GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Müharibə ehtimalı?- İran münasibətləri getdikcə GƏRGİNLƏŞDİRİR-Politoloqla MÜSAHİBƏ

Müharibə ehtimalı?- İran münasibətləri getdikcə GƏRGİNLƏŞDİRİR-Politoloqla MÜSAHİBƏ

Tarix: 12-04-2023, 17:56 Bölmə :Müsahibə Baxış: 312


Gundemxeber.az “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müsahibəsini təqdim edir:

-Son dövrlər İranla Azərbaycan arasında yaşananlar məlumdur.  Maraqlıdır, iki ölkə arasında münasibətlər nə qədər gərginləşməkdə davam edəcək?

-Dünən İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin özünün Tvitter hesabında iki ölkə arasında yaranan gərginlikdə Azərbaycanı suçlamağa çalışaraq qərəzli post paylaşıb: “İran-Azərbaycan münasibətlərinin bərpası üçün vasitəçiliyə ehtiyac yoxdur. Azərbaycan ağıllı addım atarsa, fikir ayrılıqları aradan qaldırıla, münasibətlər bərpa oluna bilər. İnformasiya müharibəsi kin-küdurəti artırmaqdan başqa heç nəyə xidmət etmir”. İran hakimiyyəti regionda yaranmış yeni reallıqları qəbul edib Azərbaycanla münasibətləri dəyişənə qədər vəziyyət gərgin olaraq qalmaqda davam edəcək. Rəsmi Tehran münasibətləri normallaşdırmaq üçün regionla bağlı məsələlərə bərabərhüquqlu yanaşmalı və region ölkələrinin, xüsusilə Azərbaycanın maraqlarına hörmət etməlidir. Ancaq molla rejimi Orta Şərqdə tutduğu mövqeyi Cənubi Qafqazda davam etdirərsə, tam əksinə “istədiyinə” nail ola bilməyəcək. Yəni, İran hakimiyyəti Orta Şərq, Livan, Suriya, Yəmən, Fələstində oynadığı rol çərçivəsində törətdiyi pozuculuq fəaliyyətini Cənubi Qafqazda da davam etdirməyə cəhd etdikcə problemlərin həllindən söhbət gedə bilməz.

-Ümumiyyətlə, İranın “qırmızı xətt”i keçib vəziyyəti müharibəyə qədər sürükləməsi mümkündürmü?

-Azərbaycanla İran arasında müharibənin baş verməsi ehtimalı çox azdır, bəlkə də bu ehtimal heç yoxdur. Hər iki tərəf müharibə arzulaya bilməz. İranın müharibə aparmağa imkanları məhduddur. Belə ki, bu baş verərsə, Tehran müsəlman dünyasında növbəti dəfə nüfuzdan düşəcək. Çünki 1980-1988- ci illərdə İraqla 8 illik mənasız müharibə apardı və nəticədə İranın yaxın Şərqdəki bir çox müsəlman ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətləri pozuldu. Ona görə başqa bir müsəlman ölkəsi ilə yenidən müharibəyə başlamaq onun müsəlman dünyasında nüfuzuna çox ciddi xələl yetirər, təcavüzkar rejim kimi tanınar. Onsuz da İran rejimi terrorçu kimi bir çox dünya ölkələri və təşkilatları tərəfindən  tanınmaqdadır. Eyni zamanda, bu müharibə İran hakimiyyətinin devrilməsi və siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə Arazın o tayındakı Azərbaycan türklərini unutmaq olmaz. Onlar Arazın bu tayına silah atmaz və atılmasına da icazə verməz.

-İstərdik ötən gün iki ölkənin XİN başçıları arasında gedən telefon danışıqlarının detallarına da toxunasınız.

– Azərbaycanla İran arasındakı mövcud gərginliyin aradan qaldırılması üçün diplomatik yollar tükənməyib. Hesab edirəm ki, diplomatik həll yollarının olması müharibə ehtimalını azaldır. Məsələn Azərbaycan və İran XİN başçılarının ötən günkü telefon danışığı da bu imkanların mövcudluğunu göstərir. Azərbaycan tərəfinin İran hakimiyyəti qarşısında qoyduğu şərtlər həm beynəlxalq, həm də yerli ictimaiyyətə məlumdur. Bunlar Azərbaycanın regiondakı maraqlarını təhdid etməmək, Ermənistanın pozuculuq fəaliyyətini dəstəkləməmək, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terrorun düzgün şəkildə Bakının iştirakı ilə istintaqını aparmaq,  molla rejiminin Azərbaycanda da apardığı gizli terror aktlarına son verməsi, Bakıya qarşı təhdidedici çıxışları dayandırmaq Azərbaycan tərəfinin İran qarşısında irəli sürdüyü məsələlərdəndir. Heç kəsə sirr deyil ki, baş verən gərginliyin səbəbi İrandır. İran İkinci Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəklədi və  postmüharibə dövründə də Azərbaycan ərazilərində qanunsuz fəaliyyət ilə məşğuldur. Beləliklə, rəsmi Tehran bu kimi addımları ilə Azərbaycanla münasibətləri pik həddə çatdırdı. XİN rəhbərləri arasında baş tutan telefon danışığında da bu kimi məsələlərə toxunulduğu ehtimal olunur.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • İsrail Amerikaya imkan verməz ki, İranla münasibətləri yaxşılasın” – Şərh

    İsrail Amerikaya imkan verməz ki, İranla ...

    22-10-2013, 11:10

  • 
  • Bakı və Tehranın hamar olmayan münasibətləri

    Bakı və Tehranın hamar olmayan münasibətləri ...

    14-11-2014, 21:32

  • 
  • İran və Azərbaycan müştərək iqtisadi komissiyasının 9-cu iclasının tarixi açıqlandı

    İran və Azərbaycan müştərək iqtisadi ...

    4-05-2014, 11:40

  • 
  • Şeyxin Tehran cəhdi

    Şeyxin Tehran cəhdi ...

    19-05-2013, 13:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (117)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu