Ded Xasanın qohumu Timur Mirzoyevin ölümündən sonra kriminal aləm həlli vacib olan bir sıra suallar qarşısında qalıb.
Hazırda Ded Xasanın klanı bundan sonrakı vəziyyəti müzakirə etmir. Hələlik mərhumun qohumları başsağlığı qəbul edir və heç bir məsləhətləşmələr aparmır. T.Mirzoyevin yerinə keçmək üçün real namizəd kimi görünən Merab Suxumskinin də heç bir hərəkətə keçmədiyi vurğulanır.
Hətta o, T.Mirzoyev komada olduğu zaman onun qohumlarına hərtərəfli yardım təklif edib. Həmçinin bu yerə real namizəd kimi adı hallanan Oleq Gerasimov və Andrey Tkaçenko da susqunluğunu qoruyur.
Qeyd edək ki, T.Mirzoyev yanvarın 30-da 56 yaşında vəfat edib. Hələ onun ölümündən çox əvvəl Ded Xasana sui-qəsddən sonra onun klanının Urala nəzarəti itirmək üzrə olduğu bildirilirdi.
Hətta 2013-cü ilin əvvəlində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin də daxil olduğu qruplaşmanın Uralı Ded Xasan klanının nəzarətindən çıxarmaq üçün çalışdığı qeyd olunurdu. Hətta ora “nəzarətçi” kimi Mumunun təhkim ediləcəyi vurğulanırdı.
İndi isə T.Mirzoyevin vəfatı bu imkanı daha da artırıb. Ancaq hüquq-mühafizə orqanları bu barədə məlumatları təkzib edir. Onlar Sverdlovskidə ciddi dəyişikliyin olmayacağını bildirir: “Burda Timurun heç bir müəssisəsi və ya zavodu yoxdur. Kimlərdənsə pul toplanır və ona göndərilirdi. Bunlar hansısa biznesin himayəsindən toplanan vəsait idi. Bura heç bir yeni “oğru” göndərilməyəcək. Hər şey olduğu kimi qalacaq. Əsas məsələlər Moskvada, Soçidə, İrkutskda, Ulan-Udedə həll olunacaq. Orda Timurun kriminal biznesdəki payı, qızıl və qiymətli daşlar var”.
Timurun ölümündən sonra Sverdlovskdə yaranacaq əsas problem həbsxanalarla bağlı olacaq. Həbsxanada qiyamlar gözlənilir. İndiyə qədər qafqazlı “qanuni oğru”ların nəzarətində olan həbsxanalarda cəza çəkənlər bundan narazı görünür və “qiyam”ın baş verəcəyi istisna olunmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?