GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”

“Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”

Tarix: 25-11-2013, 15:23 Bölmə :Müsahibə Baxış: 741
“Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”
Gültəkin Hacıbəyli: “Azərbaycanın yeganə seçimi Avropa ilə inteqrasiya, Avropa Birliyi ilə assiosativ sazişi imzalamaqdır”
Bir neçə gündən sonra Vilnusda Avropa Birliyi ilə Şərq Tərəfdaşlığına üzv dövlətlər arasında sammit keçiriləcək. Artıq sammit əvvəli müəyyən geosiyasi gərginlik müşahidə olunur. Xüsusilə, Rusiya Avropa Birliyi ilə assiosativ saziş imzalayacaq bəzi MDB ölkələrinə aqressiya nümayiş etdirir. Azərbaycanda Vilnus sammitinə qatılacaq. Hələlik Vilnusda hansı qərarların qəbul ediləcəyi bəlli deyil. Ancaq birmənalı deyə bilərik ki, özünə və bəşəri dəyərlərə hörmət edən dövlətlər məhz Avropaya inteqrasiya kursunu seçməsi və assiosativ saziş imzalayacağı şübhəsizdir.
Vilnus sammiti, orada imzalanacaq sənədlər, Azərbaycanın addımları və digər suallara sabiq deputat, Milli Şuranın beynəlxalq əlaqələr komitəsinin sədri Gültəkin Hacıbəyli cavab verib.
- Millət vəkili olduğunuz dövrdə uzun müddət beynəlxalq təşkilatlarda işləmisiniz, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətində təmsil olunmusunuz. Bir neçə gündən sonra Vilnusda keçiriləcək sammit nə dərəcədə əhəmiyyətlidir?
- Həlledici sammitdir. Bu Şərq Tərəfdaşlığına üzv ölkələrlə Avropa Birliyinin sayca üçüncü sammitidir. Tədbir noyabrın 28-29-da Vilnusda baş tutacaq. Şərq Tərəfdaşlığı və Avropa Birliyinin zirvə toplantıları bir qayda olaraq çox önəmli hadisələrlə yadda qalır və tarixi qərarlar verilir. Məsələn, 2011-ci ildə Varşavada keçirilən ikinci sammitdə Azərbaycan, Gürcüstan və Ermənistanın Avropanın cənub şərq sərhəddi olması, bu Qazfqa ölkələrinin Avropanın strateji maraqları coğrafiyasına daxil olmasına dair tarixi qərar qəbul edildi. Hesab edirəm ki, Vilnus sammiti də əhəmiyyətli və tarixi sammit olacaq. Artıq bununla bağlı beynəlxalq gərginlik hiss edilməkdədir.
- Ukrayna assiosativ sazişi imzalamayacağını bəyan edib, Ermənistanda artıq Rusiyanın istəyi üzərindən Gömrük İttifaqına gedir. Bu Rusiyanın Avropa Birliyinin planlarını poza bilməsini göstərir?
- Ukraynada baş verən hadisələrlə əlaqədar hazırda dünyanın diqqəti bu ölkəyə yönəlib. Ukrayna prezidenti Viktor Yanukoviç öncədən Vilnus sammitinə qatılacağını, Ukrayna ilə Avropa Birliyi arasında assiosativ saziş imzalanacağına dair əminliklə mövqe bildirmişdi. Amma son məqamda Ukrayna hökuməti mövqeyində tərəddüt etməyə başladı. Açığı, mən düşünürəm ki, hələ qarşıda bir neçə gün var və Ukrayna rəsmilərinin düşünməsi, son qərar verməsi üçün imkanlar mövcuddur. Onlar düzgün qərar vermək üçün bu fürsəti əldən qaçırmamalıdırlar. Amma bu yerdə mən vacib bir məqama toxunmaq istərdim. Bir çoxları Ukraynanın tərəddütünü Rusiyanın təzyiqi və prezident Yanukoviçin Putinin basqıları qarşısında geri çəkilməsilə izah edirlər. Mən bu qiymətləndirmə ilə razı deyiləm. Ukraynanın strateji seçim olaraq qərbi seçməsi, qərb dəyərlərinə doğru getməsi, Avropa inteqrasiyasını seçməsi bir reallıqdır. Bu gün Ukraynanı heç kim bu yoldan döndərə bilməz. Hətta ilk baxışdan ruspərəst prezident təsiri bağışlayan Yanukoviç belə bir neçə həftə əvvəl bu mövzuda Vladimr Putinlə sərt polemikaya girmiş, Ukraynanın bu sazişə gedəcəyi təqdirdə Rusiyanın hansı problemlər yarada biləcəyini ortaya qoymuşdu. Əslində bu gün də onun mövqeyi dəyişməyib.
- Bəs onda nədən Yanukoviç hökuməti tərəfindən assiosativ sazişdən imtina olunduğu haqda rəsmi açıqlama verilib?
- Bir neçə gün əvvəl Vilnus sammitinə ev sahibliyi edən Litva prezidenti Avropa Birliyi ilə Ukrayna arasında assiosativ saziş imzalaması mövzusunda danışarkən Avropa Birliyi adından sərt tələb irəli sürdü. Bildirdi ki, Ukrayna müxalifətinin lideri və uzun müddətdir ki, həbsdə saxlanılan Yulya Timaşenko azad olmayacağı və müalicə üçün xaricə göndərilməsinə şərait yaradılmayacağı təqdirdə Avropa Birliyi assiosativ sazişdən imtina edəcək. Əslində bu çox müsbət bir bəyanat idi. Əlbəttə, Ukrayna Avropa Birliyi üçün çox əhəmiyyətli bir ölkədir. Ukraynanı itirmək Rusiya üçün bölgədə ciddi zəifləmək və bunun ardınca digər ölkələrin, o cümlədən də Azərbaycanın Avropa inteqrasiya kursuna qoşulması deməkdir. Hətta postsovet məkanında da Ukraynanın apardığı siyasət, bu ölkədə baş verən proseslər həlledicidir. Bu da Ukraynın önəmindən və geostrateji əhəmiyyətindən xəbər verir. Lakin bu gün Avropa Birliyinin Ukrayna və bölgənin gələcək taleyi ilə bağlı mövqeyində o qədər əminlik var ki, Avropa Birliyi öz imkanına, gücünə arxayındır ki, Ukrayna prezidenti qarşısında əsas rəqibi olan Timeşenkonun azad edilməsi tələbini irəli sürür. Həm də bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə Ukraynanın qarşısında qapılarını müvəqqəti olsa da bağlayacağını qeyd edir. Bu ilk öncə Avropa Birliyinin öz mövqeyində nə qədər güclü olmasını göstərir, Avropa dəyərlərinin bölgədə haki olduğunu və Avropa Birliyinin insan haqları ali dəyərinə sədaqətini göstərir. Başqa sözlə, Avropa Birliyi insan haqları məsələsini strateji maraqlarına qurban vermədi. Bu baxımdan mən hesab edirəm ki, Yanukoviçin düşünmək üçün kifayət qədər vaxtı var. O, düşünüb daşınmalıdır. Fikrimcə, prezident Yanukoviç özünün gələcəyi ilə bağlı Avropa Birliyindən müəyyən təminatlar almaq şərti ilə Yulya Timaşenkonun azad edilməsi ilə razılaşmalıdır. Əks təqdirdə prezidenti ölkə daxilində ciddi problemlər gözləyə bilər.
- Azərbaycan bu sammitə nə ilə gedir, bizdə hakimiyyətin mövqeyi nədən ibarətdir, biz assiosativ sazişi imzalamalıyıqmı?
- Sözsüz ki, Azərbaycanın strateji seçimi avrointeqrasya kursudur. Hətta Azərbaycan hakimiyyəti özü belə rəsmi sənədlərdə Azərbaycanın xarici siyasətdə əsas prioritenin Avropaya inteqrasiya olduğunu göstərib. Düzdür, daha sonra Azərbaycan hakimiyyəti Qoşulmayanlar Hərəkatına daxil olaraq məntiqsiz addım atdı. Amma buna rəğmən hər kəs anlayır ki, Azərbaycanın gələcəyi Avropa inteqrasiya, Avropanın siyasi və iqtisadi məkanına çevrilməklə bağlıdır. Həm də bu Azərbaycanın indiki seçimi deyil, bizim tarixi seçimimizdir.
Azərbaycan Demokratik Cümhriyyətinin əsasını qoyan babalarımız 1918-ci ildə bu seçimi bəyan ediblər. Düşünürəm ki, Azərbaycanın milli maraqları birmənalı qərblə inteqrasiyadadır. Hətta bir qədər irəli gedərək deyə bilərəm ki, NATO-ya, avroatlantik təhlükəsizlik sisteminə inteqrasiyadadır. Amma sözsüz ki, bundan əvvəl Avropa Birliyinə inteqrasiya həyata keçirilməlidir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin NATO üzvü olduğunu nəzərə alaraq biz, bu prosesi davam etdirməliyik. Bizim əlimizdə tarixi fürsət var. Azərbaycanın Avropa Birliyinə Türkiyədən daha əvvəl qoşulmaq şansı var. Belə bir strateji şansı əldən vermək heç də Azərbaycan hakimiyyətinin siyasi uzaqgörənliyinə dəlalət etməz. İkincisi, biz Avropa Birliyinin son qətnamələrində Azərbaycanın işğal edilən əraziləri ilə bağlı nə dərəcədə açıq, ədalətli və sərt mövqenin ortaya qoyulduğunun şahidi oluruq. Bunun qarşılığında Azərbaycanın avroatlantik məkana inteqrasiya fürsətini əldən verməsi, bu şansı təxirə salması, həm də Azərbaycanın Qarabağa yaxınlaşması fürsətinin itirilməsi deməkdir. Nəzərə alsaq ki, Ermənistan Rusiyanın təzyiqi nəticəsində Avropa Birliyinə inteqrasiyadan geri çəkilir, Avropa Birliyi də Ermənistanla bağlı ortaya ciddi mövqe qoyur, onda bu fürsətin bizim üçün nə qədər əhəmiyyətli olduğu bilinər. Ermənistan həm Avropa Birliyi, həm də Avrasiya İttifaqında təmsil olunmaq, bu iki fərqli düşərgədə olmaq niyyətindədir ki, bu da mümkün deyil. Çünki praktik olaraq bir-birinə qarşı rəqabətdə olan iki fərqli blokda olmaq real görünmür və həm də qəbuledilməzdir. Bu baxımdan Azərbaycan üçün yaranan fürsəti əldən qaçırmaq olmaz. İstər Qarabağ probleminin həlli, istər iqtisadi azadlıqlarının təmin edilməsi və Azərbaycanın 500 milyonluq bazar əldə etməsi, istər Avropa investisiyasının və texnologisının ölkəmizə cəlb edilməsi baxımından, istərsə az qala iflic vəziyyətə salınan və idxalının 90 faizinin neft üzərində qurulan iqtisadiyyatının dirçəlməsi baxımından Avropaya inteqrasiya əhəmiyyətlidir. Amma təəssüflə deyim ki, biz Avropa Birliyi ilə münasibətlərimizdə nəinki Ukrayna və Gürcüstandan, hətta Avrasiya İttifaqına qoşulan Ermənistandan da geridəyik. Bu sammit də Azərbaycanın imzalamağa hazır olduğu yeganə sənəd sadələşdirilmiş viza sisteminin tətbiq edilməsinə aid olan sənəddir. Bu da Azərbaycanda xidməti və diplomatik pasportları olan vətəndaşların Avropaya gediş-gəliş qaydalarının asanlaşdıran və Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edən sənəddir. Bu mənada sənədin imzalanması baxımından problem yoxdur. Sözsüz ki, Azərbaycan hakimiyyəti bu sənədi imzalayacaq. Ancaq biz Avropa Birliyi ilə münasibətlərin daha real və köklü zəmin üzərində qurulmasını arzulayırıq. Biz istərdik ki, Azərbaycan Avropa Birliyi ilə assiosativ sziş imzalması ilə bağlı niyyətini ifadə etsin, bu istiqamətdə addımlar atsın. Amma təəssüflər olsun ki, bu sahədə çox ciddi problemlər var.
- Söhbət hansı problemlərdən gedir?
- Problemlərdən biri indiyə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Hətta Ermənistanın və Tacikıstanın üzv olduğu, aparıcı ticarət forumuna üzv olmamaq Azərbaycanın Avropa Birliyinə inteqrasiya olunması yolunda ciddi maneə olaraq qalır. Bu baxımdan mən hakimiyyətin daha ciddi siyasi iradə nümayiş etdirməsini arzulayıram. Azərbaycan Avropa Birliyi ilə inteqrasiya yönündə daha kəsərli addımlar atmalıdır. Burada xüsusilə, vurğulamaq istərdim ki, Avropa Birliyi kim olursan,ol gəl bizə qoşul siyasətini deyil, konkret olaraq dövlətlər qarşısında şərtlər qoymaqla onları seçim etmək siyasətini təklif edir. Dövlət demokratik dəyərlərə, insan haqlarına hörmətlə yanaşırsa, həmin dövlət Avropa xalqları ailəsində öz layiqli yerini tuta biləcək. Yox, əgər demokratiyanın əsas atributlarına, söz və toplaşmaq azadlığına, insan hüquqlarına hörmət etmirsənsə, insanları qondarma ittihamlarla həbsdə saxlayırsansa, ölkə şübhəsiz ki, Avropa Birliyi ilə yaxın tərəfdaş, Avropaya inteqrasiya siyasətində uğur əldə edə bilməzsən. Bu baxımdan digər ölkələr qarşısında olduğu kimi Azərbaycan qarşısında da şərtlər və tələblər qoyulur. Bu şərtlər sırasına ilk növbədə siyasi məhbuslarla bağlı problemin həll edilməsi, söz və ifadə azadlığının təminatı, azad seçki məsələsində problemlərin yoluna qoyulması kimi məsələlər var. Əgər Azərbaycan hakimiyyəti bu sahədə islahatlara hazır olacaqsa, demək Avropa Birliyi ilə münasibətlərdə də uğur qazana biləcək. Əks halda, mən düşünmürəm ki, Avropa Birliyi öz dəyər və prinsiplərindən imtina etmək niyyətində olsun. Bir daha qeyd edirəm ki, Avropaya inteqrasiya, Avropa Birliyi ilə yaxından əməkdaşlıq etmək Azərbaycanın milli maraqlarına uyğun olaraq yeganə seçimdir. Nəzərə alsaq ki, Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq bu da göstərir ki, Avropaya inteqrasiya yeganə seçimdir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamağa hazırlaşmır

    Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi ...

    26-11-2013, 15:56

  • 
  • “Bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb”

    “Bu addımlar daha çox rejimin özünü qorumağına ...

    3-12-2013, 22:07

  • 
  • Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video)

    Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video) ...

    24-11-2013, 11:42

  • 
  • AB-Azərbaycan viza sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minir

    AB-Azərbaycan viza sadələşdirilməsi və ...

    1-09-2014, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu