Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı artırılıb. Gecə saatlarında Bakıdan Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda 10 qəpik artıq haqq alınır.
Qiymət artımı taksilərdə də müşahidə olunur.
Əsasən axşam saatlarında müşahidə olunan bu qanunsuz artım yanacaq məhsullarının bahalaşmasından sonra baş verib. Metronun “20 Yanvar” stansiyası yaxınlığından Sumqayıtın müxtəlif istiqamətlərinə gedən marşrutlarda qiymət 50-dən 60 qəpiyə qaldırılır.
Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib ki, süni şəkildə qiymət artıran sürücülər cəzalandırılacaq. Nazirlik rəsmisi süni qiymət artımının qarşısının alınması üçün bu gündən reydlərə başlanılacağını da qeyd edib: “Heç kimin qiyməti artırmağa ixtiyarı yoxdur. Əgər belə işləmək həmin sürücülərə sərf etmirsə gedib başqa işlə məşğul olsunlar. Qanunsuz fəaliyyətə xitam veriləcək. İkinci tərəfdən, sahibkarlarla danışılacaq ki, bu istiqamətdə hərəkət edən sürücülər niyə belə özbaşınalıq edir? Əgər belə hallar aşkarlanacaqsa birbaşa həmin xəttin sahibkarı cəzalandırılacaq. Sürücünü də sahibkar işə götürür. Qiymət artımına və başqa qayda pozuntularına görə, işdən azad olunan, cəzalandırılan sürücülər olub”.
Sorğu
Yeni dizaynımız necədir?