gundemxeber.az Naxçıvanda fəaliyyət göstərən müstəqil jurnalist Elman Abasov dekabrın 26-da Sədərək Rayon Prokurorluğunda 3 saat dindirilib. Bu barədə Turan-a E.Abbasov özü bildirib. O qeyd edib ki, dindirmə bu il dekabrın 8-də Sədərək gömrük məntəqəsində iş adamları Nadir Məmmədov və Məhəmməd Qurbanovla gömrük işçiləri arasında baş vermiş insidentlə bağlı olub. Amma istintaqa şahid, yoxsa başqa qisimdə çağırılmaları çağırışda əks olunmayıb. Dindirmənin əksər hissəsi baş vermiş insidentin təfərrüatları ilə bağlı olub. Daha sonra E.Abbasov N.Məmmədovdan işgəncə yolu ilə özünün və hüquq müdafiəçisi Ilqar Nəsibovun əleyhinə ifadə alınmasına toxunub. «Müstəntiqin suallarının çoxu çaşdırıcı idi, İ.Nəsibovu və məni müttəhimə çevirmək xarakteri daşıyırdı», -E.Abbasov qeyd edib. Baxmayaraq ki, N.Məmmədov həmin ifadəni işgəncə yolu ilə verməsi haqda vəkilinə bildirib, ifadəsindən imtina edib, amma istintaq həmin ifadədən istifadə edir. E.Abbasov dindirmə müddətində həm özünün, həm İ.Nəsibovun həbsi ehtimalınıın yüksək olduğunu nəzərə çatdırıb. O bildirib ki, istintaqa saat 9:00-da çağrılsalar da saat 11:00-a kimi gözləyiblər. Dindirmə müddətində polis rəisinin, Naxçıvanın yeni baş prokurorunun dəfələrlə prokurorluğa gəlmələrini özlərinə qarşı təzyiq kimi dəyərləndirib. «Dindirmə başa çatdı, amma bizim həbs edilmək təhlükəmiz hələ də real olaraq qalır», - E.Abbasov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?