GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar

Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar

Tarix: 28-01-2014, 10:26 Bölmə :Ölkə Baxış: 3 742
Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar
Son zamanlar Xaçmaz Gömrük İdarəsində bir sıra xoşagəlməz hallar, ciddi problemlər yaşanır. Bu isə öz növbəsində, həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarını əməlli-başlı narahat edir. DİA.AZ bildirir ki, bu braədə “Gündəlik Bakı qəzetində məlumat yayılıb. Xəbərdə qeyd olunur ki, hazırda Xaçmaz Gömrük İdarəsində özbaşınalıqlar ən yüksək zirvəyə çatıb. Xırda ticarətlə məşğul olan Xaçmaz və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının sözün həqiqi mənasında Elçin Quliyevin rəisi olduğu Xaçmaz Gömrük İdarəsinin məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrildiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, idarənin tabeçiliyində olan Yalama (SDK), Xanoba, Şirvanovka, Samur və Zuxul gömrük postlarının əməkdaşlarının əməlləri heç bir qanuna və məntiqə sığmır:

«Bu gün Xaçmaz Gömrük İdarəsinin «SDK» gömrük postunda elə ab-hava hökm sürür ki, sanki bura bir neçə şəxsin «özəl obyekti»dir. Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim, həmçinin «SDK» gömrük postunun rəhbərliyi birlikdə buranı müvafiq qanunlarla yox, məhz özlərinin müəyyənləşdirdikləri «qayda»larla idarə edirlər. Elə buna görə də onlar bir sıra yollarla öz maraqlarını təmin etməyi bacarırlar». Xaçmaz Gömrük İdarəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanların saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirdiklərini deyən mənbə qeyd edir ki, idarə rəisi Elçin Quliyev və onun tabeçiliyində çalışan şəxslərin əməllərindən narazı olan insanlar kimə, hara şikayət edəcəklərini bilmirlər: «Çünki heç kim Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyevə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllimə, həmçinin «SDK» gömrük postunun rəhbərliyinə irad tutmur, onların əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də onlar öz bildiklərini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışırlar».

Ötən il dekabr ayının 29-da Rusiyanın paytaxtı Moskva şəhərindən Ramil Əliyev tərəfindən Gəncə-Moskva avtobus reysilə 4 qutu, 144 ədəd gümüş qaşıq, çəngəl və bıçağın göndərildiyini deyən məlumatlı şəxsin iddiasına görə, Xaçmaz Gömrük İdarəsi, eləcə «SDK» gömrük postu qeyd olunan malları it-bata salıb: «Dekabrın 29-da Ramil Əliyev Moskvadan Gəncə-Moskva avtobusu ilə dəyəri 21 min dollar olan gümüş qaşıq, çəngəl və bıçaq göndərib. O, avtobus sürücüsünə deyib ki, cehizlik üçün nəzərdə tutulan həmin malları «SDK» gömrük postunda Vüqar Ələkbərov ondan təhvil alacaq. Malın dəyərinin 21 min dollar olduğunu təsdiq edən müvafiq qəbz də var. Mal gəlib gömrük postunda çatanda sürücüyə deyirlər ki, mallar «rastamoşka» olunmalıdır. Sürücü mal sahib olmadığını, sadəcə malı gətirdiyini bildirdik də, gömrük əməkdaşları gümüş əşyaları depoya qoyurlar və bildirirlər ki, sahibləri gəlib «rastamoşka» eləməlidir. Daha sonra Moskvadan «SDK» gömrük postu ilə əlaqə saxlanılıb və bildirilib ki, malın keçirilməsinə icazə verilmir, bu sahədə monopoliya var. Gömrük işçiləri deyiblər ki, bizim sizə yaxşılığımız o olar ki, gəlib malınızı geri götürəsiniz. Bundan sonra Ramil Əliyev Vüqar Ələkbərov və avtobus sürücüsü ilə birlikdə «SDK» gömrük postuna malı geri götürmək üçün gəlirlər. Lakin onlar həmin vaxt gümüş əşyaların depoda olmadığını görürlər. Onlara bildirirlər ki, gümüş əşyaları Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim aparıb. Ramil Əliyev və digərləri məcbur olub Xaçmaza getməli olurlar. Lakin Xaçmaz Gömrük İdarəsindən deyirlər ki, mallar məhkəmə yolu ilə müsadirə olunub. Maraqlı məqam ondadır ki, Xaçmaz Rayon Məhkəməsi yükün sahibi olmadığı halda necə və hansı əsasla onu müsadirə etmək barədə qərar verib?

Bunu aydınlaşdırmaqdan ötrü məhkəmə ilə əlaqə saxladıqda məlum olub ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ağ yalan deyirlərmiş. Məhkəmə həmin gümüş əşyalarla bağlı heç bir qərar qəbul etməyib və ümumiyyətlə, bu barədə məlumatı belə, yoxdur. Bundan sonra Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi malın dəyərinin hesablanıb geri qaytarılması barədə təkliflə çıxış etdi. Qarşı tərəf, yəni mal sahibləri gümüş əşyalarının dəyərinin 21 min dollar olduğunu deyib. Gömrük əməkdaşları isə malın qiymətinin 21 min rubl olduğunu düşünüblər. Bununla bağlı gömrük əməkdaşlarına müvafiq qəbz təqdim olunduqda mallın qiymətinin həqiqətən də 21 min dollar olduğu aydınlaşıb». Məlumatlı şəxsin sözlərinə görə, gömrük işçiləri vəziyyətdən çıxmaq üçün gümüş əşyaların 4 qutu yox, yalnız bir qutu olduğunu iddia ediblər: «Bir sözlə, Xaçmaz Gömrük İdarəsi mənimsədikləri malı müxtəlif yollarla ört-basdır etməyə çalışır. İndi cehizlik alınan həmin gümüş malların sahibləri yanvarın 7-dən Xaçmaz Gömrük İdarəsində qalıblar. İdarənin rəisi Elçin Quliyev isə özünü sanki heç nə olmamış kimi aparır».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan AÇIQLAMA

    Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan ...

    19-02-2016, 11:50

  • 
  • Tütün qaçaqmalçıları ələ keçdilər

    Tütün qaçaqmalçıları ələ keçdilər ...

    9-06-2016, 16:53

  • 
  • Qusarda xarici ölkələrin aksiz markası ilə markalanmış araqlar aşkar edildi

    Qusarda xarici ölkələrin aksiz markası ilə ...

    10-07-2013, 13:01

  • 
  • Narkotik vasitəni maşının tavanında gizlətdi

    Narkotik vasitəni maşının tavanında gizlətdi ...

    9-02-2016, 13:46

  • 
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu