GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb”

“Bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb”

Tarix: 3-12-2013, 22:07 Bölmə :Müsahibə Baxış: 659
“Bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb”
Sülhəddin Əkbər: “Azərbaycan Avropa Birliyinə Türkiyədən əvvəl daxil olmaq şansını qaçırır”
Avropa Birliyi ilə onun Şərq Tərəfdaşlığı proyektinə üzv olan ölkələrlə birgə Vilnusda təşkil etdiyi zirvə görüşü başa çatıb. Sammit başa çatsa da, onun ətrafında gedən müzakirələr səngimir. Xüsusilə, Ukrayna və Ermənistanın Kremlin təzyiqi ilə Rusiyanın istədiyini etməsi, Azərbaycanın isə sammitdə formal iştirakı birmənalı qiymətləndirilmir. “Gündəm xəbər”in bu məsələlərlə bağlı yaranan suallarına Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər cavab verib.
- Sülhəddin bəy, Vilnusda keçirilən və hətta Avropa ilə Rusiya arasında gərginliyə səbəb olan sammit artıq başa çatıb. Siz Vilnus görüşünü, orada Azərbaycanın iştirakını necə şərh edirsiniz?
- Mən hələ bir neçə ay əvvəl qeyd etmişdim ki, Azərbaycan çalışacaq ki, yaxın dövr üçün həm Avropa Birlyindən, həm də Rusiyadan məsafəli davransın və özünün geopolitik manevr imkanlarını saxlasın. Bu səbəbdən də, rəsmi Bakı nə Avropa Birliyi ilə assiosativ sazişi imzaladı, nə də Gömrük İttifaqı ideyasını yaxına buraxdı. Yəni hakimiyyətin davranışları biz dediyimiz və gözlədiyimiz kimi də oldu. Azərbaycanı Avropa Birliyinə bağlayacaq hər hansı bir ciddi sazişə rəsmi Bakı getmədi və üstəlik bununla bağlı ciddi niyyətini ortaya qoymadı. İndi bəlli olub ki, Bakı öz istəyini Avropa Birliyinə çatdırıb. Yəni Azərbaycan assiosativ saziş imzalamaqdan imtina etdiyini və Azad Ticarət Zonasına daxil olmaq istəmədiyini açıq şəkildə bildirib. Bir sözlə, bütün bunlar gözlənilən mövqe idi.
- Bu mövqe milli maraqlar, dövlətçilik və Azərbaycanın gələcəyi baxımından nə dərəcədə doğrudur?
- Bu nəinki Azərbaycanın milli maraqlarına cavab vermir, eyni zamanda dövlət başçısı İlham Əliyevin 2007-ci ildə şəxsən imzaladığı Milli Təhlükəsizlik Konsepsiyasına zidd olan davranışdır. Çünki Milli Təhlükəsizlik Konsepsiyasında aydın şəkildə göstərilir ki, Azərbaycanın strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır. Amma aradan keçən bu müddət Azərbaycanı Avropaya və Avroatlantik məkana yaxınlaşdırmaq əvəzinə, bir çox sahələr üzrə uzaqlaşdırıb.
- Konkret hansı sahələr üzrə uzaqlaşdırıb?
- Demokratiya və insan haqları sahəsində. Eləcə də geopolitik seçim məsələsində biz əvvəlki illərlə müqayisədə Avroatlantik məkandan bir qədər də uzaqlaşmışıq.
- Sizcə, niyə belə addımlar atılır?
- Təbii ki, bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb. Eyni zamanda strateji seçim etmək niyyətində olmaması da geopolitik məkanda manevrlər etmək imkanını saxlamaq cəhdidir. Amma bu cəhdin nə qədər ciddi olduğu görünsə də, getdikcə çətinləşəcək və daralacaq.
- Bundan sonrakı dövr üçün Azərbayanla Avropa Birliyi arasında əməkdaşlığı necə görürsünüz, deyə bilərikmi ki, Moldova ilə Gürcüstan bizdən önə keçdi?
- Biz aydın formada deyə bilərik ki, Moldova və Gürcüstan bizdən irəlidədir. Bu Vilnusda imzalanan sənədlərdə də açıq-aydın hiss olunub. Həm Moldova, həm də Gürcüstan Vilnusda Avropa Birliyi ilə assiosativ sazişi imzalayıblar. Eləcə də Avropa Birliyi ilə sərbəst ticarət zonası yaradılması istiqamətində irəliləyiblər. Avropa Birliyi də Moldova ilə vizasız gediş-gəliş haqda qərar qəbul edib. Yəni Azərbaycan indi bu istiqamətdə müsbət qərar qəbul etsə belə, Moldovanın bu durumuna gəlib çıxması üçün əlavə bir neçə il lazım gələrdi. Oxucular üçün aydın olması üçün bildirim ki, Ukrayna Avropa Birliyi ilə danışıqları 2011-ci ilin dekabrında başa vurmuşdu. 2012-ci il, martın 30-da isə assiosativ saziş sənədi artıq hazır idi. Siz görün, danışıqlar başlasa belə, bu proses neçə müddət aparacaq. Danışıqlar prosesində texniki işlərə bir neçə il sərf olunur. Bu baxımdan Azərbaycan pozitiv qərar qəbul etsə belə, bir neçə il Ukraynadan geridə olacaq. Onu da deyim ki, GUAM ölkələri içərisində Avropa Birliyi ilə ən aşağı səviyyədə münasibətdə olan ölkə Azərbaycandır. Bu əlbəttə ki, çox pis haldır. Çünki biz ortada olan şanslardan lazımı qədər faydalanmırıq və bunun da, acısını sonra çəkə bilərik.
- Azərbaycan hökumətinin Avropa Birliyi ilə əməkdaşlıqla bağlı hansısa sənəd hazırladığına dair iddialar var. Bu haqda siz nə deyə bilərsiniz?
- Belə bir sənədin hazırlanmasına dair məlumatım var. Daha doğrusu mətbuat vasitəsi ilə bu haqda xəbər almışam. Bilirsinizmi, Azərbaycanın Avropa Şurası və ATƏT-lə olan münasibəti, Avropa Şurasını kürü diplomatiyası öz standartlarına uyğunlaşdıra bilməsi, ATƏT-in Bakı ofisinin səlahiyyətini aşağıya endirə bilib və bu şübhəsiz ki, rəsmi Bakını ruhlandırıb. Hakimiyyətdə Avropa Birliyini də öz standartlarına uyğunlaşdıra biləcəklərinə dair düşüncə var.
- Azərbaycanın Avropa Birliyini öz “standartlarına” uyğunlaşdırması nə dərəcədə mümkündür?
- Bu baxır Avropa Birliyinin reaksiyasına. Mən konkret bir söz deyə bilmərəm. Əgər Avropa Birliyi Polşa xarici işlər nazirinin dediyi kimi Azərbaycanın Avropa mənsubiyyətinə şübhəli yanaşırsa, siz dediyiniz standartlar ola bilər. Çünki Avropa Birliyi Azərbaycanın üzvlüyündə digər xristian ölkələri qədər maraqlı olmaya bilər. Həm də nəzərə alaq ki, Gürcüstan və Ukrayna Qara dəniz ölkəsidir və Avropa Birliyi də Qara dənizin NATO dənizi olması istiqamətində iş aparırlar və müəyyən qədər də uğur əldə ediblər. Azərbaycan isə Cənubi Qafqaz, Xəzər hövzəsi və ya Mərkəzi Asiya regionuna aid edilir. Azərbaycan rejimi indiki kimi davam edərsə, Avropa Birliyinin ölkəmizə şübhəli baxışı güclənə bilər.
- Bəzi ekspertlər iddia edirlər ki, Azərbaycan hakimiyyəti milli maraqları əsas tutaraq Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etsə ölkəmiz bu quruma Türkiyədən öncə qəbul edilə bilər. Sizcə, bu nə qədər realdır?
- Tamamilə doğru və realdır. Çünki Azərbaycan bir çox parametrlərə görə Türkiyədən fərqlənir. Birincisi, Türkiyə böyük dövlətdir, 76 milyon əhalisi var. Avropa bu qədər əhali üçün qapısını açmağa hazır deyil. İkincisi, mədəni cəhətdən Türkiyə Azərbaycandan fərqlidir. Türkiyədə islamnın indiki səviyyəsi ilə Azərbaycanda dinin səviyyəsi eyni deyil. Həm də Türkiyə hərbi və iqtisadi baxımdan güclü dövlətdir. Avropa Birliyinin aparıcı dövlətləri bu qurumda yeni və nəhəng bir dövlətin olmasını və daha bir güc mərkəzinin yaranmasında maraqlı deyil. İndi Avropa Birliyi Fransa ilə Almaniya arasında tandem əsasında döngə tapıb və bunun pozulmasında maraqlı deyil. Amma ABŞ, Britaniya və onların təsirində olan Avropa Birliyi ölkələri Türkiyənin bu quruma daxil olmasını dəstəkləyir və orada yeni güc mərkəzinin yaanmasında maraqlıdırlar. Amma Almaniya, Fransa və onlara yaxın ölkələr isə bunda maraqlı deyillər. Azərbaycanın isə belə bir gücü yoxdur. Nə əhali, nə ərazi, nə hərbi, nə də iqtisadi baxımdan Azərbaycan Avropa Birliyi üçün güc deyil. Odur ki, Avropa Birliyi Azərbaycanı həzm edə və içində əridə bilər. Onu da deyim ki, Azərbaycan Türkiyədən fərqli olaraq mədəni və tarixi baxımdan da Avropaya daha yaxındır. Odur ki, dediyim məqamları nəzərə alsaq Azərbaycanın şansı böyükdür. İndiyə qədər Azərbaycan düzgün siyasət aparsaydı digər GUAM ölkələri ilə birgə assiosativ sazişi, azad ticarət zonası haqda razılaşmanı imzalaya bilərdi. Beləcə Avropa Birliyinin qapıları da üzümüzə açılardı. Ancaq bu Türkiyə üçün real görünən perspektiv deyil.
- Azərbaycan-Rusiya münasibətləri hansı mərhələdədir?
- Artıq regionda geopolitik inkişaf elə mərhələyə çatıb ki, Azərbaycan da strateji seçimini etməlidir. Azərbaycan hakimiyyəti isə düşünür ki, maraqlı tərəflərdən eyni məsafədə dursa, özünün manevr imkanlarını saxlayacaq. Avropa Birliyi və NATO buna bir qədər yumşaq yanaşa bilər, amma Rusiya belə yanaşmayacaq. Bilirsiniz ki, Rusiya Azərbaycandan Gömrük İttifaqı və Avrasiya Birliyinə dair qəti mövqe bildirməsini istəyir. Bu istiqamətdə Azərbaycanın manevr imkanları 2014-cü ilin mayına qədər ola bilər. Mayda isə sənədlərin imzalanması planlaşdırılıb. Odur ki, Azərbaycan üçün seçim etməyin vaxtı çatıb. İndi rəsmi Bakının manevr imkanlarını saxlaması və bunun nə vaxta qədər davam etməsini yaxın gələcək göstərəcək. Hazırda Azərbaycan-Rusiya münasibəti kərgin olmasa da, kəskindir.
- Azərbaycan hökuməti Gömrük İttifaqına və ya Avrasiya Birliyinə daxil olacaqmı?
- İlham Əliyev çalışacaq ki, Avropa Birliyindən məsafəli dayandığını və onu bu quruma bağlayacaq öhdəlik götürmədiyi kimi Rusiyanın bu ideyalarından da məsafədə dursun. Bəzən rejimin öz mənfəətləri arxa planda qalır. Azərbaycanın Avropa Birliyi ilə azad ticarət zonası haqda müqavilə imzalamamasıda, eləcədə Gömrk İttifaqına qoşulmaması həmdə iqtisadi-maliyyə məsələləri ilə bağlıdır. Rejimin gəlirləri əsasən korrupsiya, rüşvət, inhisarçılıq, gizli iqtisadiyyat, vergi və gömrükdən yayınmalarla bağlıdır. Azərbaycan məhz bu səbəbdən də Ümumdünya Ticarət Təşkilatına üzv olmur, Avropa Birliyi ilə saziş imzalamır və eyni məntiqlə də Gömrük İttifaqına daxil olmaqda maraqlı deyil. Çünki bura daxil olmaq rejmin iqtisadi-maliyyə maraqlarına cavab vermir.
- ACP-nin qərargah problemi həll edildimi?
- İndi bizim partiyanı yenidən qurmaq planlarımız var. Siz də bilirsiniz ki, son hadisələrdən sonra buna ehtiyac yaranıb. Hazırda qurultaya hazırlıq məsələləri müzakirə edilir. İlin sonuna qədər Məclisi çağırıb qurultayla bağlı qərarlar vermək niyyətindəyik. Qərargah problemi isə həll edilməyib.
- Milli Şurada fəaliyyətinizi davam etdirəcəksiniz?
- Bu Milli Şurada yaxın dövr üçün gedəcək müzakirələrdən və qəbul oluncaq qərarlardan asılı olacaq.
- Rüstəm İbrahimbəyovun istefasını necə qiymətləndirirsiniz?
- Mən bu istefanı yanlış qərar hesab edirəm. Rüstəm müəllimin belə ciddi zamanda qısa müddətə fikrini dəyişməsini məqbul hesab etmirəm. Əksinə,bunu yanlış qərar hesab edirəm. Belə ciddi məsələdə qısa zaman kəsiyində, bu formada qərar vermək mənə qeyri ciddi görsənir. Əlbəttə ki, bu bizi məyus edir.
- Milli Şurada struktur dəyişiklikləri ilə bağlı təklifləriniz var?
- Struktur dəyişikliyi, sədrlik və ya həmsədrlik məsələsi bizim yanşmamızda ikinci dərəcəli məsələdir. Biz əsasən Milli Şuranın yeni mərhələdə məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, taktikasının qəbul edilməsndə maraqlıyıq. Həm də bu qurumun quruluş fəlsəfəsininq qalıb-qalmaması məsələsi bizim üçün prinsipial məsələdir.
- Milli Şuranın davamlığı nə dərəcədə realdır?
- Bunu gələcək göstərəcək. Mən bu məsələdə proqnoz vermək istəmirəm.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon söhbəti – (Audio)

    Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon ...

    24-09-2013, 15:25

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”

    “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri ...

    25-11-2013, 15:23

  • 
  • Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video)

    Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video) ...

    24-11-2013, 11:42

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu