Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Mətbuat Şurası 2011-ci ildə “Xural”ı “reket qəzet” elan edib və qəzetin adını “qara siyahı”ya salıb. Əvəz Zeynallı şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. İddia təmin olunmayıb.
Əvəz Zeynallı apellyasiya instansiyasına Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib.
Jurnalistin həyat yoldaşı Məlahət Zeynalova “Media forum” saytına deyib ki, bu günkü prosesdə şikayət təmin olunmayıb: “Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı”.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?