GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Oğlumun qətlində əli olanları ifşa etmək üçün hüquqşünas olmağa gərək yoxdu”

“Oğlumun qətlində əli olanları ifşa etmək üçün hüquqşünas olmağa gərək yoxdu”

Tarix: 8-01-2014, 11:47 Bölmə :Müsahibə Baxış: 1 827
“Oğlumun qətlində əli olanları ifşa etmək üçün hüquqşünas olmağa  gərək yoxdu”
Mətanət Şilder: “Oğlumun qətlində əli olanları ifşa etmək üçün heç hüquqşünas olmağa da gərək yoxdu”
Yanvarın 9-da Binəqədi Rayon Məhkəməsində ötən ilin 2 mayında qətlə yetirilən 21 yaşlı alman vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl mərhumu aldadaraq maşınına narkotik atmaq istəyənlərin məhkəmə prosesi davam edəcək.

Xatırladaq ki, dəmir barmaqlıqlar arxasında olan keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Sümer Yaşar və hələ azadlıqda olsa da barəsində cinayət işi olan Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin keçmiş müavini Kənan Babayev qabaqcadan əlbir olaraq 2013-cü ilin 11 aprelində Şilder Vüsal Adolf oğlu tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər. Toplanmış faktlar üzrə adıçəkilən şəxslər və qeyriləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi, ədliyə müşaviri Pərviz İbayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 32.5, 309.2, və 308.1 maddələri ilə cinayət işi başlanlıb.

Onu da xatırladaq ki, bu günlərdə Penitensiar Xidmət yuxarıda qeyd olunan cinayətdə suçlu bilinən Türkiyə vətəndaşı Sümer Yaşarın istintaq təcridxanasında nikah mərasimini təşkil etməsi barədə məlumat yaymışdı.

Vüsal Şilderin qətliylə bağlı istintaq hələ sona çatmayıb və şübhəli şəxs qismində üç nəfər-əvvəllər iki dəfə məhkum olunmuş Şabran rayon sakini Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov və Abşeron rayon sakini Seymur Talıbov saxlanılsa da qətlin sifarişçisi kimi tanınan Xəyal Əlizadə 5 ay öncə Birləşmiş Ərəb Əmirliklərində İnterpol tərəfindən həbs olunsa da bu günədək naməlum səbəblərdən hələ də Azərbaycana ekstradisiya olunmayıb. Elə Vüsalın anası Mətanət xanım da Moderator.az saytına müraciət edərək övladının qətlə yetirilməsini və cinayətkarın qəsdən gizlədilməsini gündəmdə saxlamağı xahiş edib.

Söhbət boyu Mətanət xanım inandırmağa çalışıb ki, övladı sevdiyi qıza görə atasının sifarişi ilə qətlə yeirlib:

“Hətta narkotik atmaq məsələsin də qız özü diliylə demişdi ki,Vüsal, bu, papamın işidir. Demişdi ki, sənin maşının vurulan günü atam iş otağından girib əsəbi şəkildə çıxdı ki, bir işi də bacarıb sona çatdıra bilmirlər. Yəni pərt olubmuş ki, narkotiki niyə Vüsalın üstünə və ya maşınına qoya bilməyiblər.

- Qətlə yetirilən günə qayıdaq, ağır olsa da...

-Bilmirəm ağır cinayətlərdə (Ağır Cinayətlər üzrə İstintaq İdarəsi-red.)onu müstəntiqlər necə yazıblar, ancaq məndə olan məlumata görə axırıncı dərsdən icazə alaraq universitetdən çıxıb gəlib.Yas yerində Vüsalın bəzi tələbə yoldaşları mənə dedi ki, dərsdə Vüsala bir mesaj gəlib və oxuduqdan sonra onun rəngi ağappaq olub. Dedilər ki, guya ona Lalədən mesaj gəlib ki, tez ol universitetdən çıx qaç evə, atam səni öldürtmək istəyir. Ancaq mən bu fikirlərin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma Vüsal elə bir oğul idi ki, bəlkə lap Xəyal da zəng vurub ona desəydi ki, gəl “İlqar market”in yanına, səninlə işim var, o “otkaz” etməzdi və bilsəydi ki, onu öldürəcəklər, yenə də kişi kimi təkbaşına görüş yerinə gedərdi. Kim bilir, bəlkə də elə çağırıblar deyə gedib. Amma Vüsal mesaj yaza-yaza gedib. Çünki Vüsal qətlə yetirilən günü Adolfla məni Nərimanov “upravleniya”sına çağırdılar. Övladımın meyiti hələ evimin ortasında olduğundan getmək istəmirdim, amma xahiş etdilər ki, hökmən gəlməlisiniz. Getdim və mənə metro vaqonlarından tutmuş qələ yetirilən yerin yaxınlığınadək müşahidə kameralarının görüntüsünü göstərdilər. Orda da gördüm ki, Vüsal telefonla mesaj yaza-yaza gəlir. Qatil də Vüsaldan iki vaqon axırda olur və “Nərimanov” stansiyasında platformaya düşəndə əvvəlcə Vüsalı itirir, sonra isə boylanaraq onun arxasınca yüyürür. Metronun “İlqar market” tərəfə çıxışında “Liyfe sentre”ə gedən yolda küçənin ortasındaca oğlumu arxadan bir neçə bıçaq zərbəsiylə qətlə yetirib. Heç kim də yaxın durmayıb. Qatil də, onunla bərabər sifariş almış daha bir neçə nəfər həbs olunub. Ancaq hələlik əsas qətl sifarişçisi kimi tanınan Xəyal Dubaydan gətirilmədiyindən istintaq başa çatmır.

-Xəyal kimdir?

-Tariyel Ağayevin yeznəsidir və yayda İnterpol xəttiylə Dubayda həbs olunsa da min bir bəhanəylə onu neçə aydır gətirmirlər. Bilirlər ki, Xəyal da əsl sifarişçinin kimliyini demək zorunda qalacaq. Daxili İşlər Nazirliyi Xəyal Əliyevin İnterpol xəttiylə Birləşmiş Ərəb Əmirliklərində həbs olunmasıyla bağlı rəsmi xəbər yaydıqdan 10 gün sonra Xəyalın arvadı Dubaydan mənə zəng vurdu və həmin nömrəni o vaxtdan “zapis” də etmişəm. Dedim hansı üzlə mənə zəng vurursan? Dedi ki, mən onlardan deyiləm və bilirdim ki, axırda mənim ərim arada qalacaq. Daha nə qalmadı desin atası barədə? (Mətanət xanım qızının atası barədə işlətdiyi yazılması mümkün olmayan ifadələri söyləsə də oxucuların oxumaması məsləhətdir). Dedi ki, atam qızlarının üçünü də bədbəxt elədi, bizi düşünmədi. Bacım da bizim həyatımızla oynayıb bədbəxt elədi. İndi mənim uşaqlarım yetim qaldı. Dedim hansı üzlə uşaqlarının gələcəyindən danışırsan, bəs mənim oğlum övlad deyildi? Qayıtdı ki, inanmarsan, ancaq iki aydı sənin balan üçün də ağlamışam. Mən yeri gəlmişkən bir epizod deyim və ola bilsin istintaq üçün də istəsələr maraqlı ola bilər. Xəyalın arvadıyla bir neçə dəfə mesajlaşmışdım və xeyli dəhşətli şeylər yazmışdı, mən də onların hamısın telefonumda “zapis” etmişdim. Ancaq o zapislərin hamısı birdən-birə telefonumdan yoxa çıxdı. Nə möcüzəydisə bilmədim ki, o mesajlar telefonumdan necə yoxa çıxdı?

-Azərcell nömrədə idi?

-Bəli, mənim “Blakbery” telefonumdan itdi həmin mesajlar.

- Bu barədə istintaqa məlumat vermisinizmi?

- Bəli, işi aparan Pərviz müəllimə demişəm.

- Vüsal qətlə yetiriləndə ölkə mətbuatında Almaniya hökumətinin və həmin ölkənin Azərbaycandakı səfirliyinin çox ciddi narahatçılıq ifadə edən açıqlama yaydığı barədə fikirlər getmişdi. Siz bir zərərçəkmiş kimi müraciət edərək rəsmi Berlindən kömək istəmişdiniz, yoxsa təşəbbüs özlərindən gəlmişdi?

- (Bu yerdə Mətanətin həyat yoldaşı Adolf Şilder sualımıza cavab verir və bildirir ki, mayın 2-də Vüsal qətlə yetirilib, bir gün sonra isə Almaniya səfirliyndən zəng vurub həm başsağlığı veriblər, həm də istintaqın gedişini ciddi nəzarətdə saxlayacaqlarını bildiriblər. Hətta alman kriminal polisinin də bu işə qarışacağını söz veriblər)

- Onlar verdikləri vədə əməl etdilərmi? Almaniyadan hər hansı istintaq qrupu Bakıya gəldimi?

- Mən bu barədə maraqlanmışam, deyiblər ki, onlara gəlib istintaqın gedişini öyrənmək və ya müdaxilə etmək üçün Azərbaycandan rəsmi icazə verilməlidir, ancaq bu günədək onlara məlum olmayan səbəbdən bu icazə verilməyib. Biz Almaniyaya da getdik və Berlində bizi alman kriminal polisi və federal prokurorluğu düz 7 saat dindirdi. Orda bizə bildirdilər ki, biz bu cinayətin sifarişçisini də ifşa edə bilərik, ancaq bunun üçün Azərbaycan bizə müraciət etməlidir ki, Bakıya istintaq qrupu göndərilsin.

-Vüsalın qatilini neçə günə tutdular?

- Qətlin səhərisi günü. Məni də çox maraqlandırdı ki, bizimkilərdən nə əcəb onu belə tez tutdular? Mən istintaqda Pərviz müəllimə də bunu dedim ki, xeyir ola belə tez tapıldı, əlinizlə qoymuşdunuz? Cavab verdi ki, sevinin də, belə işləyirik. Dedi ki, bizə lap yuxarıdan qəti tapşırıq gəldi ki, bu işi tez açmalısınız, qətlə yetirilən alman vətəndaşıdır, biz də gecə-gündüz yatmadıq, açdıq.

- Əgər Vüsalı qətlə yetirən bir nəfər olubsa və bu müşahidə kamerasına da düşübsə, niyə qatillə birlikdə daha bir neçə nəfər həbs edilib?

- Onlar hamısı deyiblər ki, qətli filankəs sifariş edib, neçə nəfərə pul verilib ki, bu qətl törədilsin, “çerez-çerez” bu iş gəlib çıxıb ora, Xəyalda artıq dayanıb. Yəni həbs olunanlar deyir bizə Xəyal sifariş verib. Xəyal da gəlib deməlidir ki, ona kim sifariş verib. Mən baş açmıram, Xəyal neçə aydır tutulub, amma qəsdən gətirmirlər ki, əsas sifarişçinin adı ortaya çıxmasın.

-Vəkiliniz kim olub?

- İlk gündən vəkilim yox, bacımın hüquqşünas həyat yoldaşı nümayəndəm olub. Amma indi Aslan İsmayılovla müqavilə bağlamışıq, həm Vüsalın qətli, həm də qətldən bir neçə gün öncə onun maşınının qəsdən vurulması və üstünə narkotik qoyulması cəhdinə görə cinayət işlərində nümayəndəmiz olacaq. Neçə dəfə yeznəm gəldi ki, Bərdə rayonunun keçmiş icra başçısı, Taryel Ağayevin bacısının həyat yoldaşı Elman Allahverdiyev gəlib yanıma xahişə ki, Mətanət xanımla görüşmək istəyirik. Mən də onunla görüşdən imtina etdim və xəbər göndərdim ki, siz mənim övladımı sifarişlə qətlə yetirmisiniz, hansı üzlə qarşıma çıxıb nağıl quraşdırmağa çalışırsınız?

- Vüsalın qətliylə bağlı qarşı tərəfdən kimləri dindiriblər?

- Pərviz İbayev deyir ki, Laləni dindirmişik. Amma mənə də çox maraqlıdır ki, adı hər yerdə keçən Taryel Ağayev dindirlib, ya yox. Dəfələrlə müstəntiqdən soruşsam da cavab ala bilməmişəm ki, istintaq sirridir. Tək bu məsələ deyil. Haçan dərinə gedirəm, mənə deyirlər ki, bu istintaq sirridir. Amma əsl sirr elə onların bu işi ciddi cəhdlə ört-basdır etmələridir.

- Laləylə Vüsalın münasibətləri nə vaxt başlamışdı?

-Oğlumun qətlə yetirilməsindən bir il öncə Lalənin anası da onların münasibətlərini bilirdi, Lalənin bacısı Sürəyya və hətta evlərində qulluqçu işləyən Kəmalə də, şoferləri Rahim də. Yaşadığımız binanın “oxran”ları da hamısı bu münasibətlərin hansı səviyyədə olduğunu və Lalənin sürücüsünün hər dəfə gəlib burdan Vüsalı necə aparmasını bilirdilər. Amma mən bilmirəm ki, Taryel Ağayevin əvvəldən bu münasibətlərdən xəbəri olub, yoxsa sonradan ona deyiblər.

- Vüsalın qətlindən sonra Elman Allahverdiyevdən başqa sizinlə görüşmək istəyənlər oldumu?

- Mən onların hamısından imina etdim. Necə ki, onlar vaxtilə demişdilər ki, bizim onlara veriləsi qızımız yoxdur, heç mən də özümü sındırmadım ki, bu cür adamlarla sonradan görüşməyin nə mənası?

- İstintaqın gedişi barədə sizi vaxtaşırı məlumatlandırırlarmı?

- Qətiyyən. Min dəfə zəng vuranda kəlbətinlə bir söz ala bilirik. Elə bir söz əzbərləyiblər ki, isintaq sirridir və s. Ancaq mən sirrin əslində nə olduğunu bilirəm və onu da deyim ki, hər iki cinayət işini açıb günahkarları ifşa etmək üçün heç hüquqşünas olmağa da gərək yoxdu, o qədər aydın görünür ki, kimin hansı işlər çevirdiyi. Sizə bir məqamı deyim. Maşın vurulması məsələsində artıq isintaq yekunlaşıb və məhkəmə gedir. Orda İlham Məmmədov deyir ki, mən sadəcə Vüsalı tutub onun telefonuna baxmaq istəyirdim görüm qohumum Lalənin nömrəsi onun telefonunda varmı? Amma Vüsal qətlə yetirilən kimi Laləylə danışdığı telefonu o dəqiqə yoxa çıxıb. Vüsalın iki nömrəsi vardı, onun birindən ancaq Laləylə danışırdı. Bəlkə elə həmin vaxt İlham orda olub, kənardan məqam gözləyib, Vüsal yerə yıxılanda qarışıqlıqdan istifadə edərək gəlib telefonu götürüb.

- Telefonla bağlı istintaq nəsə öyrənə bilibmi?

- Guya axtarırlar. Ancaq boş şeydir. Amma o telefonda çox şeylər vardı. Orda Lalənin sonsuz sayda mesajları vardı. Özü də elə mesajlar idi ki, onları oxumaqla çox şeylərin üstünü açmaq mümkün olsun. Vüsalın telefonunun o birisi də istintaqdadır. Mən Nərimanov polisində olanda onun telefonuna dayanmadan zənglər gəlirdi, polis açmağa icazə vermədi. Ancaq baxdım ki, Lalə zəng edir. Sadəcə polislər məndən soruşdu ki, bu Lalə kimdir? Dedim sevdiyi qızdır. Amma artıq polisdən evə qayıdanda Lalə mənim öz nömrəmə zənglər elədi və sonradan mesajlar yazdı(mesajları bizə göstərir. Mesajda Lalə atasının ünvanına sonsuz ittihamlar yazaraq Vüsalsız yaşamaq istəmədiyini və əlində silah bu mesajı yazdığını bildirir və onun yanında dəfn olunmasını vəsiyyət edir-red.).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüsal Şilderin qatillərini kim himayə edir

    Vüsal Şilderin qatillərini kim himayə edir ...

    8-05-2014, 11:01

  • 
  • Azərbaycanlı məmurun kürəkəni tutuldu

    Azərbaycanlı məmurun kürəkəni tutuldu ...

    23-08-2013, 17:33

  • 
  • Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

    Tariyel Ağayevin adı hallanan cinayət işində ...

    19-02-2015, 23:55

  • 
  • Vüsal Şildlerin qatilinin barəsində axtarış elan edildi

    Vüsal Şildlerin qatilinin barəsində axtarış elan ...

    29-02-2016, 13:36

  • 
  • Kənan M.M həbs olundu

    Kənan M.M həbs olundu ...

    30-07-2014, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu