GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Komitə sədri: "Məmurlara məxsus obyektlərdəki "qaz itkisi"ni əhaliyə yükləyirlər" - MÜSAHİBƏ

Komitə sədri: "Məmurlara məxsus obyektlərdəki "qaz itkisi"ni əhaliyə yükləyirlər" - MÜSAHİBƏ

Tarix: 25-04-2023, 15:47 Bölmə :Müsahibə Baxış: 445


"SOCAR və Energetika Nazirliyi bu qurumun fəaliyyətini nəzarətə götürməlidir"

***

Mirvarı Qəhrəmanlı "Azəriqaz"ın rəhbərliyinin cəzalandırılmasını tələb edir:  "Yoxlama qruplarının üzərinə "gedin sayğaclara çoxlu müdaxilə faktları tapın" kimi öhdəlik, plan qoyulub"

***

Komitə sədri maraqlı faktlar açıqladı, narazılara yol göstərdi: "Mülki geyimlilər sayğac yoxlaya bilməzlər"

""Azəriqaz"ın işçiləri xalqı "qaz" yerinə qoyaraq aldadır, həyətlərdə sayğacları açıb aparılar, sonra yalandan "siz sayğaca müdaxilə etmisiz, cərimələnirsiniz" xəbərdarlığı ilə ən az 600 manat "yükənirlər".

Mia.az xəbər verir ki, bu şikayəti Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səhifəsində şikayətçilərdən biri yazıb.

Bu şikayətə cavab olaraq Mirvari Qəhrəmanlı ona belə məsləhət görüb: "Məhkəməyə vermək lazımdır. Ona görə də səhifəmdə abonentlərin hüquqları ilə bağlı qanunları yazmışam. Ki, abonentlər bu qanunlara istinadla məhkəməyə müraciət etsinlər".

Mirvari QƏHRƏMANLI

"Sökülüb aparılan sayğaca görə 4 il sonra qəbz gəlib ki, bəs, guya o vaxt plombu qırıq olub"

Azər Səlimov adlı şikayətçi isə komitə sədrinin tövsiyəsinə maraqlı fakt açıqlamaqla cavab verib: "Mirvari xanım, iş yoldaşım belə hala görə məhkəməyə verib aprelin 11-də  qazandı. Məsələ ondadır ki, təxminən 800 manatlıq yalançı cərimənin yalan olmasını sübut etmək üçün hardasa 100 manat xərclədi, üstəlik, əsəblərini korladı. Məsələ isə bu idi ki, 4 il əvvəl - 2019-cu ildə gəlib həyət evindən sayğacı söküb təzəsini qoyublar. 4 il sonra isə qəbz gəlib ki, bəs, guya o vaxt plombu qırıq olub. Bu qədər şərəfsizlik olarmı?!".

Şikayətçi deyir ki, "Azəriqaz" rəsmiləri məhkəmədə öz iyrənc əməllərini müdafiə etməyiblər: "Sanki bunu qəsdən edirlər. Yəni tutar qatıq, tutmaz ayran nağılı kimi...".

Komitə sədri bu yerdə xatırladıb ki, "Azəriqaz" İB "qaz itkisinin aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz  sayğaclarının yoxlanılmasına başlayır:

Ruslan ƏLİYEV, "Azəriqaz"ın rəhbəri

Ruslan Əliyev rayonlara yeni qruplaır hansı niyyətlə göndərb? 

"Bunun üçün regionlara müəyyən "qruplar" göndərilib. Üzərlərinə müəyyən “öhdəlik” (sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz və s. aşkarlamaq halları) də qoyulub. Ramazan bayramında - hansıki bunun özü də sual doğrur -,  işə cəlb olunduqları üçün “qrup"un hər üzvünə 124 manat ikiqat əmək haqqı və 52 manat ezamiyyə xərci ödəniləcək. Düşünürəm ki, "cərimə və müdaxilə tapıntıları" üçün də əlavə “mükafat” olar. Narahatlığım odur ki, qeyri -qanuni cərimələrin (sayğaca müdaxilə və s ), saxta sənədlərin tərtibi, saxta aktlarda mühəndis və abonentin əvəzinə imzaların olacağıdır.  Uçotsuz qazlarda labarotiriya rəyinin olmaması, bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsi və s. kimi halların təkrarlanmasıdır".

Gundemxeber.az bildirir ki, Komitə sədri Mia.az-a müsahibəsində bu kimi neqativ hallarla bağlı mövcud qaydaları diqqətə çatdıırb:

"-Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya, ona toxuna, müvafiq sənədləşdirmə apara bilməzlər.  Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır.

-Sayğac istehlakçının (abonentin) iştirkı ilə yoxlanmalı, əgər varsa, bütün qüsurlar abonentə göstərilməlidir. Tərtib olunan hər hansı sənəddə abonentin imzası olmalıdır".

M.Qəhrəmanlı bildirib ki, əhali bu kimi qanunsuz hallarla qarşılaşanda, mütləq Nazirlər Kabinetinin 80 saylı qərarındakı bəndlərə söykənərək, hüquiqi yollara baş vurmalıdır:

"Məsələn, 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə(Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, təchiz edilir )uyğun olaraq, quraşdırılır və dəyişdirilir ,zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir".


Komitə sədri ilə müsahibəmiz aşağıdakı suallarla davam edib:

""Azəriqaz" cəzalandırılmalıdır, elə hər şeyi əhalinin üstünə atmaqla deyil ki..."

- Mirvarı xanım, rayonlara mülki formalı qruplaırn sayğac yoxlamasına göndərilməsi barədə xəbərdqarlıq etmisiniz. Bilirisiniz ki, belə yoxlamalarda sayğaca müdaxilə adıyla son vaxtlar əhalinin 300-1000 manat aralığında cərimələnmə halları artıb. Siz bu barədə Nazirlər Kabinetinin məlum qərarını xatırladırsınız. Amma sual olunur, adamlar niyə boş yerə məhkəməyə xərc çəkməli, üstəlik, zamanını itirməlidir? Bu barədə fikirinz necədir? 

- Bilirisiniz ki, əhaliyə xidmət göstərən digər qurumlar da var: "Azərsu", "Azərişıq" və s. Bu qurumların hər birindən şikayətlər var, olur. Xatırlayırsınızsa, pandemiya dövründə "Azərişıq"dan da çoxsaylı şikayətlər vardı. Hamı artıq işıqpulundan şikayətlənirdi. Amma açıq demək lazımdır ki, "Azərqaz"dan şikayətlər daha çoxdur, həmişə də var və hər keçən gün də artır. Bilirsiniz ki, bu üç qürumun hər biri sərfiyyatı sayğaclar vasitəsi ilə müəyyən edir, pullaırnı eyni qaydayla yığırlar, yəni.

Çox maraqlı və təəccüblü odur ki, həmişə "Azəriqaz"ln sayğacları ilə bağlı etirazlar yaranır. Yaxud da bu sahədə çalışanlar və rəhbərliklə bağlı şikayətlər edilir. Təsadüfi deyil ki, biz bütün ilboyu eşidirik ki, əhalinin belinə müxtəlif bəhanələrlə - ya sayğaca müdaxilə, ya artıq sərfiyyat, ya pozulmuş uçot və sair, - əlavə vəsaitlər yükləyirlər. Bu barədə saysız açıqlamalar verib, əhalini maarifləndirməyə çalışıram. Hər iki tərəfin müqavilə öhdəliyini xatırladıb, qanunsuzluqlara qarşı hüquqi mübarizənin yolunu göstərirəm...

Əslində, dediyim kimi, "Azəriqaz"ın özü ilk növbədə Nazirlər Kabinetinin 80 saylı qərarına əməl etməlidir, qanunsuzluğa yol verən əməkdaşlarını cəzalandırrmaldıır. Ancaq biz adətən görürük ki, bu qurum və onun əməkdaşları, rəhbərləri elə hökumətin qərarını pozurlar.  Buna görə, "Azəriqaz" cəzalandırılmalıdır, elə hər şeyi əhalinin üstünə atmaqla deyil ki...

"Niyə sayğacların alınması və əhaliyə paylanmasına nəzarət edilmir?"

Hesab edirəm ki, SOCAR və Energetika Nazirliyi bu qurumun fəaliyyətini nəzarətə götürməlidir, mütləq. Niyə götürmürlər, niyə bu qədər narazılıqlara qulaq vermirlər? Üstəlik, bir məsələni də qeyd edim: sayğaclar evin içindədir ki, əhali ona məsuliyyət daşısın? Yaxud hələ biz 2018-ci ildə ölkəyə gətırilən sayğacların çoxunda "diffekt"lərin olduğu haqda şikayətləri dilə gətirmişdik. Niyə bunlar yoxlanılmır? Niyə sayğacların alınması və əhaliyə paylanmasına nəzarət edilmir? Bütün bunlar ciddi nəzarətə götürülməlidir.

Bəli, haqlı olaraq soruşurusnuz ki, əhali durduğu yerdə niyə əlavə xərc çəkərək məhkəməyə gedir? Əlbəttə, haqlısnız, hesab edirəm ki, əhali maariflənməlidir, bağladığı müqavilənin bəndlərini, Nazirlər Kabinetinin qərarını diqqətlə öyrənməli və hüququnu müdafiə etməlidir. "Azəriqaz" da şəffaf olmalı, qanunlara əməl etməlidir. hesabatlılıq olmalıdır cəmiyyətin qarısında. Hesab edirəm, bu, özbaşınalıqların azalmasına ciddi təsir edə bilər.    

Düzdür, bu sual, əslində, "Azəriqaz"a verilməlidir. Onlar buna aydnlıq gətirməlidir ki, niyə axı, ən çox sizdən şikayət edilir? Nədir axı, xalqın onlardan çəkdikləri? Niyə "Azəriqaz"da yoxlama aparılmır? Yoxlamırlarsa, yəqin ki, burada başqa qurumların da hansısa marağı var... 

"Siz son illər belə adamlara məxsus obyektlərdə qanunsuz hallarln aşkarlandığını eşidibsiniz?"

- Sizcə, "Azəriqaz"da qaz itkisi bu qədər çoxdur ki, yoxlama adıyla əhaliyə "əlavə sərfiyyatlar yükləyir" və bununla itkiləri kompensasiya etmək istəyirlər?

- Siz soruşursunuz ki, bu qədər qaz itkisi necə olar? Əlbəttə, ilk növbədə məsuliyyətsizlikdən. Və bu məsiliyyətsizliklərini ört-basdır eləmək üçün müxtəlif bəhanələrlə əhaliyə əlavə sərfiyyat yüklənir. Halbuki, "Azəriqaz"la əhali arasında bağlanan müqavilədə öhdəliklər var, buna əməl olunsa, bu qədər problem olmaz. Bir sözlər, "Azəriqaz" vəzifələrinə şəffaf və məsuliyyətlə yanaşarsa, problemlər bu həddə çatmaz, üstəlik, əhali qanunsuz yollarla yüklənməz. 



Bir məsələni də təəssüflə deyim ki, bəzən oliqarxlara, yüksək çinli məmurlar məxsus obyektlərdə olan "qaz itkis"ni də əhalinin belinə vururlar. Düzdür, bu barədə əlimdə konkret faktım yoxdur. Sadəcə, bu barədə iddialar var, düşünürəm ki, bu, yoxlanılmalıdır. Ümumiyyətlə, siz son illər belə adamlara məxsus obyektlərdə qanunsuz hallarln aşkarlandığını eşidibsiniz? Yox, ancaq bölgələrdə aztəminatlı əhali isə tez-tez müxtəlif bəhanələrlə cəzalandırılır. Əlbəttə, mən demirəm ki, bunların hamısı qanunsuzdur, əlbəttə, müdaxilə halları da var, amma sual olunur, niyə su, işıqda bu qədər narazılıq, bu qədər yüklənmə harayı çəkən yoxdur, ancaq "Azəriqaz"la bağlı var?   

Yuxarıda qeyd etdiyim kimi, rayonlara mülki formalı yeni yoxlamalar göndərilib. Yəqin bundan sonra şikayətlər daha da intensivləşəcək. Əvvəla, onlar mülki forrmada yoxlama apara, sayğaclara baxa, video çəkə, əhaliyə cərimə yaza bilməzlər. İddialara görə, onların üzərinə "gedin sayğaclara çoxlu müdaxilə faktları tapın" kimi öhdəlik, plan qoyulub. Yəni, bu kimi bəhanələrlə həm "qaz itkisi"ni kompensasiya edirlər, həm də əhaliyə əlavə qazpulu yazırlar. Deyim ki, bəzən bu cərimə aktlarına saxta imzalar atılır... 

"işə götürülənlər ya tapşırıqla götürülür, ya da vəzifəli şəxslərin qohumlarıdır"

- Ümumiyyətlə, son aylıar "Azəriqaz"da həm sayğac, həm işəqəbul və azadedilmə halları ilə bağlı da xeyli şikayətlər var. Birdən-birə bu qurumdan bu qədər şikayətlərin artması təsadüfdür, yoxsa, Ruslan Əliyev özündən əvvəlkilərin "ənənəvi siyasəti"nə dönüb?

- Bəli, son bir ayda 5-6 nəfərin qanunsuz işdıən azad olunması barədə şəxsən mənə məlumat verilib. Sanki get-gedə daha da aqressivləşmə var. O da danılmaz faktdır ki, işə götürülənlər ya tapşırıqla götürülür, ya da vəzifəli şəxslərin qohumlarıdır.

Bu yaxınlarda isə "DOST"un xətti ilə cüzi maaşla işləyən 4 nəfəri "sayğaca müdaxilə" və digər bəhanələrlə işdən azad ediblər. Yaxud, Ucar Qaz İdarəsində işləyən bir mühəndisi baş mühəndisdən şikayət etdiyi üçün bir aylıq tutdurdular. Halbuki, 20-dən artıq işçi onun haqlı olduğunu deyirdi. Bu 20 nəfəri dinləyən olmadı, amma bir rəisin sözünü haqq saydılar. Belə olarmı?! Rəhbər adamsan, bir dəvət elə, araşdır, gör necə olur ki, 20 adam yalan, bir müdir düzdür? Ətraflı araşdırma aparıb, xalqa bunu dürüst formada göstərmək olmazdımı? Bunu etmək əvəzinə, həmin 20 nəfərdən 10-na da töhmət verdlər...

Bilirsiniz, "Azəriqaz"ın rəhbərini prezident təyin edir. Prezident, eyni zamanda, Əmək Məcəlləsini də təsdiqləyib. Axı niyə Prezidentin təyin etdiyi adamlar elə Prezidentin təsdiqlədiyi məcəlləni pozurlar? Görün, bunlar nə qədər hədlərini aşıblar. Niyə başqa sahələrdə belə deyl, ancaq "Azəriqaz"da belə özbaşınalıq var? Qanun hamı üçündür, ona görə hesab edirəm, "Azəriqaz" rəhbəriyi barədə ciddi ölçü götürülməlidir.

img



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəriqaz” ARDNŞ-i necə aldadır...

    “Azəriqaz” ARDNŞ-i necə aldadır... ...

    14-02-2014, 15:48

  • 
  • “Azəriqaz”da yeni ixtisar dalğası başladı

    “Azəriqaz”da yeni ixtisar dalğası başladı ...

    26-02-2014, 13:31

  • 
  • “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” - MM-in komitə sədri

    “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ...

    24-04-2020, 13:26

  • 
  • Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb.

    Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb. ...

    6-08-2013, 09:32

  • 
  • Əkbər Hacıyevin vətəndaşlara NÖVBƏTİ TƏLƏ... - FAKT

    Əkbər Hacıyevin vətəndaşlara NÖVBƏTİ TƏLƏ... - ...

    12-10-2018, 11:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu