən məhkəmə qərarlarından biri jurnalist Xədicə İsmayılovanın işi ilə bağlıdır. Nazirlər Komitəsi İsmayılovaya qarşı yol verilən cinayət əməllərinin bütün motivlərini araşdırmağa, bütün şahidləri lazımi qaydada dindirməyə və digər dəlilləri effektiv şəkildə araşdırmağa çağırır.

Xədicə İsmayılova: “O qərar mənim şəxsi həyatıma müdaxilə ilə bağlı olan cinayətin araşdırılmamasına görə idi. Avropa Məhkəməsi bu pozuntuları tanıyaraq həm də təsbit etmişdi ki, Azərbaycan hökuməti mənim evimə videokamera yerləşdirilməsi, gizli görüntülərin çəkilməsi və mənim o görüntülərlə şantaj olunmam barədə cinayətin araşdırılmasına əngəl olub”.

Azərbaycan hökuməti Baş Prokurorluğun işlə bağlı istintaqı yenilədiyini bildirib. Nazirlər Komitəsi istintaqın yenidən açılmasını alqışlayıb, xüsusən də İsmayılovanın jurnalist fəaliyyətindən irəli gələn hər hansı potensial motivin araşdırılmasına çağırıb.

Xədicə İsmayılova: “İstintaqın yenilənməsi barədə amorf bir qərar çıxardıblar, amma heç bir addım atmırlar. Biz bir neçə il də gözləyək ki, istintaq birinci addımını atsın, sonra ikinci addımını atsın, ifadələr alsın və s. Yəni, istintaqı yeniləmişik demək hələ heç nə demək deyil. Sadəcə, gözdən pərdə asmaqdır.”

Ötən ilin dekabrında qəbul edilən “Media haqqında” yeni qanun bir çox məhdudlaşdırıcı müddəalarına görə tənqid edilir. Nazirlər Komitəsi, Azərbaycan hökumətini “Media haqqında” yeni qanunu Avropa Şurası standartlarına tam şəkildə uyğunlaşdırmağa çağırır. Hökumət Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumat təqdim etməlidir. Sənəddə jurnalistlərə qarşı törədilmiş cinayətlərin səmərəli araşdırılması, bu istiqamətdə yerli məhkəmə təcrübəsinin yaxşılaşdırılmasının vacibliyi vurğulanır.

Xədicə İsmayılova:“Maraqlıdır ki, hökumət Nazirlər Komitəsi ilə yazışmasında yeni media qanununu müsbət bir hadisə kimi qeyd edir. Mən də sənədlərlə və faktlarla sübut edirəm ki, əksinə bu, medianın daha da məhdudlaşdırılması üçün hökumətin atdığı addımlardan biridir. Yəni hökumət nəinki mühiti yaxşılaşdırmır, əksinə, pisləşdirir.”

İş günü sonu olduğu üçün mövzu ilə bağlı rəsmi mövqe almaq mümkün olmayıb. Azərbaycan tərəfi Nazirlər Komitəsinə bu qrup işi ilə bağlı təqdim etdiyi son fəaliyyət hesabatında yeni media qanunvericiliyinin jurnalistlərin təhlükəsizliyini və sərbəst fəaliyyətini təmin etdiyini bildirir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsi: “Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mediasında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılova da azadlığa çıxır?

    Xədicə İsmayılova da azadlığa çıxır? ...

    28-03-2016, 19:35

  • 
  • Xədicə İsmayılova ilə bağlı prezidentə məktub yazılıb

    Xədicə İsmayılova ilə bağlı prezidentə məktub ...

    14-08-2013, 23:24

  • 
  • Avropa Məhkəməsi Xədicə İsmayıla 25 min avro ödənilməsi barədə qərar qəbul edib

    Avropa Məhkəməsi Xədicə İsmayıla 25 min avro ...

    28-02-2020, 12:46

  • 
  • Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı vəziyyəti müzakirə edəcək

    Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı ...

    6-06-2018, 21:50

  • 
  • Xədicə İsmayıl haqda rəsmi açıqlama yayıldı

    Xədicə İsmayıl haqda rəsmi açıqlama yayıldı ...

    13-10-2014, 15:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu