LiderTV-də "Mix Maqazin" adlı veriliş efirə hazırlayan şirkətin aparıcısı və müxbiri işdən azad edilib.
Belə ki, Lider TV-də "Mix Maqazin" adlı veriliş efirə hazırlayan şirkətin rəhbəri Zamiq Yunisov hər ay işə yeni işçilər götürüb onları maaşlarını verməyərək müxtəlif bahənələrlə işdən uzaqlaşdırır.
Hazırda həmin verilişdə işləyən Ülviyyə Xəlilbəyli (aparıcı), Aygül Rzayeva (muxbir-redaktor) və digər işçilər 1 aydan çoxdur ki, əmək haqqlarını ala bilmədikləri üçün işdən könüllü olaraq ayrılıblar.
Maraqlıdır ki, layihə rəhbəri işçilərin əmək haqqını ödəyəcəyini desə də, hər gün müxtəlif bəhanələrlə maaş verməkdən boyun qaçırır.Artıq bir ay olar ki, bu üsulla Zamiq Yunisov işçilərini dolandırır.
Adı çəkilənlər xəbəri təqzib ediblər...Yenilənib...
"Z company" şirkətinin rəhbəri Zamiq Yunisov keçmiş işçiləri Aygül Rzayeva və Ülviyyə Xəlilbəyli əmək haqqlarını verib. Mətbuatda çıxan xəbərin ardından görüşüb danışan tərəflər məsələni aydınlaşdırıblar. Belə məlum olub ki, Zamiq Yunisovun işçilərinin əmək haqqları onun köməkçisi tərəfindən mənimsənilib və tərəflər bu məsələdən xəbərdar olmadıqları üçün ortada anlaşılmazlıq olub. Zamiq Yunisov məsələni həll edərək Aygül Rzayevanın və Ülviyyə Xəlilbəylinin əmək haqqlarını verib. Bizdə öz növbəmizdə Zamiq Yunisova təşəkkürümüzü bildiririk və baş veren hadisədən dolayı təəssüflənirik.
Sorğu
Yeni dizaynımız necədir?