GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Vurğun Əyyub: Vətəndaş öz seçiminin də arxasında dayanmağı bacarmalıdır

Vurğun Əyyub: Vətəndaş öz seçiminin də arxasında dayanmağı bacarmalıdır

Tarix: 28-12-2012, 11:20 Bölmə :Müsahibə Baxış: 932
Vurğun Əyyub: Vətəndaş öz seçiminin də arxasında dayanmağı bacarmalıdır
“İndiki şərait 2003-cü ildəki şəraitdən daha yaxşıdır”

Əbülfəz Elçibəy hökumətinin ölkə tarixində ilk dəfə olaraq xaricdə təhsil almağa tələbə göndərməsinin 20 illiyi qeyd edilir. Bu məqsədlə tədbir keçirilib, bu işdə əməyi keçməyən şəxslər fikirlər bildirib, reaksiyalarını açıqlayıblar. Çatan xəbərlərə görə, Türkiyəyə minlərlə tələbəninin göndərilməsinin memarı olan Əbülfəz Elçibəyin, eləcədə onun hökumətində təhsil naziri vəzifəsini tutan Firudin Cəlilovun və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olan Vurğun Əyyubun adı qeyd edilməyib. Xüsusilə, Türkiyəyə tələbə göndərmək məsələsində xüsusi rolu olan Vurğun Əyyub bu tədbirə dəvət edilməyib. Elçibəy hökumətinin ölkənin təhsil sistemində atdığı cəsarətli addımların unutdurulması üçün edilən cəhdlərin 20-ci ildönümündə yaranan suallarımıza Vurğun Əyyub cavab verir.

- Vurğun bəy, 1992-ci ildə Türkiyəyə göndərilən tələbələrin 20-ci ildönümüdür. Bununla bağlı tədbir təşkil edilib. Yüzlərlə tələbənin Türkiyəyə göndərilməsində sizin də rolunuz olub. Siz bu tədbirə dəvət edilmişdinizmi?
- Sizə deyim ki, Türkiyəyə tələbə göndərilməsi prosesi 1991-ci ildə başlamışdı. O zaman Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətdə deyildi. Amma Əbülfəz Elçibəyin böyük zəhməti və ona olan böyük hörmət səbəbindən biz 1991-ci ildə Türkiyəyə 50 nəfər tələbə göndərdik. Ancaq bunun Təhsil Nazirliyinə aidiyyəti yox idi. 50 nəfərlik tələbə yeri AXC üçün ayrılmışdı. İmtahanların keçirilməsi də AXC-yə həvalə edilmişdi. Sadəcə olaraq tələbələrimizin sənədləşdirilməsinin qanuni olması üçün Təhsil Nazirliyi bu prosesə cəlb olunmuşdu. 1992-ci ildə isə AXC hakimiyyətdə idi və yenə də Əbülfəz Elçibəyin böyük nüfuzu hesabına Azərbaycandan Türkiyəyə 2 minə yaxın tələbə göndərildi. O zaman baş nazirin müavini olan Firudin Cəlilovun bu işdə böyük zəhməti var idi. Firudin Cəlilovun arzusu ilə mən də bu prosesə qoşulmuşdum. O zaman Türkiyədən Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzindən bura bir nəfər gəlib imtahanların təşkilində bizə köməklik etməli idi. Amma bu adam gəlib çıxmaq bilmirdi. Bu səbəbdən də, mən, Misir Mərdanov və Zakir Hüseynov Türkiyəyə getməli olduq. Biz Türkiyədə olan zaman bəlli oldu ki, Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzindən Nihal xanım Bakıya gəlib. Biz də sonra geri qayıtdıq. Nihal xanımın köməyi və tövsiyəsi əsasında bu imtahanlar baş tutdu. Onu da deyim ki, bu test üsulu ilə keçirilən qəbul deyildi. Sadəcə testlər hazırlanmışdı və tələbələr bu testə cavab vermişdilər. Müəllimlər bu cavabları qiymətləndirdikdən sonra Nihal xanım cavabları Türkiyəyə apararaq öz sistemlərinə uyğunlaşdıraraq tələbələr üçün yerlərin ayrılması işini həyata keçirmişdi. Təbii ki, bizim arzumuz o idi ki, Türkiyə təhsil sistemində təhsil alan tələbələrimiz müəyyən bir ixtisas sahibi olub Azərbaycana qayıdaraq dövlətin qurulması və inkişafı üçün öz köməkliklərini göstərsinlər.

- 20 il əvvəl oxumaq üçün Türkiyəyə göndərdiyiniz tələbələrlə əlaqələriniz varmı?
- Bu tələbələrin müəyyən hissəsi ilə bu gün də münasibətim var, əlaqə saxlayırlar. Bəziləri ilə hətta bir yerdə çalışıram. Bir sözlə əlaqələrim üzülməyib. Onlar da 20 il əvvəlki həyəcanlı günləri xatırlayır və obyektiv imtahan keçirdiyimiz üçün təşəkkürlərini ifadə edirlər.

- Minlərlə tələbəni Türkiyədə ali təhsil almağa göndərməkdə məqsəd bu gənclərin potensialından dövlətçiliyin inkişafı üçün istifadə etmək idi. Bəs bu məqsədə nail ola bildinizmi?
- 1992-ci ildə Türkiyəyə göndərdiyimiz tələbələrin bəziləri geri döndükdən sonra onlara qarşı ayrıseçkilik siyasəti aparılıb. Onlardan bəzilərinə iş verilmədiyi üçün Türkiyəyə geri döndü. Bəziləri özəl sahədə çalışırdılar. Hətta Türkiyədə ali təhsil alan, magistratura bitirən insan üçün çox aşağı hesab olunan və hətta orta məktəbi zorla bitirən şəxslərlə birgə çalışırdılar. Təbii ki, bunlar ürək ağrıdan hallardır. Amma o illərdə Türkiyəyə təhsil üçün göndərilən tələbələrimizin bir hissəsi indi dövlət vəzifələrində, ali məktəblərdə çalışırlar.

- Türkiyəyə ilk tələbə göndərilməsinin 20 illiyi ilə bağlı keçirilən tədbirə siz dəvət olunmuşdunuzmu?
-Xeyr. Mənim bu haqda məlumatım yoxdur.

- Tələbələrin Türkiyəyə təhsil üçün göndərilməsi haqda siyasi qərar Əbülfəz Elçibəyə aid olsa da, məsələnin əsas hissəsini siz və Firudin Cəlilov həyata keçirib. Bu mənada sözü gedən tədbirə sizin dəvət olunmamanız sayğısızlıq deyilmi?
- Bir daha qeyd edim ki, mənim nə belə bir tədbirin olduğundan məlumatım var, nə də buna görə inciyirəm. Açığı, mənim umacağım da yoxdur. Tarixi obyektiv araşdırmaq baxımından məsələyə yanaşsaq əlbəttə ki, bu tədbirin təşkilatçıları düzgün yol tutmayıblar.

- Bu tədbiri kim təşkil edib?
-İnanın ki, mən bununla maraqlanmamışam və nə incikliyim, nə də umacağım yoxdur.

- Bu yubileylə bağlı Aqil Səmədbəylinin təşəbbüsü əsasında İstanbulda da tədbir keçirilməsi planlaşdırılırdı. Bundan xəbəriniz varmı?
-Xeyr, məlumatım yoxdur.

- Vurğun bəy, Müsavat Partiyası Divanının sonuncu iclası haqda mətbuata verilən xəbərdə deyilirdi ki, siz və daha bir neçə şəxs xarici təşkilatlarla keçirdiyiniz görüş haqqında məlumat vermisiniz. Söhbət hansı görüşlərdən gedir?
- Burada diqqətsizliyə yol verilib. Divanda söhbət görülən işlərdən gedəndə, mən bu haqda danışmışam. Yəni söhbət görüşdən deyil, görülən işlərdən gedir. Məndə bu haqda məlumat vermişəm.

- Bu gün sizin partiyanın apardığı siyasət, xüsusilə seçkilərə münasibət müttəfiq partiyalar tərəfindən kəskin tənqid edilir. Bu məsələlərlə bağlı nə deyə bilərsiniz?
- Siz deyirsiniz ki, Müsavat Partiyasının siyasəti tənqidlə qarşılanıb. Mən belə bir tənqid görməmişəm. Müsavat Partiyasının Divanı Məclisinə tövsiyyə edib ki, partiyanın 2013-cü il prezident seçkilərində iştirak və bu seçkilərdə başqan İsa Qəmbərin namizədliyinin irəli sürülməsi məsələsinə baxsın. Bu da bizim müttəfiqlərimizlə birlikdə qəbul etdiyimiz sənədlərə, xüsusilə İctimai Palatanın son qərarının heç bir bəndinə zidd deyil. Bu həm də müxalifətin seçkilərdə bir namizədlə iştirakı haqda xəttinə zidd deyil. Əvvəlcə seçkilərdə iştirak haqqında qərar və namizədlik məsələsi olmalıdır ki, bundan sonra namizədlərin içərisindən vahid namizədin seçilməsi haqda qərar verilə bilsin. Hesab edirəm ki, proses qaydasında gedir. Ola bilsin ki, bu proses kimlərisə qane etmir. Zənnimcə, bu fikirdə də həqiqət var.

- Müxalifətin 2013-cü il seçkiləri, bu seçkilərdə iştirakı, taktika və strategiyası haqqında sizin düşüncələriniz nədən ibarətdir?
- Strategiya və taktika İctimai Palatanın sənədlərində kifayət qədər açıqlanıb.

- Söhbət sizin fikirlərinizdən gedir...
- Mənim fərqli fikrim yoxdur. Mən görürəm ki, müxalifət daxilində, xüsusilə İctimai Palatada hansısa ziddiyyətlərin olması haqqında fikirlər yalnız sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarındadır. Bunların bəziləri səmimi narahatçılıqdan doğan fikirlərdir. Amma qəsdən, sifarişlə şişirdənlər də yox deyil.

- Siz 2013-cü il prezident seçkilərində müxalifətin şanslarını necə qiymətləndirirsiniz, uğur əldə etmək imkanları hansı həddədir?
- Siyasətçi nəyəsə inanmırsa, ümid görmürsə, onun siyasətlə məşğul olması sadəcə olaraq gülüncdür. Təbii ki, biz bu ümidləri, imkanları görürük və ona görə də mübarizədəyik. Yoxsa bəzilərinə elə gəlir ki, siyasətlə məşğul olmaq kef çəkməkdir. Yəni vaxtından və enerjindən ayırıb bu işlərə sərf edirsən. Əgər buna inanmırsansa və imkanlar yoxdursa nəyə görə bu adamlar bu qədər zəhmətə qatlaşırlar. Demək istəyirəm ki, həm də sizin sualınız bir qədər ritorik üslubdadır.

- Gəlin açıq danışaq! Azərbaycan müxalifəti ya son 20 ildə bütün seçkiləri uduzub, ya da seçkini udsa belə qələbəsini təmin edə bilməyib. Söhbət bundan gedir və burada həm də məsuliyyətsizlik məsələsi var. Bu hal sonsuza qədər davam edə bilərmi?
- Əlbəttə, bu prosesin sonsuzluğa qədər davam edə bilməməsi fikri ilə razıyam. Amma məsələnin başqa tərəfi də var. Məsələn, mən onunla razı deyiləm ki, xalq səsini verib və müxalifət də gedib bu qələbəni reallaşdırsın. Məncə, bu doğru yanaşma deyil. Ümumiyyətlə bu mümkün olan bir şey deyil. Çünki qarşımızdakı rəqibin əlində böyük inzibati resurslar var. Bu resursları hakimiyyət bütün gücü ilə üzərimizə yönəldib. Hakimiyyətin zor aparatının qarşısında dayanmaq üçün həm də səs verənlərin böyük çoxluğunun köməyi lazımdır. Ümumiyyətlə mən anlamıram ki, səs verənlər kimə minnət qoyurlar. Səs verən vətəndaş öz haqqının qorunması üçün seçim edir və seçiminin də arxasında dayanmağı bacarmalıdır. Lakin bununla yanaşı, mən qətiyyən müxalifət partiyalarının və liderlərinin məsuliyyətini kənara qoymaq istəmirəm. 2003-cü il və ya sonrakı seçkilərdə indiki mühit yox idi, beynəlxalq rəy fərqli idi. Bu barədə danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, indiki şərait 2003-cü ildəki şəraitdən daha yaxşıdır.

- Bəs “bütün hallarda mən seçkidə iştirak edəcəyəm” bəyanatı verən İsa Qəmbərin nüfuzu, populyarlığı 2003-cü illə müqayisədə artıb, yoxsa azalıb?
- Mən hesab edirəm ki, İsa Qəmbərin nüfuzu indi daha çoxdur.Amma bu mənim subyektiv fikrimdir və mənim fikrimi də başa düşmək olar. Çünki mən Müsavat Partiyasının rəhbərliyindəyəm və Müsavatın gücünü daha aydın şəkildə görürəm. Amma bundan istifadə edərək guya Müsavat özündən başqa heç kimi tanımır düşüncəsi təmamilə yanlışdır. Müsavatın heç bir sənədində və rəhbərliyində təmsil olan şəxslərin dilindən belə ifadə səslənməyib. Müsavat Partiyası dəfələrlə vurğulayıb ki, biz seçki prosesində heç nəyi istisna etmirik. İsa bəyin “namizədliyimi verəcəyəm və qələbə çalmaq əzmindəyəm” fikrindən də Müsavata qarşı istifadə etmək ümumiyyətlə gülüncdür. Biz Müsavat Partiyası olaraq düşünürük ki, seçkilərdə iştirak etmək lazımdır, amma prosesin elə məqamı çata bilər ki, seçkini boykot etmək və ya seçki prosesində elə namizəd daha şanslı görünə bilər ki, bütün müxalifət qüvvələri və Müsavat da onu müdafiə edə bilər. Bu fikirlər Müsavatın başqanı tərəfindən dəfələrlə deyilib və bundan sonra da deyiləcək.

- Sizcə, 2013-cü il son şansdır?
- Kimin son şansıdır?

- İndiki müxalifət liderlərinin...
- Siz də görürüsünüz ki, məmləkətimizdə görücülər, baxıcılar və falçılar meydan sulayırlar. Hansını dindirəndə deyir ki, məndən güclüsü yoxdur. Siyasət isə falçılıq deyil. Əksinə, siyasət konkret fəaliyyətdir. Biz fəaliyyətimizi göstəririk. 2013-cü il seçkilərindən sonra nələrin olacağını da görəcəyik və xalq da o zaman öz qiymətini verəcək. Təbii ki, heç kim siyasətdə və başqa sahələrdə, hətta dünyada əbədi deyil. Hər şeyin bir sonu olur. Siyasətlə məşğul olan adam üçün hakimiyyət heç vaxt məqsəd ola bilməz. Əgər hakimiyyətə gəlmək məqsəd olacaqsa, bu siyasətin sonu indidən bəllidir. Ona görə də, müxalifət ölkə və vətən üçün fəaliyyətini göstərir. Bu fəaliyyəti necə qiymətləndirmək isə seçicinin və vətəndaşın işidir. Odur ki, öncəgörənlik eləməyək.
HÜSEYN ABBASOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən danışdı

    Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən ...

    23-12-2013, 12:23

  • 
  • Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır etməkdə suçladı

    Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır ...

    13-10-2014, 14:02

  • 
  • Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama

    Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama ...

    29-09-2014, 12:37

  • 
  • 4 iyunda devrilən hakimiyyət  komandası-SİYAHI

    4 iyunda devrilən hakimiyyət komandası-SİYAHI ...

    4-06-2013, 18:01

  • 
  • Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı - SİYAHI

    Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı ...

    15-12-2014, 15:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu