GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İran Təbrizdəki konsulluğumuzu şərləyərək bağlamaq istəyir” - Şok iddia

“İran Təbrizdəki konsulluğumuzu şərləyərək bağlamaq istəyir” - Şok iddia

Tarix: 10-04-2023, 20:20 Bölmə :Müsahibə Baxış: 263


“Son hadisələr sübut etdi ki, İran hakimiyyəti arzuolunmaz bir rejimə və İranı Azərbaycan üçün təhlükəli bir ölkəyə çevirib. Hərçənd İran əhalisinin böyük bir hissəsini Azərbaycan türkləri təşkil edir, amma soydaşlarımızın olduğu ölkə öz soydaşları üçün təhlükə mənbəyinə çevrilib. Bunu edən Tehran rejimidir. Bu, Tehran rejiminin regiona və Azərbaycana münasibətidir”

Gundemxeber.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. 

O, İranda anti-Azərbaycan təbliğatı aparan “Huseyniyyun” təşkilatının Azərbaycanın Təbrizdəki konsulluğunun önündə etiraz aksiyası keçirəcəyi ilə bağlı yayılan xəbərlərə, habelə İran hakimiyyətinin Azərbaycana qarşı dəyişməyən münasibətinə toxunub.

S.Soltan söyləyib ki, İran hakimiyyəti regionda müxtəlif terrorçu və silahlı təşkilatlar qurub: 

“Məsələn, Livanda “Hizbullah”ı qurub, Fələstində isə “İslami Cihad Hərkatı”nı maliyyələşdirir. Belə təşkilatlardan biri də Azərbaycan üçün qurulmuş “Huseyniyyun”dur. Bu təşkilatın da maliyyələşdiricisi İrandır və onun üzvlərinin də bir çoxu Azərbaycandan qaçmış və ölkəmizə xəyanət yolunu tutmuş şəxslərdir. Bunlar əvvəl də belə bir aksiya keçirmiş və elan etmişdilər ki, Azərbaycanın Təbrizdəki konsulluğu MOSSAD-ın casus mərkəzidir və bu diplomatik missiya bağlanmalıdır”. 

Analitik xatırladıb ki, İranın “persona non-grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarından sonra Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. 

Onun sözlərinə görə, nazirlər iki ölkə arasındakı problemləri müzakirə edib, o cümlədən İran tərəfi iqtisadi layihələrin davam etdirilməsini vurğulayıb:

“Bu fonda İran tərəfinin Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında belə bir aksiya keçirmək niyyətində olması çox məntiqsiz davranışdır. Burada iki məna var: nazirlər arasındakı danışıqlar alınmayıb və tərəflər öz mövqelərindən geri çəkilməyib; yaxud İran tərəfi Azərbaycana təzyiqləri artırmaq üçün Təbrizdəki konsulluğu bağlamaq və ya Azərbaycan diplomatlarının ölkədən çıxarılması niyyətindədir. Çünki konsulluğun MOSSAD-ın casus yuvası elan edilməsi artıq İran rejiminin Azərbaycanın Təbrizdəki konsulluğuna münasibətinin göstəricisidir. Yəni İran hakimiyyəti Təbrizdəki konsulluğumuzu şərləyir və onu yaxın perspektivdə bu adla ölkədən çıxara bilər”. 

“İkinci bir tərəfdən, hadisələr sübut etdi ki, İran hakimiyyəti ölkədə yerləşən diplomatik missiyaların, səfirliklərin və konsulluqların binasının qorunmasına məsuliyyətsiz yanaşır. Çünki Azərbaycan səfirliyinə hücumdan bir neçə il əvvəl Səudiyyə Ərəbistanının konsulluğuna hücum edib binanı yandırmışdılar. Bu ilin yanvarındakı terror hücumu isə bu məsələni bir daha təsdiqlədi. 

Mövcud İran rejiminin səfirlik və konsulluqlara hücum etmək kimi bir “ənənə”si var. 1979-cu ilin noyabrında Tehrandakı ABŞ səfirliyinə hücum, eləcə də diplomatların 444 gün girov götürülüb saxlanılması, habelə Argentinadakı yəhudi məbədinə, o cümlədən Tanzaniyadakı səfirliyə hücum və s. Bunların sayını artırmaq olar. Bu, İran hakimiyyətinin diplomatik “təzyiq vasitəsi”dir”, - müsahibimiz əlavə edib. 

O, hesab edir ki, Azərbaycanın İrana şərtlərindən biri ölkəmizin Tehrandakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, səfirliyə hücum edən şəxsin cəzalanması və Azərbaycan istintaq qrupunun araşdırmada iştirakının təmin etməsidir: 

“Həmçinin, Azərbaycanın Təbrizdəki baş konsulluğunun təhlükəsizliyinə də təminat verməlidirlər. Hələ ki İran tərəfi bu barədə bizə hər hansı bir təminat verməyib. Çünki versəydi, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə açıqlama verərdi. İran hakimiyyətinin belə bir açıqlaması olmayıb. Bu da onu göstərir ki, Tehran rejimi bu məsələyə etinasız, sayğısız və məsuliyyətsiz yanaşmaqdadır”. 

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı təxribat hazırlanır?

    Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı ...

    8-04-2023, 22:33

  • 
  • Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı təxribat hazırlanır?

    Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı ...

    5-04-2023, 17:09

  • 
  • SEPAH-ın təxribatı: “Tehran üçün ölümcül zərbə ola bilər”

    SEPAH-ın təxribatı: “Tehran üçün ölümcül zərbə ...

    7-04-2023, 18:54

  • 
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • Yeni Azərbaycan əskinası xəbəri İranı da silkələdi

    Yeni Azərbaycan əskinası xəbəri İranı da silkələdi ...

    20-08-2013, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu