GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » «Seçim siyasi elitalarındır»

«Seçim siyasi elitalarındır»

Tarix: 29-11-2013, 12:47 Bölmə :Müsahibə Baxış: 729
  «Seçim siyasi elitalarındır»
Ramis Yunus: «Azərbaycanın Avropaya inteqrasiyası ümummilli məsələdir»
ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramis Yunus Azərbaycanın xarici siyasəti, Avropa İttifaqı və Rusiya arasında seçim imkanlarını «Bizim Yol» qəzetinə şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Vilnüs Sammaitindən nə gözləyirsiniz?

- Sualınıza cavab verməzdən əvvəl nəinki Avropada, “ərəb dünyası”nda və postsovet məkanındakı prosesləri təhlil edək. Məsələ ondadır ki, Vilnüsə yalnız bölgə olayı kimi baxılmamalıdır, bu, həm də Avropa Birliyinin keçmiş SSRİ-nin dairəsinə siyasi-iqtisadi təsiridir. Bu gün artıq sirr deyil ki, Varşava Müqaviləsi ölkələri və Baltikyanı respublikalardan sonra növbə “şər imperiyası”nın keçmiş ərazilərinə çatdı. Elə sammitə də bu kontekstdə baxmaq lazımdır, hansı ki, qəbul ediləcək tarixi və hüquqi qərarlar neçə illərdir ABŞ və Avropa Birliyinin gündəliyində olub.

- Necə düşünürsünüz, Azərbaycan, Gürcüstan və Ukrayna hansı variantı seçəcək?

- Gəlin, əvvəlcə bu ölkələrə ayrıca yanaşaq. Yəni respublikaların dünyadakı siyasi yükü, imkanları, həm də daxildəki prosesləri fərqli olduğundan yanaşma da fərqli olacaq. Gürcüstan Saakaşvili hakimiyyəti dövründə Avropaya elə səviyyədə inteqrasiya etdi ki, bu ölkənin geri dönməyəcəyinə şübhə yoxdur. Yalnız buna görə Saakaşvili sağlığında abidə ucaldılmağa layiqdir. Bütün islahatçılar kimi o da hakimiyyəti itirməkdən qorxmadı, başa düşdü ki, totalitar dövlətdə ideoloji baxımdan yüklənən əhali islahatları çətin qəbul edir. Amma buna baxmayaraq o, bunları iki prezidentlik dövründə uğurla həyata keçirərək Gürcüstanın üzünü Avropaya çevirdi. Ukraynaya gəldikdə, prezident Yuşşenkonun hakimiyyətinin ilk illərində inamla Avropaya doğru gedirdi. Təəssüf ki, Yuşşenko-Timoşenko qarşıdurması inteqrasiyanı zəiflətdi. Bununla da heç bir ideoloji əsası olmayan Yanukoviç hakimiyyətə gəldi, yalnız ənənəvi biznes maraqları olan adamlar onu hakimiyyətə gətirdi. Elə bu gün də Yanukoviç əsas problemə çevrilib, hansı ki, “iki stulda” oturmaq istəyir. Bir tərəfdən Kiyevə Moskvadan və bu dairədən təzyiqlər var, bu adamlar pulu bazar iqtisadiyyatı yoluyla yox, yalnız bir-birini başa düşməklə qazanmağı məqbul hesab edirlər. Digər tərəfdən artıq bütün Ukraynadakı mitinqlər göstərdi ki, Vilnüsdə “Şərq tərəfdaşlığı” razılaşmasını imzalamasa, bu, Yanuikoviç üçün yeni “narıncı inqilab” doğura bilər. Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan bütövlükdə avtoritar ölkədir. Hakimiyyət özü üçün siyasi, iqtisadi və ideoloji sahə yaratdığından Bakıdan bu və ya başqa istiqamətdə qəfil hərəkət gözləmək mənasızdır.

- Deməli, Siz balans siyasətinin dəyişməyəcəyini gözləyirsiniz?

- Əslində, biz pis-yaxşı 20 ildə “iki stulda oturmaq” siyasətinin şahidi olduq, yəni Rusiya və Qərb arasında. Bu siyasət o mənada uğur gətirdi ki, iqtidar hakimiyyətdə qaldı və indiki maliyyə imkanları hesabına polis dövləti yaratdılar. Hansı ki, fərqli fikrə yer yoxdur. Belə olanda sual yaranır: Bakı kursunu dəyişərmi? Və İlham Əliyev elə islahatlar apararmı ki, dünya Bakının xarici siyasət vektorunu başa düşər? Bax, bu sualların cavabından Azərbaycanın özünü sammitdə və yaxın illərdə necə aparacağı asılıdır. Mən əminəm ki, ümummilli məsələlərdə xalq bir araya gəlməlidir və Azərbaycanın Avropaya inteqrasiyası ümummilli məsələdir. Ona da inanıram ki, hakimiyyət və müxalifət bu məsələdə bizim cənub və şimal qonşularımız qarşısında bir yerdə olacaq. Ona görə ki, yalnız Avropa Birliyi çərçivəsində bizim əsas ümummilli problemlərimizi, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini həll etmək olar. Birdəfəlik başa düşməliyik ki, hələki Rusiyanın bizim regiona təsirləri qaldıqca, bu münaqişə həll olunmayacaq. Yalnız Rusiyanı regiondan çıxartmaq lazımdır və o yolla getməliyik ki, bu variantla Cənubi Qafqaza siyasi və iqtisadi sabitlik gətirək. Avropa Birliyinə baxın və orada 20 il əvvəlki milli münaqişələri xatırlayın, görün nələr baş verirdi?! Pis-yaxşı bu problemlər həllini tapdı. Artıq orada siyasəti iqtisadiyyat əvəzləyib. Bax, bizim Avropaya inteqrasiyamız Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ problemini həll edə bilər. Yeri gəlmişkən, bu, o xətdir ki, onun əsasında ABŞ və Avropadakı müttəfiqləri “Şərq tərəfdaşlığı” proqramını yaradıblar. Bu siyasətə ya müqavimət göstərmək lazımdır, ya da dəstək vermək. Seçim Gürcüstan, Ukrayna və Azərbaycan xalqlarının, siyasi elitalarınındır. Yalnız bir şey deyə bilərəm, bu proses geri dönməzdir. Bəli, ləngitmək olar, necə ki, Rusiya edir, ancaq qarşısını almaq mümkünsüzdür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Avropa Birliyinin komissarı Azərbaycana gəlib

    Avropa Birliyinin komissarı Azərbaycana gəlib ...

    2-05-2013, 17:47

  • 
  • İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi?

    İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi? ...

    27-11-2013, 16:48

  • 
  • YAP: “Azərbaycana üçqat artıq təzyiq var, amma biz dözə bilirik”

    YAP: “Azərbaycana üçqat artıq təzyiq var, amma ...

    2-12-2013, 12:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu