GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bığlı, qaşlarını almayan xanımlar kişilərin...” – Psixoloqdan qalmaqallı açıqlama

“Bığlı, qaşlarını almayan xanımlar kişilərin...” – Psixoloqdan qalmaqallı açıqlama

Tarix: 20-08-2024, 13:43 Bölmə :Müsahibə Baxış: 680

Müasir dövrün ən qabaqcıl trendlərindən biri və ən əsası estetik əməliyyatlardır. Bu addımı atan insanlar üz və bədən quruluşlarını sıfırdan dəyişmək üçün müxtəlif estetik proseslərə üz tuturlar. Hətta göz rəngini bəyənməyərək, onu belə dəyişən şəxslərin sayı az deyil. Əvvəl ən çox burun əməliyyatlarına tələb var idisə, indi üz və bədənin müxtəlif nahiyələrində plastik cərrahiyə əməliyyatı həyata keçirilir. Yeni dövrün tələblərinə uyğunlaşmaq istəyən insanlar nədənsə, bu üstünlüyü sadəcə xarici görünüşünü dəyişdirməklə əldə etmək istəyirlər. Sözügedən məsələ cəmiyyətdə heç də birmənalı qarşılanmır. Estetik əməliyyatları təqdir edənlər kimi, tənqid edən şəxslər də az deyil. Maraqlıdır, 21-ci əsrin insanı niyə özünü, genetikasından gələn quruluşu bəyənmir və süni gözəllik arayışına çıxır?

Gundemxeber.az bildirir ki, mövzunun kökündə bir çox fərqli məqamlar dayanır. Psixoloq İlhamə Mustafayeva “Yeni Sabah”a açıqlamasında sözügedən məqamlara toxunub:

“Bu mövzu çox aktual və çox yaralı mövzudur. Əslində təbii olaraq öz xarici görünüşünə fikir vermək, hər zaman formada qalmaq həm fizioloji, həm gigiyenik, həm də estetik olaraq normaldır. Çünki biz cəmiyyətdə yaşayırıq və bu, bizdən səliqəli olmağı tələb edir, həm də bu bir tərəfdən də psixi sağlamlığın əsas göstəricilərindən biridir. Lakin əgər bir insan öz xarici görünüşü ilə həddən artıq məşğul olursa, hər daim özündə qüsur axtarır və bu qüsurları aradan qaldırmaq üçün davamlı prosedurlar və estetik əməliyyatlar edirsə, bu artıq psixikanın naxoşlamasıdır. Bu bir psixi pozuntudur və bunun elmi adı dismorfofobiyadır. Belə bir pozuntusu olan insanlar hansısa özəlliklərinə və qüsurlarına görə həddən artıq narahatlıq keçirirlər, xarici görünüşlərinin normal olmadığı haqda bezdirici fikirlər onları idarə etməyə başlayır. Həyəcan, təşviş və qorxu yaşayırlar. Hesab edirlər ki, bu qüsurları düzəltməlidirlər. Bu hal ən çox yeniyetmə və gənclərdə müşahidə olunur deyilsə də, orta və digər yaş qruplarında da özünü göstərir. Bu insanlar ya qüsurlarını uydururlar, ya da şişirdirlər”. 

Psixoloq qeyd edib ki, estetik əməliyyatlara tələbin artmasında əsas səbəblərdən biri bu gün cəmiyyətdə çox insanın xarici görünüş olaraq bir standart altında birləşməsidir:

“Hamı kimi olmaq, standartlara uyğunlaşma, özü kimi ola bilməmə, özünü adekvat görə bilməmə, təbiiliyindən çəkinmə və s. bu kimi məqamları özünə dərd edən insan hamının istifadə etdiyi maskanı geyinir ki, standarta uyğun olub xoşa gəlsin. Bunun da kökündə yatan əsas səbəblər özgüvən əksikliyi, özünü adekvat qiymətləndirə bilməmə, komplekslərdən asılı olmaq və s dir. ki, bu da insanı xarici görünüşü ilə daha çox maraqlanmağa və onunla həddən artıq məşğul olmağa sövq edir. İnsan beynində öz xarici görünüşü haqda bir obraz yaradır və ona uyğunlaşmağa çalışır. Bu obraz bu gün ən çox sosial şəbəkələrdə nümayiş etdirilən obrazlara yaxın olur. İnsan düşünür ki, belə olsam daha xoşa gələrəm, daha diqqət cəlb edərəm. Bu gün çox insanın gözəllik haqda obrazı cəmiyyətdə mövcud olan gözəllik obrazına uyğun olur. Əslində insan obraza aşiq olur insana yox. Necə ki əvvəl bığlı xanımlar, qaşını almayan, tüklərini almayan xanımlar kişilərin xoşuna gəlirdi, çünki o zaman cəmiyyətin gözəllik haqda yaratdığı obraz ondan ibarət idi. Bu gün isə cəmiyyətin gözəllik haqda yaratdığı obrazlara baxmaq sünilik yaradır və çox zaman ürək bulandırır”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda estetik əməliyyat bumuna koronavirus zərbəsi - 99 faiz təxirə düşüb

    Azərbaycanda estetik əməliyyat bumuna koronavirus ...

    17-08-2020, 14:22

  • 
  • Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

    Dünyanın ən "axmaq" 10 estetik ...

    20-08-2017, 14:49

  • 
  • İki uşağı olan model estetik əməliyyatda öldü

    İki uşağı olan model estetik əməliyyatda öldü ...

    16-01-2016, 12:42

  • 
  • Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

    Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra ...

    26-06-2017, 10:45

  • 
  • Göz rəngini dəyişmək istədi, kor oldu - FOTO

    Göz rəngini dəyişmək istədi, kor oldu - FOTO ...

    30-08-2017, 17:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu