GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli İnsanov ikinci məhkəməsində də coşdu- (Yenilənib 3)

Əli İnsanov ikinci məhkəməsində də coşdu- (Yenilənib 3)

Tarix: 31-01-2014, 17:15 Bölmə :Ölkə Baxış: 773
Əli İnsanov ikinci məhkəməsində də coşdu- (Yenilənib 3)
“Məndən barmaqlıqlar arxasında da qorxursunuz”

Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi hazırda davam etdirilir. O, zalda yenə də şüşə qəfəs içində saxlanır.

Virtualaz.org saytı Əli İnsaovun bu gün sayca ikinci olan məhkəmə prosesindəki çıxışı haqda əlavə məlumat əldə etmək üçün onun vəkili Toğrul Babayevlə əlaqə saxlayıb.

Vəkilin sözlərinə görə, Ə.İnsanov hakimlərlə hirsli şəkildə danışaraq bildirib ki, hansı yollara əl atsalar da onun susdura bilməyəcəklər.

T.Babayevin sözlərinə görə, Ə.İnsanov daha sonra bunları qeyd edib: “Siz bağlı barmaqlıqlar arxasında da məndən qorxursunuz. Məni xalqımdan ayırmaq istəyirsiniz. Amma bunu bacarmayacaqsınız. Sizin gördüyünüz heç bir iş məni qorxutmur. Sizin qanunsuzluqlarınızı ifşa etməyə çalışacam”.

* * * 13:15

Vəkil Toğrul Babayev virtualaz.org saytına eksklüziv açıqlamasında dedi ki, Əli İnsanov məhkəmədə sərt danışıb: “Sabiq nazir üzünü hakimlərə tutaraq bunları dedi: “Sizin məhkəmələr orta əsr divanxanalarından da betərdir. Siz iqtidarın sifarişini yerinə yetirirsiniz. Bəli, mənim səsimi batıra bilərsiniz. Amma sizin cinayətlər haqda bütün dünya danışır. Mən bir dəfə bu şüşələri qırmışam və yenə də qıracağam. Mənim müraciətlərimin, dediklərimin hamısı haqdır, siz isə nahaqsınız”. Əli müəllim bunları deyəndən sonra hakim iclası tələm-tələsik yekunlaşdırdı”.

* * * 12:51

Bu gün sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi olub.

Virtualaz.org saytının hazırda Bakı Apelyasiya Məhkəməsində olan əməkdaşı xəbər verir ki, proses saat 11:00-a nəzərdə tutulsa da 12:05-də başlayıb.

Hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əli İnsanovun Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinə qarşı apelyasiya şikayətinə baxılıb. Xatırladaq ki, şikayət Avropa İnsan Haqları Məhkəməsinin Əli İnsanova qarşı işgəncə faktını tanıması ilə bağlı verilmişdi. Məhkəmə qərar qəbul edib ki, bu iddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılsın.

Müxbirimiz bildirir ki, Əli İnsanovun bu gün Apelyasiya Məhkəməsində baş tutan məhkəməsi qeyri-adi şəraitdə keçirilib. Belə ki, sabiq nazir üçün xüsusi şüşə qəfəs düzəldiblər, elə qəfəs ki, onun içindən kənara səs yayılmır. Proses ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti altında aparılıb. Ötən prosesdən fərqli olaraq jurnalistlərin foto və videokameraları, diktofonları və digər texniki avadanlıqlar nəzarətçilər tərəfindən alınıb. Mətbuat nümayəndələrinin üstü ciddi yoxlanıb. Bunun hansı xidmətə məxsus əməkdaşlar tərəfindən edildiyi məlum deyil, çünki həmin şəxslər mülki geyimdə alıb.

Əli İnsanov isə məhkəmə zalında quraşdırılmış xüsusi şüşə qəfəsə salınıb. Onun səsini yalnız bir halda eşitmək olurdu - hakim Sənan Hacıyev əlindəki xüsusi pultu basanda. Əli İnsanov ətrafı yalnız bu halda eşidə bilirdi. Eləcə də onun səsi ətrafdakılara yalnız bu halda çatırdı. Hakim düyməni basmayanda sabiq nazir nə qədər ucadan danışsa da eşidilmirdi. O da vəkillərini eşidə bilmirdi.

Əməkdaşımız bildirir ki, bu vəziyyət sabiq nazirin vəkillərinin də ciddi etirazına səbəb oldu. Lakin hakim buna məhəl qoymadı. Əli İnsanov və onun vəkilləri məcbur qalaraq bir-birləri ilə işarələrlə, əl-qol hərəkətləri ilə danışmağa başladılar. Əli İnsanov bundan qəzəblənsə də onun nə dediyi yenə də eşidilməyib. Vəkillər bu dəfə onunla kağıza mətn yazaraq şüşə arxasından oxumasını istədilər.

Vəkil Toğrul Babayev virtualaz.org saytına dedi ki, bu, sabiq nazirin və vəkillərinin hüquqlarının pozulmasıdır.

Müxbirimiz xəbər verir ki, Ə.İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxıldı və iş 1 saylı İnzibati İqtisad Məhkəməsinə göndərildi.

Qeyd edək ki, Əli İnsanovun bu gün daha bir şikayəti ilə bağlı məhkəmə prosesi keçiriləcək. Məhkəmə saat 14:30-da sabiq nazirin Ali Məhkəmənin Plenumunun qərarı ilə bağlı şikayətinə baxacaq.

◀▶
* * * 11:42

Sabiq səhiyyə naziri Əli İnsanovun apelyasiya məhkəməsi ləngiyir.

Virtualaz.org bildirir ki, “Yeni Müsavat”ın müxbirinin verdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində saat 11.00-da başlamalı olan məhkəmə qeyri-müəyyən vaxta qədər gecikir. Əli İnsanovun məhkəməyə saat 12 radələrində gətiriləcəyi gözlənilir. Müxbir dəqiqləşdirib ki, sabiq naziri gətirən maşın yola çıxıb. Amma onun məhkəməyə nə vaxt çatacağı bəlli deyil.

Qeyd edək ki, bugünkü məhkəmə prosesində Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov: "Məni öldürmək istəyirlər"

    Əli İnsanov: "Məni öldürmək istəyirlər" ...

    7-02-2014, 20:49

  • 
  • Əli İnsanov sabahkı məhkəməsinə gəlməyəcək

    Əli İnsanov sabahkı məhkəməsinə gəlməyəcək ...

    24-02-2014, 13:11

  • 
  • Əli İnsanov bu gün qərar verəcək

    Əli İnsanov bu gün qərar verəcək ...

    23-12-2013, 12:40

  • 
  • Əli İnsanov oktyabrın 28-də azad oluna bilər

    Əli İnsanov oktyabrın 28-də azad oluna bilər ...

    18-10-2013, 13:23

  • 
  • Əli İnsanov barəsindəki 11 illik həbs qərarı qüvvədə saxlandı

    Əli İnsanov barəsindəki 11 illik həbs qərarı ...

    25-02-2014, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu