Hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynalıya qəzet verilmir. Ə. Zeynalının Hüquqlarının Müdafiə Komitəsinin sədri Əfqan Muxtarlının verdiyi məlumata görə, baş redaktor yanvarın 21-də Kürdəxanı təcridxanasına köçürülüb. Ə. Zeynallının saxlanma yerinin dəyişməsinin səbəbi baş redaktorun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsində məhkəmə iclasının keçirilməsidir. Fevralın 13-də keçiriləcək prosesə görə Ə. Zeynallının 23 gün əvvəl Kürdəxanıya köşürülməsi ona qarşı edilən təziq kimi qiymətləndirilir. Yaxınlarının verdiyi məlumata görə, Ə. Zeynalı ilə görüşə icazə verilmir, ona göndərilən qəzetlər ünvanına catdırılmır.
Xatırladaq ki, Ə. Zeynallının Nərimanov Rayon Məhkəməsində Mətbuat Şurasına qarşı qaldırdıgı iddia təmin edilməyib. Ə. Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarından apellasiya şikayəti verib. Məhkəmə prosesi fevralın 13-də Bakı Apelyasiya Məhkəməsinə keçiriləcək
Sorğu
Yeni dizaynımız necədir?