GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sərancam almaq üçün məndən 150 min dollar istəyirdilər

Sərancam almaq üçün məndən 150 min dollar istəyirdilər

Tarix: 24-12-2012, 12:06 Bölmə :Müsahibə Baxış: 1 828
Sərancam almaq üçün məndən 150 min dollar istəyirdilər
Nəsirullah Bayramov: “Bakı meriyasının məsul şəxsi 58 min dollarımı mənimsəyib”

gundemxeber.az Daha bir sahibkar Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən aldanıldığını və 100 min ABŞ dolları ziyana düşdüyünü, buna görə, əsəb sarsıntısı keçirdiyini və infarkt olduğunu deyir. Söhbət uzun illər Azərbaycanda rəhbər vəzifələrdə işləyən, iki çağırış Naxçıvan Ali Məclisinin deputatı olan və sonra ölkəmizi tərk edərək dolanışıq üçün Ukraynaya gedən sahibkar Bayramov Nəsirullahdan gedir. Bakı meriyasının “toruna” düşən sahibkar başına gətirilən oyunlar haqqında qəzetimizə maraqlı məqamlar açıqlayıb.

- Nəsirullah müəllim, haqsızlığa məruz qaldığınızı, aldadıldığınızı deyirsiniz. Söhbət hansı haqsızlıqdan və aldadılmaqdan gedir?
- Mən əməlli-başlı dələduzun toruna düşmüşəm. İş ondadır ki, Bakı Şəhəri İcra Hakimiyyətinin ərazi idarəetmə bölməsinin rəisi, mənim uzaq qohumum Rasim Quliyev məni aldadaraq 58 min Amerika dollarımı alıb. Hazırda Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin işlər müdiri vəzifəsində işləyir. Rasim Quliyev məndən Hacı Ramiz adlı şəxsin vasitəsi ilə rüşvət alıb. Mən ona 30 min dolları bir, 26 min dolları bir, iki min dollar isə bir vermişəm. Mən ondan soruşanda ki, bu pullar hara gedir, cavab verdi ki, dövlət rüsumlarını ödəmək üçündür və bunun müqabilində sizə qəbzlər veriləcək. Mən ona pul verəndən düz bir il sonra onu yanıma dəvət edib soruşdum ki, mənim sərəncamım hanı, niyə onu mənə vermirsiniz. Rasim Quliyev də söylədi ki, bəs Bakı meri Hacıbala Abutalıbov məni sərancam işlərinə qoymur, mən bu proseslərdən uzaqlaşdırılmışam və sair. Mən də ona mədəni şəkildə söyləmişəm ki, əgər bu alınmırsa onda mənim sizə verdiyim pulumu qaytarın. Əvvəla, bu pulu sənə vermişəm, ikincisi də, mən bu pulla gedib başqa iş görmək niyyətindəyəm. Uzun çək-çevirdən, onun ağsaqqalı ilə söhbət edəndən sonra Hacı Ramiz dedi ki, özünüz qohumsunuz və bu məsələni də öz aranızda həll edin. Mən 58 min dolları almışam və Bakı Şəhər İcra Hakimiyyətində paylamışam. Mən də Rasim Quliyevə dedim ki, sən mənim qohumumsan, mənə dayı deyirsən. Əgər mənim verdiyim pulu payladığınız şəxslərdən geri ala bilmirsənsə, məni apar özüm pulumu istəyim. Rasim Quliyev bundan sonra məndən qaçmağa başladı, zənglərimə cavab vermədi. Nəhayət bir gün onu tapıb bildirdim ki, niyə mənim pulumu qaytarmırsan, nə üçün telefon zənglərimə cavab vermirsən. O da, bildirdi ki, bəs yaxşı edirəm telefonuna cavab vermirəm. Məsələ bu formada dalana dirəndi və mən bu insanlara verdiyim pulu ala bilməkdə ciddi çətinliklər çəkməyə başladım. Məsələnin çıxılmaz olduğunu görəndə hüquq davasına başladım, məhkəmədə iddia qaldırdım. Ancaq Rasim Quliyev mer Hacıbala Abutalıbovun vasitəsi ilə məhkəməyə təzyiq göstərdi. Ondan başqa bir neçə şəxs də məhkəmədən xahiş ediblər ki, bu işdə Rasim Quliyevin xeyrinə qərar versin. Guya mən ona böhtan atıram, işgüzar nüfuzuna xələl gətirirəm, şərəf və ləyaqətini təhqir edirəm və s. Ancaq iş ondadır ki, mənim yanımda şahidlərim də var. Məsələn, əslən Ağdam rayonundan olan Vidadi Həsənov var. Mən 30 min dolları onun iştirakı ilə vermişəm. 28 min dolları isə oğlumla birgə vermişəm.

- Bu pulları nəyə görə ödəmisiniz?
- Mənim Zığ qəsəbəsində oğlumun adına 13,5 sot torpaq var idi. Rasim Quliyev mənə dedi ki, uzun illər Ukraynada işləmisiniz, yəqin 5-10 manat pulunuz var. Mən də dedim ki, az-maz pulum var. Rasim Quliyev də dedi ki, niyə pulla bir iş görmür və yatırdırsan. Mən də cavab verdim ki, hələlik belə bir iş yoxdur, olsa bu haqda düşünəcəyəm. Bu zaman Rasim Quliyev təklif etdi ki, gəlin mən sizə meriyadan sərancam alım və orada 12 mərtəbəli göydələn inşa edin. O zaman mənim TT MNTKA firmam var idi. Bu firmanın 5 təsisçisi var idi və biz hamımız imza atdıq ki, ərazidə göyədələn tikməyə etiraz etmirik. Bundan sonra iş tamam dayandı. Rasim Quliyev bizimlə danışığında da demişdi ki, 150 min dollar verəcəksiniz. Əslində həmin vaxt mən Ukraynadan Bakıya yenicə gəlmişdim və düşünürdüm ki, bu pulların hamısı dövlət rüsumu üçündür. Əgər bilsəydim ki, bunu rüşvət şəklində və ya dələduzluq yolu ilə alırlar, təbii ki, heç bir qəpik də verməzdim. Çünki mən son 11 ili Azərbaycanda yaşamamışdım və buradakı real vəziyyətlə tanış deyil idim. Yəni qanunlardan məlumatlı deyildim və zənn edirdim ki, göydələn tikmək üçün bu qədər rüsum ödənilir. Təsəvvür edin ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinə 58 min dollar verməkdən savayı, 9 min manatda verib göydələn tikəcəyimiz ərazinin geologiyasını apardıq. Həmçinin layihə smeta sənədini tutduq. Ümumiyətlə mən Rasim Quliyevin sözü ilə 100 min dollar ziyana düşdüm.

- Bundan sonra nə baş verdi?
- Sizə deyim ki, bu hadisə mənim taleyimdə ciddi stresə səbəb oldu. Mən faktiki olaraq xəstələndim. Məlumat üçün deyim ki, uzun illər komsomolda işləmişəm, Brejnevin imzası ilə şərəf ordeni ilə təltif olmuşam. Eləcə də Əfqanıstan veteranıyam. SSRİ zamanı 4 il Əfqanıstanda vuruşmuşam. 10 il isə Naxçıvan Ali Məclisinin deputatı olmuşam. Özümün iki ali təhsilim var. İnstitutu bitirəndən sonra komsomol və partiya işində çalışmışam, katib vəzifəsinə qədər qalxmışam və sonra da Culfa rayon icraiyyə komitəsinin sədri seçilmişəm. Onu da, deyim ki, mənə 100 min dollar ziyan vuran və hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışan Rasim Quliyev vaxtı ilə AXC-nin üzvü olub. Onun partiyası ölkədə hakimiyyətə gələndə bütün rayonların “ispalkom” sədrlərini bir gecədə dəyişdilər. Amma məni dəyişməyə gücləri çatmadı. Çünki mən Culfa rayonunda düz işləmişdim, şərəflə çalışmışdım və rüşvət almamışdım. Rayonda camaat məni açıq müdafiə edirdi. Rəhmətlik Elçibəy prezident olandan sonra da mən icraiyyə komitəsinin sədri işlədim. O dövrdə bütün rayonlarda cəbhəçilər rəhbərliyə gətirildi, yalnız mən kommunist olaraq işimdə qaldım.

- Sizin cəbhəçilərə aqressiyanız var?
- Xeyr. Əvvəla deyim ki, Əbülfəz Elçibəy mənim müəllimim olub. Mənim məsələmi onun yanında qaldıranda, rəhmətlik deyib ki, siz ona bir şey edə bilmərsiniz bu adam universitetdə yaxşı oxuyub, ədalətli və düzgünlüyü sevən insandır. Hətta məni işdən çıxarmaq üçün rayona cəbhənin bir neçə nümayəndəsi gəlmişdi. Mən də 20 minlik mitinq təşkil etdim və orada da bəyan elədim ki, ay xalq bu kişilər məni işdən çıxarmağa gəliblər. Millət də onların üzərinə yeridi və məsələ bununla da bitdi.

- Gəlin qayıdaq əsas məsələyə, sizə təzyiqlər varmı, bundan sonra hansı addımlar atmaq niyyətindəsiniz?
- Xeyr. Təzyiqlər yoxdur. Rasim Quliyevin qardaşları mənim kiçik qardaşımın yanına gəliblər. Qardaşım da deyib ki, bu pul Rasimin vasitəsilə gedib, onun pulunu qaytarın, sakit dursun yerində. Onlar mənə təzyiq edə bilməzlər, heç buna gücləri də çatmaz. Onu deyim ki, bu hadisələrdən sonra mən əsəb xəstəliyinə tutuldum. Bu ilin yanvarına qədər heç kimlə əlaqə saxlamırdım, hətta övladlarımla ünsiyyətə girmirdim. Bütün bunlar Rasim Quliyev və Hacıbala Abutalıbovun ucbatından oldu. Novxanıda mənim zəhmətlə qazanıb tikdirdiyim mülküm satıldı, 270 min banka borcum qalmışdı. Bunlar Rasim Quliyevin ucbatından oldu, o məni aldatdı. İndi ayılmışam və məhkəmə prosesini davam etdirəcəyəm. Mən bu işdə varam, yaxın günlərdə Ali Məhkəməyə müraciət edəcəyəm. Hazırda vəkil tutmuşam və etiraz hazırlayırıq. Bu işdə allah ya onlara verər, ya da mənə.

- Bəs Xətai məhkəməsi sizinlə bağlı hansı qərar verib?
- Mən başıma gələn haqda bir neçə yerdə çıxış etdim, sübutları ortaya qoydum. Bundan sonra Rasim Quliyev Hacıbala Abutalıbovun əli ilə mənim qaldırdığım iddia üzrə keçirilən məhkəməyə təsir göstərdi və məni uduzdurdular. Guya ki, mən onun şərəf və ləyaqətini alçaldıram. Amma şərəfi olan biri mənim on illərlə Ukraynada işləyib min bir əziyyətlə qazandığm pulu dələduzluq yolu ilə mənimsəməz. Gedin, Culfa rayonundan Nəsirullah müəllim haqda soruşun. Əgər bir nəfər desə ki, mən rüşvət almışam, bu halda 58 min dollardan imtina edərəm. Şərəf başqa şeydir...

- Bəs siz Hacıbala Abutalıbovla görüşüb onun işçisinin sizin 58 min dollarınızı aldatma yolu ilə mənimsədiyini deyərək bu işin araşdırılmasını tələb etmisinizmi?
- Mən bir neçə dəfə ona teleqrama vurdum ki, qəbul etsin. O da, mənə professor Hacıbala Abutalıbov imzası ilə cavab göndərdi ki, bu məsələni araşdırdıq, belə hal yoxdur. Mən də Prezident Administrasiyası və Milli Təhlükəsizlik Nazirliyinə yazdım ki, belə “maşennik” necə ola bilər ki, Bakı Şəhər İcra Hakimiyyəti kimi mötəbər qurumda rəhbər vəzifədə işləsin. Bundan sonra şikayətim Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi. Bu idarədə məndən izahat alınıb və hər şey hazır idi ki, Rasim Quliyevə qarşı cinayət işi açılsın. Sonra mən Volqaqrada gedəsi oldum. Müstəntiq də mənə zəng edib dedi ki, bura gələrsiniz danışarıq. Mən birinci mikro infarktı Volqaqradda aldım. Müstəntiq mənə dedi ki, bu işin aparılmasına imkan verilmədi və məsələni dayandırdılar. Sonra mən generalın qəbulunda oldum. Onun özü dedi ki, get bizi ver məhkəməyə. Bir sözlə imkan verilmədi ki, Rasim Quliyev haqqında cinayət işi qaldırılsın. Bu proses hələ də davam edir, materiallar da ordadır.

- Siz Rasim Quliyevə pul verərkən natorial qaydada onu təsdiq etmişdinizmi?
- Xeyr. Mən ona inandım. İkincisi də, mən pulu ona şahid yanında verdim. Daha mən haradan bilərdim ki, bizim işlədiyimiz dövrlə indiki dövr arasında böyük fərqlər var. Çünki indi qoyulan adamlar yerlərində deyil və heç bir həyat yolu keçməyiblər. Əgər cəbhəyə xidmət edən şəxslər sonradan gəlib YAP-ın üzvü olurlarsa , mən buna hörmət eləmirəm. Məhkəmə var,qanun var. Mən Avropa məhkəməsinə qədər gedəcəyəm. Yəqin ki, Avropa Məhkəməsində Rasim Quliyevin havadarları tapılmayacaq. Həm də Rasim Quliyev elə də nüfuzlu adam deyil. Mən onları tanıyıram, çünki qohumuq. Amma bu adam qohumluq, dostluq və etibarlılıq kriteriyalarını gözləmədi. Bu halda mən də gözləməyəcəyəm.

- Rasim Quliyev sizdən başqa şəxsidə aldadıb?
- Mən bunu deyə bilmərəm. Amma mətbuatda bu şəxslə bağlı çoxlu məqalələr yazılıb. Baxın, hazırda Hacıbala Abutalıbova qarşı iş qaldıran Arzu Məmmədovu götürək. Mən bu şəxsin ailəsini yaxından tanıyıram. Onun atası Əli kişi Ali Sovetin sədri Səkinə xanımın sürücüsü olub. Çox abırlı ailə idi. Amma Arzu Məmmədovu Bakı meriyasından işdən şıxarıblar və bu işdə Rasim Quliyevin də adı hallanır.

- Bu adamın arxasında kimlər durur?
- Hacıbala Abutalıbov dəqiq durur. Mənim bildiyimə görə, onu MTN-dən də müdafiə edirlər. Amma kim tərəfindən müdafiə olunduğunu bilmirəm. Bir də eşitdiyimə görə, sərhəd qoşunlarından onu müdafiə edirlər. Onun da kimliyini bilmirəm. Həm də mənə çatan xəbərə görə, onun Bakı Şəhər baş Polis İdarəsinin rəisi ilə uzaq qohumluğu var. Amma şəhər polisinin rəisi onu müdafiə eləməz. Çünki bu hadisələr cərəyan edəndə Rafiq Abbasov şəhərin polis rəisi deyildi. İnsan gərək şər danışmasın. Mən sona qədər bu işdə varam və haqqım bərpa edilənə qədər bu dava gedəcək.
HÜSEYN ABBASOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lütvəli Babayevlə sahibkar arasındakı qalmaqal pik həddə

    Lütvəli Babayevlə sahibkar arasındakı qalmaqal ...

    18-04-2013, 10:21

  • 
  • Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - HADİSƏ YERİNDƏN

    Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri ...

    5-11-2015, 18:35

  • 
  • Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri azaldılır

    Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri ...

    15-03-2016, 13:08

  • 
  • Lütfəli Babayevdən Prezidentə şikayət olundu

    Lütfəli Babayevdən Prezidentə şikayət olundu ...

    19-07-2013, 11:13

  • 
  • İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş

    İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş ...

    8-01-2016, 12:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu