GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qəzetlər bu liderləri, o cümlədən məni yadlarından çıxarmalıdır”

“Qəzetlər bu liderləri, o cümlədən məni yadlarından çıxarmalıdır”

Tarix: 13-01-2014, 09:45 Bölmə :Müsahibə Baxış: 576
  “Qəzetlər bu liderləri, o cümlədən məni yadlarından çıxarmalıdır”
Rəsul Quliyev: “Azərbaycanda cəmi bir neçə aya müxalifət güclənə bilər”
Milli Məclisin sabiq sədri Rəsul Quliyev “Yeni Müsavat”a gündəmi əhatə edən mövzularla bağlı eksklüziv müsahibə verib. Onunla müsahibəni təqdim edirik.
- Ölkədə hazırda hökm sürən siyasi durum haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Paradoksal görünsə də, ölkənin daxilində heç bir siyasi vəziyyət yoxdur. Faktiki olaraq 2005-ci il parlament seçkilərindən sonra durğunluğa (sovet dövründə 1975-82-ci illərdə olduğu kimi) start verilib və bu il “inkişafın” bu mərhələsi yuxarı fazasındadır. Hökumət nəzərdə tutduğu işlərini görür. Camaatın, o cümlədən özünü müxalifət adlandıranların fikirləri ilə heç maraqlanmır. Xüsusi xidmət orqanlarının belə diqqəti ehtimal edilən terrorçular, narkotik biznesi ilə məşğul olanlara, bizneslərdən pul qazanıb “haqqını” ödəməyənlərə yönəldilib. Müxalifətdən olanların telefon danışıqlarına qulaq asmaq, izləmək kimi xarakterik işlərini dəfələrlə zəiflədiblər. Agentlərinə qulaq asmaq da ikinci plana keçib, çünki müxalifəti zəiflətmək üçün plan qurmaq lazım deyildir, onlar artıq bir-birlərini yox ediblər. Bu gün hökuməti Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və xüsusilə Türkiyə müxalifəti daha çox maraqlandırır nəinki daxilində olanlar. Konveyer şəklində hər iki-üç aydan bir kimlərisə həbs edirlər, sanki müxalifətə çaşıb hökumətin mövcudluğunu unutmasının təhlükəli olduğunu xatırladırlar. Azərbaycanlıların bu günlərindən narazı olanlar və bu günlərinə şükür edənlər daxili auditoriyada olan fikirlər kontekstində bir-birini neytrallaşdırıb, faktiki olaraq onlar heç nə istəmirlər.

- Müsavatın Milli Şuradan çıxmasını necə qiymətləndirirsiniz?

- Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən bir hadisə kimi. Bu, əslində və reallıq nöqteyi-nəzərindən iki çəkisiz təşkilatın (kosmosdakı kimi) varlığı vakuum olan bir “təşkilatda” hegemonluq uğrunda mübarizəsidir. Bu heç Don Kixotun yel dəyirmanı ilə vuruşması da deyildir. Orta məktəbi pul vermədən qurtaranların hamısı çəkinin qravitasiyadan asılı olduğunu bilir, yəni qravitasiya yoxdursa, çəki də yoxdur. Müxalifətin çəkisi isə xalqın dəstəyindən asılıdır, bu yoxdursa, deməli, müxalifət yoxdur. Bizim müxalifət, məsələn, özünü Ukraynanın da müxalifəti adlandıra bilər. Belə vəziyyətdə Azərbaycanın müxalifəti olmaqla başqa ölkənin müxalifəti olmaq arasında fərq yoxdur. Belə ki, onlar özlərini transkontinental və ya universal müxalifət də adlandıra bilərlər. Xalq Cəbhəsi Partiyasının primitiv yolla olmayan - MŞ-da cəbhənin passiv üzvü Cəmil müəllim vasitəsilə hegemonluq etmək istəyi, təbii ki, Müsavat Partiyasının protesti ilə üzləşəcəkdi. Bunu hər halda babat təhsil almış 7-ci sinif tələbəsi də anlamalı idi. Nəyə, hansı səbəbə görə cəbhəçilər Müsavatın ancaq 7-ci sinif təhsili görməyənlərdən ibarət olduğunu düşünürdülər? Çox ehtimal ki, bu onların Müsavatı minlərlə müxalifət partiyasının yerləşə biləcəyi vakuum qabından vurub çıxartmaqla bir nömrəli çəkisiz partiya olmaq istəyindən irəli gəlib.

“Hansı səbəbə görə cəbhəçilər Müsavatın ancaq 7-ci sinif təhsili görməyənlərdən ibarət olduğunu düşünürdülər?”


- Müsavatla əməkdaşlığınız mümkündürmü?

- Müsavatla əməkdaşlıq həmişə mümkündür, ancaq 20 illik fəaliyyəti ilə Azərbaycanı bu vəziyyətə gətirib çıxardan liderlərinin tamamilə istefası və yeni qüvvələrin öz plan və proqramları ilə partiyanın rəhbərliyinə gəlməsindən sonra. Mən həm Xalq Cəbhəsi, həm də Müsavatdan olan liderləri başa düşürəm. Onların şüar deməkdən başqa sənəti yoxdur. Gündə sizin qəzetinizdə bir neçə partiya funksioneri hansı isə absurd şeylərdən danışır. Aydındır ki, bu intellektlə ancaq şüar demək olar. Məsələn, tarixçiləri nə işlə məşğul olmalıdır? Bu günü analiz edə bilməyən necə tarixlə məşğul ola bilər? Özünün hüquqlarını müdafiə edə bilməyən necə hüquqda çalışa bilər və sair. Paradoksal bir vəziyyətdir, peşəsi olmayan, özünə heç vaxt iş tapa bilməyənlər (ancaq Azərbaycanda) müxalifət peşəsini seçiblər, ölənə qədər onları oradan qopartmaq mümkün olmayacaq. Belə çıxır ki, həyatda peşə qazana bilməyən adamların ucbatından xalq heç vaxt öz azadlığı uğrunda mübarizə apara bilməyəcək. Bəlkə bu partiyalar siyahılarını tərtib etsinlər və biz xalqa onların çıxıb getməsi şərti ilə ianə toplamaq müraciətini edək, bilmirəm.

- Yeni partiya yaratmaq istəməyiniz haqda deyilənlər doğrudurmu?

- Yeni partiya yaratmaq fikrim yoxdur, yaradılacaq qurumlardan hansına isə dəstək verməklə kifayətlənəcəyəm.

- İndiki şəraitdə müxalifət düşərgəsinin güclənməsi mümkündürmü, sizcə?

- Azərbaycanda cəmi bir neçə aya müxalifət güclənə bilər, onun üçün bir neçə şərtlər var:
1. İndiki liderlər konfranslarını çağırıb başda özləri olmaqla 5 ildən artıq rəhbər vəzifədə olanların hamısı ilə istefaya getməlidirlər, hökumət kimi, “konfrans məni buraxmadı” və sair ucuz oyunlar oynamamalıdırlar.

2. Qəzetlər bu adamları, o cümlədən məni yadlarından çıxarmalıdır. İnformasiya texnologiyaları hər bir şəxsin fikirlərini internet vasitəsilə geniş kütləyə çatdırmaq imkanını verib, qəzetlər istəsə həmin səhifələrdən maraq doğuran fikirləri verə bilər. Çünki Azərbaycanda xalqın belə passiv olması üçün heç bir səbəb yoxdur. Hökumət tərəfindən olan repressiyalar hər halda 1937-ci ildə baş verənlər deyildir. Hətta 1988-ci illə müqayisədə daha zəifdir. Orta yaşayış səviyyəsi çox ağırdır, sadə xalqın (əhalinin 90 faizinin) öz bacarığına söykənərək qabağa çıxmaq şansı yoxdur və sözsüz, istənilən xalq, hətta azərbaycanlılar buna müqavimət göstərməlidirlər. Bugünkü müxalifət meydanı boşaltsa, nəinki yeni nəsildən, hətta hökumətdə olanlardan müxalifət formalaşacaq. Bu müxalifət bu gün hakimiyyət tərəfindən cəmiyyətə düşmən qüvvələr kimi təqdim edilir, əslində isə oksigeni olmayan havadır, heç nəfəs almağa da yaramır. Ona görə də hökumət bu liderlərin istefa verməsinə heç vaxt rəvac verməyəcək. Müxtəlif şirnikləşdirməklə, məsələn, parlamentdə kiməsə 2-3 yer vermək təklifi ilə onları arenada saxlayacaq. Hətta bəzilərini “istefa versən, səni həbs edəcəyik”lə hədələyəcəklər.

“Bu gün hökuməti Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və xüsusilə Türkiyə müxalifəti daha çox maraqlandırır, nəinki daxilində olanlar”


- Hakimiyyəti yaranmış vəziyyətdə rəqibsiz hesab etmək olarmı?

- Müxalifətin 20 illik siyasəti nəticəsində hökumətin daxilində belə müxalifət yoxa çıxıb. İstənilən ölkədə əgər repressiyalarla müxalifət susdurulursa, hökmən hökumətin daxilində müəyyən bir müxalifət yaranır. Bütün ölkələrdə: Çin, Rusiya, Belarus, hətta Şimali Koreyada da bu hal var. Azərbaycanda isə yoxdur. Çünki Azərbaycanda müxalifət müqəvvaları ilə hökumətdə olanları qorxudurlar. Əlahəzrət neft qiyməti və miqdarı ilə ölkədə tufan yaratmasa, hökumət 2 -3 ildən bir bu müqəvvaların paltarını təzələyib, yenidən müxalifət kimi təqdim edəcək. Mən müxalifət liderlərinin nəyəsə qadir olduqlarına inanmalarına inanmıram, hər halda onlar 7 sinfi qurtarıblar. Vəziyyətdən çıxış yolunu nədə görməyimi isə yuxarıda qeyd etdim.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyev Rza İbadovdan danışdı: “Onun varlığını unutmuşam”

    Rəsul Quliyev Rza İbadovdan danışdı: “Onun ...

    1-05-2013, 11:28

  • 
  • Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya

    Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya ...

    24-07-2013, 11:35

  • 
  • Arif Hacılıdan Rəsul Quliyev və Lalə Şövkət haqda sərt sözlər

    Arif Hacılıdan Rəsul Quliyev və Lalə Şövkət haqda ...

    1-11-2013, 11:38

  • 
  • Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi

    Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi ...

    25-06-2013, 18:39

  • 
  • Rəsul Quliyev prezidentlik iddiasındadır

    Rəsul Quliyev prezidentlik iddiasındadır ...

    31-07-2013, 10:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu