“Meşə Qardaşları” və “Ceyşullah” adlı iki qrup Azərbaycan dövlətinə qarşı müharibə elan etdiklərini bəyan edib.
“Meşə qardaşları” və “Ceyşullah” adlı iki təşkilat Azərbaycana qarşı müharibə elan etdiklərini açıqlayıb. Açıqlamanı qiymətləndirən bölgə təhlilçiləri müxtəlif rayonlarda hücumların həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqlar etdi. Xatırladaq ki, hər iki təşkilatın adı zaman-zaman təşkil olunan etirazlar sırasında ölkə gündəminə çıxarılırdı.
1999-cu ildə öldürülən Azərbaycan Xalq Alimləri və Ekstrasenslər İttifaqının sədri Etibar Erkin və iki oğlu “Meşə Qardaşları” adlı təşkilat tərəfindən öldürülmüşdü. Həbs olunan təşkilat üzvü isə ömürlük həbs cəzası almışdı.
Bununla bərabər “Əbu Bəkir” məscidində təşkil olunan bombalı hücumun da təşkilat üzvləri tərəfindən edildiyi iddia edilmişdi. Təşkilatların son açıqlamaları Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri tərəfindən də qiymətləndirildi. Nazirlik nümayəndələri beynəlxalq təhlükəsizliyin qorunması üçün lazımlı tədbirlərin görüldüyünü bildirdi.
Paşazadə əleyhinə ağır ittihamlar
Yeri gəlmişkən, Qafqaz Müsəlmanlarının Dini İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə əleyhinə ağır ittihamların ölkə mətbuatına mənbəyi bilinməyən şəxslər tərəfindən xəbər verildiyi bildirilib. Paşazadə bir müddət əvvəl Suriya müharibəsinə qatılan azərbaycanlıların əleyhinə olduğunu bildirmiş və bunun qarşısının alınması üçün lazımlı tədbirlərin görülməsini istəmişdi.
Mətbuatda Paşazadə əleyhinə yer alan ittihamlar belədir:
- Küveytli biznesmen Əbdüləziz Baten Xırdalanda İslam Universitetinin tikilməsi üçün 500 min dollar məbləğində yardım etməsinə baxmayaraq, universitet nə üçün tikilmədi? - Səudiyyə Ərəbistanı daxili işlər naziri Nayif Əbdüləziz 700 min dolları nəyə görə Paşazadəyə verdi? - İş adamı Abdullah tərəfindən qaçqınlara verilməsi nəzərdə tutulan 800 min dollar hara xərcləndi? - Nur camaatından məscid tikilməsi üçün alınan 250 min dollar hara yoxa çıxdı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?