Azərbaycanda müstəqil mətbuat ciddi şəkildə basqılarla üzləşməkdədir. Ötən ilin sonlarında Azərbaycanın paytaxtında qəzetlərin metroda satışına məhdudiyyətlər qoyulmağa başlandı. Daha sonra isə Bakıda səyyar qəzet satışı ilə bağlı olaraq qadağalar tətbiq edilir. Bu problemlə bağlı olaraq artıq ölkənin müstəqil mətbuat orqanları faktiki olaraq mütəşəkkil şəkildə etiraz etməyə hazırlaşırlar. Bu gün isə müstəqil yazılı mətbuat orqanlarının rəhbərləri başlayacaqları etirazlarla bağlı olaraq dəyirmi massa keçirməyi planlaşdırırlar. Qeyd edək ki, tədbirin əsas məqsədi dövlət başçısının müstəqil yazılı media orqanlarının qarşılaşdıqları problemlə bağlı olaraq fəaliyyətə başlamaları ilə bağlıdır.
Şirin Cəfəri: «Ölkə rəhbərliyi səviyyəsində problemə müdaxilə edilməlidir»
«Gündəm xəbər» qəzetinin təsiçisi Şirin Cəfəri bildirdi ki, səyyar satışa qoyulan qadağa əslində müstəqil mətbuata qarşı son məhvetmə qərarıdır. «Azərbaycanda çox az sayda qəzet qalıb ki, onlar məhz satışla mövcudluqlarını qoruyurlar. Onlardan biri də bizim qəzetimizdir. Əvvəlcə metroda qəzet satışına tətbiq edilən qadağa, ardından isə şəhər daxilində səyyar satışa qoyulan qadağa faktiki olaraq «Gündəm xəbər» üçün ağır və çıxılmaz bir vəziyyət yaradıb. Qəzetimizə qarşı Vergilər Nazirliyinin bank hesablarımıza həbs qoyması maddi durumumuzu daha da ağırlaşdırıb. Qəzetimizə qarşı 135 min manatlıq saxta cərimə sanksiyası tətbiq olunub. Satışdan əldə edilən gəlirlərin bir sıra yayım firmaları tərəfindən də gecikdirilməsi fəaliyyətimizi iflic edib. Bu şəkildə uzun müddət davam edəcəyimizə inanmıram. Düşünürəm ki, ölkə rəhbərliyi səviyyəsində problemə müdaxilə edilməlidir. Ortada bir siyasi iradə olmalıdır ki, Azərbaycanın demokratikləşmə istiqamətində göstərdiyi çabalar faydalı əmsallı artsın. Bu baxımdan da bu gün biz məhz effektiv nəticələrə nail olmaq üçün toplaşırıq. Bu günki toplantımızda ölkənin müstəqil mətbuatının ayaqda durması üçün mühim qərarlar verəcəyik» deyə həmsöhbətimiz bildirdi.
Rauf Arifoğlu: «Demək olar ki, iflas həddindəyik»
Bu sahədə yaranmış problemlərlə əlaqədar olaraq baş redaktorların mövqelərini öyrənməyə çalışdıq. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu səyyar satış və qəzet yayımı ilə bağlı hazırkı durumun cox kritik həddə catdığını bildirdi: «Bizim gəlirlə işləyən müəssisəmiz artıq yarım ilə yaxındır kı, zərərlə işləyir. Demək olar ki, iflas həddindəyik. Bu baxımdan da qəzetin öz dövriyyəsini azaltmaq, müəyyən ixtisarlar etmək və ümumiyyətlə mövcudluğunu qoruyub-qorumamaqla bağlı cox ciddi problemləri ortaya çıxıb. Normalada tirajımız 10 minin üzərindədir. Ancaq yaradılan süni əngəllər nəticəsində hazırda 7 min civarında dayanmışıq. Hazırda bu tirajında satılması olduqca cətindir. Çünki səyyar satışa qoyulan qadağalar və edilən müdaxilələr nəticəsində yayıcılar gızli şəkildə fəaliyyət göstərməyə məcbur olublar. Yəni qəzeti bir növ gizlədə-gizlədə, qorxa-qorxa satmalı olurlar. Bu da təbii ki, qəzetin gəlir, satış əmsalına və faizinə öz mənfi təsirini göstərir. Bu baxımdan da hesab edirəm ki, bütün yazılı mətbuat təhlükədədir. Artıq 25 il tarixi olan “Yeni Müsavat” qəzeti çökmək və dayanmaq təhlükəsi qarşısında qalıb. Yəni biz maddi cəhətdən iflas həddinə gəlib catmışıq.” Qəzetlərin öncə metrostansiyalarından daha sonra isə səyyar satışdan yığışdırılmasını mətbuata siyasi təzyiq kimi dəyərləndirmək olarmı sualına gəlincə baş redaktor bunları söylədi: «Bütövlükdə media bağlı atılan bütün addımların arxasında hesab edirəm ki, bir siyasi iradə var. Lakin mən bildiyimə görə prezident mətbuat yayımının və qəzet sənayesinin qalmasında maraqlıdır. Əks halda o bizi bu yaxınlarda heç qəbul edib problemlərimizi dinləməzdi. Və mənim mətbuatla bağlı problemləri qaldırmağıma şərait yaratmazdı. Prezidentlə görüşdən belə nəticə hasil oldu ki, o qəzetlərin yaşamasının və yayımının davam etməsinin tərəfdarıdır. Özü də bunu dilinə də gətirdi. Bu görüsdən sonra biz bir ay müddətində metro yayımı işləməsədə nisbətən vəziyyəti toparladıq. Ancaq səyyar satısla bağlı qoyulan qadağanın Bakı meriyası Ticarət Departamenti, yoxsa daha yüksək səviyyəda qəbul olunması ilə bağlı məndə hec bir məlumat yoxdur. Ancaq hesab edirəm ki, səyyar satışla bağlı qoyulan son qada mətbuatın vəziyyətini ağırlaşdırmaqla prezidentlə görüşdə onun səsləndirdikləri fikirlərin ruhuna ziddir. Ona görədə sabah redaktorların səyyar satış firmalarının təmsilçilləri ilə birgə “Ayno-Zerkalo” qəzetinin redaksiyasındakı toplantısında mütləq iştirak etmək niyyətindəyəm. Toplantıya kimin qatılıb-qatılmamasından asılı olmayaraq biz mətbuata qarşı edilən son basqı ilı bağlı müəyyən etiraz aksiyaları, tədbirlər, hətda aclıq aksiyaları keçirmək fikirimiz var.”
Rahim Hacıyev: «Hökumət mətbuatla birdəfəlik haqq-hesab etmək fikirindədir»
«Azadlıq» qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev səyyar satışa qoyulan qadağanı hakimiyyətin müstəqil mətbuata qarşı apardığı siyasi təzyiq kampaniyasının davamı kimi dəyərləndirdi: «Artıq təxminən il yarımdır kı, hakimiyyət azad mətbuatın sıradan çıxarılması ücün bir-birinin ardınca cox ciddi addımlar atır. Bir neçə ay əvvəl metroda qəzet yayımı qadağan edildi. Bizim başlıca gəlir mənbəmizdən bir olan məkandan qəzet yayımının qadağan edilməsi əlbətdə ki, qəzetlərin vəziyyətinin daha ağırlaşdırılmasına hesablanmışdı. Bu azmış kimi hakimiyyət səyyar qəzet satışınıda qadağan etməklə apardığı siyasi təzyiq kampaniyasını davam etdirmək fikrində olduğunu ortaya qoymuş oldu. Konret olaraq biz hər gün metroya 1500 nüsxə qəzet verirdik. Bu da ay ərzində 4500 nüsxə qəzet demək idi. Biz bunun satışından məhrum edildik. Buda redaksiyamızın maliyə durumuna cox ciddi təsir göstərdi. Bütün bunlar azmız kimi hökümət atdığı son addımla bir daha onu göstərmək istəyir ki, müstəqil mətbuatla bir dəfəlik haqq-hesab cəkmək fikirindədir. Cox təəsüf ki, səyyar satışa qoyulan qadağa ilə müstəqil mətbuatın sütününü sayılan gəlir mənbəyindən də məhrum edilməsi onun çökdürülməsi ilə nəticələnə bilər. Artıq buna etiraz etmək ücün səyyar yayım firmaları təmsilçiləri ilə birlikdə bir necə qəzet redaksiyasının rəhbərliyi iki tədbir keciririb. Kecirilən bu tədbirin efektli alınması ücün bütün maraqlı tərəfləri bura cəlb olunması istiqamətində müəyyən addımlar atılmaqdadır. Güman edirəm sabah çox böyük formatda toblanmaqla ciddi qərarlar qəbul edə biləcəyik.
«Bu azad mətbuatın kimsəsizlər qəbirtsanlığında bir dəfəlik dəfn olunması deməkdir»
Bugünki toplantıya şəxsən qatılacağını deyən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev İsə səyyar satışa qoyulan qadağa ilə bağlı verdiyimiz sualımıza çox konkret cavab verdi: «Bu azad mətbuatın kimsəsizlər qəbirtsanlığında bir dəfəlik dəfn olunması deməkdir». «Bizim Yol» qəzetinin baş redaktoru isə səyyar satışa qoyulan qadağa ilə bağlı öz fikirlərini sabah qatılacağı toplantıda acıqlayacağını söylədi.
Aydın Quliyev də səyyar satışa qadağadan narahat olub
“Bakı-Xəbər” qəzetinin baş redakroru Aydın Quliyev səyyar satışa qoyulan qadağadan onun da narahat olduğunu bildirdi . Ancaq bu məsələnin siyasiləşdirməyin əlehinə oldunu söylədi:” Əgər mətbuata qarşı təzyiq olsaydı hakimiyyət onun inkişafı istiqamətində ümumiyyətlə hec bir addım atmazdı. Son vaxtlar hakimiyyətin mətbuata qarsı göstərdiyi diqqət və qayğı göz önündədir. Fikirimcə atılan son addım texniki məsələ olduğundan onun müzakirə yolu ilə aradan qaldırmaq mümkündür.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?